“Naxçıvan” Universiteti Hindistanın Şri Venkateşvara Universiteti ilə birgə “Ali təhsil müəssisələrində informasiya texnologiyalarından istifadə edərək onlayn və distant təhsilin həyata keçirilməsi” adlı iki günlük onlayn təlim təşkil edib.
Tədbiri “Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli açaraq iki universitet arasındakı əməkdaşlıqdan danışıb. Qeyd edib ki, 2020-ci ildə imzalanan əməkdaşlıq memorandumuna əsasən ilk olaraq birgə təlim təşkil edilib.
Daha sonra Şri Venkateşvara Universitetinin Beynəlxalq Əməkdaşlıq və Təqdimat Şöbəsinin müdiri Svetha Pasupuleti təlim və onlayn təhsil metodları, onun üstünlükləri və yeni trendlər haqqında danışıb, universitetlər arasındakı əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini bildirib.
Qeyd edək ki, iki gün müddətində keçirilən təlimin məqsədi “Moodl” tədris platforması vasitəsilə distant təhsilin tətbiqi, “Google” sinif otaqlarının yaradılması, imtahan sessiyasının onlayn keçirilməsinin təşkilində yeni trendlər, interaktiv video dərslərin hazırlanmasından ibarətdir.
Seyfur Hacımuradov