05 Fevral 2025, Çərşənbə

Bu ilin 13-14 yanvar tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına rəsmi səfərlə yola düşəcək.

Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, səfər çərçivəsində 13 yanvar tarixində Azərbaycan Respublikası, Türkiyə Respublikası və Pakistan İslam Respublikasının xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur. 14 yanvar tarixində isə AR xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.

 XXX

15:54

Yanvarın 13-də Türkiyə, Azərbaycan və Pakistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

Trend-in məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, görüş Pakistanın paytaxtı İslamabadda keçiriləcək.

Nazir əlavə edib ki, azərbaycanlı həmkarı Ceyhun Bayramovla həm də ayrılıqda görüşəcək.

ARXİV

Fevral 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

MÜƏLLİFLƏR

KEÇİDLƏR