Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi yaradılan imkanlardan istifadə edərək qanunvericilikdən, əsasnamədən və iş planından irəli gələn vəzifələrin icrasını, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirləri dekabr ayı ərzində də davam etdirib.
14-24 dekabr tarixlərdə dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün test imtahanları keçirilib, imtahanda qeydiyyatdan keçmiş 571 namizəddən 559-u iştirak edib, onlardan 326-sı müvafiq keçid balını toplayıb. Həmçinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vakant vəzifələrin tutulması üçün 12 namizəddən 12-si esse imtahanında iştirak edib, onlardan 8-i müvafiq keçid balını toplayıb.
Ötən ay dövlət qulluğu və müəllimlərin işə qəbulu sahəsində Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunmuş hazırlıq kurslarında 22 nəfər, sınaq imtahanlarında 149 nəfər iştirak edib.
17 dekabrda müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün elan edilib, müsabiqənin test imtahanlarına 28 dekabrdan start verilib və 11 yanvaradək davam etdirilib, 136 nəfər keçid balını toplayıb.
Ötən ilin 6 noyabrında Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində işə qəbul üçün elan edilən müsabiqəyə 23 vakant vəzifə çıxarılıb. Hazırda sənəd qəbulu davam edir.
Hesabat ayı ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində və Dövlət Gömrük Komitəsində çalışan işçilərin attestasiyası üzrə test imtahanları keçirilib. Qeydiyyatdan keçmiş 35 nəfərdən 32-si test imtahanında iştirak edib, 30-u müvafiq keçid balını toplayıb.
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən “Vətəndaşların dövlət qulluğuna qəbul qaydaları” mövzusunda keçirilən maarifləndirici seminarda 32 dövlət orqanının əməkdaşı iştirak edib. Keçirilən bütün tədbir və test imtahanlarında sosial məsafə qorunub, tibbi maskalardan istifadə olunub və digər sanitar-gigiyenik tələblərə əməl edilib.
Naxçıvan Muxtar Respublikası Dövlət
İmtahan Mərkəzinin mətbuat xidməti