22 Dekabr 2024, Bazar

Muzey əməkdaşları üçün “Daxil olan eksponatların əsas və elmi-köməkçi fonda işlənməsi qaydaları”mövzusunda seminar-treninq keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən seminar-treninqi nazirliyin şöbə müdiri G.Babayeva giriş sözü ilə açmış, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin baş fond mühafizi-elmi işçisi Z.Əliyeva “Daxil olan eksponatların  əsas və elmi-köməkçi fonda işlənməsi” mövzusunda çıxış etmişdir. Qeyd olunmuşdur ki, Nazirliyin sistemində 1 rəsm qalereyası və 29 müxtəlif profilli muzey fəaliyyət göstərir ki, bu mədəniyyət ocaqlarında xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən maddi-mədəniyyət nümunələri mühafizə olunaraq qorunub saxlanılır.

Muzey fondlarının zənginləşdirilməsi daim diqqət mərkəzində saxlanılır. Muzey əməkdaşlarının fəaliyyətinin düzgün təşkili üçün seminar-treninqlər, maarifləndirici tədbirlər təşkil olunur. Təhsil müəssisələri ilə distant və açıq dərslər keçirilir, Naxçıvan Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisası üzrə təhsil alan tələbələr üçün açıq dərslər, seminar və mühazirələr təşkil olunur, ziyarətçilərə nümunəvi muzey xidməti göstərilməsi diqqət mərkəzində saxlanılır.

Vurğulanmışdır ki, 2020-ci il ərzində 11 interaktiv və 190 açıq dərs, 5 eksponat təqdimatı, hamiliklə əlaqədar 3 açıq dərs və1 seminar, 5-i onlayn olmaqla, 10 seminar-treninq keçirilmişdir. İl ərzində muzeylərdə Nazirlik tərəfindən 25 və muzeylər tərəfindən 17 tədbir keçirilmiş, 30 sərgi qurulmuşdur.

Bildirilmişdir ki, muzey fondlarının dövlət uçotu ümumxalq sərvəti olan muzey kolleksiyalarının müəyyənləşdirilməsi və qeydiyyata alınması deməkdir. Muzeylərdə muzey sərvətlərinin uçot və mühafizə qaydaları “Azərbaycan Respublikası muzey sərvətlərinin və muzey kolleksiyasının uçotu və mühafizəsinə dair təlimat”a əsasən həyata keçirilir. Bütün muzeylərin kolleksiyası əsas və elmi-köməkçi fonddan ibarətdir.

Muzey əşyalarının qeydiyyata alınması, əsas və elmi-köməkçi fonda aid edilməsi qaydaları seminar iştirakçılarına izah edilmiş, onların sualları cavablandırılmışdır.  

Tədbirin sonunda ekspozisiyaya baxış keçirilmiş, bələdçinin ekskursiya aparması müzakirə edilmişdir.

 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR