30 Dekabr 2024, Bazar ertəsi

Əlincə qalasının tarixi haqqında orta əsr ərəb, fars, Azərbaycan, türk,  gürcü və Qərbi Avropa mənbələrində kifayət qədər məlumatlara təsadüf edilir. Lakin qalanın salınma tarixi dəqiq müəyyənləşdirilməmişdir. Azərbaycan xalqının həyatını, məişətini, adət-ənənələrini, yüzlərlə yer adlarını özündə əks etdirən, ən qədim yazılı mənbələrdən biri olan “Kitabi-Dədə Qorqud” dastanında da “Əlincə” sözü işlədilir. Dastandakı “Uşun qoca oğlu Səgrək boyu”nda Əgrəyin Əlincə qalasında əsir düşməsi və qardaşı Səgrəyin onu xilas etməsi göstərilir. “Əlincə” sözü “Kitabi-Dədə Qorqud” dastanında həm də qala kimi xatırlanır. 

Ardını oxu...

İyunun 24-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində növbəti onlayn ekskursiya keçirilib. Ekskursiyanı muzeyin bələdçisi Əfsanə İbrahimova aparıb.
Əvvəlcə muzey kompleksinin yaradılma tarixi haqqında məlumat verilərək bildirilib ki, Naxçıvanqalanın bərpasına 2010-cu ildən başlanmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında 2013-cü il 5 iyun tarixli Sərəncamına əsasən muzey yaradılmış, 2014-cü il 7 aprel tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin açılışı olmuşdur.

Ardını oxu...

İnanclar sınamalar nəticəsində formalaşır və qətiləşir. İstər inamların, istərsə də inancların ortaq nöqtəsi məhz sınamalar nəticəsində olur. İnamlarda sınamalar hər zaman əsas şərtə çevrilməsə də, inanclarda bu məsələ yalnız inamla əlaqəlidir.

Ardını oxu...

Azərbaycan Respublikasının öz müstəqilliyinə qovuşması ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrində islahatların aparılmasını zəruri etmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev 1993-cü ildə respublika Prezidenti seçildikdən sonra bu islahatları ardıcıl şəkildə həyata keçirməyə, ölkəmizin beynəlxalq mövqeyini qorumağa, daxili vəziyyətini stabilləşdirməyə yönəldilmiş tədbirlər görməyə başladı. Bu sahədə görülən mühüm işlərdən biri də qanunvericilik aktlarının yaradılması idi. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul edilən Konstitusiyası çoxsaylı qanunların yaranması üçün təməl oldu. Respublikamızın Konstitusiyasına görə tarix və mədəniyyət abidələrinin qorunması hər bir ölkə vətəndaşının mühüm vəzifəsinə çevrildi. 

Ardını oxu...

Müasir dövr Naxçıvan ədəbi-ictimai fikrinin sayılıb-seçilən nümayəndələrindən hesab olunan Muxtar Qasımzadənin bu günədək bir neçə şeirini oxusam da, yaradıcılığı barədə elə də müfəssəl məlumata malik deyildim. Ta ki “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yenicə işıq üzü görən “Seçilmiş əsərləri”ni nəzərdən keçirənədək...
Kitabda yer alan ədəbi nümunələri mütaliə etdikcə doğma elinə, obasına, yurduna bağlı bir ömrün fraqmentləri obrazlı şəkildə keçir gözümün önündən. Böyükdən-kiçiyə hər kəsin dilində danışır, bədii ifadə gücü ilə oxucunun ruhunu oxşayır, mövzunun dərinliklərinə doğru cığır açıb məğzi, mahiyyəti ortaya qoyur, Oğuz torpağının dünənindən, bu günündən söhbət açır nəşrdəki misralar. Elə kitabın ilk səhifəsində yer alan “Dünya görüş yeridi” adlı şeirlə qələm sahibinin söz dünyası qapılarını açaraq görüşünə dəvət edir oxucusunu:

Əmanət məktubu kimi
Oxunub, bitirik,
Bilmədən doğuluruq
İstəmədən yığışıb gedirik
“Dünya duracaq yer deyil...”
Dünya görüş yeridi, dostum...

Ardını oxu...

Naxçıvanda 14 sentyabr 1989-cu il tarixdən fəaliyyətə başlayan Kukla Teatrına Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 2004-cü ildə Məhəmməd Tağı Sidqinin adı verilib. Uşaqların asudə vaxtının səmərəli təşkilində, onların vətənpərvərlik ruhunda tərbiyəsində Kukla Teatrı mühüm rol oynayır.

Teatr ötən əsrin 90-cı illərindən etibarən həm ölkənin müxtəlif bölgələrində, həm də xarici ölkələrdə qastrol səfərlərində olub. Kukla Teatrının Türkiyədə, İran İslam respublikalarında qastrol səfərlərində olması, Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində keçirilən “Kuklaların fantaziyası” adlı Beynəlxalq Kukla teatrları festivallarında Naxçıvanı, eləcə də ölkəmizi yüksək səviyyədə təmsil etməsi muxtar respublikanın mədəni əlaqələrinin inkişafına dəyərli töhfə verib.

Ardını oxu...


Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 15 may-16 iyun tarixləri arasında “Milli dəyərlərimiz düşüncəmizdə” adlı esse müsabiqəsi keçirilib. Onlayn müsabiqəyə, ümumilikdə 42 iştirakçı tərəfindən, 43 esse təqdim olunub.

Ardını oxu...

Bu günə kimi dünyada mövcud olan fərqli, müxtəlif incəsənət növlərinin bəziləri unudulmuş, bəziləri dəyişilmiş, bəziləri isə öz ömrünü yaşamaqda, insanların zövqünü oxşamaqdadır.
Haqqında söz açacağımız Ebru sənətinin də əvvəlcə unudulduğunu, sonra isə yenidən yaşadılmağa başladığını deyə bilərik. Bu sənət növü hazırda muxtar respublikamızda maraqdoğuran sahələrdən birinə çevrilib. Diyarımızda istedadlı uşaqların əl işlərindən ibarət sənət nümunələrinin kataloqu ilə tanış olarkən ön səhifələrdə yer alan bu sənət nümunələri çox füsunkar görünüşü ilə marağıma səbəb oldu. Gözəl əl işlərilə kataloqun bəzəyi olan bu nümunələri yaradan Zəhra Xəlilovanı tanımaq və sizə də tanıtmaq istədim. Elə bu səbəbdən bu istedadlı balamızın Ebru sənətinə yiyələndiyi Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə yollandım. Ebru sənəti dərnəyinin rəhbəri Ramilə Bağırovaya gəlişimin səbəbini söylədim və bu sənət növü həm də Zəhranın yaradıcılıq istedadı ilə bağlı öyrənmək istədiyim sualları ona ünvanladım. Müsahibimin dediklərindən:

Ardını oxu...

İmamverdi Məmmədov Şərur rayonunun Muğancıq-Müslüm kəndində yaşayır. Bu zəhmət adamı 60 yaşı haqlasa da, əlinin zəhmətini, alnının tərini torpaqdan əsirgəyə bilmir. O, ana torpağa vurduğu naxışların – əkdiyi ağacların, səliqə ilə çəkdiyi kərdi-külədə üzə gülən bol vitaminli tərəvəzlərin bəhrini-barını gördükcə bu işdən daha da zövq alır.

Ardını oxu...

Tanınmış fransız yazıçısı Viktor Hüqonun (1802-1885) “Göyə qalxan hava şarı” adlı rəsmi Fransada keçirilən hərracda 37,5 min avroya satılıb.

 TASS agentliyinə istinadən xəbər veririk ki, bu barədə “Sotheby's” hərrac evi məlumat yayıb.

Ardını oxu...

Hər xalqın nə qədər qədim tarixə malik olduğunu sübut edən onun mədəniyyətidir, tarixi-memarlıq abidələridir. Azərbaycan Respublikasının ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının ərazisi də ilk insan məskənlərindən biridir. Qədim Daş dövründən başlayaraq insanlar bu ərazidə yaşamış, zəngin mədəniyyət yaratmışlar. Bəşər sivilizasiyasının ilk beşiklərindən olan Naxçıvanda Azərbaycan xalqının tarixi, elmi və mədəni irsi formalaşmış, əsrlərboyu Şərqin ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzi ənənələri qorunub saxlanılmışdır. Bu qədim diyarda hər addımda ilk insanların yaşadıqları mağaralara, erkən şəhər mədəniyyəti qalıqlarına, qayaüstü rəsmlərə, bir sözlə, nadir maddi mədəniyyət nümunələrinə rast gəlmək mümkündür.

Ardını oxu...

Keçmişini, irsini, tarixini, mədəniyyətini qoruyub yaşadan, əyilməz vüqara, sınmaz qürura, əzəmətli qüdrətə sahib bir xalqıq. Güclüyük, əzmkarıq, nüfuzluyuq. Milli-mənəvi dəyərlərimizə bağlı, humanizm, tolerantlıq, xeyirxahlıq, əməlisalehlik, mübarizlik kimi nəcib xüsusiyyətlərin təcəssümüyük. Fitrətimiz müdrik və əqidəlidir, yaradılışdan nurluyuq. Nəsildən-nəslə ötürülən gücümüz, bitib-tükənməyən sərvətlərimiz vardır. Biz keçmişin ruhaniyyətinin xeyir-duasını almış millətik. Müdrik qocaların nəsihətləri ilə böyüyüb, nənələrimizin, babalarımızın qoyduqları izlə bu günə gəlib çıxmışıq. Onları mənimsəyib qorumaq üçün cəsarətlə mübarizə aparmışıq. Nənələrimizin hördüyü min ilməli, min naxışlı xalıları, babalarımızın təri hopmuş saxsı qabları, qəlbimizin və ruhumuzun mayası muğamları, çörəkağacı dəyirmanlarımızı, müqqədəs, pak məscidlərimizi, sağlam cəmiyyətin təməlini təşkil edən ailə ənənələrimizi qoruyub bu günə qədər yaşatmışıq. Onlar bir kitab olub, əl-əl gəzir. O kitab ki gələcək üçün vacib, gənclik üçün ən lazımlı mayakdır. Onu təkrar-təkrar oxumaq, özümüzdən sonrakı nəsillərə ötürmək ən ümdə vəzifəmizdir. 

Ardını oxu...

İnsanı ovsunlayan özünəməxsus təbiət mənzərələrini – yaşıl çəmənlikləri, taxıl zəmilərini, əkin sahələrini izlədikcə düşünürsən ki, sanki ən istedadlı rəssam fırçasını sevgi ilə öz tablosunda gəzdirərək şah əsərini yaradıb. Əsrlərə şahidlik edən qırmızımtıl təpələri, görünən  uzaqdan Darıdağın əsrarəngiz görünüşünü izləyə-izləyə Culfa şəhərinə doğru irəliləyirik. Şəhərə çataçatda qeyri-iradi qürur hissi ilə düşüncələr aləminə qərq oluram. Bunun səbəbi hələ uzaqdan gözəçarpan yaraşıqlı binalar, abad, rahat yollar, illərlə çəkilən zəhmətin təntənəsidir. Bu təntənə müstəqilliyimizin bizə bəxş etdiyi bir nemətdir. Öz-özümə deyirəm: nə yaxşı ki müstəqil Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Çünki bu gün bu diyarda aparılan bütün işlərin əsas hərəkətverici qüvvəsi insan amilidir və bu da təbii olaraq onların rahat və firavan yaşayışına xidmət edir. Bu mənada, hər il digər bölgəlırimizdə olduğu kimi, Culfa şəhərində də sosial obyektlərin tikilərək və ya təmir olunaraq sakinlərin istifadəsinə verilməsi heç də təsadüfi deyil. 

Ardını oxu...

Vətən məhəbbəti, Vətənə bağlılıq... Ancaq hər məhəbbət, hər bağlılıq yox, şair məhəbbəti, şair bağlılığı... Doğma torpağa bağlı olan çox insanlar ola bilər. Əsl sənətkarlar isə torpağa qanı ilə, ruhu ilə, yaradılış mayası ilə bağlanır və onların ruhu Vətən torpağının ətrafında dolaşan əbədi pərvanəyə çevrilirlər. Görəsən, özülündə Vətən daşı olmayan, ruhu Vətən torpağında yaşamayan, Vətəni öz yaradıcılığı ilə yaşatmayandan sənətkar ola bilərmi? Bəzən şairlər Vətən mövzusunu qələmə alarkən tamamilə tərifdən ibarət, poetikliyini itirmiş, pafoslu şeirlər ilə Vətəni yaşadacaqlarını, Vətənə məhəbbəti dərinləşdirə biləcəklərini düşünürlər. Təəssüf ki, bu, süni və solğun görüntü effekti yaradır.

 Əsl şair dünyaya gəldiyi gündən çox-çox əvvəl doğulur. O, bir zərrəcik kimi vüqarlı dağlardan, qocaman daşlardan qopur, doğulacağı torpağa düşür. Xalqının nəfəsi ilə böyüyür. Bu baxımdan mənə elə gəlir ki, Məmməd Araz Azərbaycan dağlarından qopub gələn əzəmətli bir qayadır, Xətai qılıncından çaxan qığılcımdır, Arazın suyunun həzin ağrısını gecə-gündüz dinləyən qoca palıddır. Xalq şairi Məmməd Araz mənliyi, ruhu, şeiriyyəti ilə tamamilə Vətənləşən böyük sənətkarı­mızdır. Ona görə də onun şeirlərində Vətən mövzusu yox, Vətənin özü var. O, Vətəni böyük məhəbbətlə yaşatdığı kimi, şairin ruhu da Vətənin hər daşında, qayasında yaşayır.

Ardını oxu...

İyunun 15-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Milli Qurtuluş Gününə həsr olunmuş onlayn tədbir ­keçirilib.
Tədbirin rəsmi hissəsində Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova çıxış edib.
Nazir qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri misilsiz və əvəzsizdir. Ulu öndərin 1969-cu il iyulun 14-də ölkəmizdə birinci dəfə hakimiyyətə gəlməsi Azərbaycanın inkişaf və tərəqqi, 1993-cü il iyunun 15-də xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı isə Milli Qurtuluş tarixinə çevrilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan “Yurdumun rəngləri” albom-kataloqun təqdimat mərasimi keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının sədr müavini Surə Seyid çıxış edərək bildirib ki, dövlətçilik tariximizə qızıl hərflərlə yazılan 15 iyun 1993-cü il – Milli Qurtuluş Günündən ötən dövr ərzində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan və möhtəşəm iqtisadi uğurlara imza atan dövlət kimi tanınır.

Ardını oxu...

12 iyun 2020-ci il tarixdə gənclərin asudə vaxtlarının səmərəli təşkili, istedadlı gənclərin üzə çıxarılması, onların bacarıqlarının təkmilləşdirməsi üçün lazımi şəraitin formalaşdırılması məqsədilə Naxçıvan şəhərindəki Sahil parkında “III Art Battle” (İncəsənət Döyüşü) adlı rəsm müsabiqəsi keçirilmişdir. Əvvəlcə Milli Məclisin deputatı, Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva, Gənclər və İdman naziri Azad Cabbarov və Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış edərək muxtar respublikada gənclər üçün yaradılmış şərait, onların asudə vaxtlarının səmərəli təşkili üçün həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat vermişlər. Həmçinin, bildirmişlər ki, müəyyən karantin günlərində də gənclərin iştirakı ilə onlayn olaraq müxtəlif tədbirlər həyata keçirilmişdir. Çıxış edənlər müsabiqə iştirakçılarına uğurlar arzulamışlar. Sonra iştirakçılar kətan üzərində yağlı boya ilə müxtəlif rəsm əsərləri çəkmişlər. Münsiflər heyətinin rəyinə əsasən qaliblər aşağıdakı kimi müəyyən edilmişdir: Əzizə Hacıyeva və Nuray Gözəlova müsabiqənin qalibləri, Çinar Hacıyev, Nihad Aslanov II, İnci Qənbərova, Həcər Bəylərova isə III yerlərə layiq görülmüşlər. Qaliblərə və müsabiqədə iştirak edən digər iştirakçılara təşkilatçılar tərəfindən diplom, fəxri fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur. 28 nəfər gəncin iştirak etdiyi müsabiqə Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Rəssamlar Birliyinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası

Gənclər və İdman Nazirliyinin

mətbuat xidməti

 

 

 


Gənclərin asudə vaxtlarının səmərəli təşkili, istedadlı gənclərin üzə çıxarılması, onların bacarıqlarının təkmilləşdirməsi üçün lazımi şəraitin formalaşdırılması məqsədilə Naxçıvan şəhərindəki Sahil parkında “III Art Battle” (İncəsənət Döyüşü) adlı rəsm müsabiqəsi keçirilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamının imzalanmasından bizi ayıran zaman kəsiyində bu sərəncamla təsdiq edilən “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan əsərləri mütaliə etdikcə, bu bədii nümunələrə dəfələrlə müraciət zərurəti, mənəvi tələbat duyduqca, həmin əsərlərin tariximizi, mədəniyyətimizi və milli kimliyimizi gənc nəslə öyrətdiyini, onların həyat yollarının düzgün müəyyənləşdirilməsinə və dünyagörüşlərinin zənginləşdirilməsinə xidmət etdiyini aydın dərk edirik. Siyahıya daxil edilən əsərlərin milli və bəşəri ideyaların, vətəndaşlıq qayəsinin təbliği baxımından nə qədər həssaslıq və dəqiqliklə, müasir və klassik irsə kamil bələdçiliklə seçildiyinə bir daha əmin oluruq. Janr, üslub, mövzu rəngarəngliyi ilə seçilən bu qiymətli əsərlərdən biri də ata öyüdü, ana laylası şirinliyi ilə dillər əzbərinə çevrilən, türkçülük, millilik epopeyası olan “Kitabi-Dədə Qorqud” dastanıdır. 

Ardını oxu...

Mətbuat azadlığından sui-istifadə hallarına qarşı düzgün ictimai rəy
formalaşdırmaqla mübarizə aparaq

İnformasiya texnologiyaları yenilikləri ilə zəngin olan 20-ci əsr və xüsusilə də 20 ilini arxada qoyduğumuz 21-ci əsr digər sahələrdə olduğu kimi, media, kütləvi informasiya vasitələri sahəsində də öz sözünü deməkdə, öz diktəsini etməkdədir. İstəsək də, istəməsək də bu, belədir. Dövrün reallığı və tələbi kimi media, kütləvi informasiya vasitələri sistemində də informasiya-kommunaktiv xarakterli texnoloji yeniliklər tətbiq olunmaqdadır. Bu yeniliklərdən biri də internetdir. İnternet informasiya təminatı baxımından son illərin ən çox üz tutulan və ən çox tələbat duyulan sahəsinə çevrilib. Yazını hazırlayarkən dövrün bu yeniliyinin faydaları haqqında xeyli düşündüm. Ancaq bu, ayrı bir mövzudur. Mən internetdə mətbuat azadlığından sui-istifadə hallarının geniş yayılması və buna qarşı mübarizə üsullarından danışmaq istərdim. 

Əvvəla, mətbuat azadlığından sui-istifadə metodu olması ilə seçilən dezinformasiyalardan söz açmaq istəyirəm. İlk əvvəl “dezinformasiya” sözünün mənası, törətdiyi fəsadlar, nəticələr haqqında danışmaq istəyirəm. Dezinformasiya fərdləri və cəmiyyətləri yanlış istiqamətləndirmək məqsədilə saxta, təhrif olunmuş məlumat vermək deməkdir. İnsanları ilk baxışdan cəlb etməklə onları inandırmağın, daha doğrusu, aldatmağın ən təsirli yoludur. Daha doğrusu, əks-təbliğat gücünə malik, zahirən obyektiv görünən, inandırıcı üsuldur. Həqiqətləri gizlədərək əks məlumat verməkdir. Dünyada seçilən, bütün sahələri əhatə edən ideoloji müharibə metodudur. Yaxın tarixə nəzər salsaq, Azərbaycanın əzəli torpaqları barədə ATƏT, BMT və digər beynəlxalq təşkilatlarda yalan bəyanatlarla çıxış edən ermənilər tarixi faktları olmadan saxta keçmiş yazaraq qlobal dünya siyasətini inandırmaq missiyasını həyata keçiriblər.
Çox təəssüf ki, ölkəmizin, eləcə də muxtar respublikamızın iqtisadiyyatı, hərbi imkanları barədə bəzən dünya mediasında müxtəlif, həqiqətə uyğun olmayan məlumatlarla rastlaşırıq. Qərəzli şəkildə illərdir, hər hansı sübuta əsaslanmadan, mənbəyə istinad edilmədən yayılan belə dezinformasiyalar, təbii ki, mənfur ermənilərdən gəlir. Guya bizim quyuya daş atırlar. Bilmirlər ki, quyuya atdıqları daş elə bizim torpaqların daşıdır. Əsrlərdir torpağımıza göz dikən, musiqimizi, mədəniyyətimizi, mətbəximizi oğurlayan bu xainlər dezinformasiya imkanlarından da utanmazca istifadə etməyi bacarırlar.
Ermənilər tarixən Naxçıvanla bağlı çirkin niyyətlərindən əl çəkməyib, müxtəlif təşkilat və cəmiyyətlər yaradıb, mətbu orqanlarında bu diyarla bağlı saxta, heç bir elmi əsası olmayan, obyektivlikdən uzaq olan yazılar dərc etdiriblər. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev 18 mart 2020-ci il tarixdə “Şərq qapısı” qəzetində dərc olunan yazısında ərazi iddialarında olan erməniləri ciddi ifşa edir: “Naxçıvan tarixin heç bir mərhələsində ermənilərə aid olmamışdır. Ona görə ki, ermənilər bu regionun yerli – aborigen əhalisi olmamışlar, onlar Cənubi Qafqaza gəlmədirlər, yaşadıqları indiki Ermənistan ərazisi qədim və tarixi Azərbaycan torpaqlarıdır. Bununla bağlı V.İşxanyan göstərmişdir ki, “ermənilərin həqiqi vətəni Kiçik Asiyadır, Qafqaz ərazisinin müxtəlif hissələrinə ermənilər yalnız son yüzilliklər ərzində səpələniblər”. Azərbaycan türkləri bu ərazilərin ən qədim sakinləri, aborigen əhalisi olmuşdur. Qədim erməni mənbələrinin heç birində Naxçıvan bölgəsində ermənilərin yaşaması haqqında məlumat yoxdur”.
Həmçinin akademik diqqətə çatdırır: “Erməni “tədqiqatçıları” “Naxçıvan XIX əsrin əvvəllərində də Ermənistanın tərkibində olmuşdur” kimi yanlış və qeyri-obyektiv fikirlər söyləyirlər. Qeyd etməliyik ki, həmin dövrdə Ermənistan dövləti yox, “erməni vilayəti” (1828-1840) olmuşdur, bu isə Azərbaycan ölkəsinin bölgələri olan İrəvan və Naxçıvan xanlıqlarının ərazisində yaradılmışdır. Orada yaşayan əhalinin tərkibində müsəlmanlar mütləq əksəriyyət təşkil edirdilər”.
Əvvəldə də qeyd etdiyimiz kimi, dezinformasiya, əslində, ideoloji müharibə hesab edilir. Mənfur düşmənlərimiz öz xislətlərindən əl götürməyib bu müharibəni davam etdirsələr də, işin iç üzünü açacaq məqamlar da meydana çıxır. Bəzən internetdə göstərdikləri o cəsarəti beynəlxalq tədbirlərdə nümayiş etdirə bilmirlər. Dəfələrlə gerçək iddia etdikləri saxta məlumatların üzlərinə sillə kimi vurulmasına baxmayaraq, çirkin yollarından əl çəkmirlər. Necə ki, bu ilin əvvəllərində keçirilən Davos Forumunda bizimlə yanaşı, dünya ölkələri də erməni biabırçılığının şahidi oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasındakı qeyri-rəsmi görüş zamanı iki siyasətçinin dialoqu dünya mediası tərəfindən dəyərləndirildi. Ölkə başçımızın səlis və dərinməzmunlu siyasi nitqi alqışlarla qarşılandı. Əks tərəfin isə Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olması ilə bağlı gerçəklikləri istəmədən dilə gətirməsi və cəmiyyətə olduğu kimi çatdırılması yalançının yaddaşı məsələsini ortaya qoydu.
Heç usanmadan öz çirkin niyyətlərini həyata keçirmək istəyən düşmənlərimiz dezinformasiya müharibəsini öz milli mentalitetlərinə və dövlət siyasətinə uyğun şəkildə davam etdirməkdədirlər. Bu hallara sosial mediada daha çox rast gəlirik. Buna təxribat xarakterli informasiyaları misal göstərə bilərik. Ermənilərin müxtəlif yollarla yaydıqları dezinformasiyalar çarəsizliklərini göstərməkdən başqa bir şey deyil. Dünyanın inkişaf etmiş ölkələrini aldadan bu yadellilərə vicdansız deməkdən başqa bir söz tapmaq çətindir. Təkcə bir faktı qeyd edək ki, 2018-ci ilin Günnüt zəfərindən sonra Ermənistan saytlarında gördüyümüz yalan məlumatlar yenə hər birimizdə ikrah hissi yaratdı. Öncə məlumatı yada salaq. Ermənistan silahlı qüvvələri 5-ci korpusunun komandanı, polkovnik Andranik Piloyanın erməni mediasına verdiyi məlumatdan belə başa düşülür ki, dövlət sərhədlərini guya təminat səbəbindən tərk etmişlər. Həqiqətdə isə xalqımız bu tarixi günün sevincini hələ də dünənki kimi xatırlayır. Əsgərlərimizin inadlı mübarizəsi onları yaman qorxuya salmışdı. Görünən odur ki, o günün hələ də təsirindən azad ola bilmirlər. Dezinformasiyalarına davam edirlər.
Ermənistan Azərbaycanın mədəni irs nümunələri ilə bağlı “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” nominasiyasına qarşı təxribat xarakterli cəhdlər etsə də, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bilavasitə təşəbbüs və tapşırığı ilə “Köçəri” və “Tənzərə” yallılarının AMEA Naxçıvan Bölməsi tərəfindən araşdırılması nəticəsində uğursuz cəhdlərin qarşısı alınmış, 2018-ci ilin 26 noyabr-1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin növbəti 13-cü sessiyasında qəbul olunmuş qərarla “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” YUNESKO-nun Təcili Qorunma Siyahısına daxil edilmişdir.


Təəssüf hissi ilə qeyd edək ki, həqiqətə uyğun olmayan belə informasiyalar təkcə düşmən dezinformasiyaları ilə məhdudlaşmır. Bu məqamda ölkəmizdə fəaliyyət göstərən, mətbuat azadlığından sui-istifadə edən internet “fenomenlərindən” də söz açmaq yerinə düşər. Acınacaqlı haldır ki, əsasən də mənbəsiz qurumlar sosial şəbəkələrin verdiyi geniş imkanlardan “yararlanaraq” təbliğatlar aparırlar. Dez­informasiya siyasəti güdən belə hallar yerli əhali tərəfindən haqlı olaraq narazılıqla qarşılanır. Bu, Naxçıvanda yaşayıb gerçəklikləri görən yerli əhalinin “Görünən dağa nə bələdçi” ifadəsinə misal olaraq bəzi əsassız və saxta məlumatlara qarşı təbii əks-reaksiyası idi.

Ardını oxu...

İyunun 10-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblının canlı yayımla konserti olub. Konsert proqramında Azərbaycan bəstəkarlarının yaradıcılığından və muğam sənətimizdən nümunələr səsləndirən ansamblın bədii rəhbəri musiqi kollecinin müəllimi Sahil Qasımovdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Şanlı tarixim” adlı sərgi təşkil olunub.

Tədbirdə Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirib ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilməsi ilə nəticələnib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

Ardını oxu...

Rəşid Behbudovun vəfatından 31 il keçir 

“Alagöz”, “Gecələr”, “Lalələr”, “Sənə də qalmaz”, “Küçələrə su səpmişəm”, “Evləri var”, “Tələsin, insanlar” və s. ifa etdiyi mahnılar... Bu şəffaf, bulaq suyu kimi axıcı səsi unutmaq mümkün deyil. Bu səs sehri, cazibəsi ilə təkcə sahibinə deyil, həm də onun mənsub olduğu millətə, xalqa, məmləkətə daim şöhrət gətirərək tükənməz məhəbbət qazandırıb. İyunun 9-da SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli müğənni Rəşid Behbudovun vəfatının 31 ili tamam olur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası flora və fauna ilə yanaşı, mineral sərvətlərinin ehtiyatına və müxtəlifliyinə görə də çox zəngindir, ərazisində 40-dan artıq müxtəlif faydalı qazıntı yataqları mövcuddur. Bunlardan Duzdağ daşduz, Nehrəm dolomit, Biləv zəy süxurları, Gümüşlü qurğuşun-sink, Kotam kobalt, Xal-xal sərbəst mis, Buzqov, Şahtaxtı, Qarabağlar travertin, Şahbuz, Babək gil minerallar, Gümüşlü kvarsit, Biçənək torf, Gömür kükürd, Parağaçay, Qapıcıq molibden və Ordubad rayonunun Məzrə kəndindən Şahbuz rayonunun Güney Qışlaq kəndinədək uzanan seolittərkibli yataqlar kimi sənaye əhəmiyyətli sərvətimizi misal göstərə bilərik. Təbii sərvətlərin mühafizəsi, onlardan səmərəli istifadə etməklə tətbiqinə nail olmaq, hazırda fundamental elmin mühüm və perspektivli məsələlərindən biridir.

Ardını oxu...

Gözümü açandan kəndimizdəki həyətimizdə irigövdəli tut ağacları görmüşəm. Evimizdən isə heç vaxt tut qurusu və doşabı, mürəbbəsi əskik olmayıb. Həyətdəki tut ağacının ən böyüyünün altında qurulan taxt yazda, yayda, payızda istirahət yerimiz olub. Elə ki yay gəldi, samovar salıb, kəklikotulu çay dəmləyib tut ağacının kölgəsində əyləşməyin ayrı dadı var. Hələ böyük süfrələr açıb tut çırpmağı demirəm. Yayın cırhacırında gecələr bu ağacın altında yatdığımız günlər də az olmayıb. Hər dəfə bu ağacın kölgəsində əyləşəndə qonşuluqda yaşayan Sona nənənin şirin söhbətini dinləməkdən zövq alardıq. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilən “Milli ornamentlərimiz rəsm əsərlərində” adlı rəsm müsabiqəsinin 11 may-3 iyun tarixlərində qeydiyyatı yekunlaşdırılıb.

Ardını oxu...

Qədim və orta əsrlərdə diyarımızda dövrün zəngin
kitabxanaları fəaliyyət göstərmişdir


Mənəvi sərvətlərimizdən sayılan kitabların qorunub-saxlanılmasında, gələcək nəsillərə çatdırılmasında kitabxanalar mühüm rol oynayır. Kitabxanalar bəşər tarixinin çox qədim dövrlərində meydana gələrək fəaliyyət göstərdiyi məkan daxilində sosial vasitə kimi mühitdən asılı olaraq formalaşmış, tarixi inkişaf prosesində öz hamisi olan cəmiyyətə xidmət etmiş, onun informasiya tələbatını ödəmişdir. Kitabxana işi milli tərəqqinin mühüm göstəricilərindəndir. Bu, bütün zamanlarda dəyərləndirmə vasitəsi kimi diqqət mərkəzində olmuşdur.

Ardını oxu...

Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan Naxçıvan Döyüş Şöhrəti Muzeyindəki eksponatların sırasına 3 yeni aviasiya texnikası daxil edilib. Beləliklə, 26 adda eksponatla fəaliyyətə başlayan muzeydə silah və texnika nümunələrinin sayı artırılaraq 40-a çatdırılıb. Yeni eksponatlardan 2 təlim təyyarəsi gənc pilotların hazırlanmasında istifadə olunub, döyüş-nəqliyyat vertolyotu isə Birinci Qarabağ müharibəsində şərəfli döyüş yolu keçib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsi Təsviri incəsənət və rəngkarlıq ixtisası tələbələrinə onlayn seminar keçirilib. Seminarı giriş sözü ilə İncəsənət fakültəsinin dekanı, Əməkdar rəssam Cavid İsmayılov açaraq keçirilən tədbirlərin önəmini qeyd edib. Rəssam-tələbələrin gələcək təcrübələrinin möhkəmlənməsində birgə əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Ardını oxu...

Hamamlar qədim zamanlardan xalqımızın məişətində yer tutub. Tarixə nəzər salsaq, görərik ki, hamam binaları Azərbaycanın şəhər infrastrukturunda həmişə ön planda olub. Şəhərlərin daxilində məscid, bazar, karvansara, su anbarları ilə eyni kompleksdə hamamlar da tikilib. Mənbələrdə XIII əsrdə Azərbaycan şəhərlərinin hər bir darvazasının yanında çaharbazar, karvansara və hamamların olması haqqında məlumatlar var. Həmçinin orta əsrlər dövründə müsəlman ölkələrinə aylarla yol qət edərək gələn səyyah və tacirlərin hamamlarda yuyunub paklandıqdan sonra şəhər-qalaların içərisinə daxil olmasına icazə verilməsi haqqında mənbələrin məlumatı hamamların ictimai həyatda oynadığı rolu əks etdirir. Mənbələrdəki məlumatlar, əsasən, şəhər hamamları ilə bağlı olsa da, muxtar respublikamızın bir çox yaşayış məntəqələrində, o cümlədən Şahtaxtı, Xok, Yengicə və digər kəndlərində vaxtilə fəaliyyət göstərmiş hamamların günümüzədək gəlib çatan qalıqları sübut edir ki, belə yerlər, sadəcə, şəhər həyatında deyil, kəndlərdə də insanların həyat tərzinin vacib elementlərindən olub.

Ardını oxu...

May ayında onlayn formada xidmət göstərilməsi Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və tabe müəssisələrin əsas fəaliyyət istiqamətlərindən olmuşdur. Ötən ay Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində, Cəmşid Naxçıvanski Muzeyində, Beynəlxalq Muzeylər Günü münasibətilə isə Naxçıvan Dövlət Xalça Muzeyində keçirilən onlayn ekskursiyalar Naxçıvan tele­viziyasında, eləcə də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet saytında və “Instagram” səhifəsində canlı olaraq yayımlanmışdır.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Naxçıvanşünaslıq Mərkəzi ilə birlikdə “Ərtoğrol Cavid: taleyi və sənəti” adlı kitabın onlayn müzakirəsini keçirib.

Bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən   bildirilib ki, müzakirədə Ərtoğrol Cavidin 24 illik qısa ömür yoluna, ədəbi-bədii yaradıcılığına, rəssamlıq, folklorşünaslıq və musiqişünaslıq fəaliyyətinə nəzər salan institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev müstəqillik dövründə Cavidlər ailəsinə göstərilən diqqət və qayğıdan danışıb.

Ardını oxu...

İyunun 3-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Rəssamı tanıyaq” və “Evimizi bəzəyən əsərlər” adlı onlayn videoçarx müsabiqələrinin mükafatlandırma tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək keçirilən müsabiqənin məqsəd və əhəmiyyətindən danışıb. Bildirilib ki, “Rəssamı tanıyaq” videoçarx müsabiqəsi gənc rəssamlar və onların əl işləri ilə tanışlıq, “Evimizi bəzəyən əsərlər” videoçarx müsabiqəsi isə sənət­sevər insanlara kolleksiyaçılıq ruhunu aşılamaq məqsədi daşıyır.

Ardını oxu...


İyun ayının 3-də Bəhruz Kəngərli Muzeyində onlayn ekskursiya keçirilib. Ekskursiyanı muzeyin əməkdaşları Rəna Əliyeva və Səmanə Rüstəmova aparıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamının icrası nəticəsində muxtar respublikamızın ərazisində 1200-dən artıq abidə qeydə alınmışdır. Bu abidələrdən biri də Şahbuz rayonunun Külüs kəndi yaxınlığında olan Əyrək yaşayış yeri idi.

Ardını oxu...

   XIX əsrin sonu, XX əsrin əvvəllərində rus-Azərbaycan ədəbi əlaqələrinin inkişaf etdirilib möhkəmləndirilməsində, bu əlaqələrin şifahi və mətbu yollar vasitəsilə təbliğində Abbasqulu ağa Bakıxanov, Abbas Səhhət, Abdulla Şaiq kimi sənətkarlarla yanaşı, Naxçıvanın yaradıcı ziyalılarının da misilsiz xidmətləri olmuşdur. Hələ inqilabdan əvvəl və ondan sonrakı dövrlərdə Eynəli  bəy Sultanovun rus və Qərbi Avropa ədəbiyyatından Azərbaycan dilinə, Azərbaycan,  Şərq yazılı və şifahi xalq ədəbiyyatı nümunələrindən isə rus dilinə etdiyi tərcümələr geniş oxucu kütləsinin diqqətini cəlb edirdi. Həmin dövrlərdə Mirzə Cəlil Şürbi Mirzəyevin İvan Andreyeviç Krılovun təmsillərindən etdiyi tərcümələr Naxçıvanın maarifçi ziyalılarında rus ədəbiyyatına olan maraq hissini artırırdı. 

1906-cı ildə Əsədulla bəy Şahtaxtlının “Əsli və Kərəm” dastanını geniş şəkildə ilk dəfə böyük yaradıcılıq həvəsi ilə rus dilinə tərcümə edərək “Kaspi” qəzetinin səhifələrində rus oxucularına çatdırması ədəbi ictimaiyyətin dərin marağına səbəb olmuşdur. Bu nəcib və xeyirxah işin ilk təşəbbüskarlarından olan Naxçıvanın yaradıcı ziyalıları etdikləri tərcümələrlə yanaşı, həmin tərcümələrə geniş təhlil verərək şərh etmiş, ədəbiyyatın ideya-estetik prinsiplərini, onun məfkurəvi istiqamət və qayəsini, cəmiyyətin dünyagörüşünün formalaşmasında oynadığı əxlaqi-tərbiyəvi rolunu aydınlaşdırmağa çalışmış və bu məqsədlə də Azərbaycan və rusdilli mətbuat orqanlarından istifadə etmişlər.
Belə tərcüməçilərdən biri də rus və Qərbi Avropa ədəbiyyatına böyük maraqgöstərən, Nikolay Alekseyeviç Nekrasovdan ilk dəfə Azərbaycan dilinə şeir tərcümə edən naxçıvanlı ziyalı Gülməhəmməd bəy Kəngərli olmuşdur. Araşdırmalar göstərir ki, Gülməhəmməd bəy II Kərim Sultan Kəngərlinin oğul nəvəsi olan Cəfərqulu bəyin oğludur.

Ardını oxu...

Ölkəmizdə xalçaçılığın çox qədim tarixi vardır. Bu sənət sahəsi əsrlərboyu sənətkarlar üçün ən gəlirli məşğuliyyət növlərindən olmuş, Azərbaycan xalçaları bütün dünyada özünəməxsus ornamentləri ilə seçilmişdir. Xalqın qədim tarixi ənənələrinin yaşadılmasında mühüm vasitələrdən biri olduğu üçün bu gün xalça sənətinin inkişafına xüsusi diqqət yetirilir. Azərbaycan xalça sənəti tarixində Naxçıvan xalçaları xalqın mədəni irsinin, incəsənətinin və məişət tərzinin yaşadılması baxımından xüsusi yer tutur. 

Ardını oxu...

İnanclar sınamalar nəticəsində formalaşır və qətiləşir. İstər inamların, istərsə də inancların ortaq nöqtəsi məhz sınamalar nəticəsində olur. İnamlarda sınamalar hər zaman əsas şərtə çevrilməsə də, inanclarda bu məsələ yalnız inamla əlaqəlidir.

İnanclarda göbəkbasdırma valideynlərin arzusu, əhdi kimi gerçəkləşir. Göbəkbasdırmada bir gəncin yetkinlik yaşında həyatını bir peşə ilə həmişəlik bağlamaq hadisəsi şərtlənir. Əslində, strukturda elə bir fərq yoxdur. Başqa mənada yanaşsaq, göbəkkəsmə, göbəkbasdırma adlarındakı “kəsmə”, “basdırma” sözlərində semantik yaxınlıq da tapa bilərik. Burda kəsmə də, basdırma da bir-birinə bağlamaq mənalarını ifadə edir. Məhz elə Naxçıvanda da uşağın göbəyinin basdırıldığı yerlə onun gələcək peşəsi arasında əlaqə olduğuna inanılır. Hal-hazırda da türk xalqlarında bu inanc geniş yayılıb. Uşaqla bağlı torpağa basdırılmanın müxtəlif formaları yayğındır.

Ardını oxu...

Dünən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “İstedadlı şagirdlər” albom-kataloqunun təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri Rəşad Əlizadə qeyd edib ki, təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, ümumtəhsil müəssisələri ilə yanaşı, məktəbdənkənar tərbiyə müəssisələrində uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi üçün zəruri şərait yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə cari tədris ilində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 12 adda innovativ dərnək yaradılmış, hazırda isə Şərur rayonunun məktəbdənkənar tərbiyə müəssisələrində 15, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə isə 2 adda innovativ dərnəklərin yaradılması davam etdirilir.

Ardını oxu...

21 may tarixindəNaxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nazirliyin sistemində fəaliyyət göstərən kitabxanaların əməkdaşları üçün “Kitabxanalarda kütləvi işin təşkili” mövzusunda “Zoom” mobil tətbiqi vasitəsilə online seminar keçirilmişdir. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublikası, A.Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası, rayon (şəhər) MKS-lərin iştirak etdiyi online seminarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin aparıcı məsləhətçisi Şəfəq Abbasova qeyd etmişdir ki, mədəniyyətimizi, tariximizi, ədəbi əlaqələrimizi geniş oxucu kütlələri arasında yaymaq kitabxanaların əsas vəzifəsi olmalıdır. Bunun həyata keçirilməsində isə kütləvi tədbirlər mühüm əhəmiyyətə malikdir. Hər bir kütləvi tədbirin düzgün təşkili oxucu ilə kitabxanaçı arasında ünsiyyəti daha da genişləndirir, oxucunun kitab mütaliəsinə olan marağını artırır.

Ardını oxu...

Dünən Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli demokrat Cəlil Məmmədquluzadənin dram əsərləri əsasında hazırlanmış “Ölülər və Dəlilər” tamaşasıonlayn formada izləyicilərətəqdim olunub.
Böyük demokratın “Ölülər”, “Dəli yığıncağı”, “Ər” komediyaları və “Anamın kitabı” dram əsəri əsasında hazırlanan “Ölülər və dəlilər” tamaşasının ssenari müəllifi AzərbaycanRespublikasının Əməkdar artisti Tofiq Seyidovdur. Tamaşada ədibin 4 pyesindəki obraz və personajlar səhnəyə gətirilib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələri üçün onlayn seminar təşkil edilib. “Romantizm cərəyanının yaranmasına dair” mövzusunda seminar Bakı Musiqi Akademiyası Musiqi tarixi kafedrasının müdiri, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi Ülviyyə İmanova tərəfindən keçilib.
Fakültənin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov fakültədə belə seminarların təşkilinin artıq ənənə halı aldığını qeyd edib. Vurğulanıb ki, təşkil edilən ustad dərslər müəllim və tələbələrin peşə bacarıqlarının formalaşmasında, təcrübələrinin möhkəmlənməsində xüsusi əhəmiyyətə malikdir.
Professor Ülviyyə İmanova XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Avropa ədəbiyyatında, sonra isə musiqi və təsviri incəsənətdə təşəkkül tapmış romantizm cərəyanından danışıb. Bu ədəbi cərəyanın yaranma səbəbləri və o dövrdə mövcud olan ictimai-siyasi mühit təhlil edilib. Alman və İtaliya bəstəkarlıq məktəblərindən söhbət açan professor F. Şubert, R.Şuman, F. Şopen, K.M. Veber, F.List və digər məşhur bəstəkarların əsərlərinin janr və üslub xüsusiyyətlərini diqqətə çatdırıb.
Sonda müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.

Səadət ƏLİYEVA

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində Şuşa xalçaları qorunur.

Ardını oxu...

Britaniyalı televiziya tamaşaçıları “Eurovision” müsabiqəsi tarixində ən gözəl mahnının adını müəyyən ediblər.

Qalibin adı koronavirus pandemiyası səbəbindən ləğv olunan müsabiqənin yayımının əvəzində ekranlara çıxan “Eurovision: Come Together” proqramının efirində açıqlanıb.

Ardını oxu...

Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir.

Beynəlxalq Muzeylər Şurası (ICOM) tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu bayram hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusuna həsr olunub.

Ardını oxu...

Heç kəsə sirr deyil ki, gənclərin düzgün istiqamətdə, milli və bəşəri dəyərlərzəminində tərbiyəsində təhsil müəssisələri ilə yanaşı, mədəniyyət müəssisələrinin də özünəməxsus payı vardır. Ulu öndər Heydər Əliyev muzeylərin gənclərin təlim-tərbiyəsindəki rolunu yüksək qiymətləndirərək demişdir: “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır və bu muzeyləri qoruyub saxlamaq vətəndaşlıq borcumuzdur”. Muxtar respublikamızda müxtəlif profilli muzeylər fəaliyyət göstərir ki, bunlar da gənclərin təlim-tərbiyəsində, ümumi dünyagörüşünün və mədəni-estetik zövqünün formalaşmasında müstəsna əhəmiyyətə malikdir.

Ardını oxu...

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı Azərbaycanın qədim memarlıq abidələri haqqında virtual fotosərgilər hazırlayır.

Ardını oxu...

Mövcud vəziyyətlə bağlı olaraq aprel ayında Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi və nazirliyin sistemində fəaliyyət göstərən müəssisələr tərəfindən muxtar respublika sakinlərinə onlayn xidmət göstərilmişdir.
Ötən ay əlamətdar və tarixi günlər, tanınmış şəxsiyyətlərlə, muzeylərdə olan eksponatlarla bağlı materiallar, ekskursiyalar hazırlanmış, sosial şəbəkələrdə geniş paylaşılmışdır.

Ardını oxu...

“Hər bir yay fəsli küçələrdə arabalarda buz sallarını görəndə, bir tərəfdən o buzu şampanskilərə və ləzzətli marojnalara işlədən xoşbəxtlər gözümün qabağına gəlir...” Yəqin ki, görkəmli dramaturq Cəlil Məmmədquluzadənin “Buz” hekayəsindəki bu fikirlər çoxlarına tanışdır. Böyük ədibin uşaqlıq dövrünün təəssüratları altında qələmə aldığı bu hekayədən bəlli olur ki, XIX əsrin sonu, XX əsrin əvvəllərində Naxçıvan şəhərinin küçə və meydanlarında, bazarlarda buz satışı təşkil olunarmış. Əhali bu cür buz parçalarından sərinləmək üçün soyuq içkilərin hazırlanmasında, müxtəlif ərzaqların saxlanılmasında, təbabətdə geniş istifadə edərmiş. 

Ardını oxu...

      Azərbaycan milli teatr tarixinə parlaq və şərəfli səhifələr yazmış Naxçıvan teatrının yaradılmasından 137-ci ildönümü münasibətilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tədbir keçirilib.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR