22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Xətt izləyən robot” müsabiqəsi keçirilib. 

Təhsil nazirinin müavini Heyran Əhmədova muxtar respublikada təhsilin inkişafı istiqamətində atılan addımlardan, bu sahəyə göstərilən diqqət və qayğıdan danışıb. 

Müsabiqənin keçirilməsində məqsəd şagirdlərin texnologiya sahəsinə maraq və məlumatlılığını artırmaq, əldə etdiyi bilik və bacarıqlarla robot modellərinin dizaynı, qurulması, proqramlaşdırılması, idarə edilməsi metodlarını öyrətməkdən ibarət olub.
Müsabiqədə şəhər və rayon məktəblərinin VI-IX sinifləri üzrə 7 komanda olmaqla, ümumilikdə, 90 şagird müxtəlif sayda xətt izləyən robotla yarışmışdır. Müsabiqə 4 mərhələdə təşkil olunduğuna görə hər mərhələdə I, II, III yerə layiq görülən şagirdlər diplom və hədiyyələrlə, fəal iştirakına görə seçilən şagirdlər isə diplomla mükafatlandırılmışlar.
Qeyd edək ki, müsabiqə muxtar respublika üzrə bir mərhələdə təşkil edilmişdir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR