08 Oktyabr 2024, Çərşənbə axşamı

Muxtar respublika ərazisində mövcud ekoloji vəziyyətin qorunması, ətraf mühitin mühafizəsi, təbii resurslardan iqtisadi inkişaf məqsədilə səmərəli istifadə olunması və əlverişli ekoloji mühitin yaradılması üçün dövlət ekoloji siyasəti dekabr ayında da uğurla davam etdirilmişdir.

Ardını oxu...

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 əleyhinə vaksinlərin tərkibi üzrə texniki məsləhətçi qrupu koronavirusun profilaktikasına və onun yayılmasına yüksək təsir göstərən əlavə preparatların işlənib hazırlanmasını zəruri hesab edir.

Qrup hesab edir ki, xəstəliyin ağır gedişatının və ölüm hallarının qarşısının alınmasından əlavə infeksiyanın profilaktikasına və onun yayılmamasına yüksək təsir edən COVID-19 əleyhinə əlavə vaksinlər vacibdir və işlənib hazırlanmalıdır. Məlumatda bildirilir ki, belə dərmanlar əlçatan olmayanadək, həmçinin “SARS-CoV-2” virusunun inkişaf dərəcəsinə görə COVID-19 əleyhinə mövcud vaksinlərin tərkibinin yenilənməsi tələb oluna bilər.

Ardını oxu...

Almaniyada ötən sutka ərzində 80 430 nəfər koronavirusa yoluxub ki, bu da pandemiya dövrü ərzində növbəti maksimal göstəricidir.

Bu barədə Robert Xok adına Virusologiya İnstitutunun məlumatında deyilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğunun təmin edilməsi istiqamətində əlverişli zəmin yaradıb.

Ardını oxu...

Yeni növ koronavirusun (COVID-19) mövcud olduğu müddətdə yani ştamlar meydana çıxacaq. Hər yeni ştam yarananda əhali arasında təlaş və qorxu hissi əmələ gəlir. “Omikron”dan əvvəl “delta” ştamı yarananda da əhali arasında belə narahatlıq hissi var idi. İndi də “omikron” ştamı həmin narahatlığa səbəb olub.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssisi Zakir Quliyev deyib.

Ardını oxu...

Dünyada COVID-19-a təsdiqlənmiş yoluxma hallarının sayı 305 milyonu keçib, ölüm hallarının sayı - 5,48 milyon təşkil edir. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) istinadla xəbər veririk.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması ötən ay da diqqətdə saxlanılmış, bir sıra tədbir, seminar, təlim və monitorinq keçirilmişdir.

Ardını oxu...

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Koronavirusun mutasiyaları nəticəsində son zamanlar meydana çıxan yeni "omikron" variantı bütün dünyada olduğu kimi Azərbaycanda da ciddi narahatlıq doğurur. Ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır.

Ardını oxu...

Dövlət proqramı icra olunur

Muxtar respublikamızda sağlamlıq imkanları məhdud uşaqlara göstərilən qayğı yüksək səviyyədədir. Bu qəbildən olan uşaqların cəmiyyətə inteqrasiyası, məktəbdənkənar təhsil müəssisələrinə cəlbi, təhsil almaları, asudə vaxtlarının səmərəli təşkili istiqamətində mühüm addımlar atılmaqdadır. Bu baxımdan Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına uyğun olaraq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin yaradılması xüsusi əhəmiyyət daşıyır. 

Ardını oxu...

Gürcüstanda koronavirusun “omikron” ştamına yoluxanların sayı 60-ı keçib.

“Omikron” ştamı daha tez yayıldığı üçün təcili və təxirəsalınmaz tədbirlər görülməlidir. Hökumət artıq xəstəxanalarda çarpayı sayını artırıb. Hazırda ölkə üzrə xəstəxanalarda “omikron” ştamına yoluxanların yerləşdirilməsi üçün 9100 ədəd çarpayı hazırlanıb.

“Əgər ehtiyac yaranarsa xüsusi otellər də səfərbər olunacaq”, – deyə, T.Qabuniya vurğulayıb.

Qeyd edək ki, Gürcüstanda “omikron” ştamına ilk yoluxma faktı dekabrın 20-də qeydə alınıb. Dekabrın 26-da onların sayı 51-ə çatıb və yoluxanların 5-i azyaşlıdır və onların da 1-i xəstəxanaya yerləşdirilib.

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması noyabr ayında da diqqətdə saxlanılmış, bir sıra tədbir, seminar, təlim və monitorinqlər keçirilmişdir.

Ötən ay özünüməşğulluğunu təmin etmiş sosial qayğıya ehtiyacı olan şəxslərin və qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə muxtar respublikada fəaliyyət göstərən əl işləri mağazalarında qadınların əl işləri satılaraq dəyəri iş sahiblərinə təqdim olunmuşdur. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Ailə təsərrüfatı məhsulları” satış yarmarkasında komitə tərəfindən sərmayə kapitalı alan, eləcə də istedadlı qadınlar tərəfindən, ümumilikdə, 5442 adda əl işi və ailə təsərrüfatı məhsulları sərgilənmişdir. Keçirilən 2 günlük satış-yarmarkada 50 qadının 819 adda 2281 manat dəyərində ailə təsərrüfatı məhsulları və əl işi satılmışdır. Hesabat dövrü ərzində 54 qadının 836 adda 3533 manat dəyərində ailə təsərrüfatı məhsulları və əl işi satılaraq dəyəri iş sahiblərinə təqdim olunmuşdur.

Ardını oxu...

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib.

Xidmətdən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dekabrın 22-dən-25-dək havanın arabir yağıntılı olacağı, dekabrın 23-24-də bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi dekabrın 23-də 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək.

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq dekabrın 21-i axşamdan dekabrın 24-ü axşamadək ölkə ərazisində havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntının intensivləşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək.

Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Xalq təqvimi

Əsrlərin sınağından çıxmış milli tarixlər nənə-babalarımız üçün dəyişilməzdir. Onlarla elə bu gün də söhbət zamanı hər hansı bir gün haqqında danışanda dəqiq tarix deməzlər. Ağbirçəklərimiz, ağsaqqallarımız üçün aylar özünə mənəvi hüquq qazanmış məfhumlar içərisində “əriyir” – Məhərrəm, ramazan, qurban, Səfər, bayram ayları... Onların təbirincə fəsilləri əvəz edən vaxtlar da olub: Böyük çillə, Kiçik çillə, Boz çillə...

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu muxtar respublikada məcburi dövlət sosial sığorta sistemində sığortaçı olaraq sığortaolunanların sosial rifah halının yaxşılaşdırılması və onların həyat səviyyəsinin yüksəldilməsi üçün üzərinə düşən öhdəlikləri yerinə yetirir. Belə ki, fond tərəfindən cari ilin11 ayı ərzində sığortaedənlər tərəfindən təqdim olunan müvafiq təsdiqedici sənədlərə əsasən muxtar respublika üzrə 15 min 903 sığortaolunana məcburi dövlət sosial sığortası üzrə ödəmələr həyata keçirilib. Bunlardan əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 527, hamiləliyə və doğuma görə 795, uşağın anadan olmasına görə 2964, uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə 9448 sığortaolunana müavinət ödənilib. Həmçinin vəfat etmiş sığortaolunanı və ya pensiyaçını dəfn etməyi öhdəsinə götürən 2169 şəxsə isə dəfn üçün müavinət verilib. Fondun şöbələri tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 237 min 659 manat, hamiləliyə və doğuma görə 1 milyon 70 min 909 manat, uşağın anadan olmasına görə 585 min 74 manat, uşağa qulluğa görə 412 min 561 manat, dəfn üçün müavinətə isə 1 milyon 216 min 627 manat vəsait müvafiq şəxslərə ödənilib.

Məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan sığortaolunanlara ödənilən müavinətlər üzrə vəsait sığortaedənlər tərəfindən təqdim olunmuş bank rekvizitlərinə uyğun olaraq onların plastik bankomat kartlarına və “Naxçıvanpoçt” publik hüquqi şəxsin yerli poçt bölmələri vasitəsilə ödənilib.
Qeyd edək ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləliyə və doğuma görə müavinətləri almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. Bu müavinətlərin aylıq məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunan əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.

Naxçıvan Muxtar Respublikası

Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

 

 

 

Estoniyanın Tartu şəhərindən olan alimlər Venera planetində yaşayış üçün yararlılığın dəyərləndirilməsi üzrə beynəlxalq layihədə iştirak edəcəklər.

Estoniyanın err.ee portalına istinadla xəbər verir ki, ABŞ-ın Massaçusets Texnologiya İnstitutu Estoniyanın Tartu rəsədxanası və digər tədqiqat institutları ilə birgə atmosferdə həyat əlamətlərini axtarmaq məqsədilə Venera planetinə üç kosmik missiya hazırlayır.

Ardını oxu...

BMT-nin Dünya Meteorologiya Təşkilatı (DMT) Arktika üçün hava hərarəti rekordunu rəsmən təsdiq edib.

2020-ci il iyunun 20-də Rusiya Federasiyası Sibir regionundakı Verxoyansk qəsəbəsində qeydə alınmış 38 dərəcə (C) isti Yer kürəsinin şimal qütb bölgəsində indiyədək qeydə alınmış ən isti hava şəraitidir.

Ötən ilin yayında Arktikanın Sibir regionundakı orta hərarətin çoxillik normadan 10 dərəcə yuxarı olduğu da bildirilir.

DMT-nin Baş katibi Petteri Taalas yeni rekordu təşkilatın Hava və İqlim Ekstremumları Arxivində qeydiyyatdan keçirdiklərini diqqətə çatdırıb.

Onun sözlərinə görə, 2020-ci ildə Antarktika üçün 18,3 dərəcəlik rekord isti hava qeydə alınıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu ötən ay ərzində əmək pensiyalarının düzgün təyinatı və ödənişinin aparılması, eləcə də fərdi uçot sistemi sahəsində bir sıra işlər görmüşdür. Əmək pensiyalarının və məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin maliyyələşdirilməsi vaxtından əvvəl başa çatdırılmış, pensiyaların ödənilməsi üçün 15 milyon 77 min manat vəsait pensiyaçıların plastik bankomat kart hesablarına köçürülmüş və ya yerlərdə poçt bölmələri vasitəsilə pensiyaçılara çatdırılmışdır. Məcburi dövlət sosial sığorta ödəmələri almaq hüququ olan şəxslərin də şəxsi hesablarına və ya poçt ünvanına müavinət ödənilməsi üçün 257 min manat vəsait köçürülmüşdür.

Ardını oxu...

Mütəxəssis sözü

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının həyatımızda oynadığı rol danılmazdır. Zaman keçdikcə rəqəmsal texnologiyalar müxtəlif sahələrə daha dərindən nüfuz edir. Son illərdə “Elektron hökumət” layihəsinin idarəetmədə geniş yayılması bir çox dövlət qurumlarının fəaliyyətində müxtəlif yeniliklərin tətbiqi ilə müşayiət olunur. Belə qurumlardan biri də Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətidir. Bəs bu gün xidmətdə hansı elektron yeniliklər tətbiq olunur, vətəndaş məmnuniyyəti necə təmin edilir? Suallarımızı xidmətin İnformasiya texnologiyaları və məlumat bazası şöbəsinin müdiri Arzu Məmmədov cavablandırır:

Ardını oxu...

Sağlam gəncliyin formalaşmasında və inkişafında muxtar respublikamızın məktəbdənkənar təhsil müəssisələrində yaradılan, müasir dövrün tələblərinə cavab verən innovativ dərnəklərin rolu böyükdür. Xüsusilə də sağlamlıq imkanları məhdud uşaq və gənclərin istedad və bacarıqlarını ictimaiyyətə tanıtmaq, onların yaradıcılıq imkanlarına, fəaliyyətlərinin stimullaşdırılmasına, cəmiyyətə inteqrasiyasına dəstək göstərmək işində bu dərnəklərin rolu əvəzedilməzdir. Muxtar respublikamızda innovativ dərnəklər bir çox məktəbdənkənar təhsil müəssisələrində fəaliyyət göstərir. Həmin müəssisələrdən biri də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzidir. Dekabrın 4-də həmin mərkəzdə 3 dekabr – Beynəlxalq Əlillər Günü ilə bağlı sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgi keçirildi, innovativ dərnəklərə ekskursiyalar edildi, sağlamlıq imkanları məhdud uşaqlar üçün 10 günlük bijuteriya kursu təşkil olundu. Biz də həmin gün sərgi ilə tanış olduq.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən noyabr ayında həyata keçirilmiş özünüməşğulluq tədbirləri çərçivəsində muxtar respublika üzrə 27 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və bu şəxslərdən 16 nəfərin hər birinə 2 baş iribuynuzlu, 5 nəfərin hər birinə 20 baş xırdabuynuzlu, 4 nəfərə mini yerşumlayan aqreqat, 1 nəfərə unlu və qənnadı məmulatların hazırlanması üçün avadanlıq və ləvazimatlar, 1 nəfərə isə odunkəsən və otbiçən aparat verilib. Bu mərhələdə təsərrüfatlarını nümunəvi şəkildə inkişaf etdirdiyinə görə 1 nəfər həvəsləndirmə tədbirlərinə cəlb edilib və ona südsağan aqreqat verilib.

Növbəti aktivlərin sənədlərinin təqdim olunması məqsədilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev muxtar respublikada sosial qayğıya ehtiyacı olan ailələrə göstərilən dövlət qayğısı, onların məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb, muxtar respublikada sosial qayğıya ehtiyacı olan şəxslərə göstərilən dövlət qayğısına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyinin direktoru Heydər Quliyev və Şərur Rayon Məşğulluq Mərkəzinin direktoru Samir Qasımov ötən dövr ərzində proqramın icrası çərçivəsində görülən işlərdən danışıblar.
Sonda ailə təmsilçilərinə müvafiq sənədlər təqdim olunub, vətəndaşlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.


Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi

Nazirliyinin mətbuat xidməti

 

 

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyası, reallaşdırılan genişmiqyaslı islahatlar bu gün Azərbaycanın qüdrətli iqtisadiyyata, eyni zamanda güclü sosial müdafiə sisteminə malik bir ölkəyə çevrilməsinə səbəb olmuşdur. Bu uğurlu siyasətdə, xüsusilə sosial müdafiənin ildən-ilə güclənməsi dövründə, həssas qruplara, o cümlədən əmək pensiyaçılarına diqqət və qayğının artırılmasını xüsusi olaraq vurğulamaq lazımdır.

Ardını oxu...

Ötən ay ərzində gənc nəslin vətənpərvər ruhda formalaşması, intellektual biliyi və dünyagörüşünün artırılması, asudə vaxtının səmərəli təşkili, muxtar respublikanın turizm imkanlarının onlar arasında tanıdılması və təbliği məqsədilə bir sıra tədbirlər həyata keçirilib. 10-17 noyabr – Tələbə-Gənclər Həftəsi çərçivəsində ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin iştirakı ilə Şahbuz rayonuna ekskursiya, film nümayişi, “Nə? Harada? Nə zaman?” intellektual oyunu, şən və hazırcavablar klubları arasında müsabiqə, peyntbol, badminton, stolüstü tennis və minifutbol üzrə “Tələbə kuboku” uğrunda muxtar respublika birincilikləri təşkil olunub. 

Ardını oxu...

5 dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə Bakı Konqres Mərkəzində 20 könüllü təşkilatının 1000-dən çox fəal üzvünün iştirakı ilə Azərbaycan könüllülərinin IV həmrəylik forumu keçirilib.

Ardını oxu...

Bakı şəhərində yerləşən “Park Bulvar” AVM-də 3 dekabr – Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar bu kateqoriyadan olan şəxslərin əl işlərindən ibarət XI Ümumrespublika Yaradıcılıq Sərgi-Müsabiqəsi təşkil olunub. Tədbirin məqsədi sağlamlıq imkanları məhdud olan şəxslərin istedad və qabiliyyətlərinin cəmiyyətə təqdim olunması, yaradıcılıq imkanlarının və cəmiyyətə inteqrasiyasının dəstəklənməsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Gənclər Fondunun birgə təşkilatçılığı ilə sosial könüllülər və istedadlı sağlamlıq imkanları məhdud şəxslərin görüşü keçirilib.

Ardını oxu...

Gəncliyimiz, gələcəyimiz

Savadlı olmaq üçün yalnız elmi biliklərə yiyələnmək kifayət deyil, bu işdə mütaliənin də böyük rolu var. Elə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bunu nəzərə alaraq gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşmasına xidmət edən “Oxunması zəruri olan kitablar haqqında” imzaladığı 2017-ci il 28 avqust tarixli Sərəncamı da, bu mənada, böyük əhəmiyyətə malikdir. Ötən müddət ərzində adıçəkilən Sərəncamın icrası istiqamətində həyata keçirilən tədbirlər öz bəhrələrini verməkdədir. Bunu haqqında eşitdiyim və həmsöhbət olduğum Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Əmir İmanovun timsalında da gördüm. 

Ardını oxu...

Birləşmiş Millətlər Təşkilatının 14 oktyabr 1992-ci il tarixli qərarı ilə 3 dekabr Beynəlxalq Əlillər Günü kimi qeyd olunur.

Ardını oxu...

Qadınların məşğulluqlarının artırılması, ailə təsərrüfatlarının, həmçinin muxtar respublikada gələcəkdə makro və mikro biznesin inkişafı üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən ötən 2 il ərzində icra edilən sosialyönümlü layihələrdə, ümumilikdə, 128 qadına 86256 manat dəyərində sərmayə kapitalı verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud şəxslərin, yaşı 18-dən az olanların və qadınların məşğulluqlarının təmin edilməsi, həmçinin onların əməyindən qanunvericiliyə uyğun istifadə edilməsinə dair maarifləndirici seminar keçirilib.

Ardını oxu...

Mütəxəssis sözü


Müasir qloballaşmanın əhəmiyyətli dəyişikliklərindən hesab olunan rəqəmsal texnologiyaların insanların həyatına daxil olması, mühüm yeniliklərdəndir. Günümüzdə işlərin çevik və sürətli aparılmasında, eyni zamanda elm və təhsilin inkişafında rəqəmsal texnologiyaların əhəmiyyəti hər kəsə məlumdur. Ən önəmlisi isə hazırda pandemiya dövründə tətbiq olunan xüsusi karantin rejimində bir sıra ünsiyyət əlaqələrinin virtual müstəviyə keçməsi, informasiya ehtiyatlarını əhalinin sağlamlığının qorunmasında mühüm vasitələrdən birinə çevirir. Lakin təəssüflə qeyd etməliyik ki, hər kəsin rahatlığına müsbət təsir edən bu texnoloji yeniliklər bəzən kriminal niyyətlərin törədilməsində də bir vasitəyə çevrilə bilir. Hüquqazidd davranışlarını virtual müstəvidə həyata keçməsini daha asan hesab edən şəxslər bu imkandan istifadə etməklə dövlətin və cəmiyyətin mənafelərinə ciddi ziyan vururlar. 

Ardını oxu...

Hər bir ölkədə əhalinin həyat səviyyəsini təyin edən başlıca meyarlardan biri onun sosial müdafiə sisteminin vəziyyətidir. Sosial müdafiə sistemi insanların sosial problemlərinin həllinə yönəldilən sosial və iqtisadi tədbirlər toplusu kimi, ilk növbədə, əmək qabiliyyəti olmayan və ya məhdud əməkqabiliyyətli şəxslərə dövlət tərəfindən müxtəlif formalı yardımların göstərilməsini özündə əks etdirir. Bu baxımdan inkişaf səviyyəsindən asılı olmayaraq, istənilən ölkədə sosial müdafiə tədbirləri dövlət siyasətində çox böyük əhəmiyyət daşıyır.

Ardını oxu...

Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən yarışların qaliblərinin mükafatlandırılması mərasimi olub.

Ardını oxu...

Naxçıvan şəhər Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə “Azərbaycan tolerantlıq məkanıdır” mövzusunda keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Orxan Məhərrəmov açıb. O, “Ölkəmizdə multikulturalizm və tolerantlıq dəyərləri qorunur” mövzusunda çıxış edərək bildirib ki, milli-mənəvi dəyərlərin qorunması cəmiyyətin inkişafı ilə mütləq şəkildə əlaqəlidir. Çünki hər bir xalq özünəməxsus dəyərlərin daşıyıcısıdır. Azərbaycan xalqı da öz milli-mənəvi dəyərləri ilə böyük inkişaf yolu keçib, həmin dəyərlərin qorunub-saxlanılmasına böyük önəm verib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə valideynlərini itirmiş, aztəminatlı, sağlamlıq imkanları məhdud və şəhid uşaqlarına qış geyimləri verilib.

Ardını oxu...

10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar olaraq ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” sosial qayğıya ehtiyacı olan ailələrin, habelə sağlamlıq imkanları məhdud şəxslərin özünüməşğulluğunun təmin edilməsi istiqamətində sosial layihələrinin icrasına əlverişli zəmin yaradıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şahbuz Rayon İcra Hakimiyyəti tərəfindən 2021-ci il oktyabr ayının 30-da qədim xalçaçılıq sənətinin inkişaf etdirilməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək etmək məqsədilə rayonda yaşayan müvafiq kateqoriyadan olan qadınlar arasında xalçaçılıq peşəsinin öyrənilməsi ilə bağlı təlim keçirilib. Təlimdə 9 sağlamlıq imkanları məhdud, 4 xüsusi qayğıya ehtiyacı olan ailənin üzvü qadın və Şahbuz Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 3 dərnək rəhbəri olmaqla, cəmi 16 qadın iştirak edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin hamiliyinə verilən Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə tələbələri üçün “Dövlət və bələdiyyə orqanlarının qarşılıqlı fəaliyyətində səlahiyyət bölgüsü” mövzusunda seminar təşkil edilib.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunda Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən gənclər və digər yaş qruplarından olan yaradıcı və həvəskar şəxslər arasında “Ailə dəyərlərimiz film və fotolarda” mövzusunda VI muxtar respublika yaradıcılıq müsabiqəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Gənclər Fondu və Rəssamlar Birliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqlar, dərnək üzvləri, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri və istedadlı gənclər arasında “İdeal ailənin formulu: ənənəvi dəyərlər və müasirlik” mövzusunda VIII muxtar respublika yazı, dekorativ-tətbiqi sənət və rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Ardını oxu...

Mütəxəssis sözü

Valideynlərin ən böyük arzusu sağlam övladlar yetişdirməkdir. Ancaq, bəzən, uşaqlarda fiziki qüsurların olması valideynləri məyus edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində keçirilən “Sosial könüllülərin təlim düşərgəsi” başa çatıb.

Ardını oxu...

Məlum olduğu kimi, hər il muxtar respublikada payız-qış mövsümünə hazırlıq məsələləri diqqətdə saxlanılır, bu məqsədlə Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilir və aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilir. Həmin tapşırıqların icrası mövsümü uğurla başa vurmağa, əhalinin qış aylarında rahatlığının təmin olunmasına şərait yaradır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə əcnəbilərin hüquqi vəziyyətinə dair əcnəbi tələbələrlə növbəti maarifləndirici tədbir keçirilib.

Ardını oxu...

  

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəti əmək yarmarkası oktyabr ayının 19-da Naxçıvan şəhərində keçirilib. Qeyd edək ki, sözügedən tədbirə işaxtaranlarla yanaşı, hərbi xidmətdən yeni tərxis olunmuş gənclər də dəvət olunub. Hərbi xidmətdən yeni tərxis olunmuş gənclərə onların vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına cəlb olunması, əmək bazarına inteqrasiyası və özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı məlumatlar verilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətində “Obyektdə baş verən yanğının söndürülməsi, bununla bağlı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” adlı taktiki-xüsusi təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin fövqəladə hallara hazırlıq vəziyyətinin yoxlanılması, müəssisə əməkdaşlarının praktik bacarığının təkmilləşdirilməsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman Nazirliyi, Gənclər Fondu və Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının birgə təşkilatçılığı ilə bir qrup könüllü gənc tərəfindən Şərur rayonunda yaşayan şəhid ailələri ziyarət olunub. Tədbir iştirakçıları şəhidlərimiz mayor Vüsal Vəliyevin və leytenant Kamal Əbilovun ailə üzvləri ilə görüşüb, qəhrəman şəhidlərimizin keçdiyi döyüş yolundan, qəhrəmanlıqlarından söz açıblar. İştirakçılar şəhidlərimizin xatirə guşəsi, təltif edildikləri orden və medallarla tanış olublar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq muxtar respublikada əmək yarmarkalarının keçirilməsi davam etdirilir.

Ardını oxu...

Birləşmiş Millətlər Təşkilatının 1992-ci il 22 dekabr tarixli qərarı ilə 17 oktyabr dünyada “Yoxsulluqla Beynəlxalq Mübarizə Günü” kimi qeyd olunur.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə ölkə rəhbərliyinə qayıdışından sonra siyasi böhran və iqtisadi tənəzzül qısa zaman ərzində aradan qaldırılmış, ictimai-siyasi sabitlik bərqərar olmuş, iqtisadiyyatda mövcud geriləmə dayandırılmış və yeni inkişaf mərhələsinin əsası qoyulmuşdur. Keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycanda ulu öndərin uğurla həyata keçirdiyi sosial-iqtisadi siyasət bütün sahələr üzrə inkişafı təmin etməklə yanaşı, yoxsulluğun azaldılması üçün də ciddi zəmin hazırlamış, yoxsulluq səviyyəsinin minimum həddə endirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Bu gün isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yoxsulluqla mübarizə əsas istiqamət elan edilərək əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ölkədə yoxsulluğun tamamilə aradan qaldırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Naxçıvan Muxtar Respublikasında da həyata keçirilən davamlı iqtisadi islahatlar iqtisadiyyatın dinamik inkişafına, makroiqtisadi göstəricilərin artımına, əhalinin rifah halının əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olmuşdur. Naxçıvan Muxtar Respublikası Аli Məclisi Sədrinin 2019-cu il 29 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası bu sahədə görülən işlərin davamlılığını təmin etmiş, muxtar respublikanın iqtisadi cəhətdən daha da qüdrətlənməsinə yeni imkanlar yaratmışdır.

Ardını oxu...

Bu gün xaricdə təhsil almaq bütün dünyada populyardır. Bu baxımdan dünyanın hər yerindən əcnəbi tələbələri qəbul edən Naxçıvan Dövlət Universiteti də istisna deyil. 1967-ci ildən fəaliyyətə başlayan universitet ötən dövr ərzində müxtəlif inkişaf mərhələlərindən keçərək dünya universitetləri sırasında nüfuzlu yerə sahib olub. Artıq uzun müddətdir ki, bu ali təhsil müəssisəsinin qapıları müxtəlif xarici dövlətlərin vətəndaşlarının da üzünə açıqdır.

Ardını oxu...

Babək Rayon Təhsil Şöbəsinin akt zalında rayonda fəaliyyət göstərən uşaq müəssisələrinin, o cümlədən ümumtəhsil məktəbləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbər şəxslərinin iştirakı ilə sanitar-gigiyenik vəziyyətlə bağlı maarifləndirici seminar keçirilmişdir. Tədbiri giriş sözü ilə İcra Hakimiyyətinin əməkdaşı Asif Hacıyev açmışdır.

Ardını oxu...

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR