23 Dekabr 2024, Bazar ertəsi

Hər il olduğu kimi, cari ildə də Babək rayonunun bir neçə kənd yaşayış məntəqəsinə muxtar respublikamızda həyata keçirilən quruculuq tədbirlərindən pay düşüb. Hazırda rayonun Məzrə kəndində tam orta məktəb, kənd və xidmət mərkəzləri üçün binaların tikintisi aparılır. 270 şagird yerlik nəzərdə tutulmuş tam orta məktəbin binası üçmərtəbəli, kənd mərkəzi isə ikimərtəbəli olacaq. Həyata keçirilən tikinti-quruculuq tədbirləri çərçivəsində kənddaxili yollar da yenidən qurulur.
Hacıvar kəndində isə kənd və xidmət mərkəzlərinin tikintisi aparılır. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin inşaatçıları tərəfindən ötən müddətdə hər iki obyektdə hörgü işləri başa çatdırılıb, binaların dam örtüyü vurulub, kommunikasiya xətlərinin çəkilişi yekunlaşıb. Binaların daxilində suvaq işləri görülüb, fasad hissədə müasir memarlıq üslubunda dizayn işləri aparılıb. İnşaat işləri yekunlaşdıqdan sonra binaların ətrafları abadlaşdırılacaq, yaşıllıq sahələri və gülkarlıqlar yaradılacaqdır.
Hacıvar-Yarımca avtomobil yolunun kənarında yerləşən Badaşqan kəndində inşa olunan xidmət mərkəzində isə son tamamlama işləri aparılır.

Xəbərlər şöbəsi

Muxtar respublikada dəmir yolu nəqliyyatından istifadə iyul ayında da diqqət mərkəzində saxlanılmışdır.
Ordubad-Vəlidağ sahəsində hərəkətdə olan yük-sərnişin qatarlarının fasiləsiz işi təmin olunmuş, dəmir yolu vasitəsilə muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 3 min 900 ton müxtəlif təyinatlı yük daşınmış, 13 min 389 sərnişin dəmir yolu nəqliyyatından istifadə etmişdir.
Culfa Lokomotiv Deposunda lokomotivlər 4 dəfə texniki baxışdan keçirilmiş, 3 lokomotiv cari təmir edilmişdir. İnfrastruktur İdarəsinin xidməti ərazisində isə baş və stansiya yollarına baxış keçirilmiş, yağış və leysan sularının maneəsiz ötürülməsi üçün süni tikililər, küvetlər və yol yataqları təmizlənmiş, 707 yararsız ağac şpal dəyişdirilmişdir. Bu dövrdə Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən Ordubad dəmiryol sərnişin vağzalı və Ordubad Yol Sahəsinin inzibati binalarında, Ordubad İdarəetmə Mərkəzi və Yol Sahəsinin yardımçı binalarında, yük anbarında, sərnişin və yük platformalarında, eləcə də onları əhatə edən ərazidə kompleks tikinti, yenidənqurma və əsaslı təmir işləri davam etdirilmişdir.
Həyata keçirilən ardıcıl tədbirlər növbəti aylarda da dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verəcəkdir.

“Naxçıvan Dəmir Yolları” Məhdud
Məsuliyyətli Cəmiyyətinin mətbuat xidməti

Təbiət öz səxavətini yurdumuzdan əsirgəməmişdir. Sahib olduğumuz isti iqlim, bərəkətli torpaqlar, şirin su qaynaqları ölkəmizin hər yerində, o cümlədən Naxçıvanda hər cür meyvə-tərəvəz məhsullarının əkilib-becərilməsinə imkan verir. Naxçıvanda yetişən meyvələrin dad-tamı haqqında isə artıq ölkəmizin hər yerində və onun hüdudlarından kənarda da danışılır.
Naxçıvanda inkişaf etdirilən meyvə-tərəvəzçilik qədim məşğuliyyət növüdür. Müxtəlif mənbələrdə hələ tarixi İpək Yolu vasitəsilə buradan digər ölkələrə meyvə, səbzə aparılması haqqında məlumatlara rast gəlinir. Ümumiyyətlə, meyvəçilik oturaq həyatın təşəkkülü olduğundan Naxçıvanda da bu sahə yaxşı inkişaf edib. Naxçıvanlı bağbanlar onlarla növdə üzüm, alma, armud, şaftalı, ərik, göycə, tut yetişdirmiş, bunları diyarın hər yerində əkib-becərmişlər. Bağçılıq, bostançılıq çətin, zəhmət tələb edən sahədir. Bəzi meyvə ağaclarının bar verməsi üçün azı on ilə qədər vaxt tələb olunur. Amma insan inadlı, inanclıdır. Əkilən hər fidan, salınan hər bağın lap əlli ildən sonra bar verəcəyini bilsə də, o, bu gözəl məşğuliyyətinə ara vermədən davam edir. Çünki ən azından ərsəyə gəlmiş ağacın meyvəsindən dərib, kölgəsində oturanlar ona rəhmət oxuyacaq.

Ardını oxu...

Muxtar respublikada yol-nəqliyyat infrastrukturu müasir standartlar səviyyəsinə çatdırılmış, beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır. 

Bu ilin iyul ayında da avtonəqliyyat xidmətinin səviyyəsinin yüksəldilməsi diqqət mərkəzində saxlanılmışdır. Ötən ay Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə Naxçıvandan Bakıya 3252 sərnişin, Bakıdan Naxçıvana isə 3734 sərnişin daşınmışdır. Həmçinin bu dövrdə Naxçıvan-Batumi marşrutu fəaliyyətini davam etdirmişdir.
Nazirliyin reyd komissiyası Nəqliyyat müfəttişliyi və təhlükəsizlik şöbəsi ilə birlikdə müxtəlif günlərdə reydlər keçirmiş, sərnişindaşıma ilə məşğul olan avtonəqliyyat vasitələrinin təmizliyinə, sürücülərin geyim formasına, şəhərdaxili və rayonlararası marşrutlarda hərəkət qrafikinə nəzarəti artırmışdır. Bu dövrdə sərnişindaşımanı yerinə yetirən sahibkarların və sürücülərin iştirakı ilə seminar-müşavirə də keçirilmişdir.
Muxtar respublika daxilində sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilmiş, fəaliyyətdə olan 139 marşrut xəttində 305 ədəd avtobusla rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Nəqliyyat Nazirliyinin mətbuat xidməti

Vahid məktəbli formaları məhz bu müəssisədə tikilir

Azərbaycanda sahibkarlığın inkişafı bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimizin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra aparılan məqsədyönlü siyasət, həyata keçirilən sistemli tədbirlər, Azərbaycanda siyasi və makroiqtisadi sabitliyə nail olunması nəticəsində sahibkarlar sinfinin formalaşması üçün həm hüquqi baza yaradıldı, həm də dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək göstərildi. “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”, – deyən ulu öndərin müəyyən etdiyi və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sahibkarlığın inkişaf strategiyası Azərbaycanın hər yerində sahibkarlar ordusunun formalaşmasına stimul verdi.

Məhz ümummilli lider Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir ki, ölkəmiz artıq dünya birliyində öz layiqli yerini tutub, dayanıqlı və davamlı iqtisadi inkişafa nail olub. İnkişaf hədəfinə doğru böyük inamla irəliləyən Azərbaycan ötən hər ay, hər il bütün sahələrdə əldə olunan uğurlarla tarixə düşür. Naxçıvan blokada şəraitində olsa belə, bütün sahələr üzrə inkişaf etmiş dünya dövlətləri nümunəsi göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamları ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının Regional İnkişaf Proqramı (2005-2008-ci illər)”, “Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” uğurla icra olunub və bu gün “Naxçıvan Mux­tar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Pro­qramı”ndan irəli gələn vəzifələrin vaxtında və yüksək tələbkarlıqla yerinə yetirilməsi sürətlə davam etdirilir.

Ardını oxu...

Cəmiyyətin rahat və təhlükəsiz həyatının mühüm şərtlərindən biri etibarlı ərzaq təminatıdır. Ölkə əhalisinin keyfiyyətli ərzaq təminatını özündə ehtiva edən ərzaq təhlükəsizliyi bu baxımdan dövlətin üzərinə düşən mühüm vəzifələrdəndir. Çünki ilin bütün fəsillərində və istənilən şəraitdə əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminat məsələsini yalnız dövlət həll edə bilər.
Ərzaq təhlükəsizliyi çox geniş anlayışdır. O təkcə hansısa mənbələr hesabına müəyyən vacib ərzaq məhsulları ehtiyatının yaradılması deyil, həm də bu ehtiyatların formalaşdırılmasının dayanıqlılığının təmin olunması üçün zəruri şəraitin, habelə bunun üçün maddi stimulların və sosial zəmanətlərin yaradılmasıdır. Ona görə də ərzaq təhlükəsizliyi dedikdə torpaqlardan səmərəli istifadə, mütərəqqi suvarma, məhsuldar toxum sortlarının əldə olunması və yetişdirilməsi, istehsal olunmuş məhsulların saxlanılması və emalı, ticarət infrastrukturunun yaradılması və aqrar sahədə iqtisadi mənafelərin əlaqələndirilməsi kimi vacib məsələlərə baxmaq lazımdır. Xüsusən çörək və digər taxıl məhsullarının istehsalı tarixboyu cəmiyyətin əsas qayğılarından biri olsa da, tarixən aqrar sahənin üzərinə düşən bu vəzifə dövlətin ümumi iqtisadi təhlükəsizlik siyasətinin mühüm bir parçası olub.

Ardını oxu...

Muxtar respublikanın paytaxtında hər il genişmiqyaslı tikinti-quruculuq işlərinin aparılması, abadlıq tədbirlərinin həyata keçirilməsi Naxçıvan şəhərinin simasını tanınmaz dərəcədə dəyişdirib. Görülən işlər qədim şəhərin gözəlliyini artırmaqla yanaşı, insanların rahat şəraitdə yaşamasına, təhsil almasına, işləməsinə, asudə vaxtlarının səmərəli keçirilməsinə zəmin yaradıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərin bir hissəsini də təhsil müəssisələrinin yenidən qurulması təşkil edir.

Hazırda Naxçıvan Müəllimlər İnstitutunun binası əsaslı şəkildə yenidən qurulur. Qısa müddətdə burada söküntü işləri aparıldıqdan sonra kommunikasiya xətlərinin yenilənməsinə başlanılıb. Yeni korpusun inşa edilməsi isə bu təhsil müəssisəsinin gələcək fəaliyyətini daha da genişləndirəcək. Belə ki, “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən ucaldılan bina zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olacaq. İnşaat işlərinə cari ilin aprel ayından başlanılıb. Hazırda binanın üçüncü mərtəbəsində hörgü, sonuncu mərtəbədə isə beton-qəlib işləri görülür, eyni zamanda daxildə suvaq işləri aparılır.

Ardını oxu...

Yaxud hər bir məhsul öz qiymətinə satılanda sərfəli olar

Adətən, kəndli ot biçini başa çatandan, qış üçün yem ehtiyatı yaradandan sonra, necə deyərlər, rahat nəfəs alır. Payızın sonunadək həyət-bacada tikinti işləri aparır, səliqə-sahman yaradır. Elə mən də şənbə-bazar günləri kəndə getdiyim zaman bu yazılmamış qanuna riayət edir, kəm-kəsir qalan tikinti işlərini yekunlaşdırmağa çalışıram. Bazar günü idi. Tağı usta və köməkçiləri ilə birlikdə həyətdə işləyirdik. Bir yük maşını dayandı. Ortayaşlı bir kişi: – Yorulmayasınız, Allah qüvvət versin, bilmirsiniz, kimdə bəsləmə cöngə olar? – deyib Tağı ustanın üzünə baxdı.
– İndi bəsləmə cöngə tapmaq çətin olar. Mal-qara yaylaqdadır. Payızda qayıdacaq. Ətlik mallar da elə o vaxt satılacaq. Ancaq kənddə Nizamidə bir bəsləmə cöngə var. Oğlunun toyu üçün saxlamışdı. Eşitdiyimə görə toy gələn ilə qaldığından cöngəni satmaq istəyir, – deyib yolu nişan verdi.
Axşamtərəfi Nizaminin cöngəsini maşında aparan qəssabları görən Tağı usta işarə edib maşını saxlatdı. Elə Nizami də onlarla birlikdə idi.
– Razılaşa bildinizmi? – deyə soruşdum.

Ardını oxu...

Qurub-yaratmaq təbiətən yaradıcı insanlara verilmiş bir vergidir. İnsan elə bir varlıqdır ki, o, heç vaxt dünən gördüyü işlə bu gün kifayətlənməyib, öz ağıl və bacarığına arxalanaraq sabah daha yüksək zirvəyə ucalmağa can atır. Bu mənada, müasir quruculuğumuzun bəzəyi olan və insanları heyrətləndirən milli memarlıq nümunələrimizin yaşadıldığı hər yeni bina, park və xiyaban özünün xarici görkəmi ilə insanlara rahatlıq gətirir, şəhərimizə xüsusi yaraşıq verir. Memarlıq şəhər mədəniyyətinin əsas atributlarından biridir. Şübhə yox ki, qədimdə köçərilikdən oturaq həyata qədəm qoyan insan əvvəlcə özünün həyati ehtiyaclarını, daha sonra isə estetik və mədəni tələbatlarını ödəmək üçün müxtəlif binalar tikmiş, sonra bunları daha gözəl və möhtəşəm edə bilmək üçün arxitektura elementləri tapmağa çalışmışdır. 

Əslində isə bizə zövq verən memarlığın ilhamçısı təbiətdir desək, yerinə düşər. Təbiət ən böyük memardır. Təbiətdəki mükəmməl simmetriya, göy cisimlərinin qüsursuz düzülüşü, mineralların, ağacların, çiçəklərin, otların, hətta kiçik qar dənəciklərinin ecazkar formaları zaman içərisində insanların diqqətini cəlb etmiş və bu daha sonralar əsərlərə çevrilərək əbədiləşmişdir. Beləcə, dünya mədəniyyətinin inciləri sayılan məşhur memarlıq abidələri belə yaranmış və bu gün yeni texnologiya ilə yaradılan əsərlərin, bir növ, ilham mənbəyinə çevrilmişdir.

Ardını oxu...

Yeni iqtisadi şəraitdə ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər arasında bölgələrə məxsus yerli istehsal-əmək ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb olunması hesabına daha çox emalyönümlü müəssisələrin işə salınması, çox sadə texnologiya ilə başa gələn istehsal sahələrinin yaradılması ön planda durur. Muxtar respublikamızın müxtəlif rayonlarının bu sahədəki potensialının və mövcud vəziyyətin təhlili istiqamətində apardığımız araşdırmaların növbəti ünvanı Culfa rayonu idi. Culfada apardığımız təhlillər burada emal sənayesinin inkişaf mərhələsində olduğunu deməyə əsas verir.
Culfa rayonu Naxçıvan Muxtar Respublikasının geniş əhali və torpaq ehtiyatlarına sahib, əlverişli iqlimə və mineral sərvətlərə, müasir yol-nəqliyyat infrastrukturuna malik olan ərazi vahidlərindəndir. Rayonda 1 şəhər, 22 kənd və 40 mindən artıq əhali vardır. Culfalılar əkinçilik, bağçılıq, bostançılıq və heyvandarlıqla məşğul olub yüksəkkeyfiyyətli məhsul istehsal edirlər. Naxçıvan bazarında hamının seçmədən bəyənib aldığı Bənəniyar üzümü, Milax pomidoru, Yaycı soğanı, Ləkətağ balı, Ərəfsə pendiri və daha çox sayda Naxçıvan nemətləri məhz Culfa kənd­lisinin məhsuludur. Bunlardan başqa, Culfanın təbii-mineral sərvətləri hesabına istehsal olunan kərpic və üzlük daş, qazlı suların və dondurmaların istehsalında mühüm şərt olan bərk karbon qazı da bu rayonda emal olunub istehsalçılara çatdırılır.

Ardını oxu...

 Culfa rayonunda cari ilin ötən dövrü ərzində tikinti-quruculuq tədbirləri geniş vüsət alıb. Şəhər və kənd yaşayış məntəqələrinin abadlaşdırılması diqqət mərkəzində saxlanılıb. Mənzil-kommunal təsərrüfatı sektorunda xidmətlərin müasir standartlara uyğunlaşdırılması, istismarda olan binaların cari və əsaslı təmiri daha da genişləndirilib. Məlumat üçün bildirək ki, 2016-cı ilin yanvar-iyun aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 14 milyon 316 min 100 manat investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 3,7 faiz artaraq 13 milyon 100 min 300  manat olub. 

Cari ilin ötən dövründə Saltaq kəndində kənd məktəbinin, həkim ambulatoriyasının, kənd və xidmət mərkəzlərinin tikintisi, su dəyirmanının, rayon mərkəzindəki Məmməd Əsgərov küçəsindəki 17 nömrəli yaşayış binasının əsaslı təmiri başa çatdırılıb. Culfa şəhərində Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin inzibati binasının və yardımçı binalarının, Gülüstan kənd və xidmət mərkəzlərinin tikintisi, Culfa şəhərində 15 nömrəli binanın əsaslı təmiri, həmçinin 15 və 17 nömrəli binaların həyətlərinin abadlaşdırılması davam etdirilir.

Ardını oxu...

Şərur rayonunda meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi diqqətdə saxlanılır. Arpa­çay dəryaçası əsaslı şəkildə təmir olunub, mövcud su qovşaqları yenilənib.
Rayonda əkin sahələri, əsasən, Arpaçay dəryaçası, həmçinin “Şərur”, “Löhmə”, “İbadulla” və “Çərçiboğan” kanalları, Araz çayından sudartan nasos stansiyaları və subartezian quyuları vasitəsilə suvarılır. Şərur Rayon Suvarma Sistemləri İdarəsi tərəfindən bu ilin ilk 6 ayında nasos stansiyalarının, kanal və arxların, içməli su xətlərinin, subartezian quyularının, hidrotexniki qurğuların əsaslı təmiri diqqət mərkəzində saxlanılıb. 125 kilometrə yaxın məsafədə beton və torpaq məcralı kanallar, drenaj şəbəkələri lildən təmizlənib.
Püsyan, Tumaslı, Ərəbyengicə, Kürçülü su toplayıcılarında, Şərur və Zeyvə kanallarında, ara arxlarda, Tumaslı kollektorunda lildən təmizləmə işləri başa çatdırılıb. Ələkli və Vərməziyar kəndləri arasındakı 3 kilometr uzunluğunda olan suvarma boru xəttinin çəkilişi tamamlanıb, Arpaçay-Tənənəm-Püsyan selovunda selə qarşı mübarizə tədbirləri həyata keçirilib.
Əhalinin içməli su təchizatı da diqqət mərkəzindədir. Aralıq kəndində hər biri 4 min kubmetr su tutan 2 anbar fəaliyyət göstərir. Rayonun 14 kəndinə, həmçinin Kəngərli rayonunun Qıvraq qəsəbəsinə, Qabıllı və Xok kəndlərinə bu anbarlardan nasoslarla içməli su çatdırılır.
Kollektivin gücü ilə ötən müddət ərzində 172 subartezian quyusunda əsaslı və cari təmir işləri aparılıb, o cümlədən 25 quyuya yeni nasos qoyulub, 2 quyu bərpa edilib, 2 quyu isə yenidən qazılıb istifadəyə verilib.

Elman MƏMMƏDOV

Bu bulağın suyu “Darıdağ” əmtəə nişanı ilə satışa çıxarılacaq

Mobil telefonuma zəng vurub, iş vaxtından sonra onlara gəlməyi xahiş edən Rüstəm: – Dostun Qurban da gəlib, elə bağçada, meyvə ağaclarının altında sizə gözəl bir çay süfrəsi açmışam, – dedi.
İş vaxtından sonra onlara getdim. Çoxdandır görüşmədiyimiz Qurbanla hal-əhval tutduq. Nə var, nə yox? Nə yaxşı bizləri yada salmısınız? – deyə soruşdum.
Yanında əyləşən qonaqları göstərib: – Səhhətlərində bir az problem var. Fikirləşdim ki, cavanlıqda xəstə­likdən əziyyət çəkdiyim zaman köməyimə çatan Əlincəçay vadisindəki müalicəvi sudan istifadə etsinlər. Bəlkə, bunların da dərdinə əlac olar. Ağızlarda yeni dad, cavanlığa bir qanaddır Darıdağ mineral müalicəvi süfrə suyu, – deyən dostum Qurban xeyli fikrə getdi. Sonra da söhbətini davam etdirdi:
– Gənc yaşlarımda mədə-bağırsaq xəstəliyindən çox əziyyət çəkir, atamla birlikdə o xəstəxana sənin, bu xəstəxana mənim deyib aylarla müalicə kursu keçir, nisbətən rahatlanan kimi, şükür, deyəsən, sağaldım, – deyib dönürdük evə. Təqribən, bir neçə aydan sonra başlanan ağrılar yenidən xəstəxanaya, özü də digər xəstəxanalara müraciət etməyə məcbur edir, sağalmaq ümidimi kəsmirdim. Amma düzünü deyim ki, kimyəvi dərmanları qəbul etməkdən də bezmişdim. Hətta xəstəxanaların birində həkimin atama:

Ardını oxu...

Müasir dövrdə enerji təhlükəsizliyinin təmin olunması istənilən ölkənin və ya regionun iqtisadi uğuru kimi qiymətləndirilir. Çünki iqtisadiyyatın inkişafı enerji təhlükəsizliyinin təmin olunması, enerji təhlükəsizliyinin təminatı isə iqtisadiyyatın inkişafı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin inkişaf konsepsiyasında da bu iki xətt strateji istiqamət kimi qarşıya qoyulub.

Qeyd edək ki, ötən əsrin 90-cı illərində məlum ictimai-siyasi hadisələr Azərbaycan iqtisadiyyatının tənəzzülə uğraması ilə bərabər, enerji təsərrüfatının iflic vəziyyətə düşməsinə də səbəb olmuşdu. Ölkə­mizdə bu sahənin, demək olar ki, iflasa uğraması Naxçıvan Muxtar Respublikasında daha acınacaqlı şəkildə özünü göstərib. Blokada şəraitində yaşamağa məcbur edilmiş Naxçıvanda enerji böhranı yalnız ulu öndər Heydər Əliyevin bu qədim Azərbaycan diyarında yaşayıb fəaliyyət göstərdiyi dövrdə aradan qaldırılıb. Həmin dövrdə idxal olunan elektrik enerjisi muxtar respublikanın düşdüyü enerji blokadasının yarılmasında əhəmiyyətli rol oynayıb. O dövrdən başlayaraq muxtar respublikada müxtəlif gücə malik olan transformator yarımstansiyaları quraşdırılıb, yüksəkgərginlikli elektrik verilişi xətləri çəkilib, idxal olunan elektrik enerjisinin itkisiz paylanması, avadanlıqların yüklənməsinin qarşısının alınması və enerji təchizatının etibarlılığının yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülüb. Ölkə başçısının “Azərbaycan Respublikasında elektrik enerjisi təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2005-ci il 2 may tarixli Sərəncamına uyğun olaraq, 2006-cı ildə Naxçıvan Qaz-Turbin Elektrik Stansiyasında dizel yanacağı ilə işləyən enerji turbinləri təbii qaz ilə işləmə rejiminə keçirilib.

Ardını oxu...

Ordubad rayonunda 2016-cı ilin birinci yarısında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 29129,1 min manat investisiya yönəldilib. Tikinti-quraşdırma işlərində istifadə olunmuş investisiyanın həcmi 3,8 faiz artaraq 27872,6 min manat təşkil edib.
Ordubad Rayon İcra Hakimiyyətindən bildiriblər ki, bəhs olunan dövrdə quruculuq, təmir-bərpa işləri bütün sahələri əhatə edib. Ordubad şəhərində Texniki Peşə və Sürücülük Məktəb kompleksinin istifadəyə verilməsi burada təhsilin keyfiyyətinin yüksəldilməsinə şərait yaradıb. Həmin dövrdə Ordubad dəmir yol vağzalının yeni binasının və “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin İnfrastruktur İdarəsinin Ordubad Yol Sahəsinin inzibati binasının tikintisi davam etdirilib. Ordubad şəhərində M.F.Axundov küçəsində 36 mənzilli yaşayış binasında əsaslı təmir işləri aparılır. Baş Dizə kəndində 156 şagird yerlik yeni məktəb binası, kənd və xidmət mərkəzləri inşa olunur, kənddaxili yollar təmir edilir, kommunikasiya xətləri yenilənir. Ordubad şəhərində içməli su və kanalizasiya sisteminin çəkilişi davam etdirilir.

Ardını oxu...

Ölkəmizdə meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərindən başlansa da, onun genişmiqyaslı inkişafına ümummilli liderimiz Heydər Əliyevin respublika rəhbərliyinə gəldiyi 1969-cu ildən başlanılıb. O vaxtdan etibarən respublika iqtisadiyyatının bütün sahələrinin, həmçinin kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərar qəbul edilib. Bu qərarlarda nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsini təmin etmək məqsədilə kompleks meliorasiya proqramları hazırlanıb. Bu illər ərzində bir sıra iri irriqasiya və meliorasiya obyektləri – Araz çayı üzərində Araz Su Anbarı və su elektrik stansiyası, Naxçıvan Muxtar Respublikasında 6 min hektar sahəni suvaran “Arpaçay” nasos stansiyası və Naxçıvan suvarma sistemi inşa olunub. Muxtar respublikada Arpaçay üzərində həcmi 150 milyon kubmetr olan Arpaçay və Naxçıvan çayından qidalanan, həcmi 12,7 milyon kubmetr olan Sirab su anbarları tikilib.

Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ötən əsrin 80-ci illərinin sonunda meliorasiya və su təsərrüfatının inkişafı, demək olar ki, tamamilə dayandı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin respublika rəhbərliyinə qayıdışı isə meliorasiya və su təsərrüfatı sahəsini məhv olmaqdan xilas etdi, mövcud meliorasiya potensialından daha səmərəli istifadə yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Ulu öndərin göstərişləri əsasında respublikaya ayrılan xarici investisiyalar, ilk növbədə, bu sahənin inkişafına yönəldildi. Ölkənin bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar aqrar sahə ilə paralel olaraq, meliorasiya və su təsərrüfatında da islahatların həyata keçirilməsinə başlanıldı, onların normativ-hüquqi bazası yaradıldı.

Ardını oxu...

Hərtərəfli inkişafın göstəricilərindən biri dünya ölkələri ilə yaradılmış iqtisadi-mədəni əlaqələrdir. Tarix boyu xalqların iqtisadi və elmi-mədəni nailiyyətləri bölüşdürülərək dövlətlər arasında ticarət əlaqələri yaradılmış, beynəlxalq iqtisadi əlaqələrin ilk təməli atılmışdır. Bu gün də xarici iqtisadi əlaqələrin səviyyəsi ölkələrin iqtisadi gücünün və beynəlxalq aləmdəki nüfuzunun əsas göstəricilərindən biri hesab olunur.
Xarici iqtisadi əlaqələr cəmiyyətə nə qazandırır? İlk olaraq onu qeyd edək ki, bu, ayrı-ayrı ölkələrin milli iqtisadiyyatının beynəlxalq inteqrasiya yolunda əsas şərtdir. Belə ki, dünya ölkələri öz əhalisinin ümumi rifah halını yüksəltmək üçün beynəlxalq əmək bölgüsünün üstünlüklərindən maksimum yararlanmağa çalışır, bunun üçün xarici iqtisadi əlaqələrə girirlər. Bu gün qarşılıqlı mənfəət əsasında elmi-texniki, iqtisadi, mədəni, turizm, ticarət, nəqliyyat, rabitə və sair sahələrdəki idxal-ixrac əməliyyatları beynəlxalq bazarın canlandırılmasına və eyni zamanda yeni həyat tərzinin formalaşmasına səbəb olur ki, bu da cəmiyyətin ümumi inkişafına öz töhfəsini verir.
Xarici iqtisadi əlaqələr çox mühüm humanitar və siyasi əhəmiyyətə də malikdir. Belə ki, ölkələr arasında yalnız sıx siyasi dialoq olduqda birbaşa iqtisadi əlaqələr yaranır. Ona görə də xarici iqtisadi əlaqələr dostluq əlaqələrinin məhsulu olduğu kimi, həm də onun möhkəmləndirilməsinin əsas səbəblərindən biridir. Bu gün beynəlxalq aləmdə bir-biri ilə sıx dost və qardaşlıq əlaqələri olan ölkələrin xarici ticarət dövriyyəsindəki qabarıq rəqəmlər də bunu təsdiq edir. Bu həm də həmin ölkələrin beynəlxalq aləmdəki nüfuzunun bir göstəricisidir. Ona görə də inkişaf etməkdə olan ölkələrdə həyata keçirilən xarici iqtisadi əlaqələr məhz bu istiqamətdə formalaşaraq onların dünya bazarındakı yerinin möhkəmləndirilməsinə yönəldilir.

Ardını oxu...

Daha bir taxıl tədarükü mövsümü başa çatdı. Payızdan bu isti yay günlərinədək çəkilən zəhmətin şahidi olduq. Muxtar respublika üzrə 31579 hektar taxıl əkini sahəsindən 94117 ton məhsul götürüldü ki, bu da 29,8 sentner məhsuldarlıq deməkdir. Qazanılan bu yüksək nəticənin təməlində dayanan başlıca amil taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə hərtərəfli qayğı göstərilməsidir. Belə qayğını onlar cari ildə də görüblər. Bunu statistik rəqəmlər də təsdiq edir. 

Belə ki, muxtar respublikanın taxıl istehsalçılarına yanacaq və sürtkü yağlarına görə 2016-cı ilin fevral ayında 1 milyon 521 min manat, aprel ayında isə 5124 nəfər sahibkara 2 milyon 392 min manat dəyərində 4905 tondan artıq azot gübrəsi verilib və taxıl zəmilərinə səpilib. Bundan əlavə, cari ilin may ayında 3854 nəfər buğda istehsalçısına becərdikləri 26792 hektar buğda sahəsi üçün 1 milyon 72 min manat, yazlıq əkinlər üçün isə iyul ayında 1877 nəfər sahibkara 26926 hektar sahə üçün 1 milyon 346 min manat dəyərində yardımlar verilib.

Ardını oxu...

2016-cı ilin ötən dövrü ərzində muxtar respublikada sahibkarlığın inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən olub, əhalinin maddi rifah halı yüksəlib. Cari ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sahibkarlarla görüşü, onlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı verdiyi tapşırıqlar daha yüksək nailiyyətlərin əldə olunmasına şərait yaradıb, ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 87 faizə çatıb.

Bu fikirlər Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində keçirilən kollegiya iclasında səsləndirilib. İclasda məruzə ilə çıxış edən iqtisadiyyat naziri Famil Seyidov bildirib ki, cari ilin birinci yarısında muxtar respublikada ümumi daxili məhsul istehsalının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 1 milyard 144 milyon manatı ötüb, sənaye məhsulunun həcmi 511 milyon 840 min manatdan çox olub. Vurğulanıb ki, cari ilin müvafiq dövründə kənd təsərrüfatı məhsulları istehsalı və emal sənayesini əhatə etməklə, 13 yeni istehsal və xidmət sahəsi istifadəyə verilib, 21 sahənin yaradılması davam etdirilib. Yaradılması başa çatdırılan sahələrdə 50 yeni iş yeri açılıb.

Ardını oxu...

Muxtar respublikada iqtisadi və sosial sahələrin inkişafı üzrə həyata keçirilən tədbirlər cari ilin ilk altı ayı ərzində də davam etdirilmiş, dinamik inkişaf qorunub saxlanılmışdır.
2016-cı ilin yanvar-iyun aylarında ümumi inkişafın əsas göstəricisi olan ümumi daxili məhsul istehsalının həcmi 1 milyard 144 milyon 207 min manatdan artıq olmuşdur ki, bu da bir il öncəki müvafiq göstəricidən 2 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq dövrünə nisbətən 4,2 faiz artaraq 2568 manatı ötmüşdür. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,8 faizlik payla sənaye sahəsi tutmuş və maddi istehsalın payı 59,5 faiz təşkil etmişdir.

Ardını oxu...

Muxtar respublikada digər sahələrlə yanaşı, dəmir yolu nəqliyyatının inkişafı da diqqət mərkəzində saxlanılır. Son illər bu sahədə yaradılan müasir infrastruktur xidmətin səviyyəsinin yüksəlməsinə, dəmir yolu nəqliyyatından istifadə edənlərin sayının və daşınan yüklərin həcminin artmasına səbəb olmuşdur. Yaradılan şərait dəmir yolu vasitəsilə xarici əlaqələrin inkişafına da imkan verir.
Bu sahədə görülən işlərin nəticəsidir ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İran Dəmir Yolları arasında 2016-cı il mart ayının 15-də, aprelin 28-də və iyulun 15-də imzalanmış ikitərəfli protokollara, eləcə də qarşılıqlı razılaşmaya əsasən, Naxçıvan Muxtar Respublikasından yüklərin dəmir yolu vasitəsilə daşınmasına dair yeni tariflər təsdiq olunmuşdur. Bununla da, İran İslam Respublikası ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikasına gətirilən və aparılan yüklərin daha ucuz qiymətə daşınması, eləcə də təhlükəsiz və səmərəli nəqliyyat marşrutları təmin edilmişdir. Qeyd olunan marşrutlar üzrə yüklərin dəmir yolu ilə daşınması operativliyin təmin olunmasına və xərclərin digər nəqliyyat vasitələri ilə müqayisədə azalmasına səbəb olacaqdır.
Yeni tariflərə əsasən, Naxçıvan şəhərindən Bəndər-Abbas limanına olan 2311 kilometr yol üçün 1 vaqon yükün (55 ton) daşınması 2162 İsveçrə frankı (3458 manat), Saraks şəhərinə olan 1979 kilometr yol üçün 1 vaqon yükün (55 ton) daşınması 1732 İsveçrə frankı (2770 manat) təşkil edir. Daşımalar yüklərin təyinatına uyğun vaqonlarda həyata keçiriləcəkdir. 

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin
mətbuat xidməti

İyulun 27-də İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin Ticarət, Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası üzvlərindən ibarət nümayəndə heyəti Naxçıvana gəlib. Qonaqlar əvvəlcə Naxçıvan şəhərinin baş meydanında ulu öndər Heydər Əliyevin əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər.
Həmin gün Naxçıvan Biznes Mərkəzində palatanın üzvləri ilə muxtar respublikanın sahibkarları arasında işgüzar görüş keçirilib. Tədbirdən əvvəl iranlı sahibkarlar mərkəzdə muxtar respublikada istehsal olunan məhsullardan ibarət sərgiyə baxıblar.
Naxçıvan Biznes Mərkəzinin iclas zalında keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov açaraq bildirib ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının muxtar respublikada uğurla davam etdirilməsi nəticəsində ötən dövrdə mühüm iqtisadi nailiyyətlər qazanılıb. Ötən əsrin sonlarından blokada vəziyyətinə salınmasına baxmayaraq, muxtar respublikamız bütün çətinliklərə sinə gərərək sürətli inkişaf yolu keçib və hazırda ölkə­mizin hərtərəfli inkişaf edən regionlarından birinə çevrilib. Sahibkarlığın inkişaf etdirilməsinə göstərilən dövlət qayğısı ötən müddətdə sahibkarlar təbəqəsinin yaranmasına imkan verib, muxtar respublikada yerli xammala əsaslanan yüzlərlə istehsal müəssisələri yaradılıb. Həyata keçirilən tədbirlər Naxçıvanı məhsul idxal edən regiondan ixrac edən regiona çevirib.

Ardını oxu...

Yayın isti günlərində torpaq mülkiyyətçilərinin qayğıları daha da artır. Bu sırada taxılçılıqla məşğul olanları xüsusi vurğulamaq lazımdır. Ötən ilin payızından cari ilin məhsulu üçün sahələrə çıxan, taxıl əkini kampaniyasını vaxtında və keyfiyyətlə başa çatdırmağa, aqrotexniki qaydalara lazımınca əməl etməyə çalışan belə insanlar yetişdirdikləri məhsulu optimal müddətdə toplamağa səy göstərirlər. Son illər dövlətimizin taxılçılığın inkişafına, torpaq mülkiyyətçilərinin qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasına göstərdiyi qayğı bu sahədə böyük uğurlar qazanılmasına stimul olub.

Cari ilin məhsulu üçün muxtar respublikamızda 31 min 579 hektar sahədə taxıl əkilib. Taxıl istehsalçılarına əvvəlki illərdə olduğu kimi kreditlər verilib, bu vəsaitin təyinatı üzrə xərclənməsi diqqət mərkəzində saxlanılıb. Mineral gübrələrlə təminata da xüsusi diqqət yetirilib, sahələr vaxtlı-vaxtında suvarılıb. Çəkilən zəhmət hədər getməyib, sahələrdə bol məhsul yetişdirilib. Bir aydan çoxdur ki, sahələrdən kombaynların səsi gəlir. Yetişdirilmiş məhsulu vaxtında toplamaq üçün aidiyyəti qurumlar, torpaq mülkiyyətçiləri səfərbər olunublar.

Ardını oxu...

Bu tədbirlərdən Babək rayonuna da xeyli pay düşüb

Muxtar respublikamızda istənilən yaşayış məntəqəsinin inkişafı onun ümumi mənzərəsindən bəlli olur. Regionun ildən-ilə inkişaf edən bölgələrinin fonunda bu yeniliyi daha aydın görmək mümkündür. Belə bölgələrdən biri də xalqımızın qəhrəman oğlunun adını daşıyan Babək rayonudur.

Babək rayonu ümummilli lider Heydər Əliyevin təşəbbüsü və xeyir-duası ilə 1978-ci ildə yaradılıb. Ulu öndərin Azərbaycanda hakimiyyətdə olduğu hər iki dövrdə Babək rayonu hərtərəfli inkişaf yolu keçib. Həyata keçirilən tədbirlər nəticəsində rayon özünün yeni inkişaf yoluna qədəm qoyub, xeyli sayda kənd yaşayış məntəqələri abadlaşdırılıb, yerli istehsal müəssisələrinin sayı artırılıb, kənd təsərrüfatı inkişaf etdirilib, rayon mərkəzi olan Babək qəsəbəsi öz simasını tamamilə dəyişib. Son illərdə bölgədə muxtar respublika əhəmiyyətli mühüm layihələr həyata keçirilib. Təkcə ötən il rayonda Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə Naxçıvan Günəş Elektrik Stansiyasının, 7 yaşayış məntəqəsini birləşdirən Şəkər­abad-Babək qəsəbə-Nehrəm-Araz­kənd dairəvi avtomobil yolunun və Nehrəm kənd 2 nömrəli tam orta məktəbin açılışı olub. Babək qəsəbəsində rayon Rabitə İdarəsi və “Naxçıvanpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin Babək rayon filialı üçün yeni inzibati bina və 5 mərtəbəli 60 mənzilli yaşayış binası istifadəyə verilib, Heydər Əliyev prospektində 500 metr məsafədə hasar çəkilib və müasir arxitektura üslubunda üzlənib ki, bu da qəsəbəyə uzanan avtomobil yoluna xüsusi yaraşıq verir. Bundan əlavə, Xal-xal kəndində məktəb binası, kənd və xidmət mərkəzləri tikilib.

Ardını oxu...

Yaxud “Qaragül” tanıtım nişanı ilə xarici bazara çıxarılan Naxçıvan məhsulu

Yay fəsli, yaylaq dövrü heyvandarlıqla məşğul olan fermerlərin istirahət vaxtıdır. Əvvəlcədən razılaşdığımız kimi Şərur Rayon Baytarlıq İdarəsinin rəisi Cəlal Kamalovla görüşərək onun “Niva” markalı avtomobilinə əyləşib üz tutduq fermerlərin məskən saldığı ünvana – Şahbuz rayonundakı Salvartı yaylağına. Enişli-yoxuşlu avtomobil yolu ilə yaşıl örpəyə bürünmüş, dağların sinəsinə sancılmış, ağ yapıncını xatırladan obaların, güllərin, çiçəklərin, ətrafa səpələnmiş qoyun-quzuların, sıldırım qayaların yaratdığı ecazkar mənzərəni seyr edə-edə qalxdıq yüksəkliyə. Təmiz havası, diş göynədən bulaqları, süfrəsindən yağı, pendiri, qatığı, qaymağı əskik olmayan, sanki yanaqlarından qan daman zəhmət adamlarının yanına. Fermerlər Xudaverdi İsmayılov, Xosrov Əsədov, Mikayıl Cəfərov, Abdulla Heydərovla görüşdük. Cəlal həkim mütəmadi olaraq yaylağa baş çəkdiyindən onu yaxşı tanıyırdılar. Hal-əhval tutduqdan sonra:

– Ay həkim, bu qonaq kimdir? – deyə soruşdular.
– Jurnalist dostumuzdur. Fikirləşdik ki, bu dəfə birlikdə qalxaq yaylağa.
– Lap əcəb etmisiniz. Qonaq Allah qonağıdır, – deyib mənə yaxınlaşdılar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial sahələrdə infrastrukturun yenilənməsi həyata keçirilən tikinti-quruculuq tədbirlərinin əsasını təşkil edir. Əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də bu sahədə atılan addımlar yeni infrastruktur obyektlərinin tikilməsinə və ya əsaslı şəkildə yenidən qurulmasına şərait yaradıb. 

Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən aldığımız məlumata görə, cari ilin əvvəlindən muxtar respublikada tikinti və ya əsaslı şəkildə təmirdən sonra, ümumilikdə, 95 obyekt, o cümlədən 1 peşə məktəbi, 1806 şagird yerlik 6 ümumtəhsil məktəbi, 6 səhiyyə obyekti, 7 inzibati bina, 15 mədəniyyət obyekti, 2 idman obyekti, 1 yaşayış binası, 20 istehsal və xidmət sahəsi, 37 digər infra­struktur obyektləri istifadəyə verilib. Hazırda iqtisadi və sosial sahələrdə 130 müxtəlif obyektin tikintisi və ya yenidən qurulması davam etdirilir. Eyni zamanda ötən dövrdə səmərəli idarəetmənin və əhaliyə göstərilən xidmətlərin səviyyəsini yaxşılaşdırmaq məqsədilə 6 kənd mərkəzi istifadəyə verilib, 10 kənd mərkəzinin inşası isə davam etdirilir.
Bununla yanaşı, muxtar respublikada əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Qeyd edək ki, 2015-ci ildə Naxçıvan şəhərdaxili içməli su və kanalizasiya şəbəkəsi istifadəyə verilib, Culfa və Şahbuz şəhərlərinin, eləcə də ətraf kəndlərin içməli su və kanalizasiya şəbəkəsində işlər tamamlanıb, evlər su ilə təmin edilib. Komitənin məlumatına görə, hazırda Şərur, Babək, Ordubad, Kəngərli və Sədərək rayonlarında, Naxçıvan şəhərinin Tumbul, Qaraçuq, Bulqan və Qaraxanbəyli kəndlərində içməli su və kanalizasiya şəbəkələrində işlər davam etdirilir.

Xəbərlər şöbəsi

Ordubad rayonunun quruculuq xəritəsi ildən-ilə genişlənir. Quruculuq tədbirləri cari ildə də davam etdirilir. Belə yaşayış məntəqələrindən biri Baş Dizə kəndidir. Rayonun kiçik yaşayış məntəqələrindən biri olan Baş Dizədə aparılan kompleks quruculuq tədbirlərinə mart ayında start verilib.
Burada kənd tam orta məktəbi, kənd və xidmət mərkəzləri üçün binalar inşa olunur. Quruculuq tədbirlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları həyata keçirirlər. Onlara hərtərəfli şərait yaradılıb.
Üç mərtəbədən ibarət olan məktəb binası 156 şagird yerlik nəzərdə tutulub. Təhsil ocağının yeni binasında geniş və işıqlı sinif otaqları, kitabxana, idman zalı, kompüter və elektron lövhəli siniflər, laboratoriya müəllim və şagirdlərin ixtiyarına veriləcək.
Kənd mərkəzi 2 mərtəbədən ibarətdir. Burada fəaliyyət göstərəcək müxtəlif dövlət qurumları üçün hərtərəfli iş şəraiti yaradılacaq.
Yeni xidmət mərkəzi də kənd sakinlərinə dövlətimizin növbəti qayğısıdır.
Hər 3 obyektdə tikinti işləri əsasən başa çatdırılıb. Hazırda suvaq çəkilir, daşüzləmə işləri görülür.
Obyektlərin inşası başa çatdırıldıqdan sonra ərazi abadlaşdırılacaq, yaşıllıq zolaqları, gülkarlıqlar salınacaq.

Xəbərlər şöbəsi

Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata görə, muxtar respublikada fəaliyyət göstərən banklar tərəfindən 2016-cı ilin ilk 6 ayı ərzində 2085 hüquqi, 55 min 689 fiziki şəxs olmaqla, 57 min 774 müştəriyə xidmət göstərilib.
Xidmət göstərilən hesabların 51 min 436-sı işlək hesab olub ki, onların 1381-i hüquqi, 50 min 55-i fiziki şəxsdir.
Bəhs olunan dövrdə 32 hüquqi, 9 min 622 fiziki şəxs olmaqla, 9 min 654 müştəriyə yeni bank hesabı açılıb. Açılmış bank hesablarının hamısı fəaliyyət göstərir.
Əsassız nağd ödənişlərə yol vermə­mək üçün müəssisə və təşkilatlara qonşu xarici ölkələrdən aldığı mal və avadanlıqların dəyərinin istənilən valyuta növündə köçürülməsi təmin olunub, akkreditiv forması, avans ödənilməklə və digər müqavilə şərtlərinə uyğun olaraq xarici ölkələrə mal və avadanlıqların dəyərinin ödənilməsi üçün 5 milyon 238 min avro, 8 milyon 319 min ABŞ dolları, 15 milyon 85 min rus rublu köçürülüb. 90-180 gün müddətində avadanlıqların alınıb muxtar respublikaya gətirilməsinə nəzarət olunub, gömrük bəyannamələri alınıb.

Ardını oxu...

Bir ay əvvəl Naxçıvana gələrkən Duzdağ yolundan doğma şəhərimizi, gözoxşayan, sayrışan ulduzları xatırladan elektrik lampalarının bərq vurduğu ecazkar bir mənzərəni seyr edərək, – mən bura gələndə gördüyüm zülmətə qərq olmuş, ümidi çıraq işığına qalmış Naxçıvan indi dünyanın ən gözəl şəhərlərinə bənzəyir. Bu, inanılmazdır. Gərək mən də ata yurdunda bu gözəlliyə yaraşan bir fərdi ev tikdirəm, – deyən, uzun illərdir, Avropada yaşayan, biznes fəaliyyəti ilə məşğul olan dostum Tahir Naxçıvanda olduğu iki gün ərzində vaxt tapıb fərdi yaşayış evlərinin tikintisi ilə məşğul olan briqada ilə görüşdü və evin layihəsini də onlara verib getdi. Amma Tahirin getməsindən bir ay vaxt keçməsinə baxmayaraq, heç bir əlaqəmiz yox idi.

Sübh tezdən mobil telefonuma gələn zəng məni erkən qalxmağa məcbur etdi.
– Xeyirdir inşallah. Erkən zəng vuran kimdir görəsən? – deyə fikirləşə-fikirləşə telefonu götürüb ekrana baxdım. Tanımadığım nömrədən gələn zəng idi, açdım.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyi tərəfindən bu ilin ötən dövründə elektrik stansiyalarında, yüksək və alçaq gərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılmışdır.
Bu dövrdə Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində görülən işlər davam etdirilmiş, muxtar respublikanın şəhər və kənd­lərində 20 ədəd yeni transformator yarımstansiyası quraşdırılmış, 19 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətti çəkilmiş, 49 transformator təmir edilərək şəbəkələrə qaytarılmışdır.
Muxtar respublikanın enerji təminatında əsas yeri Günəş və su elektrik stansiyaları tutur. Belə ki, 2016-cı ilin 6 ayında muxtar respublikada elektrik enerjisinə olan tələbatın 70 faizi bu elektrik stansiyalarında istehsal olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamının icrası diqqətdə saxlanılmış, Naxçıvan Dövlət Universitetinin Elektro­energetika mühəndisliyi ixtisası tələbələrinin elektrik stansiyalarında təcrübə keçməsi təmin edilmiş, cari ilin ötən dövründə universiteti bitirən 6 tələbə agentliyin təşkilatlarında işlə təmin olunmuşdur.
Naxçıvan şəhərində smartkarttipli sayğacların qoyulması işləri davam etdirilmiş, 2300 ədəd belə sayğac quraşdırılmışdır. Bundan başqa, muxtar respublikada elektrik enerjisindən sayğacdankənar istifadənin qarşısının alınması diqqətdə saxlanılmış, yaşayış məntəqələrində mütəmadi reydlər ­keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Energetika Agentliyinin mətbuat xidməti

Bu gün iqtisadiyyatın müasirləşməsində, şəffaf idarəetmə sisteminin qurulmasında nağdsız ödəniş sisteminin genişləndirilməsinin rolu danılmazdır. Dünya təcrübəsi sübut edir ki, ölkənin maliyyə və sosial-iqtisadi fəaliyyətində hesabatlığın və şəffaflığın təmin edilməsi sahəsində mühüm tədbirlərdən biri də nağdsız ödəniş sisteminə keçiddir.
“2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”a uyğun olaraq nağdsız ödəniş sisteminin genişləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin əsas məqsədi də iqtisadi subyektlər arasında şəffaflığa nail olunmasından, vergidənyayınma hallarının qarşısının alınmasından ibarətdir.
Vəsaitlərin dövriyyəsinin sürətləndirilməsində, nağd pulların çapı, daşınması, saxlanması və təsərrüfat əməliyyatlarının xərclərinin azalmasında, bütövlükdə, iqtisadiyyatın inkişafında nağdsız ödənişlər əhəmiyyətli rol oynayır. Nağdsız ödəmə aləti kimi POS-terminallar həm ödəniş kartı sahibləri, həm də biznes subyektləri üçün faydalıdır. Çünki ödəniş məbləğlərinin dəqiq olması və hesablaşmaların rahat aparılması, müştərilərin sayının artırılması, nağd vəsaitlərlə aparılan əməliyyatlarda iş yükünün azaldılması, mal və xidmətlər üzrə hesablaşmalar zamanı təhlükəsizliyin artırılması, şəxsi büdcənin düzgün planlaşdırılması baxımından POS-terminallardan istifadə daha məqsədəuyğundur.

Ardını oxu...

Muxtar respublikamızda aparılan kompleks quruculuq tədbirləri paytaxt Naxçıvan şəhəri ilə bərabər, şəhərətrafı yaşayış məntəqələrini də əhatə edir.

Xüsusilə Naxçıvan şəhər inzibati ərazi vahidinə daxil olan kənd yaşayış məntəqələri son illərdə bu istiqamətdə görülən işlərin mərkəzinə çevrilib. Belə kənd yaşayış məntəqələrindən biri də Bulqan kəndidir.
Kənddə kompleks quruculuq tədbirlərinə ötən ildən başlanılıb. Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin inşaatçıları tərəfindən burada yeni kənd və xidmət mərkəzləri tikilir. Ötən dövrdə ikimərtəbəli kənd mərkəzinin inzibati binasında əsas işlər başa çatdırılıb, hazırda binanın daxilində döşəmə vurulur, qapıların salınmasına başlanılıb. Müasir memarlıq üslubunda tikilmiş binanın ətrafında abadlıq işləri görülür, yerə kilid daş döşənir. Digər kənd mərkəzlərində olduğu kimi burada da dövlət qurumlarının fəaliyyəti üçün müasir iş şəraiti yaradılacaq.
Kənd mərkəzinin yaxınlığında yerləşən digər obyekt isə xidmət mərkəzinin binasıdır. Bu obyektdə işlər tamamilə yekunlaşdırılıb, binanın ətrafı abadlaşdırılıb. Burada kənd sakinlərinə xidmət göstərəcək ərzaq və sənaye malları mağazası, kişi bərbəri və qadın gözəllik salonu, ət satışı mağazası yerləşəcək.
Həyata keçirilən tədbirlər bu yaşayış məntəqəsinin də simasını dəyişəcək, sakinlərin rahatlığı təmin olunacaq.

Xəbərlər şöbəsi

2016-cı ilin ötən dövründə muxtar respublikada nəqliyyatın inkişafı təmin edilmiş, əhaliyə göstərilən xidmətin səviyyəsi yüksəldilmişdir. Bu dövrdə Naxçıvan-Bakı-Naxçıvan marşrutu üzrə sərnişinlərin rahat gediş-gəlişi təmin edilmişdir.
Cari ilin birinci yarısında 4 avtobus vasitəsilə Bakıya 426 reys edilmiş, 12 min 889 sərnişin daşınmış, Bakıdan Naxçıvana gələn sərnişinlərin sayı isə 14 min 636 nəfər olmuşdur. Həmçinin bu ildən etibarən Naxçıvan-Batumi-Naxçıvan marşrutu da fəaliyyətə başlamışdır.
Şəhərdaxili və rayonlararası nəqliyyatın intensiv və təhlükəsiz fəaliyyətini təmin etmək məqsədilə xətlərdə olan avtobusların texniki sazlığı daim nəzarətdə saxlanılmış, vaxtaşırı lazımi təmir işləri görülmüşdür. Bu dövrdə 139 marşrut xətti üzrə 305 avtobus vasitəsilə rayon mərkəzləri və kəndlərin hamısına gediş-gəliş təmin edilmişdir. Avtovağzalların fəaliyyəti də diqqət mərkəzində saxlanılmış, sərnişinlərə xidmət işi lazımi səviyyədə təşkil olunmuşdur.

Ardını oxu...

Muxtar respublikamızda sosial-iqtisadi inkişafın bəhrələri olan yeni quruculuq ünvanlarının sayı getdikcə artır. Bu, region sakinlərinə göstərilən qayğının ifadəsi kimi diqqəti çəkir. Qədim diyarımızın ən böyük bölgələrindən biri olan Babək rayonunun quruculuq xəritəsi də hərtərəfli dövlət qayğısı hesabına ildən-ilə genişlənir. Cari ildə də quruculuq tədbirləri bu bölgənin bir neçə kənd yaşayış məntəqəsində davam etdirilir. 

Belə ki, hazırda rayonun Hacıvar kəndində yeni kənd və xidmət mərkəzlərinin tikintisi aparılır. Tikinti işlərinə cari ilin aprel ayından başlanılıb. Ötən müddətdə ikimərtəbəli kənd mərkəzinin binasında hörgü işləri başa çatdırılıb, binanın dam örtüyü vurulub, kommunikasiya xətlərinin çəkilişi yekunlaşıb. Eyni zamanda fasad hissədə suvaq işləri də başa çatdırılıb. Hazırda pəncərə kənarlarına və binanın künc hissələrinə üzlük travertin daşlar vurulur, daxildə isə ağartma-suvaq işləri görülür. Kənd mərkəzi binasının birinci mərtəbəsində həkim ambulatoriyası, kitabxana, poçt, polis sahə və baytarlıq məntəqələri, qazanxana və ATS yerləşəcək. İkinci mərtəbədə isə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, arxiv, klub, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı üçün otaqlar istifadəyə veriləcək.

Ardını oxu...

Meliorasiya-irriqasiya sahəsində həyata keçirilən kompleks tədbirlər öz bəhrəsini verir

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə muxtar respublikamızda kənd təsərrüfatının inkişafında mühüm rol oynayan meliorasiya-irriqasiya sahəsində irimiqyaslı layihələr həyata keçirilib, su anbarları tikilib istifadəyə verilib. Bu proses sonrakı dövlərdə də uğurla davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsində bizə muxtar respublika ərazisində yaradılan su anbarları və bu sahədəki mövcud vəziyyət barədə ətraflı məlumat verdilər.
Babək rayonu ərazisində Naxçıvan şəhərindən şimalda yerləşən, 1961-ci ildə istismara verilən, bəndin hündürlüyü 17,7 metr, uzunluğu 1868 metr və sututumu 7 milyon 190 min kubmetr olan Uzunoba Su Anbarı ayrı-ayrı vaxtlarda təmir olunaraq 7530 hektar torpaq sahəsinin suvarma suyu ilə təmin olunmasına əlverişli şərait yaradıb. Hazırda Babək rayonunun Şıxmahmud, Uzunoba, Kəngərli rayonunun Böyükdüz və Xok kəndlərinin torpaq sahələrinə nasos stansiyaları vasitəsilə suvarma suyu verilir.

Ardını oxu...

Muxtar respublikada dəmir yolunda daşımaların təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır, qatarların fasiləsiz hərəkəti təmin olunur. Bütün bunların nəticəsidir ki, cari ilin ötən dövründə Ordubad-Vəlidağ sahəsində hərəkətdə olan yük və sərnişin qatarlarının fasiləsiz işi təmin olunmuş, dəmir yolu vasitəsi ilə muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 30 min tona yaxın yük daşınmış, 75 min 419 sərnişin dəmir yolu nəqliyyatından istifadə etmişdir.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşları dəmir yollarının istismar vəziyyətini mütəmadi yoxlamış, baş və stansiya yollarında lazımi təmir işləri görmüşdür. Xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə profilaktik tədbirlər də gücləndirilmiş, Culfa Lokomotiv Deposunda lokomotivlər 29 dəfə texniki baxışdan keçirilmiş, 9 lokomotiv cari təmir edilmişdir. Culfa İstismar Vaqon Deposunda isə 6 ay ərzində 77 vaqon depo təmir edilmiş, xidməti ərazidə 2831 ədəd yararsız ağac şpal dəyişdirilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında yeni texnologiyaların tətbiqi və inkişafı istiqamətində müvafiq işlər görülür, yeni layihələr həyata keçirilir.
Artıq muxtar respublikada bütün sahələrdə informasiya texnologiyalarının imkanlarından geniş istifadə olunur. Yaradılan şəraitin nəticəsidir ki, sakinlərə keyfiyyətli rabitə və internet xidməti göstərilir. Bu ilin ötən dövründə də rabitə və yeni texnologiyaların inkişafı diqqətdə saxlanılmış, yaşayış məntəqələrində 61 min 932 metr fiber-optik kabel xətti çəkilmiş, 4928 nömrə tutumlu 17 yeni avtomat telefon stansiyası və 1439 yeni telefon nömrəsi istifadəyə verilmiş, 2046 abunəçi genişzolaqlı internetlə təmin olunmuşdur.

Ardını oxu...

Yaxud müəssisənin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən yeni layihə

 

Muxtar respublikamıza gələn qonaqlar daha çox təbiət mənzərələri ilə “ünsiyyətdə” olmağa can atırlar. Elə mənim Rusiyadan gələn qonaqlarım da Ordubada getməyi, qoşa çinarın altında bir stəkan çay içməyi təklif etdilər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 30 aprel 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması qaydası” yerli istehsal müəssisələrimizin fəaliyyətini stimullaşdırmaqla dövlət vəsaitindən səmərəli istifadəyə, müəssisə və təşkilatların vaxtında ərzaq məhsulları ilə keyfiyyətli və davamlı təchizatına zəmin yaradıb, məhsulların təhlükəsizliyinə və keyfiyyətinə nəzarət sisteminin müasir tələblər səviyyəsində həyata keçirilməsinə imkan verib.
Muxtar respublikada istehsal olunan yerli məhsulların xarici bazarlara çıxarılması, sahibkarların fəaliyyətinin stimullaşdırılması məqsədilə “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Dövlət müəssisə və təşkilatlarının ərzaq məhsulları ilə mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına təminatı, ərzaq məhsullarının istehsalçılarından məhsulların alışını və tədarükünü təşkil etmək, satıcılara çatdırılması bu müəssisə tərəfindən həyata keçirilməkdədir.
Ərzaq mallarının alqı-satqısının mərkəzləşdirilmiş qaydada “Naxçıvan Məhsulları” MMC tərəfindən həyata keçirilməsi qida sektorunda rəqabətin genişləndirilməsinə, kiçik və orta biznesin inkişafına, dövlət büdcəsindən səmərəli istifadəyə şərait yaratmaqdadır.

Ardını oxu...

Müasir bazar iqtisadiyyatı şəraitində kreditlərin verilməsi nəticəsində iqtisadiyyatın ayrı-ayrı sahələrinin maliyyələşdirilməsi məhz bank sektorunun iqtisadiyyatın inkişafında rolunun əsas göstəricisidir.
Banklar tərəfindən kənd təsərrüfatı sahələrinə verilən güzəştli kreditlər həmin sahədə istehsalın artımına, istehsal olunmuş məhsulların ixracına, məşğulluğun artırılmasına, aqrar sektorun və onunla əlaqədar olan digər sahələrin (yeyinti, yüngül sənaye sahələrinin) inkişafına birbaşa və dolayı təsir edir. Bundan əlavə, banklar tərəfindən verilən kreditlərlə müxtəlif müəssisələrin yaradılması istehsalın həcminin artmasına, əhalinin məşğulluğunun təmin olunmasına, nəticədə, dövlət büdcəsinə vergi daxilolmalarının artmasına təsir edir.
Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsindən aldığımız məlumata görə, muxtar respublikada fəaliyyət göstərən banklar və kredit təşkilatları tərəfindən 1 iyul 2016-cı il tarixə iqtisadiyyata yönəldilən kredit qoyuluşu 114 milyon 171 min manat, o cümlədən qısamüddətli kredit qoyuluşu 12 milyon 371 min manat, uzunmüddətli kredit qoyuluşu isə 101 milyon 800 min manat təşkil edib. Kredit qoyuluşu keçən ilin müvafiq dövrü ilə müqayisədə 5 milyon 617 min manat azalıb. Azalma cari dövrdə yığılmış vaxtı keçmiş kredit borcları hesabına olub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi tərəfindən 2016-cı ilin birinci yarısında sığorta mədəniyyətinin inkişaf etdirilməsi və kütləviliyinin təmin olunması sahəsində ardıcıl tədbirlər görülmüşdür. Muxtar respublikanın təhsil, səhiyyə, mədəniyyət, tikinti və sahibkarlıq subyektlərində icbari və könüllü sığortanın əhəmiyyəti barədə maarifləndirmə tədbirləri aparılmış, istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta işinə diqqət artırılmışdır. Rayonlardakı Dövlət Sığorta agentlikləri isə yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birlikdə kəndlərdə maarifləndirmə tədbirlərini davam etdirmiş, sakinlərə sığortanın növləri, əhəmiyyəti və şərtləri barədə ətraflı məlumat vermişdir.
İcbari sığortanın mühüm növlərindən biri də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasıdır. Muxtar respublikanın iqtisadi inkişafına paralel olaraq nəqliyyat vasitələrinin sayının durmadan artması bu sahədə işlərin genişləndirilməsini şərtləndirmişdir. Buna görə də Dövlət Yol Polisi əməkdaşları ilə birlikdə mütəmadi reydlər keçirilmiş, nəqliyyat vasitələri icbari sığortaya cəlb olunmuşdur. Ötən dövrdə kənd təsərrüfatı bitkilərinin sığortası ilə əlaqədar vətəndaşlar arasında izahat işi aparılmış, bu sığorta növünün mahiyyəti diqqətə çatdırılmışdır. Görülən işlərin nəticəsidir ki, sahibkarların sığortanın bu növünə olan marağı getdikcə artmaqdadır. Belə ki, 2016-cı ilin 6 ayında 627 vətəndaşa məxsus kənd təsərrüfatı bitkiləri sığortalanmışdır. Hazırda bu sahədə işlər davam etdirilir.
Qeyd olunan dövrdə vətəndaşlar tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyinə daxil olan müraciətlərə də vaxtında cavab verilmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta
Agentliyinin mətbuat xidməti

İnşaat obyektlərinə “Duzdağ ömrü” bəxş edən müəssisələrdən biri –
Naxçıvan Sement Zavodu

Uzun illərdir, Avropada yaşayan, biznes fəaliyyəti ilə məşğul olan dostum Tahirin Türkiyəyə gəldiyini eşidib telefon əlaqəsi saxladım.
– Sabah gəlirəm Naxçıvana. Darıxmışam doğma şəhərimiz, kəndimiz üçün. Dünyanın işini bilmək olmaz, – deyib xudahafizləşdik.
Ertəsi gün Sədərək gömrük-keçid məntəqəsində onu qarşıladım. Mobil telefonla danışırdı. Bir az gözləməli oldum. Söhbətini yekunlaşdırıb: – Dayımla danışırdım. Deyir ki, Naxçıvan şəhəri tanınmaz dərəcədə dəyişib. Bizim evi isə heç tanımayacaqsan. Sən gördüyün ikimərtəbəli yastı-yapalaq binanın yerində indi çoxmərtəbəli bina ucaldılıb. Elə biz sakinlərə də burada hər cür şəraitə malik gözəl mənzillər verilib. Şəhərə çatan kimi bizə gəlin. Bir stəkan çayımızı için. Sonra da şəhəri gəzər, qohum-əqrəba ilə hal-əhval tutarsınız. Mən də ağsaqqal kişinin sözünü yerə salmadım, – dedi.
– Dayın haqlıdır. Naxçıvanın siması tanınmaz dərəcədə dəyişib. İnsanda xoş ovqat yaradan, müasir memarlıq üslubu ilə göz­oxşayan, bir-birindən yaraşıqlı inzibati və ictimai yaşayış binaları həyata vəsiqə alıb. Şəhərimizin gözəlliyinə xələl gətirən, istismar müddəti başa çatmış ictimai yaşayış binalarının yerində çoxmərtəbəli binalar ucaldılıb. Sakinlər daha gözəl, ən başlıcası isə təhlükəsiz mənzillərlə təmin ediliblər, – dedim.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərzaq mallarının keyfiyyətinə nəzarət davam etdirilir.
Ötən illər ərzində cəmiyyətin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mütəmadi olaraq məqsədyönlü tədbirlər həyata keçirilib, ABŞ, Almaniya, İngiltərə, Polşa, İtaliya, Türkiyə istehsalı olan, beynəlxalq standartlara uyğun laboratoriya avadanlıqları alınıb quraşdırılıb. Laboratoriyada mütəmadi olaraq yerli və idxal məhsullarından nümunələr götürülərək təhlillər aparılıb. Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan dövlət nəzarətinin bir hissəsini də yerli istehsal və idxal məhsullarının orqanoleptik, fiziki-kimyəvi, mikrobioloji və toksikoloji göstəricilərinin yoxlanması təşkil edir.
“İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətindən verilən məlumata görə, 2016-cı ilin ilk 6 ayı ərzində 527 halda hüquqi və 788 halda fiziki şəxslər tərəfindən daxil olmuş 79 mal çeşidini əhatə edən 1315 halda mal nümunəsi laboratoriya analizindən keçirilib və 994 halda səyyari laboratoriya təhlilləri aparılıb. Aparılmış laboratoriya təhlilləri, əsasən, 894 yerli istehsal məhsullarını və 421 idxal məhsullarını əhatə edib. Nəticədə, 1302 hаldа məhsulun kеyfiyyət göstəricilərinin nоrmаtiv-tехniki sənədlərin tələblərinə cаvаb vеrdiyi, 13 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilib. Məhsulların keyfiyyətində yaranmış nöqsanların aradan qaldırılması üçün qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Ardını oxu...

Muxtar respublikada bütün yaşayış məntəqələri, istehsal və xidmət sahələri qazlaşdırılmışdır. 2016-cı ilin birinci yarısında 715-i əhali, 63-ü qeyri-əhali olmaqla, 778 müxtəlif təyinatlı obyektlərə yeni qaz xətləri çəkilmiş, muxtar respublika üzrə təbii qaz istehlakçılarının ümumi sayı 86 mini ötmüşdür. 

“Naxçıvanqaz” İstehsalat Birliyi qaz verilişində fasilələrin yaranmaması üçün müvafiq tədbirlər görür, təhlükəsizlik məsələlərini daim diqqət mərkəzində saxlayır. Ötən dövrdə də magistral qaz kəmərlərində elektrokimyəvi mühafizə qurğularına mütəmadi nəzarət edilmiş, korroziyaya uğrayan hissələr yenilənmişdir. Korroziyaya uğramış boruların dəyişdirilməsi, yol-tikinti, yenidənqurma və abadlaşdırma işlərinin aparılması ilə əlaqədar olaraq 131 min paqonometrdən artıq müxtəlif diametrli boru istifadə edilmişdir. Həmçinin “Naxçıvanqaz” İstehsalat Birliyində nəzarət ölçü cihazlarının yoxlanması üçün laboratoriya qurulmuşdur.
İlin birinci yarısında qəza dispetçer xidmətləri 10 min 712 sızma aşkarlayaraq aradan qaldırmış, istismara yararsız olan qaz sayğacları yenilənmiş, Naxçıvan şəhərində 2672 smartkarttipli sayğac quraşdırılmışdır.
Birliyin əməkdaşları ötən aylar ərzində müvafiq qurumlarla birlikdə muxtar respublika ərazisində reydləri davam etdirmiş, aşkar olunan nöqsanlar aradan qaldırılmış, təbii qazdan təhlükəsiz istifadə qaydaları haqqında maarifləndirmə işi gücləndirilmişdir. Həmçinin kadr potensialının artırılması, qaz istismarı sahəsində çalışanların ixtisas dərəcəsi və peşəkarlıq səviyyəsinin yüksəldilməsi də diqqət mərkəzində saxlanılmışdır.

“Naxçıvanqaz” İstehsalat Birliyinin
mətbuat xidməti

Muxtar respublikada suvarılan torpaq sahələrinin genişləndirilməsi, yeni torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi, suvarmada mütərəqqi metodlardan istifadə və suvarma sistemlərinin faydalı iş əmsalının artırılması bu ilin ötən dövründə də diqqət mərkəzində saxlanılmışdır. Qeyd olunan dövrdə su anbarlarına 277 milyon kubmetrdən artıq su yığılmış, şoranlaşma və bataqlaşmanın qarşısını almaq üçün 88 kilometr magistral kanal, 297 kilometr ara arxları və 18 kilometr kollektor lildən təmizlənmiş, 39,4 kilometr yeni suvarma xətti çəkilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarının müvafiq bənd­lərinin icrası, sessiya və müşavirələrdə verilmiş tapşırıqların yerinə yetirilməsi 2016-cı ilin birinci yarısında Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən diqqət mərkəzində saxlanılmışdır. Hesabat dövründə muxtar respublika üzrə 1402 torpaq sahəsi, 36 qeyri-yaşayış binası, 42 qeyri-yaşayış sahəsi, 452 mənzil, 886 fərdi yaşayış evi, 6 əmlak kompleksi kimi müəssisə, 3 çoxmərtəbəli yaşayış binası olmaqla, 2827 daşınmaz əmlak obyekti qeydiyyata alınmışdır. 

Ardını oxu...

Yaxud bütün texnikalarla “öz dili ilə” danışmaq imkanı olan müəssisə – “Gəmiqaya Nəqliyyat” MMC

Bir neçə il bundan əvvəlin söhbətidir. Atasının uzun zamandır topladığı məvaciblə özünə “Mercedes” markalı minik avtomobili alan, sevincinin həddi-hüdudu olmayan Nəzəralı hərdənbir mənim “VAZ-2106” markalı maşınımın yanında saxlayar:

Ardını oxu...

Hər bir ölkənin əhalisinin sağlamlıq səviyyəsi ətraf mühitin qorunmasından əhəmiyyətli dərəcədə asılıdır. Ona görə də muxtar respublikamızda əhalinin sağlamlığının mühafizəsinə və möhkəmləndirilməsinə yönəldilmiş ardıcıl və genişmiqyaslı tədbirlər daim diqqət mərkəzində saxlanılır.

Yay fəslinin isti günlərini yaşadığımız bir vaxtda isə bu məsələ daha böyük aktuallıq kəsb edir. Belə ki, özünəməxsus qayğıları olan bu fəsildə insanlar Günəşin yandırıcı şüaları ilə yanaşı, həm də qida zəhərlənmələrindən qorunmağa məcbur olurlar. Çünki bu fəsildə ərzaq məhsulları daha tez keyfiyyətini itirir və insanların sağlamlığı üçün təhlükə yaradır.
Ət və ət məhsulları insanların qidalanmasında əsas yer tutan ərzaq məhsullarından biridir. Bu məhsulları alarkən hər bir istehlakçı onun keyfiyyətli olduğuna əmin olmaq istəyir. Ancaq istehlakçılar bir çox hallarda ət alarkən onun keyfiyyətinin müəyyənləşdirilməsi ilə bağlı problemlə üzləşirlər. Bu baxımdan istehlakçılar üçün faydalı ola biləcək bir sıra məsələlər haqqında məlumat verəcəyik.
Ət və ət məhsulları yüksək bioloji dəyərli qida kimi mühüm əhəmiyyətə malikdir. Ətin tərkibində orqanizmin inkişafı, eləcə də normal həyat fəaliyyəti üçün lazım olan zülal, yağ, vitamin və mineral maddələr var. Ət və ət məhsulları qrupuna ət, quş əti, kolbasalar, ət konservləri, yarımfabrikatlar və sair daxildir. Ət məhsullarının tərkibində bir çox vitaminlər və insan orqanizminə lazım olan bütün mineral maddələr var. Tərkibində yağın və zülalın miqdarı bərabər olan ət ən yüksək dada malik olmaqla həm də yaxşı mənimsənilir. Tərkibində orta hesabla 14-17 faiz zülal, 2-3 faizdən 20-30 faizədək yağ və digər mineral maddə olduqda ət yüksək­keyfiyyətli sayılır.

Ardını oxu...

Naxçıvan şəhərində hər il genişmiqyaslı tikinti-quruculuq işlərinin aparılması, abadlıq tədbirlərinin həyata keçirilməsi muxtar respublika paytaxtının simasını tanınmaz dərəcədə dəyişdirib, şəhər Avropa və Şərq memarlığı ənənələrinin yaşadıldığı bir paytaxta çevrilib. Bu tədbirlər qədim şəhərin  gözəlliyini artırmaqla yanaşı, insanların rahat şəraitdə yaşamasına və işləməsinə, asudə vaxtlarının səmərəli keçirilməsinə də zəmin yaradıb. Tikinti-quruculuq tədbirləri həyata keçirilərkən şəhərin qədimliyinin, milli memarlıq üslubunun qorunmasına ciddi fikir verilməsi paytaxta əsrarəngiz gözəllik bəxş edib. Cari ilin ötən dövrü ərzində də şəhərin bir neçə ünvanında tikinti-quruculuq tədbirlərinə başlanılıb, yeni-yeni binalar istifadəyə verilib. 

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR