21 Dekabr 2024, Şənbə

Yeni nəşrlər

Bu yaxınlarda dəyərli həmkarımız, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Ümumi təbabət və klinik fənlər kafedrasının dosenti, tibb elmləri doktoru İsa Abdullayevin “Ümumi cərrahlıq” dərsliyi işıq üzü görüb. Yeni dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Tibb Universiteti və Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbələri üçün “Ümumi cərrahlıq, anesteziologiya və reanimatologiya” tədris proqramına uyğun olaraq yazılmışdır. Kitabın rəyçiləri ATU Ümumi cərrahlıq və anesteziologiya kafedrasının konsultantı, Azərbaycan Respublikasının Əməkdar həkimi, professor Çərkəz Cəfərov və həmin kafedranın professoru Cabbar Hacıyev, elmi redaktoru Əməkdar elm xadimi, Rusiya Federasiyasının Tibbi Texniki Akademiyasının və Türk Dünyası Araşdırmaları Beynəlxalq Akademiyasının akademiki Qalib Qarayev, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Ümumi təbabət və klinik fənlər kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar həkimi Sabir Novruzov, redaktoru filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanovadır.  

Ardını oxu...

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq 2021-ci ilin yanvar ayından etibarən muxtar respublikamızda da koronavirus infeksiyasına qarşı vaksinasiya prosesi mərhələli şəkildə davam etdirilir.

Ardını oxu...

Həkim məsləhəti

Gələcəyimiz olan uşaqların sağlam böyüməsi hər birimizin ən ümdə arzularındandır. Bu mənada, hər cür qayğıya möhtac olan balacaların sağlamlığının qorunmasında onların valideynləri qədər, ümumilikdə, bütün cəmiyyətin üzərinə mühüm vəzifələr düşür. Xüsusən qış fəslinin gəlməsi, havaların soyuması ilə əlaqədar uşaqların mövsümi infeksion xəstəliklərdən qorunması üçün hər kəs diqqətli olmalı, həkim məsləhətlərinə ciddi yanaşılmalı, vaxtında qidalanma və təmiz havada gəzintilərə diqqət edilməli, yuxu rejiminə düzgün əməl olunmalıdır. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini dekabr ayında da davam etdirib, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqətdə saxlanılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsi və Elmi tibbi şurası tərəfindən kliniki praktikada istifadə olunmaq üçün hazırlanan nazirliyin 26 fevral 2021-ci il tarixli kollegiyasında təsdiq edilən 73 klinik protokol hər biri 150 tirajla bu günlərdə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində yeni ilin ilk doğumu yanvarın 1-də saat 1840-da qeydə alınıb. Naxçıvan şəhərinin Çənlibel məhəlləsində yaşayan Bahar İmanova yeni ilin ilk körpəsini dünyaya gətirib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatlarını uğurla davam etdirir, humanitar aksiyaların keçirilməsini diqqət mərkəzində saxlayırlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini noyabr ayında da davam etdirib, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqətdə saxlanılıb.

Ardını oxu...

Həyata keçirilən geniş Dövlət proqramları nəticəsində bu gün ölkə vətəndaşları səhiyyə sahəsində də ən yüksək xidmətlə təmin olunurlar. Bu istiqamətdə görülən işlərə muxtar respublikamızda da verilən töhfələr ölkəmizdə reallaşdırılan sosial siyasətə dəstək xarakteri daşıyır.

Ardını oxu...

Bakı şəhərində fəaliyyət göstərən Akademik Mirismayıl Mirqasımov adına Respublika klinik Xəstəxanasının yüksəkixtisaslı həkim heyəti dekabrın 20-də Şərur rayonunda 5 günlük humanitar aksiyaya start verib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Xəstəxanasının müxtəlif ixtisaslardan ibarət həkim briqadası tərəfindən Kəngərli rayonunun Qıvraq qəsəbəsi və kəndlərində 2 günlük humanitar tibbi aksiya keçirilib. Aksiya zamanı 75-85 yaşlı ahıl vətəndaşlar və yataq xəstələri tibbi müayinələrə cəlb edilib. Onlara oftalmoloji, uroloji, endokrinoloji, nevropatoloji və digər tibbi xidmətlər göstərilib.

Xəstəxanaya gələ bilməyən ahıl və yataqda olan 67 xəstəyə evlərində tibbi xidmət göstərilib. Gün ərzində laborator təhlillər, ultrasəs müayinəsi aparılıb. Ahıl və yataq xəstələri başqa yerlərə getmədən, ev şəraitində müayinə olunduqlarına görə minnətdarlıq edib, bütün bunları əhalinin sağlamlığının qorunmasına yönəldilmiş təşəbbüslərin uğurlu icrası kimi dəyərləndiriblər.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin

mətbuat xidməti

 

 

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə dünən Naxçıvan Muxtar Respublika Xəstəxanasında kardiologiyada yeniliklərə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin hazırladığı “Sağlam gənclik-sağlam gələcək” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilir.Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə Heydər Əliyev adına Hərbi Liseyin kursantları və Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri iştirak ediblər.

Ardını oxu...

Azərbaycan səhiyyəsinin inkişafında misilsiz xidmətlər göstərən və xalqın sağlamlıq məsələlərinə qayğısını əsirgəməyən ulu öndər Heydər Əliyev insanların sağlamlığını dövlətin və cəmiyyətin sağlamlığı hesab edirdi. Dahi rəhbər “Sağlamlığımızın qeydinə sağlam ikən qalaq” prinsipinin təntənəsi naminə respublikamızda sağlamlıq zonaları və istirahət evlərinin yaradılmasına, abadlaşdırma işlərinin aparılmasına və mövcud səhiyyə ocaqlarının profilinin genişləndirilməsinə ciddi əhəmiyyət verirdi. Rayonlarda, xüsusən ucqar dağlıq və dağ­ətəyi bölgələrdə səhiyyə xidmətlərinin təşkilinə xüsusi diqqət yetirilirdi. 

Ardını oxu...

Naxçıvan Daiqnostika Müalicə Mərkəzinin həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqlərinin səhiyyə müəssisələrində yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatları uğurla davam etdirir. Bu dəfə 5 günlük tibbi aksiya ilə noyabr ayının 01 və 02 tarixlərində, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərini, qazilərimizi evində müayinə etmək üçün mərkəzin 15 müxtəlif ixtisaslı həkim və 1 tibb bacısı heyyəti Şərur rayonunda olub. Evlərdə 19 nəfər, Şərur rayon Mərkəzi xəstəxanasında 158 nəfər laborator-diaqnostik müayinələrdən, terapevtik, cərrahi, endokrinoloji, kardioloji, nevroloji və digər tibbi xidmətlərdən yararlanıblar.
Şərur Rayon Mərkəzi xəstəxanasında icrası mümkün olmayan digər müayinələr üçün xəstələr Diaqnostika Müalicə Mərkəzinə yönləndirilib. Şərur rayonundakı aksiyanın sonunda Mərkəzin kollektivi Şərur şəhər Şəhidlər Xiyabanına gələrək şəhidlərimizin xatirəsini yad ediblər.
3,4,5 noyabr tarixlərində Naxçıvan Diaqnostika Müalicə Mərkəzində baş tutmuş aksiyada şəhid ailələri, Vətən müharibəsi qaziləri və ailə üzvləri, aztəminatlı ailələrə 1580 sayda terapevtik-diaqnostik və cərrahi xidmətlər göstərilmişdir. Bununla yanaşı 1 nəfərdə xolesistektomiya əməliyyatı, 6 nəfərdə fimoz( sünnət) əməliyyatı,1 nəfərdə koronar angioqrafiya icra olunmuşdur.

Xəbərlər şöbəsi

 

 

 

Bəzi insanlar ömrüboyu, kimi bilmədən, kimi də bilərək, şüurlu şəkildə öz əlilə ömrünə balta çalır. Həm də bunu adi hal, həyat norması kimi qəbul edir, iradəsinin zəyifliyindən doğan həyat tərzinə, seçdiyi yola, pis vərdişlərə haqq qazandırmağa çalışır. Lakin qarşıda onu nələrin gözlədiyindən xəbərsiz olur. Baxmayaraq ki, həkimlərimiz dəfələrlə çağırışlar edirlər, bəzi preparatlardan kənar olmağı məsləhət görürlər, lakin buna əməl etməyənlər düşdüyü vəziyyətlə həkimə müraciət edirlər. Bu an isə onlar üçün artıq çox gec olur. 

Ardını oxu...

Cari ildə aparılan yenidənqurma və əsaslı təmir işlərindən sonra dünən “Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanseri” publik hüquqi şəxsə yeni tibbi avadanlıqlar verilib.

Ardını oxu...

“Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxs şəhid ailələri, Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə və qazilərimizə ödənişsiz tibbi xidmət aksiyasını davam etdirir.
Ötən şənbə günü xəstəxananın 23 nəfərdən ibarət həkim briqadası Şərur Rayon Mərkəzi Xəstəxanasında humanitar tibbi aksiya keçirib. Aksiyada 29 şəhid ailəsinin 102 üzvü, Vətən müharibəsində iştirak edən və yaralanan qazilərimiz heç bir kassa ödənişi etmədən, tibbi sığorta göndərişi tələb olunmadan 600-dən çox müayinə və müalicəyə cəlb edilib.

Ardını oxu...

“Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxs şəhid ailələri Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə və qazilərimizə ödənişsiz tibbi xidmət aksiyasını davam etdirir.
Ötən şənbə günü Vətən müharibəsi qazilərini və onların ailə üzvlərini evdə müayinə etmək üçün xəstəxananın həkim briqadaları Culfa və Kəngərli rayonlarında olub. Aksiyalarda şəhidlərin ailə üzvləri, həmçinin qazilərimiz və onların ailə üzvləri heç bir kassa ödənişi etmədən, tibbi sığorta göndərişi tələb olunmadan laborator-diaqnostik müayinələrdən keçirilib, digər tibbi xidmətlərdən yararlanıblar. Kəngərli rayonunda 15 nəfər həm xəstəxana, həm də ev şəraitində müayinələrdən keçirilib. 2 şəhid anasının dişlərinin müayinəsi və protez qoyulması ödənişsiz həyata keçirilib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin həkim, rezident və tələbələrinin muxtar respublikanın ümumtəhsil məktəblərinin kollektivləri ilə “Sağlam ol!” layihəsi çərçivəsində görüşləri davam edir.
Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin müəllim və şagirdləri ilə keçirilən görüş də yaddaqalan olub. Məktəbin direktoru Şahbaz Məhərrəmov belə tədbirlərin əhəmiyyətini vuğulayaraq təşkilatçılara minnətdarlığını bildirib.

Ardını oxu...

Oktyabrın 2-də Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasında Azərbaycan tibb elminin görkəmli nümayəndəsi,Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, tibb elmləri doktoru professor Tamerlan Əziz oğlu Əliyevin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Əvvəlcə professor Tamerlan Əliyevinhəyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov tədbiri giriş sözü ilə açaraqəməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor Tamerlan ƏliyevinAzərbaycan tibb tarixi salnaməsinə qızıl hərflərlə yazılmış xidmətləri, gənc həkimlərimiz  üçün örnək olan çoxşaxəli fəaliyyəti haqqında danışıb.  Nazir qeyd edib ki,Tamerlan ƏliyevinAzərbaycan tibb elminin müasir istiqamətlərinin müəyyənləşdirilməsində, dünya səviyyəsinə çıxmasında, tibbi tədqiqatlardan dəyərli nəticələr əldə edilməsində əvəzsiz xidmətləri olub. O, olduqca mənalı bir insan, alim, həkim, pedaqoq ömrü yaşayıb, bütün həyatını Azərbaycan tibb elmi və səhiyyəsinin tərəqqisinə həsr edib, çox sayda elmi-tədqiqat işləri ilə elmimizə misilsiz       töhfələr        verib.


Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Tamerlan Əliyevingənc elmi kadrların yetişməsinə, bacarıqlı, savadlı alimlər ordusu sıralarının artmasına qayğıkeşliklə rəhbərliyindən bəhs edib, unudulmaz alimin əziz xatirəsinin  hər birimizin qəlbimizdə daim yaşayacağını  və yad ediləcəyini bildirib.
Naxçıvan Muxtar Respublika Xəstəxanası Endokrinologiya şöbəsinin müdiri Aysel Dünyamalıyeva “Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Tamerlan Əliyevin həyat və fəaliyyəti”,

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri,Naxçıvan  DU-nin Tibb fakultəsinin  baş  müəllimi,  Azərbaycan Respublikasının  əməkdar  həkimiSüleyman Cəfərov   “Professor Tamerlan Əliyevin elmi fəaliyyəti, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin professoru, tibb elmləri doktoru,”Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsin Cərrahiyyə şöbəsinin müdiri, həkim-cərrah İsa Abdullayev “ Tamerlan Əliyevin pedaqoji fəaliyyəti”, Səhiyyə Nazirliyinin Tibbi statistika və İnformasiya sektorunun aparıcı məsləhətçisi Xavər Babayeva “Tamerlan Əliyev qayğıkeş həkim,ictimai xadim, tibbi kadrların hazırlanmasında rolu” barədə məruzələr ediblər.

Tədbirdə Səhiyyə nazirliyinin aparat işçiləri, bir sıra səhiyyə müəssisələrinin həkim və tibb bacıları,Naxçıvan Dövlət Universitetinin tibb fakültəsininin və Naxçıvan Tibb Kollecinin  müəllim və tələbələri iştirak ediblər.

       Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin mətbuat xidməti

Son illər “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsin maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir tibbi avadanlıq, aparat və cihazların alınıb qurulması ümumi cərrahi, ginekoloji, uroloji, travmatoloji, ortopedik, oftalmoloji, neyrocərrahi, plastik cərrahi və burun-qulaq-boğaz əməliyyatlarının kəmiyyət və keyfiyyət göstəricilərinə öz müsbət təsirini göstərir. Naxçıvanda ilk dəfə böyrək köçürülməsi, qastrektomiya əməliyyatının aparılması, yemək borusunun stendləşdirilməsi və plastikası, süni oynaq köçürülməsi, kardiostimulyatorların qoyulması, diafraqmal yırtıqların bərpasının uğurla həyata keçirilməsi səhiyyədə uğurlu islahatların nəticəsidir. 

Ardını oxu...

Havasına, suyuna, torpağına, daşına  vurğun olanlar bilər bu yurdun necə cənnətməkan olduğunu. Torpağında bitən bitkilər, köksündən qaynayıb çıxan mineral sular  neçə min dərdin dərmanıdırsa, elə havası da elədir gözəl yudumuzun. Dünyanın çox yerini gəzib, dərdinə dərman tapa bilməyənlər çarəni burada – Naxçıvanda tapırlar. Dərin, ürəkdən  bir nəfəs almaq üçün ildə bir neçə dəfə Naxçıvana üz tuturlar. 

Övladını şəfa tapması ümidi ilə uzaq Sibirdən buraya gətirən Vəfa Məmmədova da onlardan biridir. O, bir ana kimi çox sevinclidir və deyir ki, yurdumuzun havası övladına yeni həyat bəxş etdi.

Ardını oxu...

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi və tabeli gömrük orqanlarının əməkdaşlarına  II doza peyvənd vurulmasına başlanılıb.  Gömrük əməkdaşlarının peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün bütün zəruri tədbirlər görülüb, peyvənd otaqları zəruri tibbi və gigiyenik avadanlıqlarla təchiz edilib.

Ardını oxu...

İslam tarixində dini mahiyyət kəsb edən, Məhərrəm ayının 10-cu günü – Aşura, bununla bağlı keçirilən mərasimlər yalnız təziyə xarakteri daşımayıb, həm də haqq, ədalət tərəfdarı İmam Hüseynin yolunun davam etdirilməsi, İslam dininə sadiqlik deməkdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına əsasən muxtar respublikanın rayon mərkəzi və kənd sahə xəstəxanalarında, eləcə də Şərur və Ordubad Uşaq xəstəxanalarında, kənd tibb məntəqələrində məktəb şagirdlərinə ilkin səhiyyə xidməti göstərən tibb bacıları üçün praktik və nəzəri kurslar təşkil olunub. Bu il iyul ayının 12-dən start götürən kursların praktik məşğələləri Naxçıvan Tibb Kollecində, nəzəriyyə hissəsi isə Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında keçirilir. Kurslara ilkin mərhələdə 65 tibb bacısı cəlb edilib. 10-12 nəfərlik qruplar üzrə məşğələlər həftənin 5 günü həyata keçirilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatları uğurla davam etdirirlər.

Ardını oxu...

Yay mövsümünü Şərur, Şahbuz, Culfa və Ordubad yaylaqlarında keçirən heyvandarlara, onların ailələrinə səhiyyə xidmətinin təşkili üçün Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi 2014-cü ildən xüsusi həkim briqadaları yaradıb. Bu gün obalarda yaşayan sakinlərə lazım olan dərman vasitələri, sarğı materialları, onlarla səhiyyə maarifi işi aparılması, mövsümi xəstəliklər, günvurma, ilan və əqrəb sancmaları, yaralanma zamanı ilk yardım barədə tibbi məsləhətlər verilməsi həmin həkim briqadaları tərəfindən diqqətdə saxlanılır.
Nazirliyin iş planına uyğun olaraq, yay mövsümünü yaylaqlarda keçirən heyvandarlara, onların ailələrinə göstərilən səhiyyə xidməti davam etdirilir.
Ordubad Rayon Mərkəzi Xəstəxanasının həkimləri “Çadırdaş” ərazisindəki yaylaqda məskunlaşan heyvandarlara baş çəkib. Yaylaqda arana nisbətən havaların sərin keçməsi səbəbindən obalardakı azyaşlı uşaqların bir qismində qulaqağrısı və yuxarı tənəffüs yollarının patologiyası müşahidə olunub, onların müalicəsi ilə bağlı lazımi dərmanlar verilib.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

 

 

 

Naxçıvan Diaqnostika Müalicə Mərkəzi avqustun 5-də Şahbuz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində rayon üzrə aztəminatlı ailələrin tibbi müayinə və müalicələrinin aparılması üçün humanitar tibbi aksiya keçirib.

Ardını oxu...

Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən birini uşaqların sağlamlıqlarının qorunması və hüquqlarının təmin edilməsi təşkil edir. Çünki uşaqlara göstərilən qayğı cəmiyyətin gələcək varlığının möhkəm sütunlar üzərində inşa edilməsi deməkdir. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir”.

Ardını oxu...

Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənməkdədir. Müzəffər ordumuz öz rəşadət və qüdrətini 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbə ilə bir daha təsdiqlədi ki, bunun da əsasında ordu quruculuğu siyasəti dayanır.

Ordu quruculuğu sahəsində aparılan tədbirlər muxtar respublika ərazisindəki bütün hərbi hissə və birləşmələrdə də öz əksini tapıb, Silahlı Qüvvələrin müasir standartlara uyğunlaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər görülüb. Son illər muxtar respublikanın etibarlı müdafiə təminatı məqsədilə mühüm tədbirlər həyata keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, əsgəri-məişət-yaşayış kompleksləri tikilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılır. Ötən illər ərzində muxtar respublikanın etibarlı müdafiə təminatı ilə bağlı həyata keçirilmiş tədbirlər çərçivəsində 200-dək hərbi obyekt tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. Bir sözlə, Əlahiddə Ümumqoşun Ordu güclü maddi-texniki bazası, müasir silah və texnikaları, peşəkar hərbçi kontingenti ilə muxtar respublikanın təhlükəsizliyinin etibarlı qarantıdır. 2018-ci ilin mayında 26 il işğal altında olan Şərur rayonunun Günnüt kəndini və 11 min hektar ərazini azad edərək mühüm strateji üstünlüklərə yiyələnməsi Əlahiddə Ümumqoşun Ordunun gücünün praktik nəticəsini ortaya qoydu. Qarabağda torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığımız haqlı mübarizəmizdə də Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlıları və digər birləşmələrin hərbçiləri fəal iştirak etdi, şəhidlər verdi, böyük fədakarlıq göstərdilər. Bütün bunlar diyarımızda müasir hərbi infrastrukturun yaradılması və peşəkar hərbçi kadrların yetişdirilməsi istiqamətində atılan məqsədyönlü addımların nəticəsi kimi qürur doğurur. Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev muxtar respublikaya səfəri zamanı Naxçıvanda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək deyib:

“Ümumiyyətlə, deyə bilərəm ki, Naxçıvanın müdafiə potensialının möhkəmlənməsinə həmişə böyük diqqət göstərilib. Təsadüfi deyil ki, mənim göstərişimlə Naxçıvanda Ümumqoşun Əlahiddə Ordu yaradılmışdır və ordu ən müasir silah və texnika ilə təchiz edilmişdir. Bu gün Naxçıvan ordusunda olan hərbi texnika, deyə bilərəm ki, bəlkə də,bəzi qabaqcıl ölkələrdə olan texnikadan üstündür. Çünki Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Deyə bilərəm ki, bütövlükdə,Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur”. Cari ildə də bir neçə hərbi təyinatlı obyektin istifadəyə verilməsi muxtar respublikada ordu quruculuğunun davamlılığından xəbər verir. Aparılan quruculuq işləri zamanı şəxsi heyətin sağlamlığı da diqqətdə saxlanılır, müasir xəstəxanalar və tibb məntəqələri istifadəyə verilir. Bu il mayın 10-da istifadəyə verilən Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı ölkəmizdə ən böyük və qabaqcıl hərbi tibbi müəssisələrdən biri kimi müasir təchizatı ilə diqqəti cəlb edir. Ali Baş Komandan cənab İlham Əliyevin muxtar respublikaya səfərində Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışında da iştirakı bu sahəyə ayrılan böyükmiqyaslı diqqət və qayğını bir daha təsdiq edir. Muxtar respublikada inşa olunan ən böyük səhiyyə müəssisəsi kimi hərbi hospital müasir texnologiyaya əsaslanan təminata malikdir. Ali Baş Komandanımızın da dediyi kimi: “Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektlərin böyük önəmi var. Çünki hərbçilərin indi xidmət şəraiti yaxşılaşır, yeni hərbi hissələr tikilir. Son illər ərzində Naxçıvanda, demək olar ki, bütün hərbi hissələr yenidən quruldu və olmayan bir çox hissələr yaradılmışdır. Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışı da əlamətdar hadisədir. Çünki bu, Naxçıvan Muxtar Respublikasının ən böyük tibb müəssisəsidir, çarpayıların sayına görə Mərkəzi Xəstəxanadan da böyükdür”.

2013-cü ildən Əlahiddə Ümumqoşun Ordunun tabeliyində fəaliyyət göstərən Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı üçün tikilmiş yeni bina zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarətdir. Mərkəzdəki 426 otaq bütün tibbi prosedurların həyata keçirilməsi üçün ən müasir və zəruri tibbi-texniki imkanlara malikdir. Hospitalın ümumi sahəsi 56 min 300 kvadratmetr ərazini əhatə edir. Texnologiyanın ən son yeniliklərinin tətbiq olunduğu 290 çarpayılıq hospital 1 stasionar şöbəni, 11 stasionar və 13 yardımçı bölməni əhatə edir. Bina mərkəzləşdirilmiş istilik, tibbi tullantıların yandırılması üçün qurğu, əməliyyatxanalarda bakterioloji süzgəcli havalandırma,soyutma, elektrik və su sistemləri ilə təchiz olunub. Hərbi hospitalın komandiri, polkovnik Niyaməddin Seyidov bu böyük tibb ocağı ilə tanışlıq zamanı məlumat verdi ki, burada radiologiya, tibbi ekspertiza, fizioterapiya, travmatologiya, anesteziologiya, reanimasiya, poliklinika, intensiv terapiya, qəbul, əməliyyat, kardiologiya, cərrahiyyə, urologiya, psixonevrologiya, lOR və üz-çənə cərrahiyyəsi, laboratoriya və digər bölmələrfəaliyyət göstərir. Şöbə və bölmələrin hər biri müayinə, müalicə və mürəkkəb tibbi əməliyyatların keyfiyyətlə aparılması üçün ən müasir avadanlıqlarla təchiz edilib. Hospitalın həkimi, cərrah Cavid Qənbərli bildirdi ki, ən son texnologiyalara əsaslanan müasir avadanlıqlar və yüksəkixtisaslı peşəkar kollektiv burada nümunəvi xidmətin təşkilini, şəxsi heyətin sağlamlığının etibarlı qorunmasını təmin edir. 

Həkim və tibb işçiləri 24 saatlıq xidmətlə hərbi qulluqçulara və ailə üzvlərinə tibbi yardımın göstərilməsini, onların müayinə və müalicəsini yüksək səviyyədə təşkil edirlər.Bir sözlə, ölkənin ən böyük və qabaqcıl hərbi təyinatlı tibb müəssisələrindən biri kimi diqqəti cəlb edən Naxçıvan Qarnizonu Mərkəzi Hospitalı Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında dövlətimizin ordu quruculuğuna göstərdiyi xüsusi diqqətin, əsgər və zabitlərimizin, onların ailə üzvlərinin sağlamlığına qayğısının əyani təzahürüdür. Hospitalla tanışlıq zamanı bu böyük səhiyyə ocağında müalicəsini davam etdirən Vətən müharibəsi qaziləri ilə də görüşdük. Böyük qürur hissi ilə onların keçdiyi şərəfli döyüş yolunu öz dillərindən dinlədik, qanını, canını Vətən yolunda fəda edən, bizə qələbə yaşadan qəhrəmanlarımızın səhhəti ilə maraqlandıq. Vətən müharibəsi iştirakçısı, qazi Elşən Məmmədov partlayış zamanı onurğa sütununun qəlpə yaralaması diaqnozu ilə hospitalda müalicəsini davam etdirir. O qeyd etdi ki, odlu-alovlu cəbhədən qayıtdıqdan sonra qarşılaşdıqları isti münasibət qürur hissini birə-beş artırır. Hospitalda yaradılan şərait müalicənin daha qısa müddətdə və effektiv aparılmasına kömək göstərir. Qazimiz yaradılan şəraitə və göstərilən qayğıya görə dövlətimizə və eləcə də qayğıkeş tibb işçilərinə minnətdarlıq etdi. Vətənimizin digər qəhrəman övladı, İkinci Qarabağ müharibəsi qazisi Rauf Salahov da sinəsini düşmənə sipər edərək torpaqlarımızın işğaldan azad olunmasında rəşadət göstərib. Hər iki ətrafın çoxsaylı qəlpə yaralanması diaqnozu ilə hospitalda müalicəsi davam etdirilir: – Həkimlər və tibb işçiləri bizə çox gözəl qayğı göstərirlər. Mənim üstümdə çox əziyyətləri var. Sağlamlığım üçün mənə dəstək olan hər bir kəsə təşəkkür edirəm. Dövlətimizin qayğısını daim üzərimizdə hiss edirik. Həkimlərsağlamlığımızın bərpasına hərtərəfli kömək edirlər. Hərbi hospitalda yaradılan şərait bizim tezliklə sağalıb hərbçi yoldaşlarımızın yanında öz yerimizi almağımıza böyük əminlik yaradır. Biz də bu qayğıya cavab olaraq ordu sıralarına qayıtdıqdan sonra xidmətimizi yenə də uğurla davam etdirəcək, lazım gələrsə bu yolda canımızı belə əsirgəməyəcəyik.

Bizə Qarabağın azad olunması sevincini yaşadan hərbçilərimiz, şəhid və qazilərimiz xalqımızın qürur mənbəyidir. Onların qəhrəmanlıqları bizi əzəli torpaqlarımıza qovuşdurdu. Bu gün torpaqlarımızın ərazi bütövlüyünün və sərhədlərimizin qorunması əmin əllərdədir. Müstəqilliyimizin qarantı olan qəhrəman hərbçilərimizin və onların ailə üzvlərinin sağlamlığı da etibarlı təmin edilib. Siz bizə qanınız, canınız bahasına bütöv və qüdrətli Azərbaycanı bəxş etdiniz. Dövlətimiz də sizi və övladlarınızı sağlam həyat və xoşbəxt gələcəklə təmin edir, əziz qəhrəman hərbçilərimiz. Arzumuz budur ki, əsgər və zabitlərimizin heç birinin yolu bu müasir səhiyyə ocağından düşməsin. Ancaq düşərsə belə, hər biriniz arxayın və əmin olun ki, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının müasir şəraiti və nümunəvi xidmətisizin və ailənizin sağlamlığının etibarlı qarantıdır. 

Gülcamal Tahirova

 

 

 

 

Muxtar respublikada Azərbaycan Respublikasının müdafiəsində sağlamlıqlarını itirən vətəndaşların dispanserizasiyası tədbirləri həyata keçiriləcək. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tədbirlər planı hazırlanıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında yuxarı yaş həddində olan vətəndaşlar arasında xəstəliklərin erkən və vaxtında aşkar olunması üçün profilaktik müayinələrin aparılması və müalicələrinin təşkil edilməsi üçün əhali arasında 76-80 yaş qrupundan olan vətəndaşların dispanser qeydiyyatına start verilib.
Hazırda “Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası” publik hüquqi şəxsi və rayon mərkəzi xəstəxanaları yerlərdə həmin yaş qrupuna aid vətəndaşların siyahısını çıxararaq dispanser qeydiyyatının dəqiq və obyektivliyini təmin edirlər. Dispanser qeydiyyat haqqında yekun məlumat hazırlanaraq Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin növbəti kollegiya iclasına təqdim ediləcəkdir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

Yay fəslinin insan səhhəti üçün törətdiyi fəsadlardan ən çox müşahidə olunanı günvurma və istivurmadır. Son vaxtlar respublikamızda havaların çox isti keçməsi bu problemin aktuallığını daha da artırır. Bu isə, öz növbəsində, yüksək hərarətin törədə biləcəyi fəsadların qarşısını almaq, baş verdikdə isə lazımi tədbirləri görmək üçün əhali arasında müxtəlif söhbətlər aparılması zərurətini yaradır.
Günvurma və istivurma terminləri ilk baxışda eyni təəssürat yaratsa da, həm yaranma səbəbinə, mexanizminə, həm də profilaktika və tələb olunan həkiməqədərki yardım elementlərinə görə bir-birindən tamamilə fərqlənirlər.

Ardını oxu...

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında yoluxucu xəstəliklərə qarşı tədbirlərin davam etdirilməsi, sanitariya-gigiyena normalarına riayət olunmasının müntəzəm nəzarətdə saxlanılması mühüm vəzifələrdən biri kimi qarşıya qoyulmuşdur. Həmin tapşırıqların ardıcıl icrası üçün sessiyadan sonra Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzində Sanitar Tibbi Şura yaradılmış, vəzifələri müəyyən edilmişdir. Bu vəzifələr əhalinin sağlamlığını qorumaq və möhkəmləndirmək, sağlam həyat tərzi formalaşdırmaq, yoluxucu, parazitar və qeyri-infeksion xəstəliklərin profilaktikasını təmin etmək məqsədilə ətraf mühitin zərərli amillərinin və orqanizm üçün təhlükəli faktorların sağlamlığa təsirinin qarşısının alınması, sağlamlıq üçün təhlükəli məhsulların idxalından sanitariya mühafizəsini, dövriyyədə olan dərman vasitələri barəsində müəyyən olunan sanitariya-gigiyena tələblərinə əməl olunmasına dövlət sanitariya nəzarətini və təşkilati metodik rəhbərliyi həyata keçirməkdən ibarətdir.

Ardını oxu...

Muxtar respublikada müasir tibb ocaqlarının tikilib istifadəyə verilməsi, insanların sağlamlıqlarının qorunması, əhalinin keyfiyyətli tibbi xidmətlə təmin edilməsi daim diqqət mərkəzində saxlanılır. İnsanların sağlamlıqlarına qovuşmalarına köməklik etmək kimi humanist addımlara isə diyarımızda tez-tez rast gəlirik. Hər gün olmasa da, qəzet səhifələrində və ya televiziya efirlərində naxçıvanlı həkimlər tərəfindən rayonlarda humanitar tibbi aksiyaların keçirildiyinə dair xəbərlərlə tanış oluruq. Yüksəkixtisaslı həkim briqadalarının yurdumuzun hər bir kəndinə, şəhərinə gedərək humanitar tibbi aksiyalar keçirməsi də artıq ənənə halını alıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2021-ci il mart ayının 15-də “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalamışdır. Bu proqramın həyata keçirilməsini reallaşdırmaq üçün nəzərdə tutulan Tədbirlər planında səhiyyə işçiləri qarşısında qoyulan əsas vəzifələrdən biri uşaqlarda sağlamlıq imkanları məhdudluğunun erkən yaşlarda aşkarlanması və qarşısının alınmasıdır. Bəs bu müddəanı günün tələbləri səviyyəsində həyata keçirmək məqsədilə hansı işləri görmək lazımdır?

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində fəaliyyətini may ayında da davam etdirib, yoluxucu xəstəliklərin profilaktikası, ilkin səhiyyə xidmətinin yeni tələblərə uyğunlaşdırılması diqqət  mərkəzində  saxlanılıb.

Ötən ay Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən dializ olunan xroniki böyrək çatışmazlığı olan xəstələr üçün dializ materialları və dərman preparatları, Azərbaycan Respublikası Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutundan Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinə Genexpert cihazı üçün reaktivlər, dərman preparatları, Azərbaycan Respublikası QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin QİÇS-lə Mübarizə Şöbəsinə reaktivlər, test və tibbi materiallar, ARV terapiya üçün dərman preparatları, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzindən və Respublika GEM-dən CovId-19-a görə vaksinasiya üçün vaksin, şpris və işlənmiş şprislərin təhlükəsizliyi üçün konteynerlər gətirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 11 nəfərdən ibarət həkim briqadası dünən Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsində məhkumları profilaktik müayinələrdən keçirib.

Müəssisənin tibbi sanitar hissəsinin tibbi heyətinin də fəal iştirakı ilə həkim briqadası tərəfindən gün ərzində ümumi, həmçinin COVID-19, vərəm, hepatit B, C, QİÇS və digər yoluxucu xəstəliklərin müəyyən edilməsi üçün 73 nəfərdən test və qan analizləri götürülüb. Sonra yüksəkixtisaslı həkimlər tərəfindən tibbi müayinələr aparılıb.

Ardını oxu...

Dünyada yüzlərlə sənət, peşə, ixtisas var. Kimisi əlinə qələm alıb Vətənin təbiətini, kimisi fırça götürüb gözəllikləri yaddaşlara köçürür. Həkim isə insan sağlamlığı keşiyində dayanmaq kimi ülvi bir vəzifəni yerinə yetirir. Bu sənəti seçənlər isə daim fövqəladə vəziyyətlərə hazır olub insanlara yardım etmək hissindən həzz alırlar. Ona görə də həkimlik peşəsi rahatlıq sevənlərin sənəti deyil, gecəsi-gündüzü bilinməyən peşədir. Bu peşənin sahibləri çox insanlara şəfa, çox naümid gözlərə ümid, çox nigaran baxışlara sevinc bəxş edənlərdir.
“Həkimlik nə qədər əzab-əziyyətli olsa da, sonu fərəhlidir. İşin sonunda bilirsən ki, kimi isə sevindirmisən, xeyirxahlıq etmisən. Belə məqamlarda keçirdiyin həyəcan da, əziyyətlər də insanın gözünə görünmür”, – deyir Diaqnostika Müalicə Mərkəzinin baş həkiminin müavini Mətanət Səfərova. O, əslən Ağsu rayonundan olsa da, Bakı şəhərində böyüyüb, təhsil alıb. Azərbaycan Tibb Universitetini bitirib. Həyat yoldaşının xidməti vəzifəsi ilə əlaqədar 13 ildir ki, muxtar respublikamızda yaşayır. Buraya gəldikləri ilk gündən insanların səmimi münasibətləri ilə rastlaşıb.

Mətanət həkimin söhbəti: – Hələ tələbə ikən xəstəxanalarda təcrübədə olduğum ilk andan bir şeyi dərk etdim ki, hər dəqiqə qəfil gecə zənglərinə, qəfil hadisələrə hazır olmalısan. Lazım gələrsə, lap pay-piyada da olsa, hökmən getməlisən. Axı orada həkimi nigarançılıqla, həyəcan hissi ilə gözləyən var. Hansı ixtisas həkimi olursansa ol, öncə həkimsən, insan sağlamlığının keşiyində dayanmalısan. Vətəni qoruyan sadiq, inamlı əsgər kimi.

Ardını oxu...

“Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsdə uğurla yerinə yetirilən əməliyyatlar sırasına yenisi əlavə olunub. Belə ki, mərkəzin həkim briqadası və orta tibb işçisi heyətinin komanda şəklində çalışması nəticəsində aparılan əməliyyat və göstərilən tibbi müdaxilə uğurla başa çatıb.

Ardını oxu...

“Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” Publik Hüquqi Şəxsin 10 müxtəlif ixtisaslı həkim heyəti və EKQ üzrə tibb bacısından ibarət tibb heyətinin iştirakı ilə Culfa rayonunda humanitar tibbi aksiya keçirilib.
Növbəti aksiyada otorinolorinqoloq 18, dermatoveneroloq 24, oftalmoloq 15, invaziv kardioloq 35, terapevt isə 18 pasiyenti müayinədən keçirib. Xəstəxanaya müraciət edənlər, həmçinin endokrinoloq, nevropatoloq, ürək-damar cərrahı, ümumi cərrah, nefroloq tərəfindən də müayinələrlə əhatə olunublar. 30 nəfər isə elektrokardioqrafiya müayinəsindən yararlanıb, onlara tibbi göstərişlər verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə könüllü qanvermə aksiyası keçirilib.

Ardını oxu...

Gənclərə vətənpərvərlik hisslərinin aşılanması, muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəsissələrində  təhsil alan tələbələrin ordu sıralarında hərbi xidmətə hazırlanmasına köməklik göstərilməsi məqsədilə Naxçıvan Atıcılıq

Mərkəzində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Vətən naminə” hərbi-idman oyunu keçirilib. “Vətən naminə” hərbi - idman oyunu  Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu, Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Yarışda Naxçıvan Tibb Kollecinin 8 oğlan və 7 qız tələbədən ibarət komandası iştirak edərək ikinci yerə layiq görülüb.

 

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

          Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb  müəssisələrində çalışan orta tibb işçiləri üçün təkmilləşdirmə kursunun  keçirilməsi davam etdirilir. Bu məqsədilə Naxçıvan Tibb Kollecində  mayın 17-dən iyunun 10 –dək  “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsi, “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası” publik hüquqi  şəxsi, “Şərur Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin müvafiq ixtisas üzrə tibb bacıları və feldşerləri üçün “Ağciyərlərin suni ventilyasiyası” üzrə təkmilləşdirmə kursutəşkil olunub. Təkmilləşdirmə kursunun nəzəri hissəsinin kollecdə, praktik hissəsinin “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsi və “Naxçıvan Diaqnostika Müalicə Mərkəzipublik hüquqi şəxsində keçirilməsi planlaşdırılıb. Nəzəri hissə mulyaj, slayd və əyani vəsaitlər üzərində keçirilir. Təkmilləşdirmə kursu  tənəffüs üzvlərinin anatomiya və fiziologiyası, ASV ( invaziv və qeyri-invaziv  ventilyasiya), ASV aparılan müasir aparatların işləmə prinsipi, tənəffüs üzvlərinin patologiyalarında ASV-n aparılma texnikası, bu patologiyalar zamanı düzgün taktikanın seçilməsi, ASV-n  tətbiqi zamanı baş verə biləcək ağırlaşmaların profilaktikası (təhlükəsiz ASV) kimi mövzuları əhatə edir.

Ardını oxu...

Son illər muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı ana və uşaqlara tibb xidməti göstərən müəssisələrin maddi-texniki bazası möhkəmləndirilib, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb. Reproduktiv sağlamlıq və ailə planlaşdırılması problemlərinə nəzarət daha da gücləndirilib, səhiyyə-maarifi işləri günün tələbləri səviyyəsində qurulub. Hamilələrin qeydiyyatı işinin daha da yaxşılaşdırılması məqsədilə mama-ginekoloji şöbələrdə hamilələrin elektron reysteri yaradılıb. Ginekoloji xəstəliklərin vaxtında aşkar edilməsi, müalicə işinin düzgün və səmərəli qurulması üçün profilaktik müayinə tədbirləri daha da gücləndirilir.

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi Publik Hüquqi Şəxsində  qadın əhalisinə mama-ginekoloji xidmətin vəziyyətinin daha da yaxşılaşdırılması və ginekoloji xəstəliklərin vaxtında aşkar olunması məqsədilə xüsusi həkim briqadası yaradılaraq təqvim planının profilaktik müayinələrinə start verilib.

Ardını oxu...

Muxtar respublika ərazisində yaşayan uşaq əhalisinin kütləvi dövri tibbi müayinələrinin aparılmasını və dispanserizasiyası təmin etmək məqsədilə ardıcıl tədbirlər görülür. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq hər il yaz və payız mövsümlərində tam orta məktəblərin şagirdləri arasında profilaktika xarakteri daşıyan dərin tibbi yoxlamalar aparılır. Bu tədbirlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq həyata keçirilir.

Yaz mövsümünün kutləvi dovri tibbi muayinələri üçün əvvəlcədən səhiyyə maarifi işi aparılıb. Min ədəd buklet hazırlanaraq məktəb tibb işçiləri və valideynlərə paylanılıb. Muxtar respublikada aprelin 10-dan başlanan yaz mövsümünün kutləvi dovri tibbi muayinələri üçün Ə.Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanası və rayon mərkəzi xəstəxanalarında pediatr, oftalmoloq, stomatoloq, cərrah-ortoped, LOR, endokrinoloq, nevropatoloq, pediatr və digər ixtisaslı həkimlərdən ibarət briqada təşkil edilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri rayon mərkəzlərinin, qəsəbə və kəndlərin, eləcə də ucqar sərhəd və dağ yaşayış məntəqələrinin səhiyyə müəssisələrində yaradılan imkanlar hesabına əhalinin tibbi müayinəsini və cərrahi əməliyyatları uğurla davam etdirirlər. 

 Ayda bir dəfə təşkil edilən  növbəti aksiya 18 həkim və 2 tibb bacısınını iştirakı ilə Sədərək Rayon Mərkəzi Xəstəxanasında baş tutub. Aksiya üçün əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq pasiyentlərin siyahısı hazırlanaraq  xəstəxanaya          dəvət olunublar. Naxçıvan Muxtar Respublika Xəstəxanası həkim briqadasının üzvü, qəbul şöbəsinin müdiri Ramidə Bağırova bildirib ki, belə tibbi aksiyalarda daşına bilən USM, EKQ, portativ rentgen aparatları, laboratoriya, digər səyyari avadanlıq və cihazlar diaqnozun dəqiqləşdirilməsinə imkan yaradır. Əgər bu dəqiqləşdirmələr yerlərdə mümkün deyilsə, pasiyent Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət olunaraq stasionar müalicəyə alınır. Eyni zamanda burada reablitasiyaları təşkil olunur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq yeniyetmələr arasında vərəmin profilaktikasını və vaxtında aşkar edilməsini təmin etmək üçün aprel ayının 10-dan muxtar respublika ərazisində IX-XI sinif şagirdlərinin profilaktik flüoroqrafik müayinələri aparılır.

Bu tədbir Babək rayonunda mütəşəkkil şəkildə təşkil edilib.Rayon Mərkəzi Xəstəxanası tərəfindən xidmət ərazilərində müayinələrə cəlb olunacaq uşaqların siyahıları tərtib olunub. 36 tam orta məktəbdə 1803 nəfər yuxarı sinif şagirdinin müayinələrdən keçməsi nəzərdə tutulub. Aprelin 15-dən indiyədək seçmə yolu ilə 19 məktəbdə 186 şagird flüoroqrafiya müayinəsindən  keçirilib.  Xəstə aşkar edilməyib.

Hazırda hər gün 7 şagird olmaqla profilaktik flüoroqrafik müayinələr davam etdirilir. Müayinələr zamanı maarifləndirici söhbətlər də aparılır.

Qeyd edək ki, muxtar respublikada yoluxucu xəstəliklərlə mübarizə işi səhiyyənin prioritet sahələrindən biridir. Əhalinin müxtəlif qrupları arasında xəstələnmə və ölüm səviyyəsinin azaldılmasına yönəldilmiş immunprofilaktikaya dair çox vacib proqramların həyata keçirilməsi də bunu təsdiq edir. Nəticədə, bir sıra xəstəliklərin yayılma səviyyəsi xeyli azalıb, bir neçə infeksion patologiya isə tam ləğv olunub.

Müayinələr may ayının sonunacan davam edəcək.

Naxçıvan Muxtar Respublikası Səhiyyə

Nazirliyinin mətbuat xidməti


 

 

 

 

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq muxtar respublikada əhali arasında pandemiyaya qarşı peyvəndləmə davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tədbirlər planına uyğun olaraq vaksinasiya əhalinin hər bir təbəqəsini əhatə edir. Hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin avtobus və taksi sürücüləri “Sinovac” vaksininə cəlb olunublar.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR