Füzulidə inşa edilən yeni aeroportun tikildiyi ərazidə minaların təmizlənməsi üçün Şotlandiyanın AARDVARK şirkətindən mütəxəssis dəvət edilib.
Şirkətin nümayəndəsi Devid Klark bildirib ki, 50 hektarlıq ərazinin minalardan təmizlənməsi nəzərdə tutulur:
“Gün ərzində təqribən 2-3 hektar ərazini minadan təmizləmək mümkündür. Torpağın tərkibindən asılı olaraq bu rəqəm dəyişə bilər”.
O qeyd edib ki, Azərbaycanda olduğu müddətdə bu sahədən olan yerli mütəxəssislərə minatəmizləmə maşınından istifadə qaydalarını öyrədəcək:
“Təqribən 6-8 mütəxəssisə təlim keçiriləcək və sonda onlara sertifikatlar veriləcək”.