22 Dekabr 2024, Bazar

Dünən dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən təşkil olunan “Nizami xəmsəsi” layihəsi “Nizami dünyasının işığında” adlı ədəbi-bədii gecə və mükafatlandırma mərasimi ilə yekunlaşıb.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev layihənin əhəmiyyətindən və gənc nəslin dahi şairin poetik irsini daha geniş öyrənməsinin vacibliyindən danışıb.

Bildirilib ki, layihəyə əsasən “Nizami” bədii filminin nümayişi, “Sirlər xəzinəsi” poemasının müzakirəsi, Nizami Gəncəvinin həyat və yaradıcılığına dair “Xəmsə” milli intellektual oyunu, “Nizami poeziyası” adlı bədii qiraət müsabiqəsi, “Nizaminin söz dünyası, poetik dili və ədəbi irsi” mövzusunda açıq dərs, “Xəmsə möcüzəsi” adlı rəsm müsabiqəsi keçirilib.
Sonra Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, şair Asim Əliyev, Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müəllimi Zamin Əliyev, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyinin direktoru Kamal Gülmalıyev Nizami Gəncəvinin həyat və yaradıcılığından geniş söhbət açıblar.
Tədbirdə “Nizami xəmsəsi” layihəsi çərçivəsində reallaşan “Nizami poeziyası” bədii qiraət müsabiqəsinin qalibi olmuş gənclərin çıxışları və dahi şairin obrazının yaradılması gecəyə əlavə rəng qatıb. Həmçinin gecədə “Xəmsə” milli intellektual oyununun, adıçəkilən bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR