22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilən “Qısamüddətli aktivlərlə bağlı əməliyyatların uçotda əks etdirilməsi” adlı 2 günlük təkmilləşdirici təlimə yekun vurulub.

Təlimə muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən müxtəlif təşkilatlarından 12 maliyyə – mühasibat işçisi cəlb olunub. Təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.

Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Mehriban İmanova iştirakçılara peşəkar mühasib sertifikatının verilməsi qaydaları haqqında, təlimin məqsədi, keçirilməsinin zəruriliyi və mahiyyəti barədə məlumat verib.

Təlimin ilk günü Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin maliyyə-təsərrüfat və ümumi işlər sektorunun müdiri Arzuman İmanovun təqdimatında “Qısamüddətli aktivlərin təsnifatı və qiymətləndirilməsi” mövzusu ilə bağlı təlim keçirilib. Təlim zamanı qısamüddətli aktivlərin təsnifatının düzgün aparılması ilə bağlı məlumat verilərək onların idarəedilmə mexanizmləri və qiymətləndirmə metodları slaydlar vasitəsilə izah edilib.

Təlimin növbəti günündə “Qısamüddətli aktivlərlə bağlı əməliyyatların mahiyyəti və balans hesabatına təsiri” mövzusu tədris edilərək təşkilatda baş verən müxtəlif əməliyyatlar zamanı qısamüddətli aktivlərin uçotda əks etdirilməsi qaydaları praktiki olaraq izah edilib və iştirakçıların sualları cavablandırılıb.

Sonda peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsi keçirilib və müvəffəqiyyət qazanan iştirakçılara sertifikatlar təqdim edilib.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR