Ağsaqqalsız, ağbirçəksiz həyatı təsəvvür etmək mümkün deyil. Onlar həyatı mənalandıran, ona rəng qatan, örnək verən, nümunə olan insanlardır. Onlar ahıllardır. Ahıl insan hər bir ailənin möhkəmliyi, dadı-duzu deməkdir. Cəmiyyət üçün də ahıl insan əvəzolunmazdır. Yaşlıların həyat təcrübəsindən, bilik və bacarıqlarından bəhrələnmək isə nəsillər arasında körpü yaratmaq, varislik əlaqəsini bərpa etmək baxımından çox zəruridir. Belə bir deyim vardır ki, gənclərin aynada görə bilmədiklərini, yaşlılar bir kərpic parçasında oxuyarlar. Onların zəngin həyat təcrübəsindən faydalanmaqdan əlavə biz onlara bir ömür sevgi borcluyuq. Bizi dünyaya gətirən, min bir əzab-əziyyətlərlə boya-başa çatdıran bu insanların qayğısına qalmaq, nazını çəkmək bizim şərəfli vəzifəmizdir.
44 günlük zəfər yürüşündən sonra 30 ilə yaxın düşmən tapdağında olan torpaqlarımız bizə qaytarıldı. Sanki bir qanadı qırılmış xəritəmiz igid oğullarımızın köməyi ilə, qanı ilə birləşdi, yenidən bərpa olundu. Haqq savaşında minlərlə igidimiz ömürlərinin ən gözəl çağını bu cənnətməkan torpağa qurban verdi. Torpağı Vətən edən şəhid qanı onu müqəddəsləşdirdi, gələcək nəsillər üçün daha da doğmalaşdırdı. Ölümləri ilə ölümsüzlüyə ucaldı onlar.
İkinci Qarabağ müharibəsində yeni tarix yazanlar sırasında Naxçıvan igidlərinin də payı oldu. Bu Vətən müharibəsində Naxçıvan torpağının ölümsüzlüyə ucalan şəhidlərindən biri də Güloğlan Nurəddin oğlu Qədimov olub. Bir bacısı və bir qardaşı olan Güloğlan 1997-ci il iyulun 17-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində dünyaya gəlmişdi. Səmimiyyəti, mehribanlığı, istiqanlılığı ilə seçilən sadə və zəhmətkeş ailənin övladı məhz bu xoş xasiyyətinə görə hamı tərəfindən sevilirdi.
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir.Tarixən bu müqəddəs diyar neçə-neçə ərənlər yetişdirib, qəhrəmanlar bəxş edib dünyaya. Bu yurd Şah İsmail Xətailərin, Babəklərin, Cavanşirlərin, Koroğluların, Mübarizlərin, Poladların Vətənidir. Azərbaycan xalqı bütün dövrlərdə belə qəhrəmanlar yetişdirmişdi və daim yetişdirəcək. Bu gün bütün dünyanın bəhs etdiyi II Qarabağ savaşı bir daha Azərbaycanın igidlər diyarı, qəhrəmanlar ölkəsi olduğunu sübut etdi. Alovuyla dostunu isidib, düşmənini yandıran Odlar yurdunun övladı qəhrəman olmaya bilməz və bu qəhrəmanlıq keçmişdən gələcəyə, nəsillərdən-nəsillərə ötürülür.
O, hər gün qürurla üzərində daşıdığı formasını geyinib işə gedirdi. İşdən asudə vaxt tapdıqda isə hərbi hissədə Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş guşənin qarşısında durub fikrə dalırdı. Acı təəssüf, kədər və qəzəb ilə şəkillərə baxanda hər dəfə sinəsinin sol tərəfindən qəribə bir ağrı başlayırdı. Bu şəkillər onu kədərləndirməklə yanaşı, həm də Vətən borcunu xatırladırdı. Hər gün özünə bu sualı verirdi: – Sən bu Vətən üçün nə etmisən?
Dekabr 2021 |
Copyright Şərq Qapısı © 2019. Bütün hüquqlar qorunur.
Designed by Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi.