19 Aprel 2024, Cümə

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı olan “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin Ali Məclisin Sədri cənab Vasif Talıbovun 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə təntənə ilə qeyd edilməsi muxtar respublikada mətbuatın inkişafına göstərilən yüksək dövlət qayğısının əməli ifadəsidir.


Keçməkeşli və şərəfli yol keçmiş “Şərq qapısı” qəzeti Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan diyarının son yüzillikdəki ən mötəbər salnaməsidir.
“Şərq qapısı” qəzeti, eyni zamanda, Ali Məclis Sədrinin məqsədyönlü rəhbərliyi ilə muxtar respublikada aparılan genişmiqyaslı siyasi-ideoloji, ədəbi-mədəni tədbirlərin ən yaxşı təbliğatçısı funksiyasını professional səviyyədə həyata keçirir.
“Şərq qapısı” qəzeti muxtar respublikada yaranıb inkişaf edən elm adamları, yazıçı və şairlər üçün əsl elmi və ədəbi məktəb olmuş, onların formalaşması və inkişafında mühüm rol oynamışdır.
“Şərq qapısı” müstəqillik dövrü Azərbaycan mətbuatının ön sıralarında təmsil olunan ölkə miqyaslı qəzet kimi böyük nüfuz qazanmışdır.
Əlli dörd il bundan qabaq ilk məqaləmin oxuculara çatmasının qeyri-adi sevincini yaşadığım, elmi fəaliyyətimin bu günə qədər davam etməkdə olan bütün mərhələlərində mənim üçün məsuliyyətli bir məktəb olmuş doğma qəzetimizin – “Şərq qapısı”nın yüz yaşını ürəkdən təbrik edirəm.
“Şərq qapısı” qəzetinin kollektivinə məsuliyyətli və şərəfli işlərində daha böyük uğurlar arzulayıram.


Dərin hörmətlə

İsa Həbibbəyli
Azəraycan Milli Elmlər Akademiyasının
vitse-prezidenti, akademik

 

 

 

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR