07 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud şəxslərin, yaşı 18-dən az olanların və qadınların məşğulluqlarının təmin edilməsi, həmçinin onların əməyindən qanunvericiliyə uyğun istifadə edilməsinə dair maarifləndirici seminar keçirilib.


Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Canməmməd Canməmmədov çıxış edərək bildirib ki, muxtar respublikamızda sağlamlıq imkanları məhdud şəxslərin, yaşı 18-dən az olanların və qadınların məşğulluqlarının təmin edilməsi istiqamətində qanunvericiliyin tələblərinin icrasına xüsusi həssaslıqla yanaşılır, bu sahədə mütəmadi maarifləndirmə işləri aparılır. Nazir müavini əlavə edib ki, sağlamlıq imkanları məhdud şəxslərin məşğulluğunun təmin edilməsi və əmək hüquqlarının qorunması sahəsində görülən işlərdən danışaraq, bu sahədə mövcud qanunvericilik aktlarının əhəmiyyətindən bəhs edib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Elmin Fərəcov, Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Elnar Hüseynov və Nazirlik yanında Dövlət Tibbi - Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin direktoru Yasin Əliyev çıxış edərək sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün kvota tətbiq edilməsi qaydası, müvafiq kateqoriyadan olan şəxslərin əmək hüququ, onların əməyindən qanunvericiliyə uyğun istifadə edilməsi haqqında danışıblar.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR