2020-2021-ci il payız semestrində Naxçıvan Dövlət Universitetində imtahanlar gün ərzində 100 qrup olmaqla, 1600 tələbənin iştirakı ilə keçirilib.
Tələbələr elektron qaydada təşkil edilən imtahanlarla yanaşı, ənənəvi-yazılı və şifahi qaydada da imtahan veriblər. Semestr ərzində cəmi 24000 tələbənin iştirakı ilə 1489 sayda nəzərdə tutulan imtahanların 604-ü yazılı, 630-u elektron, 255-i isə şifahi qaydada keçirilib. Elektron imtahanlar bu semestr 13 elektron və 25 yazılı olmaqla, kamera ilə təchiz edilmiş otaqlarda aparılıb.
İmtahanlara ümumi nəzarət etmək üçün isə 9 nəfərdən ibarət imtahan qərargahı, həmçinin tələbənin şikayətinə baxılması və obyektiv həlli məqsədilə apellyasiya komissiyası da yaradılıb.
Qeyd edək ki, bu günədək elektron test üsulu ilə keçirilən imtahanlar obyektivlik və şəffaflığın gözlənilməsi baxımından böyük üstünlükləri ilə özünü doğruldub. İmtahan zallarında quraşdırılan veb-kameralar şəffaflığın ən bariz nümunəsi hesab oluna bilər. Tələbələr müəyyən olunmuş vaxt ərzində kompüterin köməyi ilə 50 sualı cavablandırır, nəzarətçilər tələbənin imtahanı başlamasını və bitirdiyini təsdiqlədikdən sonra tələbə imtahan nəticələri ilə bağlı dərhal məlumatı əldə edə bilir. Hər test sualı üçün 1 bal, yazılı imtahan üçün 10 ballıq qiymətləndirilmə tətbiq edilir.
Məlumat üçün onu da bildirək ki, tələbələr imtahan nəticələrini universitetin elektron səhifəsində yerləşdirilən linkdən itifadə etməklə öyrənməklə yanaşı, universitetin saytında e-cədvəl bölməsinə daxil olmaqla da məlumat toplaya bilirlər.
İmtahanlarda bir yenilik də ondan ibarətdir ki, Memarlıq və mühəndislik fakültəsində elektron jurnalın tətbiqi sayəsində tələbənin müvəffəqiyyət və keyfiyyət faizləri avtomatik olaraq sistemə inteqrasiya olunur və bu da imtahan nəticələrinin hesablanmasını sürətləndirir.
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsi