19 Mart 2024, Çərşənbə axşamı

Naxçıvan Futbol Federasiyasının sədr müavini, “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun baş məşqçisi, Sakit Rzayev Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının dəstəyi ilə Türkiyə Super Liqasında çıxış edən “Çaykur Rizəspor” Futbol Klubunun təlim-məşq bazasında olub.

Üçgünlük səfər zamanı baş məşqçi Türkiyə klubunun yeni fəaliyyətə başlayan futbol akademiyası ilə yaxından tanış olub, akademiyanın direktoru Fədai Aksoy və 14 yaşa qədər aşağı yaş komandaların koordinatoru Əmrə Hamzaoğlu ilə görüşlər keçirilib. Görüşlərdə akademiyanın inkişaf strategiyasından, hər yaş qrupu üzrə məşq və inkişaf planlarından, məşqçilərin nəzəri və praktik kurslarından, yaş qrupları üzrə məşq proqramlarından danışılıb. Eləcə də türk klubu ilə Naxçıvan Futbol Federasiyası arasında əməkdaşlıq barədə də müzakirələr aparılıb.
Qeyd edək ki, Sakit Rzayev səfər çərçivəsində “Çaykur Rizəspor” Futbol Klubunun əsas komandasının məşqlərini izləyib, digər yaş qruplarının məşqlərində iştirak edib.

Ceyhun MƏMMƏDOV

 

 

 

Ötən il ölkə şahmat ictimaiyyətində böyük maraqla qarşılanan “Naxçıvan Premium Turnir” bu il ikinci mövsümlə yeni mübarizəyə səhnə olacaq. 14-25 yanvar tarixlərini əhatə edəcək turnirin əsas mərhələsində 2021-ci ilin deka­brında keçirilən seçmə mərhələ yarışını adlayan şahmatçılar və ötən mövsümün ilk üçlüyü – qrossmeyster Urfan Sevdimalıyev, beynəlxalq ustalar Pərviz Qasımov və Toğrul Həsənzadə qələbə uğrunda mübarizə aparacaqlar.
Dairəvi sistem üzrə 11 turdan ibarət yarışda oyun vaxtı 90 dəqiqə + hər gedişə 30 saniyə olmaqla təyin edilib. Turnir cədvəlində xallar bərabər olduğu təqdirdə, “Berqer əmsalı”, şəxsi görüşlərin nəticəsi və qələbələrin sayı əsas götürüləcək. Turnirdəki sıralamadan asılı olaraq iştirakçıların hər birinə pul mükafatı təqdim olunacaq.
Yarış müddətində iştirakçılar Naxçıvan Şahmat Federasiyasının dəstəyi ilə “Təbriz” mehmanxanasında məskunlaşacaqlar. Oyunlar isə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində reallaşacaq.
Xatırladaq ki, ilk dəfə təşkil olunan “Naxçıvan Premium Turnir”in qalibi Urfan Sevdimalıyev olmuşdu.

Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti

 

 

 

Rusiyanın paytaxtı Moskvada pauerliftinq üzrə dünya çempionatı keçirilib.
Azərbaycan yığma komandasının heyətində naxçıvanlı idmançı Əli Əsgərov mundialda iştirak edib. Cari ildə Azərbaycan Qran-prisinin mütləq qalibi və ölkə çempionu olan Əli Əsgərov ən güclülərin mübarizəsi kimi qiymətləndirilən təchizatsız üslubda yarışıb. Benç-press növündə (ştanqı sinədən qaldırma) 90 kiloqram çəki dərəcəsi üzrə mübarizə aparan muxtar respublika idmançısı 212 kiloqramlıq ağırlığın öhdəsindən gəlməklə medalçılar sırasına düşüb. O, müvafiq göstərici ilə dünya üçüncüsü adına layiq görülüb.
Sonda idmançımız təltif olunub.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində boks üzrə gənclər və böyüklər arasında muxtar respublika birinciliyi keçirilib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin İdman Kompleksində ümumtəhsil məktəblərinin oğlanlardan ibarət klubları (VIII-XI siniflər) arasında muxtar respublika birinciliyinə start verilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Naxçıvan Basketbol Federasiyası tərəfindən birgə təşkil olunan birincilikdə olimpiya sistemi üzrə 8 komanda mübarizə aparıb.

Ardını oxu...

Bu gün orta məktəblərdə şagirdlərin fiziki tərbiyəsi təlim-tərbiyənin ən vacib məsələlərindəndir. Müstəqil Azərbaycanın təhsil sistemində aparılan islahatlar dərslərin məzmun və formaca yeniləşməsini tələb edir. Buna görə də fiziki tərbiyə üzrə dərs və məşğələlərin təkmilləşdirilməsi, yeni tədris metodlarının istifadə edilməsi zərurətini ortaya çıxarır. Ümumiyyətlə, orta məktəblərdə tədris edilən fiziki tərbiyə bədən mədəniyyətinin tərbiyəsidir. O təkcə orqanizmi deyil, həm də uşaqlarda sinir sistemini inkişaf etdirir, zehni sistemin normallaşmasını təmin edir, beyindəki gərginliyi aradan qaldırmağa və başın aydınlaşmasına köməklik göstərir.

Ardını oxu...

Bir çox sənətin atadan övlada keçməsi ölkəmizin dəyişməyən adət-ənənələrindəndir. Övladlar böyüyərək atadan gördüklərini mənimsəyir, onun cızdığı yolu gedir, hətta bəzi məqamlarda onları belə, geridə qoyurlar. Bunun idmana şamil olunması isə son illər özünü qabarıq şəkildə büruzə verməkdədir. Lakin burada bir məqamı, xüsusilə qeyd etmək lazımdır – bu yolda qız övladlarının idmana marağı ələlxüsus vurğulanmalıdır. Ümumiyyətlə, XX əsrin əvvəllərində qızların idmanla məşğul olması dövrün etik prinsiplərinə görə qeyri-mümkün idi. Ancaq zamanın sürətli axarı, tələblərin dəyişməsi bu stereotipi də sürətlə qırılmağa vadar etdi. Nəticədə, bu fikrin yanlış olduğu öz təsdiqini tapdı. Bu gün haqqında bəhs edəcəyimiz idmançımızı hələ çoxları tanımır. 13 yaşlı qəhrəmanımız bəziləri üçün qeyri-ənənəvi növdə çıxış etməsinə baxmayaraq, qarşısına böyük hədəflər qoyub.

Ardını oxu...

İlham Əliyev adına Olimpiya İdman Kom­­­­p­leks­ində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilir.
Yeniyetmələr (2005-2007-ci illər) arasındakı yarışa şəhər və rayonlardan 6 komanda olmaqla, ümumilikdə, 70-dən çox güləşçi qatılıb. Olimpiya sisteminə əsasən qalib və mükafatçıların məlum olacağı mübarizədə 10 çəki dərəcəsi üzrə görüşlər keçirilir. Nəticələr həm fərdi, həm də komandalar üzrə hesablanacaq. Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Güləş Federasiyası tərəfindən birgə təşkil olunan birincilik muxtar respublikada sərbəst güləşin inkişafı, idmançıların yarış təcrübəsinin artırılması və perspektivlilərin aşkar edilərək yığma komandaya cəlb edilməsi məqsədi daşıyır.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

 

 

 

Naxçıvan Muxtar Respublikası Para­limpiya Federasiyasının idmançıları boccia idman növü üzrə Azərbaycan çempionatı – “Zəfər Turniri”ndə iştirak ediblər.
Azərbaycan Milli Paralimpiya Komitəsi və Boccia İdman Federasiyasının təşkilatçılığı ilə keçirilən ölkə çempionatının final mərhələsi Bakı İdman Sarayında baş tutub. Final mərhələsinə qədər idmançılar yarışın seçmə mərhələsində iştirak ediblər. Müxtəlif regionlardan 50-dən çox müvafiq kateqoriyalı idmançının iştirak etdiyi yarışda Naxçıvan təmsilçiləri yüksək nəticələr əldə ediblər.
Paralimpiyaçılarımızdan Qafqaz Hüseynov BC3 kateqoriyası üzrə ölkə çempionu adına layiq görülüb. Fuad Qəribov isə BC1 növü üzrə gümüş medal qazanıb.
Sonda qaliblər təltif olunublar.

Ceyhun MƏMMƏDOV

 

 

 

Uzunoba Təlim-Məşq İdman Kompleksinin üstüörtülü minifutbol meydançasında muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları arasında keçirilən futbol üzrə birinciliyə yekun vurulub.
Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi ilə Futbol Federasiyasının birgə təşkil etdiyi birincilik 4 gün davam edib. Birinciliyin final görüşündə Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının komandası ilə Paralimpiya Federasiyasının komandası üz-üzə gəlib. Görüş basketbolçuların 8:3 hesablı qələbəsi ilə başa çatıb. Üçüncü yer uğrunda keçirilən oyunda isə Güləş və Atıcılıq federasiyalarının idmançıları qarşılaşıb. Əsas və əlavə vaxtı heç-heçə başa çatan (3:3) oyunda qalib penaltilərlə müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən atıcılar görüşdən qalib ayrılıblar.
Sonda qalib komandanın idmançıları diplom, medal və kubokla mükafatlandırılıb. Mükafatları Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Ramil Hacı təqdim edib.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən ümumtəhsil məktəblərinin futbol idman klubları arasında futzal üzrə muxtar respublika birinciliyinə yekun vurulub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının yetirmələri Türkiyənin Antalya şəhərində keçirilən universal döyüş üzrə dünya çempionatında çıxış ediblər.
30-dan çox ölkənin 500-ə yaxın idmançısının mübarizə apardığı mundialda 6 idmançımız rinqə çıxıb və onların 5-i böyük uğura imza atıblar. Belə ki, qızlar arasında 12-13 yaş kateqoriyası üzrə 47 kiloqram çəki dərəcəsində mübarizə aparan Röya Abdullayeva iki – klassik və layt versiyaları üzrə rinqə çıxıb və hər iki versiyada dünya çempionu tituluna yiyələnib. Bu nəticə ilə Röya Abdullayevanın adı Naxçıvanın idman tarixinə dünya çempionu olan ilk qız idmançı kimi düşüb. Eyni uğura Sadiq Kərimov da imza atıb. 12-13 yaş kateqoriyası üzrə 45 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız hər iki versiyada qızıl medal qazanıb.
İdmançılarımızdan 18-20 yaş kateqoriyasında Rəhim Əşrəfov (65 kiloqram), 16-17 yaş kateqoriyasında Fərid Məhərrəmov (60 kiloqram) və eyni yaş qrupunda Miryusif Seyidbəyli (60 kiloqram) gümüş medal qazanıblar.
Sonda idmançılarımız mükafatlandırılıblar.
Qeyd edək ki, idmançılarımız Kikboksinq Federasiyasının sədri, məşqçi Xəyal Abdullayevin rəhbərliyi ilə Türkiyəyə yollanıb.

Ceyhun MƏMMƏDOV

 

 

 

Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbin idman zalında Naxçıvan şəhər tam orta məktəblərində yaradılan idman klublarının qız komandaları arasında keçirilən voleybol birinciliyinə yekun vurulub.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkil etdiyi birincilikdə 10 komanda mübarizə aparıb. Beynəlxalq Voleybol Federasiyasının mövcud qaydalarına əsasən keçirilən birinciliyin yekununa əsasən “Qarabağ” finalda “Mübariz” komandasını məğlub etməklə, qalib adını qazanıb. “Zirvə” komandası birinciliyi üçüncü yerdə başa vurub.
Sonda yer tutan komandalara təşkilatçıların diplomları təqdim edilib.

Ceyhun MƏMMƏDOV

 

 

 

Futbol üzrə Azərbaycan Region Liqasının Naxçıvan zonasında növbəti turun oyunları keçirilib.
Şərur Olimpiya İdman Kompleksinin stadionunda yerli “Arpaçay” komandası Ordubadın “Dübəndi” komandasını qəbul edib. İlk hissəsi qolsuz heç-heçə ilə başa çatan görüşün son 15 dəqiqəsində 3 qol vuran şərurlular meydanı 3:1 hesablı qələbə ilə tərk ediblər. Həmin arenada keçirilən digər oyunda isə azarkeşlər daha maraqlı oyuna şahidlik ediblər. “Babək” komandasını qəbul edən “Kəngərli” komandası məğlubiyyətdən yaxa qurtara bilməyib – 0:1.
Uzunoba Təlim-Məşq İdman Kompleksində Culfanın “Əlincə” komandası Şahbuzun “Batabat” komandasını qəbul edib. Görüş culfalıların 7:2 hesablı qələbəsi ilə başa çatıb. “Araz-Naxçıvan”-“Sədərək” oyunu isə təxirə salınıb və bu həftə keçiriləcək.

Ceyhun MƏMMƏDOV

 

 

 

 

 

 

Rusiyanın Nijnevartovsk şəhərində Sibirdə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş Neft Ölkələrinin Dünya Kuboku keçirilib. 6-12 dekabr tarixlərdə 18-ci dəfə təşkil edilən yarışda Azərbaycan millisinin boksçuları da güclərini yoxlayıblar.
Mundialda iştirak edən millimizin heyətində Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının yetirməsi Eldar Quliyev də çıxış edib. 86 kiloqram çəki dərəcəsində rinqə çıxan dəri əlcək sahibimiz ilk mərhələdə Tacikistan boksçusunu məğlub edib. Digər mərhələlərdə rusiyalı iki idmançını məğlub edən Eldar Quliyev yarımfinalda məğlub olub və bürünc medal qazanıb.
Sonda idmançımız təşkilatçılar tərəfindən diplom, medal və kubokla təltif edilib.

Ceyhun MƏMMƏDOV

 

 

 

 

Bu uğura muxtar respublikanın istedadlı və perspektivli şahmatçılarından biri olan Nəsrin Babayeva nail olub. Beynəlxalq reytinq göstəricilərinə əsasən 2100 xallıq həddi keçməklə (2110) normativi yerinə yetirən 16 yaşlı şahmatçımızın titulu Beynəlxalq Şahmat Federasiyası (FIDE) tərəfindən təsdiqlənib. Qurumun prezidenti Arkadi Dvorkoviçin imzaladığı sənədə əsasən Nəsrin Babayeva qadınlar arasında FIDE ustası adına layiq görülüb.

Ardını oxu...

Futbol üzrə Azərbaycan Region Liqasının Naxçıvan zonasında üçüncü turun oyunlarına yekun vurulub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı “Turan” Fitnes Klubunun rəhbəri, bodibildinq üzrə ölkə birinciliyində muxtar respublikanı uğurla təmsil edən Həsənqulu Abdullayevlə görüşüb.

Ardını oxu...

Bakı şəhərində bodibildinq, klassik bodibildinq, mens fizik və fitnes üzrə Azərbaycan çempionatı keçirilib. Turnir iki il öncə “mens fizik” növündə ölkə çempionu olan, şəhid baş leytenant Muxtar Qasımlının xatirəsinə həsr olunub. 40-a yaxın idmançının qatıldığı yarışda muxtar respublikanı Həsənqulu Abdullayev təmsil edib.

İdmançımız ona bəslənilən ümidləri doğruldub. Belə ki, klassik bodibildinqdə hündürlüyü 175 santimetrdən yuxarı idmançılar kateqoriyasında ölkə birincisi olan Həsənqulu Abdullayev bu növdə, həmçinin Azərbaycan çempionatının mütləq qalibi adına layiq görülüb. İdmançımız diplom, medal və kuboklarla təltif olunub.
Qeyd edək ki, Naxçıvan idmanında bodibildinq üzrə ilk ölkə çempionluğu titulunu qazanan Həsənqulu Abdullayev bu uğurla yığma komandanın heyətinə cəlb olunaraq qarşıdakı Avropa çempionatında iştirak etmək hüququ əldə edib.


Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

 

 

 

Futbol üzrə Azərbaycan Region Liqasının Naxçıvan zonasında ikinci turun oyunları keçirilib.
İlk turda böyük hesablı qələbə qazanan Şərurun “Arpaçay” komandası doğma meydanda Babəkin eyniadlı komandasını sınağa çəkib. Görüş meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Culfanın “Əlincə” komandası isə sədərəkli həmkarlarından üstün olub – 10:1.
Çempionatın favoriti “Araz-Naxçıvan” muxtar respublika stadionunda Şahbuzun “Batabat” komandası ilə üz-üzə gəlib. Üstün oyun sərgiləyən “qırmızı-ağlar” meydanı böyük hesablı qələbə ilə tərk ediblər – 12:0. Uzunoba Təlim-Məşq İdman Kompleksində keçirilən günün digər görüşündə “Dübəndi” və “Kəngərli” komandaları qarşılaşıb. Gərgin keçən oyunda Ordubad komandası qələbə qazanıb – 6:3.
İlk iki turdan sonra turnir cədvəlinə 6 xalla “Araz-Naxçıvan” başçılıq edir. Eyni xala malik “Arpaçay” ikinci, 3 xalı olan “Əlincə” isə üçüncü yerdə qərarlaşıb.

Ceyhun MƏMMƏDOV

 

 

 

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası tərəfindən növbəti interaktiv dərs keçilib. Naxçıvan Şahmat Mərkəzində keçilən dərs öncə ümumtəhsil məktəblərinin şagirdləri, daha sonra ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər, şahmat məktəbləri üçün təşkil edilib. Şagirdlər üçün beynəlxalq usta, müəllim Toğrul Həsənzadə tərəfindən “2 at müdafiəsinə aid oyunların təhlili” mövzusunda keçilən interaktiv dərsdə şahmata yeni başlayanlar üçün açıq debütlərdən istifadə etməyin daha səmərəli olduğu izah olunub. Müəllimlər üçün təşkil olunan seminarda şahmat oyununda kompüter proqramlarından istifadə haqqında məlumat verilib.

Ardını oxu...

Azərbaycan Region Liqasının Naxçıvan zonası üzrə oyunlarına start verilib.
İlk turda “Araz-Naxçıvan” Ordubad səfərində yerli “Dübəndi” komandasının qonağı olub. Yenidən qurulan Ordubad şəhər stadionunda keçirilən ilk rəsmi görüşdə Naxçıvan təmsilçisi meydanı 3:1 hesablı qələbə ilə tərk edib. Həmin gün Uzunoba Təlim-Məşq İdman Kompleksində azarkeşlər daha bir maraqlı oyuna şahidlik edib. “Babək” komandası çətin keçən görüşdə “Əlincə” (Culfa) komandasını 4:3 hesabı ilə məğlub etməyi bacarıb.
Turun digər iki görüşündə azarkeşlər bol qollu oyunlar izləyib. Sədərək rayonunda keçirilən oyunda “Arpaçay” (Şərur) komandası meydan sahiblərini məğlub etməkdə çətinlik çəkməyib – 0:7. Kəngərlinin eyniadlı komandası isə səfərdə Şahbuzun “Batabat” komandası üzərində böyük hesablı qələbəyə sevinib – 2:12.
Qeyd edək ki, Naxçıvan zonasının qalibi olacaq komanda Region Liqasının reqlamentinə əsasən ölkə üzrə yarımfinal mərhələsinə birbaşa vəsiqə əldə edəcək.

Ceyhun MƏMMƏDOV

 

 

 

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində uşaq və yeniyetmələr arasında keçirilən kikboksinq üzrə muxtar respublika çempionatına yekun vurulub.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında yeniyetmələr (2007-2009-cu illər) arasında sərbəst güləş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyası və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkil etdiyi birincilikdə 13 çəki dərəcəsi üzrə 70-dən çox idmançı öz qüvvələrini sınayıb.
Yekun nəticəyə əsasən İsmayıl Rüstəmov (32 kiloqram), Turqay Məmmədli (35 kiloqram), Tuqay Qəhrəmanlı (38 kiloqram), Məhəmməd İsmayılov (42 kiloqram), Sadiq Kərimov (46 kiloqram), Namiq Əlizadə (50 kiloqram), Ülvi Şahbazov (54 kiloqram), Elnur Məmmədov (58 kiloqram), Yasin Hüseynli (63 kiloqram), Elbrus Kazımov (69 kiloqram), Fərhad Rzayev (76 kiloqram), Elxan Əhmədli (85 kiloqram) və Süleyman Məmmədov (92 kiloqram) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olublar.
Sonda hər çəki dərəcəsində yer tutan idmançılar mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

 

 

 

Mersin Yenişəhər Bələdiyyəsi Atatürk Kültür Mərkəzində Türkiyə Şahmat Federasiyası və Mersin Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi “Mersin Böyükşəhər Bələdiyyəsi V Uluslararası Satranç Turnuvası”na start verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında cəmiyyətin bütün sahələri kimi, idman da inkişaf dövrünü yaşayır, gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması işləri diqqət mərkəzində saxlanılır. Məqsədyönlü tədbirlərin davamlı xarakter alması və yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir. Belə federasiyalardan biri də Basketbol Federasiyasıdır.

Ardını oxu...

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində ümumtəhsil məktəblərinin voleybol klubları arasında keçirilən muxtar respublika birinciliyinə yekun vurulub.
İki gün davam edən və Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman, Təhsil nazirlikləri və Voleybol Federasiyasının birgə təşkil etdiyi yarışda şəhər və rayon mərhələlərində uğur qazanan 11 komanda mübarizə aparıb. Olimpiya sistemi üzrə keçirilən yarışın həlledici qarşılaşmasında Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin komandası ilə “Şərur” komandası üz-üzə gəlib. Daha üstün oyun sərgiləyən ikincilər qalib adını qazanıblar. Üçüncü yer uğrunda görüşdə isə “Ordubad” komandası sədərəkli məktəbliləri məğlub etməyi bacarıb.
Qaliblər diplom, medal və kubokla mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

 

 

 

Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyası tərəfindən məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması diqqət mərkəzində saxlanılır, onların iştirakı ilə idmanın müxtəlif növləri üzrə yarışlar və yoldaşlıq görüşləri təşkil edilir. Paralimpiyaçılarımız muxtar respublikada keçirilən tədbirlərlə yanaşı, ölkə və beynəlxalq miqyaslı yarışlarda iştirakına da ciddi önəm verilir.
Ötən həftə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərində baş tutan VI paralimpiya idman oyunlarının pauerliftinq (ağırlıqqaldırma) idman növü üzrə keçirilən yarışları muxtar respublika paralimpiyaçıları üçün uğurlu nəticələrlə yadda qalıb. Bu yarışda iştirak edən Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının idmançıları Həsən Qasımov II, Mehdi Quliyev isə III yerə layiq görülməklə, yarışın mükafatçıları sırasına daxil olublar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

 

 

 

Serbiya Respublikasının Zrenjanin şəhərində Dünya Şotokan Federasiyasının 28-ci dünya çempionatı keçirilib. Yarışda Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyasının 3 idmançısı iştirak edib. Onlardan ikisi mükafatçılar sırasına düşə bilib.
12-13 yaş kateqoriyasında mübarizə aparan Yaqub Qəmbərov (-43 kiloqram) “şobu ippon” və “şobu sanbon” qaydaları üzrə 2 gümüş medal qazanıb. Digər təmsilçimiz Rafiq Hüseynli (-40 kiloqram) isə 10-11 yaş kateqoriyasında “şobu ippon” üzrə bürünc medala layiq görülüb.
Federasiya idmançıları, həmçinin Zəfər Gününə həsr edilmiş açıq Bakı turnirinə də qatılıblar. Yekun nəticələrə əsasən Naxçıvan komandası medalların sayına və əyarına görə (7 qızıl, 6 gümüş və 4 bürünc) turniri ikinci sırada tamamlayıb.
Karateçilərimizdən Ayxan Musayev I, II və III yerlər olmaqla, 3 medal qazanıb. Vüsal Seyidov, Qafar Hüseynli, Canər Abbaszadə, Səma Bağırova, Gültac Cəfərova və Sadiq Qənbərov qızıl medala sahib olublar. Nərgiz Həsənli II və III yerlər olmaqla, 2 medal əldə edib. Fatimə Bədəlova, Sona Bağırova və Məhəmməd Bağırov gümüş, Həsən Səfərli, Saleh Qənbərov və Abbas Əliyev bürünc medallara layiq görülüblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

 

 

 

Türkiyənin İstanbul şəhərində təşkil olunan və dünyanın 70-dən çox ölkəsində canlı yayımlanan peşəkar kikboksçuların ənənəvi döyüş gecəsi – “Levent Bulut Fight Club Champions Night”da Naxçıvan Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev də iştirak edib. Tədbirə rəsmi qonaq qismində dəvət olunan federasiya sədri turnirin mükafatlandırma mərasimində yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə təşkilatçılara təşəkkürünü bildirib, Azərbaycan idmançılarının bu tip yarışlarda iştirakını yüksək qiymətləndirdiyini ifadə edib. Türkiyə-Azərbaycan dostluğu və qardaşlığının idman arenalarında da davam etdirilməsi təqdir olunub.
Turnirdən sonra yarışın təşkilatçısı, tanınmış məşqçi Ləvənd Bulud və Xəyal Abdullayev arasında görüş reallaşıb. İrimiqyaslı turnirlərin təşkilatçılıq məsələləri ilə bağlı müzakirə və məsləhətləşmələr aparılıb, Naxçıvanın gənc kikboksçularının bu tipli turnirlərdə iştirakının təmin olunması ilə bağlı razılıq əldə olunub. Görüşün sonunda “Levent Bulut Fight Club Champions Night”a məxsus xatirə kəməri Xəyal Abdullayevə hədiyyə olunub.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Xəbər verdiyimiz kimi, Xaçmaz şəhərində keçirilən çağırışaqədər və çağırışyaşlı gənclər arasında “Vətənin Müdafiəsinə Hazıram!” poliatlon çoxnövçülüyü üzrə ölkə birinciliyində muxtar respublika təmsilçiləri ikinci yerə layiq görülüblər.

Ardını oxu...

Türkiyədə 43-cü İstanbul Marafonu keçirilib. “Dünyanın qitələrarası yeganə marafonu” adlandırılan, Dünya Atletika Birliyi tərəfindən “qızıl kateqoriya”da göstərilən nüfuzlu tədbirə 100-dən çox ölkədən 20 min idmançı olmaqla, ümumilikdə, 40 min nəfər qatılıb.

Naxçıvan Atletika Federasiyasının idmançılarından Əmrah Nağıyev və Miryusif Seyidov da marafona qatılıblar. Əmrah tam məsafə – “42 kilometr” kateqoriyası üzrə mübarizə aparıb. Təmsilçimiz finişə 120-ci (kişilər arasında) olaraq çatıb. 3 saat 21 dəqiqə 27 saniyəlik göstəriciyə nail olan gənc atlet bu nəticə ilə Azərbaycan idmançıları arasında birinci olub.
“15 kilometr” kateqoriyasında gücünü sınayan Miryusif Seyidov 1 saat 10 dəqiqə 59 saniyəlik göstərici ilə 296-cı (kişilər arasında), azərbaycanlı idmançılar arasında isə ikinci olub.
İdmançılarımız marafonun medalları ilə mükafatlandırılıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

 

 

 

Naxçıvan Atıcılıq Mərkəzində keçirilən birincilik I və II Qarabağ müharibələrində iştirak edən hərbçilərimiz arasında keçirilib. Məqsəd onların arasında atıcılıq idman növlərinin təbliği, ən yaxşı atıcıların müəyyən edilməsi və asudə vaxtlarının səmərəli təşkilindən ibarət olub.

Ardını oxu...

Dünən Sədərək Rayon İcra Hakimiyyətinin başçısı, Şahmat Federasiyasının rayon bölməsinin sədri Mahirə Adnayeva Sədərək Rayon Şahmat Məktəbində şahmat dərsini tədris edən müəllimlər və şahmatçı şagirdlərlə görüş keçirib.
Mahirə Adnayeva çıxış edərək vurğulayıb ki, muxtar respublikada şahmat hərəkatı son vaxtlarda geniş vüsət alıb. Ümumtəhsil məktəblərində şahmatın tədrisi üçün xüsusi siniflər ayrılıb və şahmat müəllimlərinin növbəti sertifikasiya imtahanı həyata keçirilib. Şahmatın tədrisi səviyyəsinin yüksəldilməsi təkcə müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması ilə məhdudlaşmır. Eyni zamanda ümumtəhsil məktəblərinin şahmat fənninə dair dərslik, dərs vəsaiti və digər tədris-metodik ədəbiyyatlarla təmin olunması da diqqətdə saxlanılır. Şahmat Federasiyası tərəfindən şahmatın əsaslarının şagirdlərə öyrədilməsində müəllimlərə yaxın köməkçi olan kitablar nəşr olunaraq ümumtəhsil məktəblərinə verilib.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə idmanın inkişafı ilə bağlı tapşırıqlar verilib, qarşıya mühüm vəzifələr qoyulub. Sədərək Rayon İcra Hakimiyyəti də bu məsələni diqqətdə saxlayıb, rayonda gənclərin idmana və şahmata cəlbi sahəsində işlər görülüb. Həmçinin şahmat idman növünün kütləvi hal alması üçün federasiyanın rayon bölməsi, Təhsil Şöbəsi ilə birgə tempo yarışları, rayon birincilikləri, Türkiyənin şəhər və rayonları, Pakistanın Şahmat məktəb və mərkəzləri, Azərbaycanın şəhər və rayonlarının şahmat məktəblərinin şagirdləri arasında onlayn yoldaşlıq görüşləri keçirib və bu yarışlarda şahmatçı şagirdlərimizin iştirakları təmin olunub.
Diqqətə çatdırılıb ki, rayonda şahmatın daha da inkişaf etdirilməsi məqsədilə kiçikyaşlı istedadlı şahmatçıların seçilib üzə çıxarılması və komanda şəklində formalaşması daim diqqət mərkəzində saxlanılmalı, dərsdən sonra şagirdlərlə əlavə şahmat məşğələləri keçirilməsi, Sədərək rayonunun şahmatçı şagirdlərinin də yarışlarda da fəallıqla iştirak etməsi təmin olunmalıdır.
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı, rayonda şahmatın inkişafına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirib.
Təhsil Şöbəsinin müdiri Sirac Qarayev diqqətə çatdırıb ki, Türkiyə Şahmat Federasiyanın təşkilatçılığı ilə 13-18 sentyabr 2021-ci il tarixlərdə Kırşehir “2021 Uluslararası Ahilik Yılı Açık Satranç Turnuvasında” 10 yaşlı şahmatçılar arasında Sədərək Rayon Şahmat Məktəbinin şahmatçı şagirdi Anar İbrahimzadə 3-cü yerə layiq görülüb. Karate üzrə 11-ci Dünya Şotokan Çempionatında iştirak edən Məhəmməd Bağırov və Canər Abbaszadə müvafiq olaraq II-III yerlərin sahibi olublar.
Tədbirin sonunda ölkə və beynəlxalq yarışlarda uğurlu nəticələrə görə 7 idmançıya və 2 məşqçi-müəllimə mükafat təqdim edilib.

Xəbərlər şöbəsi

 

 

 

Futbol üzrə Azərbaycan Region Liqası Naxçıvan Zonasının püşkatma mərasimi keçirilib. Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında keçirilən tədbirdə şəhər və rayon gənclər idman idarələrinin rəisləri və məşqçilər iştirak ediblər.
Cari mövsümdə Region Liqasının muxtar respublika zonasında 8 komanda dairəvi sistem üzrə mübarizə aparacaq. Sonda ən çox xal qazanmış komanda Naxçıvanı Azərbaycan Region Liqasında yarımfinal mərhələsində təmsil edəcək. İlk turda aşağıdakı komandalar üz-üzə gələcək:
“Babək” (Babək) – “Əlincə” (Culfa)
“Sədərək” (Sədərək) – “Arpaçay” (Şərur)
“Batabat” (Şahbuz) – “Kəngərli” (Kəngərli)
“Dübəndi” (Ordubad) – “Araz-Naxçıvan” (Naxçıvan)

Ceyhun MƏMMƏDOV

 

 

 

Türkiyənin İstanbul şəhərində karate üzrə 11-ci Dünya Şotokan Çempionatı keçirilib. 3 kateqoriyada keçirilən nüfuzlu yarışda 30 ölkədən 1076 idmançı iştirak edib. Naxçıvan Karate-do Federasiyasının 3 idmançısı milli komandamızın heyətində ölkəmizi təmsil edib və hər biri mükafatçılar sırasına düşüb:
Abbaszadə Canər (12-13 yaş) “WKF” 3-cü yer.
Bağırov Məhəmməd (14-15 yaş) “Shobu ippon” 2-ci yer.
Qasımov Rəşad (18-20 yaş) “Shobu ippon” 3-cü yer.
Bu yaş qrupunda milli komandanın üzvləri komanda kumite yarışında iştirak etmədiyi üçün R.Qasımov Türkiyə komandalarından birinin tərkibində yarışa qatılaraq 2-ci yeri tutub.
Qeyd edək ki, müxtəlif kateqoriyalarda çıxış edən klub və milli komanda üzvlərinin nəticələrinə əsasən Azərbaycan karateçiləri, ümumilikdə, 29 medal qazanıb. Mükafatlardan on üçü qızıl, altısı gümüş, on ədədi isə bürüncdür. İdmançılarımız bu uğuru 8 Noyabr – Zəfər Gününə həsr ediblər.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman
Nazirliyinin mətbuat xidməti

 

 

 

Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatında 1/4 final mərhələsinin döyüşləri keçirilib. Yarımfinala gedən yolda Azərbaycan millisinin 4 üzvü qüvvəsini sınayıb.

Ardını oxu...

Bakı şəhərində Azərbaycan Milli Karate Federasiyasının yeniyetmə və gənclər arasında 21-ci respublika birinciliyi keçirilib.

Ardını oxu...

Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatı davam edir. Mundialda iştirak edən milli komandamızın heyətində #Naxçıvan Boks Federasiyasının yetirmələri Tayfur və Sərxan Əliyev qardaşları da var. 

Ardını oxu...

“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında keçirilən yeniyetmələr arasında cüdo üzrə Naxçıvan şəhər birinciliyinə yekun vurulub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında gənc nəslin sağlamlığının qorunması, onların asudə vaxtlarının səmərəli təşkili, eyni zamanda idmana cəlb olunması yönündə mühüm addımlar atılır. Bu gün muxtar diyarımızda bütün sahələrdə olduğu kimi, idmana da diqqət və qayğı ilə yanaşılır. Muxtar respublikanın şəhər və rayonlarında, həmçinin kəndlərində yeni idman obyektləri, zalları tikilərək uşaq, yeniyetmə və gənclərin ixtiyarına verilib.

Ardını oxu...

Ağdam Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan universal döyüş növü üzrə turnir keçirilib.
Turnirdə Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının idmançıları da mübarizə aparıb və mükafatçılar sırasına düşüblər. Belə ki, 35 kiloqram çəki dərəcəsində Fərid Orucov, 45 kiloqram çəki dərəcəsində Sadiq Kərimov, Uğur Əliyev, Rəhim Əşrəfov bütün rəqiblərinə qalib gələrək turnirin baş mükafatını qazanıblar. Sərdar Qurbanov (35 kiloqram), Əbülfəz Cəfərov (40 kiloqram), İbrahim Əlizadə (50 kiloqram), İsmayıl Hüseynzadə (50 kiloqram), Məhəmmədəli Qasımov (55 kiloqram) və Səhət Əsədov (60 kiloqram) yalnız final görüşlərində məğlub olaraq ikinci yerlə kifayətləniblər. İlqar Səfərli (30 kiloqram), Nurəddin Əliyev (30 kiloqram), Rəhim Quluzadə (35 kiloqram), Şahin Səfərli (45 kiloqram) və Fuad Quliyev (75 kiloqram) isə üçüncü olublar.
Qaliblərə təşkilatçıların diplom və medalları təqdim edilib.

Ceyhun Məmmədov

2006-2007-ci il təvəllüdlü oğlan və qız atletlər arasında keçirilən kross qaçışı üzrə muxtar respublika birinciliyinə yekun vurulub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Atletika Federasiyasının birgə təşkil etdiyi birincilikdə 100-ə yaxın atlet qüvvəsini sınayıb.
Birinciliyin mükafatlandırma mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının sədri Rəhman Məmmədov bildirib ki, bu gün muxtar respublikanın bütün ali təhsil ocaqlarında uşaq, yeniyetmə və gənclərin bu sahə ilə məşğul olmaları üçün hər bir şərait yaradılıb. Məhz bunun nəticəsidir ki, idmançılarımız keçirilən ölkədaxili birinciliklərdə uğurla çıxış edərək böyük nailiyyətlər qazanır. Bu qələbələr həm də digər idmançılar üçün əlavə stimuldur. Uğurlu çıxışlar yeniyetmə və gənclərin idmana cəlb edilməsində müstəsna rol oynayır. Rəhman Məmmədov idmana və idmançılara göstərilən diqqət və qayğıya görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.

Ardını oxu...

Naxçıvan şəhərindəki 16 nömrəli tam orta məktəbin mini futbol meydançasında dostluq və idman əlaqələrinin gücləndirilməsi məqsədilə Naxçıvan Şəhər və Şərur Rayon Uşaq-Gənclər İdman məktəblərinin 10 və 11 yaşlılardan ibarət komandaları arasında minifutbol üzrə yoldaşlıq görüşü keçirilib.
Yoldaşlıq görüşünün keçirilməsində məqsəd uşaq futbolunun inkişafına töhfə vermək, oyunçuların ustalıq səviyyəsini yüksəltmək və bu növdə kütləviliyə nail olmaq idi. Yarış Naxçıvan Şəhər və Şərur Rayon Gənclər və İdman idarələri, Təhsil şöbələri və Uşaq-Gənclər İdman məktəbləri tərəfindən birgə təşkil edilmişdir.

Ardını oxu...

Cari ildə Milli Komandaların Məşq Mərkəzində başlayan qapıçılar üzrə məşqçilər üçün Avropa Futbol Birliyi İttifaqının (UEFA) “B” kateqoriyalı məşq­çi kursu yekunlaşmaq üzrədir.
UEFA-dan Mart Poom və yerli təlimatçılar Faiq Əzizov, Üzeyir İbrahimov və Vitali Kovalyovun rəhbərliyi ilə keçirilən kursda Naxçıvan Futbol Federasiyasının qapıçılarla iş üzrə koordinatoru, eyni zamanda “Araz-Naxçıvan”ın qapıçı məşqçisi Amil Ağacanov da iştirak edib. Son modul başa çatdıqdan sonra kursda iştirak edən məşqçilərdən nəzəri və praktik imtahanlar götürülüb. Naxçıvan Muxtar Respublikasına gələn Faiq Əzizov və Üzeyir İbrahimov komandanın məşq prosesini, eyni zamanda qapıçı-məşqçi Amil Ağacanova imtahanda verilən tapşırıqları praktik olaraq izləyiblər. Müvafiq qeydlərdən sonra Naxçıvan Muxtar Respublika Stadionunun iclas zalında nəzəri imtahan keçirilib. İmtahan nəticələri növbəti ay açıqlanacaq.
İmtahandan sonra Faiq Əzizovun fikirlərini öyrəndik: “Burada olarkən komandanın, eləcə də Futbol Federasiyasının məşq bazaları ilə tanış oldum, məşqi izlədim. Hər şey mükəmməl təşkil olunub. Naxçıvanda futbol komandalarının məşq etməsi üçün hər cür şərait yaradılıb. Bundan gənc məşqçilər, eyni zamanda futbola yeni qədəm qoyan uşaq və yeniyetmələr maksimum yararlanmalı, gələcək karyeralarını sağlam bünövrə üzərində qurmalıdırlar. Uzun zamandır, Naxçıvana gəlmirdim. Son 20 ildə bura tam olaraq müasir standartlara cavab verəcək şəkildə quraşdırılıb”.
Qeyd edək ki, imtahanı uğurla başa vuran məşqçilərə UEFA-nın “B” kateqoriyalı məşqçi lisenziyası veriləcək.

- Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublika Stadionunda “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında Naxçıvan şəhər tam orta məktəblərinin atletləri arasında atletikanın kross qaçışı üzrə şəhər birinciliyi keçirilib.
Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, şəhər Təhsil Şöbəsi və Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə keçirilən birincilikdə 60 qız və oğlan iştirak edib.

Ardını oxu...

Oktyabrın 13-də Azərbaycan Milli Paralimpiya Komitəsinin stolüstü tennis üzrə milli komandasının baş məşqçisi Ruqiyyə Qubuşova və məşqçi Əkbər Qubuşovun iştirakı ilə muxtar respublikada stolüstü tennis ilə məşğul olan paralimpiyaçılar üçün təlim keçirilib. Təlimdə iştirakçılara müxtəlif məşq prosesləri haqqında müvafiq tövsiyələr verilib.
Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədri Nicat Babayev təlim-məşq prosesini izləyib, idmançıların qayğıları ilə maraqlanıb.
Sonda Azərbaycan Milli Paralimpiya Komitəsinin stolüstü tennis üzrə uşaq milli komandasının baş məşqçisi Ruqiyyə Qubuşovaya xatirə hədiyyəsi və təşəkkürnamə təqdim olunub.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin oğlan komandaları arasında basketbol üzrə muxtar respublika birinciliyi keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə təşkil etdiyi birincilikdə 6 komanda olimpiya sistemi üzrə mübarizə aparıb.

Ardını oxu...

Uzunoba Təlim-Məşq İdman Kompleksinin inzibati binasında Azərbaycan Həvəskar Futbol Federasiyasının prezidenti, Azərbaycan Region Liqasının vitse-prezidenti Rüfət Əmirovla görüş keçirilib. Görüşdə Naxçıvan Futbol Federasiyasının (NFF) sədr müavini Sakit Rzayev, federasiyasının qapıçılarla iş üzrə koordinatoru, “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun qapıçı məşqçisi Amil Ağacanov iştirak ediblər.

Ardını oxu...

Futbolun təbliği, kütləviliyinin artırılması, istedadlı gənclərin üzə çıxarılması məqsədilə “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun nəzdində fəaliyyətə başlayacaq “Araz-Naxçıvan” futbol məktəbi layihəsi çərçivəsində daha bir tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə Naxçıvan şəhərindəki 7 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə şəhər ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərini tədris edən müəllimlər iştirak ediblər.

Ardını oxu...

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR