02 May 2024, Cümə axşamı

Şahbuz rayonunun Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində yeni həkim ambulatoriyasının açılışında iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Səhiyyə Nazirliyinə Fövqəladə Hallar Nazirliyi ilə birlikdə dağ-xizək travmalarının müalicəsi üçün təlimlərin keçirilməsi barədə verdiyi tapşırığa uyğun olaraq fevralın 19-da həkim ambulatoriyasında dağ-xizək travmaları zamanı ilkin tibbi yardıma dair xilas­edicilər və tibb işçilərinin iştirakı ilə təlim-treninq keçirilib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Rəcəb Səfərov qeyd edib ki, muxtar respublikanın mühüm turizm bölgəsinə çevrilən Ağbulaq kəndində yeni istifadəyə verilən həkim ambulatoriyasında və təcili tibbi yardım avtomobilində dağ-xizək travmalarının qarşısının alınması üçün hər cür tibbi ləvazimat və avadanlıqlar mövcuddur.
Tədbirdə tibbi avadanlıqlardan istifadə qaydaları əyani izah edilib, ambulatoriyaya xilas­edicilər tərəfindən gətirilən zərərçəkənə taktiki ilk tibbi yardım göstərilib.
Təlim daha sonra Ağbulaq Xizək Mərkəzində davam etdirilib. Xizəkdən və kanatdan istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində xəsarət alanlara ilk tibbi yardımın göstərilməsi, həkim ambulatoriyasına göndərilməsi ilə bağlı proseslər əyani izah edilib.
Təlim-treninqdə qanaxmanın, sınıqların növləri, buruntular vasitəsilə qanaxmanın dayandırılması, yaranın təmizlənməsi, sarğının, turnanın qoyulması, şinanın, tamponun tətbiq edilməsi mulyaj üzərində aparılıb, videogörüntülərlə müşayiət olunub, dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR