07 Dekabr 2024, Şənbə

O, 1958-ci ildə Şahbuz rayonunun Keçili kəndində anadan olmuşdur. 1983-cü ildə Əzim Əzimzadə adına Bakı Dövlət Rəssamlıq Məktəbinin Bədii tərtibat fakültəsini bitirmişdir. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin, Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Müsahibimiz Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovdur.

Ardını oxu...

Naxçıvan Dövlət Uşaq Teatrında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin birgə təşkilatçılığı ilə şəhid və qazi ailələrinin övladları, həmçinin sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum və aztəminatlı ailələrin uşaqları üçün teatrın yeni il münasibətilə hazırladığı “Şaxta baba gələcəkmi?” tamaşası nümayiş etdirilmişdir.

Ardını oxu...

Yanvarın 10-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Dövlət Filarmoniyasının Estrada Orkestrinin yaradılmasının 10 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edilmişdir.

Ardını oxu...

Hər kəs özünəməxsus fərqli bir ömür yaşayır. Böyük zaman üçün çox kiçik olan qısa bir ömrü fəsillər kimi düşünə bilərik. Ömrün də baharı, yayı, payızı, qışı vardır. Gələcək məhsulun təməli baharda qoyulduğu kimi, insanın gələcək mənalı ömrünün də əsası gənclikdə qoyulur. Nahaq demirlər ki, gənclik ömrün baharıdır. Gənclik də bahar kimi qaynar, bahar kimi rəngarəng, bahar kimi zəngin olur. Ona görədir ki, yaxşı nə varsa, hər şey gənclikdə qazanılır, – insan ailədən, məktəbdən, ətraf mühitdən, mütaliə etdiyi kitablardan, sağlam əhatəsindən, müdrik, ağsaqqal insanlardan eşidir, özünə doğru, düzgün yol seçir. O insanlar xoşbəxtdir ki, mənən rahatdırlar, gördüyü işləri ilə tanınır, el-obasını şöhrətləndirirlər. Belə ləyaqətli insanlardan biri, el ağsaqqalı Fərrux Nağızadə haqqında söhbət açmağı bir ziyalı kimi özümə borc bilirəm.

Ardını oxu...

İki ilə yaxındır ki, dünyanı cənginə alan koronavirus adlı bəla səbəbindən bütün dünyada olduğu kimi, ölkəmizdə də  bəzi məhdudiyyətlər tətbiq olunur. Bu səbəbdən artıq uzun bir zaman idi ki, teatr salonları tamaşaçı alqışına, tamaşaçı sevgisinə həsrət qalmışdı. Ötən ilin sentyabr ayında karantin qaydalarının yumşaldılması ilə bağlı verilən qərara əsasən artıq teatrlar öz fəaliyyətini müəyyən şərtlərlə davam etdirir. Bu qərar təkcə teatr əməkdaşlarını, aktyor və aktrisalarımızı deyil, həm də teatrsevərləri çox məmnun edib. Verilən qərardan sonra teatrlarda qızğın məşqlərə start verildi. Həsrətlə teatrın açılacağı günü gözləməyə başladıq. 

Ardını oxu...

Naxçıvan Azərbaycanın ən qədim şəhərlərindəndir. Təkcə tarixi turizmə marağı olanlar deyil, istənilən hər kəs bura gələrkən şəhəri gəzib-dolaşmaqdan zövq alır. Xüsusilə qədim tarixə malik tikililərlə yanaşı, müasir memarlıq xüsusiyyətlərini özündə əks etdirən milli arxitektura elementləri də bütöv bir şəhər ansamblı fonunda hər kəsi özünə cəlb edir. Bu dediklərimizə bir də şəhərin sakit ab-havasını və çox təmiz küçə və meydanlarını əlavə etsək, mübaliğəsiz olaraq gözəl bir şəhər eksteryerinə sahib olduğumuzu fəxrlə söyləyə bilərik. Bəlkə, elə buna görədir ki, Naxçıvan şəhərinə yolu düşən yerli və əcnəbi turistlərin ən çox diqqətini cəlb edən şəhərin gözəl arxitekturası və hədsiz təmizliyidir. 

Ardını oxu...


Məmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı Yeni ildə “Kələkbaz canavar” tamaşası ilə uşaqların görüşünə gəlib.

Ardını oxu...


Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Simfonik, Kamera, Estrada və Xalq Çalğı Alətləri Orkestrləri, Mahnı və Rəqs Ansamblı, Filarmoniyanın və Naxçıvan Şəhər Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin xor kollektivləri iştirak etmişdir. Kollektivlərin bədii rəhbərləri və dirijorları Azərbaycan Respublikasının Əməkdar artisti Zeynalabdin Babayev, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Tamerlan Bağırov, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Əsgərov, Cahangir Qurbanov, Elvin Əliyarov və İlhamə Şirəliyevadır.

 

Konsert proqramı sözləri Azərbaycan şairi Nəbi Xəzriyə, musiqisi Azərbaycan SSRİ-nin Xalq artisti Müslüm Maqomayevə məxsus olan möhtəşəm “Azərbaycan” mahnısı ilə başlamışdır. Daha sonra Hacıbaba Hüseynovun “Durnam”, Ələkbər Tağıyevin “Mənim dünyam”, Vasif Allahverdiyevin “O yollar”, Emin Sabitoğlunun “Güllər”, Hökümə Nəcəfovanın “Kaş ki, gözəl olmayaydım”, Kamalın “Vətən savaşı”, Vahid Axundovun “Naxçıvan” və başqalarının bir-birindən maraqlı əsərləri, xalq mahnıları, xalq rəqsləri və xor əsərləri səsləndirilmişdir. Musiqi əsərlərini Azərbaycan Respublikasının Xalq artisti Əzizağa Məmmədov, Azərbaycan Respublikasının əməkdar artistləri Tural Nəcəfov və Gülyanaq Fərzəliyeva, Naxçıvan Muxtar Respublikasının əməkdar artistləri Zülfüqar Mahmudov, Ruhiyyə Hüseynova və Tural Bağırov, həmçinin digər ifaçılar Habil Qasımov, Nərmin Hüseynova və İlkin Abdullayev təqdim etmişdir.

Qeyd edək ki, mədəniyyətin bütün sahələri kimi, Naxçıvan Dövlət Filarmoniyasının da professional musiqi kollektivi kimi formalaşmasına və fəaliyyətini uğurla davam etdirməsinə dövlətimiz tərəfindən daim qayğı göstərilir. Bu mədəniyyət müəssisəsinin maddi-texniki bazası daim möhkəmləndirilir, kollektivlər üçün lazım olan geyim dəstləri, avadanlıqlar və musiqi alətləri alınır. Kollektivin üzvləri mütəmadi olaraq dövlət mükafatları və fəxri adlarla təltif olunurlar.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan konsert-tamaşa müəssisələri və rayon mədəniyyət şöbələrinin musiqi kollektivləri bayram günlərində muxtar respublika sakinlərinə və şəhərimizin qonaqlarına yüksək mədəni xidmət göstərərək onların asudə vaxtlarının səmərəli təşkilinə çalışacaqdır. M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı Naxçıvan şəhərinin mərkəzi meydanında və stasionarda balaca tamaşaçıların zövqünü oxşayacaq bayram repertuarı ilə çıxış edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin Mətbuat xidməti

Naxçıvan Dövlət Musiqili Dram Teatrında Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Ardını oxu...

28 dekabr 2021-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasıtərəfindən Xalq yazıçısı Əzizə Cəfərzadənin anadan olmasının 100 illiyi münasibətilə onlayn tədbir keçirilmişdir.

Ardını oxu...

Məşhur neft sənayeçisi, ictimai xadim, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsi hazırdır və abidənin açılması ilə bağlı məsləhətləşmələr aparılır.

Bu sözləri mətbuat konfransında mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, 2023-cü ildə Tağıyevin anadan olmasının 200 illiyinin keçirilməsi də planlaşdırılır. Həmçinin Mədəniyyət Nazirliyi Bakı Media Mərkəzi ilə birgə böyük xeyriyyəçi haqqında filmin çəkilməsi də nəzərdə tutulur.

Gələn ildən musiqi məktəblərinə işə qəbul prosesini imtahan yolu ilə keçirilməsinə başlayacağıq.

Bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə hədəflər və nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, imtahanların gecikməsinin bir sıra obyektiv və subyektiv səbəbləri var: “Hazırda ölkədə 220-yə yaxın musiqi məktəbimiz var. Təəssüflər olsun ki, musiqi məktəblərinə işə qəbulla bağlı nöqsanlar aşkarlanıb. İmtahanların keçirilməsi üçün metodologiya hazırlanmalıdır. İstəyirik ki, Dövlət İmtahan Mərkəzini bu işə cəlb edək və Mədəniyyət Nazirliyi bu prosesdən kənarda qalsın. Həmçinin müəllimlərin diaqnostikasının aparılmasını istəyirik və bununla da nöqsanları müəyyən etməyə çalışırıq”.

 

 

 


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə bağlı növbəti kitab müzakirəsi keçirilib.

Ardını oxu...

2021-ci il “Nizami Gəncəvi ili”dir

Xalqımızın mütəfəkkir, filosof şairi, dünya ədəbiyyatının əlçatmaz, ünyetməz zirvələrindən biri olan Nizami Gəncəvi poeziyasında açılmamış səhifələr çoxdur. Bu səhifələrdə XII əsr Azərbaycan elmində tətbiqi kimyanın cücərtiləri də özünə yer alıb. “Xəmsə”ni dərindən oxuyub düşündükcə bu cücərtilərin təzahür formalarına rast gəlirik. Bu isə böyük şairi kimyadan xəbərdar bir alim kimi tədqiq etməyə imkan verir.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr edilmiş “Nizami Gəncəvi – 880 il” adlı rəsm sərgisi keçirilib.

Ardını oxu...

22 dekabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə bağlı növbəti tədbir keçirilib.

A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Uşaq kitabxanalarının fəaliyyəti və oxucularla iş prinsipləri” mövzusunda keçirilən açıq dərsdə Naxçıvan Dövlət Universitetin Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisası üzrə təhsil alan tələbələriiştirak etmişdir.

Ardını oxu...

Aşıq Ələsgər – 200

Ələsgər şeirinin hər birində obrazlı bənzətmələr, ifadələr və eyhamlar, bədii tapıntılar, mənalı məcazlar onun poetik qüdrətindən, dilə, sözə hakimliyindən, özünəməxsus dərin təxəyyül, düşünmə tərzindən xəbər verir. Bu keyfiyyətlərin hər aşığa, hər şairə nəsib olmadığı da məlumdur. Məsələn, aşığın “Eyləmişəm” rədifli qoşmasının bir bəndində:

Ardını oxu...

Yeni nəşrlər


Muxtar respublikamızın aparıcı elm ocaqlarından biri olmaqla Naxçıvan Dövlət Universitetində yeni tədqiqat əsərlərinin meydana çıxması və həmin əsərlərin təqdimetmə mərasimlərinin keçirilməsi artıq ənənə halını alıb. Ali təhsil müəssisəsinin İncəsənət fakültəsinin Təsviri incəsənət kafedrasının baş müəllimi Siddiqə Hacıyevanın “Naxçıvan xalçaları və tikmələri” adlı dərs vəsaitinin də təqdimetmə mərasiminin keçirilməsi bu ənənənin məntiqi davamıdır.

Ardını oxu...

 Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə bağlı M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “İxtisasların hamiliyə verilməsi ilə bağlı muzeylərdə və kitabxanalarda görülmüş işlər və kadr hazırlığı məsələləri” mövzusunda dəyirmi masa keçirilib.

Ardını oxu...

İçərişəhərdəki “Qız Qalası” Sərgi Salonunda Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Leyla Əzimbəyovanın "Fərqli Olaraq" adlı fərdi yaradıcılıq sərgisi açılıb. Sərginin açılışında yaradıcı ziyalılar, elm və ictimaiyyət nümayəndələri, sənətkarın doğmaları və sənət dostları iştirak ediblər.

Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin dəstəyi ilə açılan sərgidə rəssamın son dövr yaradıcılığına aid 40-a yaxın əsəri sərgilənir.

Sərginin açılışında Xalq rəssamları Fərhad Xəlilov, Səlhab Məmmədov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prezidenti, Xalq rəssamı Ömər Eldarov, akademik İsa Həbibbəyli, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva çıxış ediblər.

Çıxış edənlər Leyla Əzimbəyovanın yaradıcılığının fərqli cəhətləri və bədii-estetik tərəfləri barədə danışaraq rəssamı belə əlamətdar hadisə münasibətilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.

Əməkdar rəssam Leyla Əzimbəyova göstərilən dəstəyə görə  təşəkkür edərək bu cür yüksək səviyyəli tədbirlərin yaradıcı gənclərdə böyük ruh yüksəkliyi və stimul yaratdığını diqqətə çatdırıb.

Ardını oxu...

Milli dəyərlərimizi öyrənək və yaşadaq

Xalqımızın dini-mənəvi mədəniyyətinin bir hissəsini təşkil edən müqəddəs yerlər – pirlər, ocaqlar, məscidlər, xanəgahlar, türbələr, eləcə də ziyarətgahlar tariximizi yaşadan və keçmişlə bu gün arasında körpü yaradan maddi-mənəvi sərvətlərimizdir. Ərəbcədən tərcümədə ziyarət yeri, müqəddəs məkan mənalarını ifadə edən ziyarətgahlar məscidlər qədər xalqımızın dini inancının qorunub saxlanmasında və yaşadılmasında mühüm əhəmiyyət daşıyır və əhali arasında ictimai əlaqələrin sıxlaşdırılmasında mühüm rol oynayır. Qədim vaxtlardan dağ, ağac, su mənbələri, mağara, səma cismləri ilə yanaşı, dini və dünyəvi şəxslərin məzarları da tarixən ziyarətgah yer olub. Qəlbində Tanrıya diləyi, arzusu olanlar bu müqəddəs yerlərə gələrək heç kəsə deyə bilmədiklərini dilə gətiriblər. Bu gün də insanlarımız ziyarətgahlara müqəddəs yerlər kimi iman gətirir, ondan kömək, ruzi-bərəkət, sağlamlıq diləyirlər. Qədim tarixə, zəngin mədəniyyətə malik muxtar respublikamızda da ziyarətgahlar dini-ziyarət turizminin əsas ünvanlarından hesab olunur. Müqəddəs Əshabi-Kəhf ziyarətgahı, Nuh Peyğəmbərin türbəsi, imamzadələr, qədim tarixi məscidlər, müxtəlif pirlər ilboyu diyarımıza gələn turistlərin ziyarət yerləri kimi dünyada tanınır. Bu gün muxtar respublikamızda dini dəyərlərimizin qorunub yaşadılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, dövlətimizin qayğısı ilə tarixi abidələr, dini ziyarətgahlar bərpa olunur, yeni məscidlər tikilir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimlinin 70 illik yubileyinə həsr olunmuş “Şair könlü bir ümmandır” adlı ədəbi-bədii kompozisiya keçirilib.

Ardını oxu...

Bu gün Azərbaycanın görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anım günüdür. O, 42 il bundan öncə Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub.

V.Mustafazadə Azərbaycan musiqisinin, muğamının klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun musiqi stili "Caz-Muğam" adlanır. Onun musiqimizdə etdiyi bu kimi yeniliklər bu günə qədər öz aktuallığını qoruyub saxlayır. Bu günün özündə belə bir çox musiqiçilər öz ifalarında məhz Vaqif Mustafazadənin yaratdığı caz-muğam sintezindən istifadə edir.

Ardını oxu...

 

 

 

Dekabrın 15-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Poeziya dünyasının dahisi – Nizami” adlı ədəbi-bədii tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin aparıcı məsləhətçisi Şəfəq Qurbanova açaraq bildirmişdir ki, yaradıcılığı dünya ədəbiyyatı tarixində təkrarolunmaz bir mərhələ, yeni bir tarixi dövr və müdriklik zirvəsi olan Nizami Gəncəvi xalqımızı BMT-də YUNESKO xətti ilə tanıdan ilk şəxs olub. Şairin 850 illik yubileyi şərəfinə 1991-ci il YUNESKO tərəfindən “Nizami ili” elan edilib.

Ardını oxu...

Muxtar respublikada mədəniyyətin təbliği və sakinlərin mədəni istirahətinin təşkili məqsədilə müxtəlifməzmunlu tədbirlərin keçirilməsi, əlamətdar və tarixi günlər, eləcə də tanınmış şəxsiyyətlərin yubiley və anım günləri ilə bağlı sərgilərin nümayişi noyabr ayında da davam etdirilmişdir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində təhsil alan xarici tələbələrin hazırladığı şeir və mahnılarından ibarət konsert-kompozisiya təşkil edilib.

Ardını oxu...

8 dekabr 2021-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin    2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə bağlı növbəti tədbir keçirilib.

 Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Çap əsərlərinin təsviri” mövzusunda keçirilən açıq dərsdə Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələri iştirak etmişdir.

Ardını oxu...

2021-ci il 9 dekabr tarixdə muzey əməkdaşları üçün “Muzey sərvətlərinin tanıdılmasında informasiya resurslarının rolu” mövzusunda seminar-treninq keçirilib.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində keçirilən seminar-treninqi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Aparatının şöbə müdiri G.Babayeva açmış, Nazirliyin Aparatının aparıcı məsləhətçisi Anar Təhməzli “Muzey sərvətlərinin tanıdılmasında informasiya resurslarının rolu” mövzusunda çıxış etmişdir.

Bildirilmişdir ki, muxtar respublikada 1 rəsm qalereyası və 29 müxtəlif profilli muzey fəaliyyət göstərir. Bu mədəniyyət ocaqlarında xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən eksponatlar sərgilənir.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunun xalça emalatxanasında toxunmuş “Qars müqaviləsi” adlı süjetli və ornamental xalçaların təqdimat tədbiri keçirilib.

Ardını oxu...

Milli dəyərlərimizi öyrənək və yaşadaq

Ümummilli liderimiz Heydər Əliyevin “Xalq gərək daim öz kökünü xatırlasın” müdrik kəlamının təntənəsini ən yüksək səviyyədə yaşayırıq düşmənimiz üzərində böyük tarixi zəfər qazanmaqla. Təbii ki, qələbəni şərtləndirən əsas amil xalq olaraq birliyimiz, bərabərliyimiz, Müzəffər Ali Baş Komandanın siyasi iradəsi, məğrur oğullarımızın əzmi, qətiyyətidir ki, bu üstün məziyyətlər də birmənalı şəkildə keçmişə dərin hörmətdən, milli kökə bağlılıqdan irəli gəlir.  Gəncliyin hərbi-vətənpərvərlik tərbiyəsini artırmaq, gənclərə ata-babalarımızın döyüş ənənələrini öyrətmək üçün dəyərli nümunələrdən sayılan, milli kimliyimizin açarı “Kitabi-Dədə Qorqud”, eləcə də qəhrəmanlıq salnaməmiz “Koroğlu” dastanlarını oxuduqca əcdadlarımızın necə mübariz ruhlu, torpaq təəssübkeşi, yurdsevər olduğunu görürük. Xalqımızın tarixən yadellilərə qarşı haqlı mübarizələr, müharibələr aparması, heç şübhəsiz, ölkəmizdə bütün sənətkarlıq sahələri ilə yanaşı, silahsazlığın da inkişafına təkan verib, el arasında işinin mahiri kimi tanınan silahsazlar torpaqlarımızın qorunması naminə öz töhfələrini əsirgəməyiblər...

Ardını oxu...

2021-ci il “Nizami Gəncəvi ili”dir

Müxtəlif muzey və arxiv materiallarında Naxçıvana dair orta əsrlər əlyazmalarının tekstoloji xüsusiyyətlərinə həsr olunmuş elmi əsərlərdə, tədqiqat və oçerklərdə Naxçıvanın filosof və şairlərinin adları çəkilməklə bərabər, bir çoxlarının əsərlərindən nümunələr verilməsi öz əksini tapmışdır. Naxçıvana dair əlyazma mətnləri sahəsində bu əsərlərin, sadəcə, xronoloji ardıcıllıqla tərtib olunmuş siyahısı belə, hər bir tədqiqatçının qəlbini iftixar hissi ilə doldurur. Eyni zamanda Naxçıvan haqqında yazan şair və yazıçılar özlərinin üslubları ilə seçilirlər. Bu dahi şairlərdən biri də Nizami Gəncəvidir. Mətnşünaslıq baxımından Naxçıvana dair əlyazmalarda şairin “Xosrov və Şirin” poeması daha da zəngin xarakter daşıyır.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən təsdiqlənən “Tədbirlər Planı”na əsasən tanınmış Azərbaycan xalçaçı-rəssamı, professor Kamil Əliyevin 100 illik yubileyinin ölkə səviyyəsində qeyd olunması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan mədəniyyətimizə və milli dəyərlərimizə yüksək qayğının məntiqi davamıdır. Biz də bu gün Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində dahi sənətkarın mənalı ömür yoluna, yaradıcılığına həsr olunmuş sənət əsərlərindən ibarət sərgidə iştirak edib qonaqlarla həmsöhbət olduq. 

Ardını oxu...

Estafet

Bizi biz edən, eyni duyğu və düşüncə ətrafında birləşdirən çox qiymətli dəyərlərimiz vardır. Bu dəyərlər, sadəcə, cəmiyyətin bərabərliyinin mayası deyildir, eyni zamanda bütün dünyaya nümunə ola biləcək milli etalonumuzdur. Hər insan, ilk növbədə, yaradılmışların ən alisi olduğu üçün dəyərlidir. Bu dəyəri daha da üstün edərək bizi hər kəsdən fərqləndirən isə əsrlərdən bəri sahib olduğumuz milli-mənəvi dəyərlərimizdir. Bəs hansıdır bu dəyərlər? Bunlar xalqımızın min illərdir, qoruyub saxladığı adət-ənənələri, milli xüsusiyyətləri, təbliğ etdiyi bəşəri ideyalarıdır. Keçmişdən bu günə gələn əsrlərin, qərinələrin sorağı bizi bu dəyərlərə bağlayaraq dövrümüzə körpü salmışdır. Xalqımızın bu günümüzə qədər gəlib çatmış və gələcəyə doğru addımlayan qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi millətimizin qürur mənbəyidir. Dünyada qloballaşmanın getdiyi bir dövrdə isə xüsusilə də gənc nəsildə adət-ənənələrimizə olan sadiqliyi görmək ayrıca bir qürurdur. Bunları yazmağımda bir səbəb vardır.

Ardını oxu...

Kamil Əliyev - 100

Çoxəsrlik tarixə və zəngin bədii ənənələrə malik olan Azərbaycan xalçasının uzaq-yaxın keçmişinə nəzər yetirsək, onun bədii tutumunda gördüyümüz ciddi dəyişikliklərin bilavasitə XX əsrdə baş verdiyini deyə bilərik. Bunu şərtləndirən səbəblərdən başlıcası sovet dönəmində xalçaçılıqla məşğul olan dövlət müəssisələrinin yaradılması, elmi-tədqiqat müəssisələrində onun tarixinin tədqiqinə başlanılması, paytaxtda yeni açılmış Bakı Rəssamlıq Texnikumunda xalq sənətlərinin tədrisinin həyata keçirilməsi olmuşdur. Ötən əsrin otuzuncu illərində xalça sənəti ənənələrini professionalcasına öyrənmək istəyi ilə həmin təhsil ocağına üz tutan gənclərdən biri də Kamil Müseyib oğlu Əliyev (1921-2005) olmuşdur.

Ardını oxu...

Milli dəyərlərimizi öyrənək və yaşadaq

Ta qədimlərdən xalçaçılıq sənəti milli özünüdərk və milli özünüifadə vasitəsi kimi mühüm dəyərə malikdir. Uzun bir inkişaf yolu keçən xalçaçılığın tarixi, tədqiqatçıların fikrincə, çox qədimdir. Azərbaycanda formalaşan çoxsaylı xalçaçılıq məktəbləri, yaranan köklü ənənələr  araşdırıcıların bu qənaətinə haqq qazandırır ki, Azərbaycan xalçaçılığının tarixi xalqımızın tarixi qədər qədimdir.

Ardını oxu...

2021-ci il “Nizami Gəncəvi ili”dir

Ədəbiyyat tariximizin görkəmli simalarından olan ədibimiz Məmməd Səid Ordubadi ədəbiyyatın bütün növlərində yazıb-yaratsa da, romanları ilə daha böyük şöhrət qazanmışdır. Ədəbiyyatımızda tarixi romanın banisi olan ədib tarixi keçmişi, xalqımızın tarixinin mühüm, əlamətdar hadisə və qəhrəmanlarını dərindən öyrənib, duyub, sənətkarlıqla əks etdirmiş, ədəbiyyatımızda özünəməxsus iz qoymuşdur. Onun tarixi romanlarının sonuncusu “Qılınc və qələm”dir. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığı ətrafında M.S.Ordubadi böyük tədqiqat aparmış, çox qiymətli əsərlər qələmə almışdır. “Qılınc və qələm” romanını da Nizami Gəncəvinin  800 illik yubileyi münasibətilə yazmışdır. 

Ardını oxu...

Naxçıvan şəhər 1 nömrəli uşaq bağçasında tərbiyəçilərin pedaqoji səriştəliliyinin artırılması və qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə seminar keçirilib.
Seminarda bağçanın tərbiyəçiləri Fərizə Salahlının “Bədii təfəkkürün inkişafı məşğələlərinin təşkili”, Şəfa Bağırovanın “Bədii təfəkkürün inkişafı məşğələsində yaradıcı təxəyyülün inkişafı” və Təranə Seyidovanın “Bədii təfəkkürün inkişafı məşğələlərində rabitəli nitqin inkişafı” mövzularında məruzələri dinlənilib. Çıxış edənlər bildiriblər ki, muxtar respublikamızda uşaqların yüksək mənəvi mühitdə, milli dəyərlər əsasında tərbiyəsi, təhsil alaraq layiqli şəxsiyyət kimi yetişməsi diqqətdə saxlanılır, məktəbəqədər təhsilin inkişafı ilə bağlı bir sıra tədbirlər görülür, maarifləndirici seminarlar təşkil olunur.
Diskussiya şəklində keçirilən seminarda mövzular ətrafında müzakirələr aparılıb.

Xəbərlər şöbəsi

 

 

 

Söz Tanrının insan övladına bəxş etdiyi ən böyük nemətdir. Sağlığında bu nemətdən istifadə edənlər dünyadan köçdükdən sonra belə, əbədiyaşarlıq qazanırlar. Söz ustadı, Vətən sevdalısı Məmməd Araz da belə sənətkarlardandır. O da dünyadan köçən günü yenidən doğulan şairlərdəndir.

Ardını oxu...

2021-ci il “Nizami Gəncəvi ili”dir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ili ölkəmizdə “Nizami Gəncəvi ili” elan etməsi Nizami Gəncəvi yaradıcılığına Azərbaycançılıq və müstəqil dövlətçilik işığında yenidən nəzər salmağın vacib olduğunu göstərir.

Ardını oxu...

HƏSSAS, SƏMİMİ, VƏTƏNPƏRVƏR ŞAİR, DƏYƏRLİ ALİM

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın dünyamiqyaslı şəxsiyyətləri, ziyalıları, elm və mədəniyyət xadimləri tarixən ölkənin elm sahəsinin inkişafına dəyərli töhfələri ilə seçilmişdir. Müstəqillik illərində Naxçıvanın tarixinin, arxeologiya və etnoqrafiyasının, folklor və ədəbiyyatının, dilinin, mədəniyyətinin, adət-ənənələrinin Azərbaycançılıq ideologiyası əsasında yenidən araşdırılması sahəsində mühüm addımlar atılmışdır. Böyük siyasi təcrübəyə malik olan Heydər Əlirza oğlu Əliyevin 15 iyun 1993-cü ildən ölkəyə qayıdışı, 3 oktyabr 1993-cü ildə Azərbaycanda hakimiyyətə gəlməsi ilə bütün sahələrə olduğu kimi, ədəbiyyata da dövlət qayğısı bərpa olundu. Müstəqilliyin ədəbiyyat xadimlərinə açdığı geniş imkanlarla – söz, mətbuat azadlığı ilə yanaşı ədəbiyyatın ana mövzuları olaraq “xalqın, cəmiyyətin qarşısında duran problemləri düzgün müəyyənləşdirmək” kimi bir müqəddəs vəzifə qoyuldu. “Müstəqillik dövründə ədəbiyyatın baş mövzusu azərbaycançılıq qayğıları və Qarabağ müharibəsi mövzusu” Naxçıvan ədəbi mühitinin istedadlı nümayəndələrindən biri Xanəli Kərimlinin yaradıcılığından qırmızı xəttlə keçir.

Ardını oxu...

70 yaşın astanasında olan şair Xanəli Kərimli klassik Azərbaycan və dünya poeziyasından bəhrələnməklə çağdaş ədəbi prosesin tələblərini, istəklərini duyaraq öz sözünü deməyi bacaran söz adamlarındandır. Xanəli Kərimlinin bir sənətkar kimi yüksəlməsinə özünə qarşı tələbkarlığı, yazdıqları ilə kifayətlənməməsi, məsuliyyət hiss etməsidir. O, tələbkarlığı nəticəsində daim təkmilləşib və təkmilləşmə prosesində  yeni-yeni  əsərlər yazıb. Bu gün yazdıqları ilə kifayətlənməyib, sabah üçün axtarışlar aparıb, əsərlərini ümumbəşəri hisslərlə rövnəqləndirib, özünəməxsus istedadı ilə müasirləri arasında tanınıb. Akademik İsa Həbibbəylinin təbirincə desək, “Xanəli Kərimli yeni dövr Azərbaycan şeirində vətəndaşlıq lirikasının əsas yaradıcılarından biridir”.

Ardını oxu...

Naxçıvan Dövlət Xalça MuzeyindəNaxçıvan Müəllimlər İnstitutunun “Təsviri-incəsənət müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələrinə Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbəti açıq dərs keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən açıq dərsi giriş sözü ilə muzeyin direktoru Ülviyyə Məmmədova açaraq  görkəmli sənətkarın həyat və yaradıcılığı haqqındaməlumat vermiş, Kamil Əliyevin  xalça  sənətinə bəxş etdiyi misilsiz töhfələri diqqətə çatdırmışdır.

Ardını oxu...

 

Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasında “Ədəbiyyatların KBT-ə uyğun işlənilməsi, əlifba və sistemli kataloqların tərtibi” mövzusunda açıq dərs keçirilib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən açıq dərsdə Naxçıvan Müəllimlər İnstitutunun “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələri iştirak etmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamının icrası ilə bağlı növbəti tədbir keçirilib.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Daxil olan çap məhsullarının fərdi və ümumi qaydada qeydə alınması” mövzusunda keçirilən açıq dərsdə Naxçıvan Dövlət Universitetinin “Kitabxanaçılıq və informasiya fəaliyyəti” ixtisası üzrə təhsil alan tələbələri iştirak etmişdir.

Ardını oxu...

Yeni nəşrlər 

Söz ilahi bir güc, ilahi bir qüvvədir. Ancaq onu dərk edənlər, duyanlar, qüdrətinə inananlar onun mahiyyətini anlaya bilər. Hər kəsə nəsib olmur sözü ilə, qələmi ilə ədəbi məkana işıq sala bilmək. Çox az insanlar bu mühitdə özünü görə bilir. Ancaq bu gün diyarımızın da xoş günlərindən ilham alıb bir-birindən bənzərsiz yazıları ilə minlərlə insan qəlbini fəth edən söz adamlarımız az deyil. Onlara yaradıcılıq ruhunu bəxş edən, sözsüz ki, gündən-günə çiçəklənən doğma – Naxçıvanımızdır. Ana yurdumuzun əsrarəngiz gözəlliyindən ilham alıb onu sətirbəsətir səhifələrə çələngtək toxuyan söz adamlarımızdan biri də Naxçıvan Mətbuat Şurasının sədri, peşəkar jurnalist Rövşən Hüseynovdur. Ömrünü mətbuata həsr edən Rövşən müəllimin yaxın günlərdə işıq üzü görən “Çıraq işığında başlanan yüksəliş yolu” adlı kitabı da söz adamının muxtar republikamızın gündən-günə çiçəklənməsindən, tərəqqi və inkişafından, güclü ordu quruculuğundan, tarix-mədəniyyət abidələrinə ikinci həyatın verilməsindən, milli dəyərlərin qorunması və təbliğindən, insanların səmərəli məşğulluğundan, ədəbi mühitlə yanaşı, digər bütün sahələrin inkişafından bəhs edən dəyərli bir mənbədir. Kitab jurnalistin ölkə və muxtar respublika mətbuatında dərc olunmuş, fotolarla müşayiət olunan publisist məqalələri, şeirləri, müsahibələri və yaradıcılıq nümunələri toplusudur. Redaktor “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədov olan kitabın ilk səhifəsinin ilk sətirləri böyük öndər Heydər Əliyevin “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planların yerinə yetirilsin” sözləri ilə başlayır. Həmçinin həmin səhifədə Prezident cənab İlham Əliyevin, Ali məclisinin Sədri cənab Vasif Talıbovun da Naxçıvanla bağlı dəyərli fikirləri yer alır. Kitabın ilk fəslində – “Arzu və istəklərimizin gerçəkləşdiyi məkan” adlı fəsildə dahi rəhbərə həsr edilən “Çıraq işığından başlanan yüksəliş yolu”, “böyük Novator” başlıqlı məqalələr diqqətçəkicidir. Burada dahi xilaskar Heydər Əliyevin xalqımızın və dövlətimizin xoşbəxt gələcəyi naminə misilsiz xidmətlərindən bəhs olunub. Həmin fəsildə yer alan “Xeyirxah alim, xeyirxah insan” adlı məqalədə isə görkəmli akademik Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyə elminin tərəqqisinə həsr etdiyi ömür yolu qələmə alınıb.

Ardını oxu...

           Noyabrın 24-də Babək Rayon Uşaq Musiqi Məktəbində Babək və Culfa rayon mədəniyyət şöbələrinin tabeliyində olan uşaq musiqi məktəblərinin saz ixtisası üzrə müəllim və şagirdlərinə Aşıq Ələsgərin yaradıcılığından bəhs edən ustad dərs keçirilmişdir.     

           Ustad dərsi Naxçıvan Muxtar Respublikası Aşıqlar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Tural Bağırov aparmışıdır.

           Ustad dərsdə Babək Rayon Uşaq Musiqi Məktəbinin direktoru Ələsgər Cəlilzadə çıxış edərək bildirmişdir ki, Aşıq Ələsgər ən qüdrətli söz ustadlarından biridir. O, öz sənəti ilə nəinki Azərbaycanda, bütün türk dünyasında tanınmışdır. Qeyri-adi istedad sahibi olan Aşıq Ələsgər aşıq sənətinin sirlərini dərindən bilərək ona həm də öz yaradıcılığı ilə yeniliklər qatmış, forma və məzmun etibarilə zənginləşdirmişdir. Aşıq Ələsgərin yaradıcılığında dinləyicilərə əxlaqi nəsihətlər, mənəvi dəyərlər aşılayan şeirlər – ustadnamələr mühüm yer tutur. Aşığın əxlaqi-tərbiyəvi mövzuda olan şeirləri xəlqi mahiyyət daşıyır, xalq müdrikliyini, sənətkarın böyük həyat təcrübəsini əks etdirir. Bu əsərlərdə atalar sözləri və məsəllərdən istifadə şeirlərin təsir gücünü daha da artırır. Aşıq Ələsgərin təhsili olmasa da, el şənlikləri onun üçün ilk məktəb rolunu oynamışdır.

        Xalqımızın söz ustadlarından biri kimi Aşıq Ələsgər irsinə həmişə qayğı göstərilmiş, yaradıcılığı yüksək qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 2021-ci il 18 fevral tarixli Sərəncamı bu diqqət və qayğının parlaq ifadəsidir.

             Vurğulanmışdır ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 22 fevral tarixli Sərəncamı ilə Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq muxtar respublikamızda da Aşıq Ələsgərin 200 illik yubileyi ilə bağlı ardıcıl tədbirlər keçirilir. Ustadın yaradıcılığından bəhs edən bu tədbir də Tədbirlər Planının icrası ilə bağlıdır.

      Ustad dərs zamanı aşıq sənətinin xüsusiyyətləri haqqında iştirakçılara geniş məlumat və praktik tövsiyələr verilmiş, onları maraqlandıran suallar cavablandırılmışdır.

 

 

 

Mədəniyyətin təbliği və sakinlərin mədəni istirahətinin təşkili məqsədilə ötən ay muxtar respublikada müxtəlif məzmunlu tədbirlər keçirilmiş, müxtəlif sərgilər nümayiş etdirilmişdir. Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Təhsil nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin təşkilatçılığı ilə görkəmli qələm sahibi Hüseyn Cavidin anadan olmasının 139-cu ildönümü münasibətilə Hüseyn Cavid Poeziya Günü qeyd edilmişdir. Bundan başqa, Naxçıvan Dövlət Filarmoniyasında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri ilə birgə sağlamlıq imkanları məhdud xüsusi istedadlı uşaqlar arasında “Əl-ələ daha güclüyük!” şüarı ilə yaradıcılıq müsabiqəsi təşkil olunmuş, qaliblər və fərqlənən iştirakçılar mükafatlandırılmışlar.

Ardını oxu...

Aşıq Ələsgər – 200


Aşıq yaradıcılığı dedikdə, yəqin ki, mənim kimi bir çoxlarının ağlına el arasında Dədə Aşıq kimi tanıdığımız Aşıq Ələsgər gəlir, elə deyilmi? Hələ orta məktəbdə oxuduğumuz illərdə öyrəndiyimiz bu gün də qulaqlarımızda çığnayan “Bahar fəsli, yaz ayları gələndə süsənli, sünbüllü, lalalı dağlar” misralarını dilimizdə əzbər etməklə, bir çox ədəbiyyatsevərin qəlbində Aşıq Ələsgər adlı bir dünya yaranmışdı. O dünya ki özündə ümman qədər sazın əvəzolunmaz sehrini, sözün əlçatmaz şöhrətini birləşdirərək ədəbiyyatımızda silinməz iz buraxmışdı. Biz də aşıq sənətinin bütün sirlərini öz poeziyasında əks etdirən, yaradıcılığına nəzər yetirəndə, sanki qollu-budaqlı, min bir şaxəli həmişəyaşıl ağacı xatırladan Ələsgər poeziyasından bəhrələnərək onun sirli, sehrli aşıq dünyasına şifahi xalq ədəbiyyatımızdan əldə etdiyimiz zəngin məlumatlar əsasında kiçik səyahət edib oxucularımızı maarifləndirmək istəyirik. Bu yaradıcılıq dünyasına səyahətimizdə bizə Dədə Ələsgərin şeirləri bələdçilik edərək aşığın maraqlı, keşməkeşli həyatının böyük bir hissəsini məhz aşıq sənəti kimi mənalı bir yaradıcılığa həsr etməsindən danışacaq. 

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin sərgi salonunda Təsviri incəsənət kafedrasının baş müəllimi Siddiqə Hacıyevanın müəllifi olduğu “Naxçıvan xalçaları və tikmələri” adlı dərs vəsaiti və “Naxçıvan xalçaçılıq məktəbi” fənn proqramının təqdimatı keçirilib.

Ardını oxu...

Noyabr ayının 23-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən muxtar respublikada ilk dəfə olaraq Qum sənəti üzrə məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Sehrli əllər” müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd istedadlı və yaradıcı şagirdlərin yeni sənət növləri üzə bacarıqlarını üzə çıxarmaq, onlarınbu sahədə inkişafına lazımı dəstəyi göstərməkdən ibarət olub.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR