21 Dekabr 2024, Şənbə

Son illər muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika müşahidə olunur. “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı ana və uşaqlara tibb xidməti göstərən müəssisələrin maddi-texniki bazası möhkəmləndirilib, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılıb. Reproduktiv sağlamlıq və ailə planlaşdırılması problemlərinə nəzarət daha da gücləndirilib, səhiyyə-maarifi işləri günün tələbləri səviyyəsində qurulub. Hamilələrin qeydiyyatı işinin daha da yaxşılaşdırılması məqsədilə mama-ginekoloji şöbələrdə hamilələrin elektron reysteri yaradılıb. Ginekoloji xəstəliklərin vaxtında aşkar edilməsi, müalicə işinin düzgün və səmərəli qurulması üçün profilaktik müayinə tədbirləri daha da gücləndirilir.

Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi Publik Hüquqi Şəxsində  qadın əhalisinə mama-ginekoloji xidmətin vəziyyətinin daha da yaxşılaşdırılması və ginekoloji xəstəliklərin vaxtında aşkar olunması məqsədilə xüsusi həkim briqadası yaradılaraq təqvim planının profilaktik müayinələrinə start verilib.

Mama-ginekoloq, ultrasəs müayinələri  üzrə funksional-diaqnostik, nevropatoloq və laborantların təmsil olunduğu həkim briqadası Şahbuz rayonunun Biçənək kənd həkim ambulatoriyasında profilaktik müayinələr aparıb. Kənd həkim ambulatoriyasında qeydiyyatda dayanan 191 nəfər fertil yaşlı qadın əvvəlcədən müəyyənləşdirilərək müayinələrə dəvət olunub. Ambulator müayinələr zamanı qadın xəstəlikləri və onların risk amilləri araşdırılıb, xəstələr həmçinin ortopedik-travmatoloji və psixiatrik müayinələrdən keçirilib, laborator təhlillər, elektrokardioqrafiya, ultrasəs müayinələrindən sonra müvafiq təyinatlar verilib.

20 qadın ginekoloji və ultrasəs müayinəsindən keçirilib. Yuxarı sinif şagirdlərindən 10 nəfəri pediatrik müayinə olunub, 20 laborator analiz aparılıb.

Qadınlar arasında ginekoloji problemi olan 5 nəfər dispanser qeydiyyatına götürülüb və əlavə müayinələr üçün Doğum Mərkəzinə dəvət olunub. 4 nəfər hamilə müayinə edilərək onlara tibbi məsləhət və tövsiyələr verilib. Tədbir zamanı səhiyyə maarifinə dair söhbətlər aparılıb.

Müayinələrlə əhatə olunan qadınlar onlara göstərilən bu xidməti dövlətimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsi kimi dəyərləndirərək belə xeyirxah tədbirlərin təşkilatçı və icraçılarına minnətdarlıqlarını bildiriblər.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR