26 Aprel 2024, Cümə

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin üzvləri və gənc rəssamlar Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin anadan olmasının 129-cu ildönümü münasibətilə onun adını daşıyan Rəssamlar Parkına yürüş təşkil edib, sənətkarın burada ucaldılan heykəli önünə güllər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin baş fond mühafizi Nizami Alıyev çıxış edərək bildirib ki, görkəmli fırça ustası Bəhruz Kəngərlinin xatirəsi Azərbaycan rəssamları, o cümlədən Naxçıvanda yaşayan təsviri sənət ustaları üçün çox əzizdir. Zəngin bədii irsi ilə Azərbaycan təsviri sənətinə yeni nəfəs bəxş edən Bəhruz Kəngərli incəsənət tariximizdə özünəməxsus xidmətləri ilə yaşayır. Onun həyatı və yaradıcılığı gələcək nəsillər üçün örnəkdir.
Sonra birliyin üzvləri Bəhruz Kəngərli Muzeyinə gəlib, muzeydə realist rəssamın zəngin irsinə aid eksponatlarla tanış olublar.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR