21 Dekabr 2024, Şənbə

Muxtar respublikada uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması ilə əlaqədar Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya tərəfindən 2021-ci il ərzində 30 uşaq müəssisəsində monitorinq aparılması nəzərdə tutulmuşdur. Monitorinqlər zamanı uşaqların dərsə davamiyyəti, dərnək və məşğələlərin, təlim-tədris prosesinin keyfiyyəti, müəssisənin sanitar-gigiyenik vəziyyəti, təhlükəsizlik tədbirləri, eləcə də uşaqlarla davranış və hüquqlarının müdafiəsi, müəssisə binasının infrastrukturu və sair sahələr yoxlanılır. Bu il ərzində ekspert qrupunun iştirakı ilə 30 uşaq müəssisəsində monitorinq aparılmışdır. Monitorinqlərin nəticələri ekspert qrupunun üzvləri tərəfindən aktlaşdırılmış və nəticələr ilə bağlı komissiyaya məlumat verilmişdir.


Məlumat üçün bildirək ki, muxtar respublikada hazırda hər iki valideynini itirmiş 33, valideyn himayəsindən məhrum isə 40 uşaq vardır. Ümumilikdə, bu kateqoriyaya aid olan uşaqların sayı 73-dür. 2021-ci ilin ötən dövrü ərzində muxtar respublikada 16 uşaq qəyyumluq və himayəyə verilmişdır. Onların yaşadıqları evlərə baş çəkilir, problem və qayğıları araşdırılır və həlli istiqamətində aidiyyəti üzrə tədbirlər görülür.
Görülən işlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın ekspert qrupu və yerli icra hakimiyyətləri yanında Qəyyumluq və Himayə komissiyalarının üzvləri tərəfindən Naxçıvan şəhəri, Ordubad, Babək və Şərur rayonları üzrə 16 hər iki valideynini itirmiş, 8 valideyn himayəsindən məhrum olmuş uşaq olmaqla, ümumilikdə, 25 müvafiq kateqoriyaya aid və 1 sağlamlıq imkanları məhdud uşağın yaşadığı evlərdə monitorinqlər təşkil edilmişdir.
Monitorinq zamanı məlum olmuşdur ki, müvafiq uşaqlar aidiyyəti üzrə himayə və qəyyumluğa verilmişdir. Uşaqların sağlamlığı, eləcə də mənzil və yaşayış, tərbiyə və təhsil şəraitləri, sosial vəziyyətləri yoxlanılmış, qəyyum, himayədar və uşaqlar ilə geniş söhbətlər aparılmışdır. Aparılan monitorinqlərin nəticəsində müvafiq uşaqlarla bağlı hüquq pozulması hallarına rast gəlinməmişdir.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR