29 Mart 2024, Cümə

Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim briqadası tərəfindən Vətən müharibəsində iştirak edən və yaralanan hərbçilərimizin müalicəsi, onlara səhiyyə xidmətinin göstərilməsi davam etdirilir.
Növbəti humanitar tibbi aksiya Şahbuz rayonunda təşkil olunub.

Aksiya zamanı xəstəxananın 10-a yaxın travmatoloq, nervopatoloq, çənə cərrahı, terapevt və digər ixtisaslı həkim heyəti Vətən müharibəsi qazilərinə evlərində tibbi xidmət göstərib. Onlar müxtəlif müayinələrdən keçirilib, tibbi yardımla, dərman və tibbi maskalarla təmin olunub, müvafiq təyinat və məsləhətlər verilib. 2 qazi fizioterapevtik müayinə və müalicə üçün Naxçıvan Muxtar Respublika Xəstəxanasına dəvət edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün komissiya yaradılıb. Komissiyanın təşkilatçılığı ilə növbəti aksiyanın Babək və Ordubad rayonlarında keçirilməsi nəzərdə tutulub.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR