07 Dekabr 2024, Şənbə

Muxtar respublikada yaradılan infrastruktur turizmin müxtəlif sahələrinin inkişafına imkan verib. Son illərdə qış və dağ turizmində də mühüm canlanma müşahidə edilir. Odur ki, idmanın hava və ekstremal növləri ilə məşğul olanlar Naxçıvanda mövcud olan bu imkanlara maraq göstərirlər. Son bir neçə ildir ki, xarici ölkə alpinistləri muxtar respublikanın əzəmətli dağlarına maraqlı səfərlər edir, həmin anları sosial şəbəkələrdə paylaşırlar. Bu günlərdə isə yamac paraşütçüləri Naxçıvana səfər ediblər. Ağbulaq İstirahət Mərkəzində olan qonaqlar Ağbulağın uca dağlarından maraqlı uçuşlar həyata keçiriblər. “AirGame Paragliding” şirkətinin direktoru Fərid Məmmədov və digər idmançıların iştirakı ilə Ağbulaq İstirahət Mərkəzinin ardınca Əlincəqalanın zirvəsindən uçuşlar olub.

Ardını oxu...

“Naxçıvan” Universitetində “Naxçıvan Muxtar Respublikasında turizmin müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda elmi konfrans keçirilib.

Ardını oxu...

Yeni nəşrlər

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə qəzetin 100 illik yubileyi muxtar respublikamızda geniş şəkildə qeyd olunur. Yubiley tədbirləri ilə yanaşı, qəzetin ötən dövrdə fəaliyyəti ilə bağlı aparılmış araşdırmalar da böyük əhəmiyyəti ilə seçilir. Bu işdə qəzetin indiki yaradıcı kollektivinin əməyi danılmazdır. Təsadüfi deyil ki, yubiley ilində qəzet əməkdaşlarının bu istiqamətdə fəaliyyətinin nəticəsi olaraq yeni kitabları işıq üzü görür. Belə nəşrlərdən biri də qəzetin əməkdaşı, iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarovun “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində yeni nəşr olunmuş “Turizm “Şərq qapısı” qəzetinin səhifələrində. 1940-2021-ci illər” adlı kitabıdır. Onu da qeyd edək ki, kitab Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə dərs vəsaiti kimi çapa tövsiyə olunmuşdur. 

Ardını oxu...

Tarixin izi ilə

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın sosial-iqtisadi inkişafı, onun tarixinin və mədəniyyətinin öyrənilməsi həmişə dövlətimizin diqqət mərkəzində olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov AMEA Naxçıvan Bölməsinin əməkdaşları ilə görüşündə Naxçıvanın rayonlarının tarixinin yazılmasını mühüm vəzifə kimi qarşıya qoymuşdur. Arxeoloji araşdırmalar göstərir ki, Naxçıvan Azərbaycanın və Yaxın Şərqin ən qədim mədəniyyət mərkəzlərindən biri olmuşdur. 

Ardını oxu...

16-18 noyabr 2021-ci il tarixlərdə Qətərin paytaxtı Doha şəhərində “Qatar Travel Mart” sərgisi keçirilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Turizm Departamentində “Naxçıvan” Universitetinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan IV kurs tələbələri üçün 2020-2021-ci tədris ilinin payız semestrindəki istehsalat təcrübəsinə həsr olunmuş başlanğıc konfransı keçirilmişdir.
Konfransı giriş sözü ilə departamentin direktoru Əkbər Novruzov açaraq bildirmişdir ki, ali məktəb tələbələrinin tədris prosesinin vacib istiqamətlərindən biri istehsalat təcrübəsidir. Bu təcrübələrin əsas məqsədi tələbələrin ilboyu auditoriyalarda əldə etdiyi nəzəri biliklərin təcrübə ilə vəhdətdə daha dərindən öyrənilməsi, onların peşəkar kadr kimi yetişməsindən ibarətdir.
Konfransda “Naxçıvan” Universitetinin müəllimi, təcrübə rəhbəri Ülviyyə Əliyeva və Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və Sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov çıxış etmişlər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılmış, turizm potensialını əks etdirən videoçarx nümayiş etdirilmişdir.

Xəbərlər şöbəsi

 

 

 

Gərgin iş həftəsindən sonra insana xoş, mənalı, unudulmaz istirahət anları bəxş edən Ağbulaq İstirahət Mərkəzinədir yolumuz. Müasir, geniş, rahat avtobusla Naxçıvanın sirli-sehrli təbiətini izləməkdən zövq alaraq hamar yollarla irəliləyirik üz tutduğumuz ünvana. Yolboyu keçdiyimiz kəndlərdə müşahidə etdiyimiz səliqə-sahman, müasir evlər, inzibati binalar, payız çalarlarıyla insanın qəlbini riqqətə gətirən təbiət mənzərələri könlümüzü oxşayır. Artıq görməyə səbirsizləndiyimiz ünvana – Ağbulaq İstirahət Mərkəzinə yetişirik.

Ardını oxu...

27 sentyabr Turizm İşçiləri Günüdür

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən hər il sentyabrın 27-si ölkə­mizdə “Turizm İşçiləri Günü” peşə bayramı kimi qeyd olunur.

Ardını oxu...

XX əsrin 50-ci illərindən başlayaraq dünyada sürətlə yayılmağa başlayan turizmin inkişafı bu sahənin geniş təbliğatı ilə mümkün olmuşdur. Turizm ehtiyatlarının və ümumilikdə, turizm potensialının öyrənilməsi ilə yanaşı, onların kütləvi təbliğatı da insanları səyahətlərə cəlb edən amillərdən biridir. Məhz buna görə də 100 illik yubileyi qeyd olunan “Şərq qapısı” qəzetinin də Naxçıvan Muxtar Respublikasında turizmin təbliğində çox mühüm xidmətləri olduğunu deyə bilərik. Belə ki, hələ keçmiş sovetlər dönəmində turizmin tamamilə dövlət inhisarında olduğu vaxt sərhədyanı bölgə olan Naxçıvana əcnəbi turistlərin səfərləri məhdudlaşdırılmış və qədim diyarın turizm ehtiyatları da istifadəsiz qalmışdı. Bununla belə, insanların yaşadığı diyarın sahib olduğu təbii gözəlliklərini, tarixi-mədəni zənginliklərini tanıtmaq, bununla fəxr etmək kimi vətənpərvər hissləri həmişə, hər fürsətdə özünü göstərirdi. Belə unikal imkanları isə hələ 70-80 il əvvəl öncül mətbuat orqanlarından biri olan  “Şərq qapısı” qəzeti yaradırdı. 

Ardını oxu...

Rusiya Federasiyasının Moskva şəhərində 7-9 sentyabr tarixlərdə 27-ci “OTDYKH Leisure Moscow” beynəlxalq sərgi və forumu keçirilib.
Azərbaycan, Moldova, Bolqarıstan, Belarus, Rusiya, Almaniya, İspaniya, Kipr, Misir, Tunis, Hindistan, Şri-Lanka, Çin, Yaponiya, Tailand, Tanzaniya, Braziliya, Kuba kimi 18 ölkə­dən 350-dən çox şirkətin iştirak etdiyi forum-sərgidə Azərbaycan tərəfindən “Azərbaycan Hava Yolları” QSC (AZAL), Azərbaycan Hotel Assosiasiyası, Azərbaycan Turizm Bürosu, Naxçıvan Muxtar Respublikası Turizm Departamenti, eləcə də 11 yerli turizm şirkəti iştirak edib.

Ardını oxu...

Yaxud 40 il əvvəldən bu günə qısa bir nəzər

Turizm XX əsrin fenomeni olmaqla, xüsusən 1950-ci illərdən sonra bütün dünyada geniş vüsət alıb. İkinci Dünya müharibəsinin sona çatması və yeni texnologiyaların insan həyatına sürətlə daxil olması ilə asudə vaxt və turizm məsələləri də artıq tez-tez gündəmdə olmağa başlayıb. Ozamankı dünyada iki ən güclü dövlətdən biri olmuş Sovet İttifaqının bir parçası kimi Azərbaycan Respublikası və onun tərkib hissəsi olmuş Naxçıvan MSSR-də yaşayan insanlar kommunist təbliğatı və gərgin sosializm yarışı mühitində azad səyahət və turizm-rekreasiya xidmətlərindən xeyli dərəcədə kənarda qalmışdı. Bundan əlavə, ölkənin ucqar bir bölgəsi kimi insanların Naxçıvana da səyahət imkanları zəif olub, diyarımızın zəngin turizm ehtiyatlarının cazibə gücü, nəinki turistlərə, heç özümüzə də məlum olmayıb. 

Ardını oxu...

Dövlət proqramı icra olunur


Turizm müasir dövrün ən çox diqqəti cəlb edən sosial-iqtisadi sahələrindən biridir. Çoxşaxəli inkişaf istiqamətlərinə malik olan bu sektor həm müxtəlif xalqlar arasında qarşılıqlı münasibətlərin formalaşmasına, həm insanların daimi və mövsümi məşğulluqlarının təmin edilməsinə, həm də iqtisadi tərəqqiyə təkan verir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Turizm sahəsi həm regionların inkişafı, həm də ki ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir”.

Ardını oxu...

Səkkiz mağaradan ibarət Biçənək mağaraları Naxçıvançay hövzəsinin yuxarı hissəsində, Biçənək kəndindən 3,2 kilometr şimalda, Dərələyəz silsiləsinin cənub yamacında 5,5-24 milyon il əvvəl yaranmış Miosen yaşlı süxurlar içərisində formalaşmışdır. Okean səviyyəsindən 2360 ilə 2378 metr hündürlüklər arasında yerləşən və qədim insanların yaşadıqları, daha böyük olan altı mağaranın üçü Biçənək dərəsinə perpendikulyar şəkildə Kaha dərəsinin sağında, digər üçü isə solunda yerləşir. Mağaraların yerləşdiyi antiklinoriumun cənub qanadı cənub-qərbə doğru 210-250 dərəcə, şimal qanadı isə şimal-şərqə doğru 50-70 dərəcə azimut istiqamətində uzanır. Cənub qanadın meyilliyi 20 dərəcə, yuxarı hissədə 90 dərəcədə, bəzi hissələrdə isə asılı yamac təşkil edir. Yamacların həddindən artıq meyilli olması qədim insanların burada qorunmasına, onlardan sığınacaq kimi istifadə etməsinə şərait yaratmışdır.

Ardını oxu...

Yurd sevgisi 


Kimsənin bilmədiyi milyon illər əvvəl bir bulaq qaynayırdı. Uca Yaradanın bu torpaqlara bəxş etdiyi ən gözəl sərvət olan göz yaşı kimi dumduru suyun dünyaya göz açdığı bu bulaq indiki kimi o vaxtlar da, sanki arxasındakı ləşkər dağların əzəməti qədər güclüydü. Bulaq o zamandan bu günədək özünün gur suyu ilə heç yorulub tükənmədən Xan Araza doğru tələsib, axırda yorğun düşsə də, sonda məcrasına sığınmış minlərlə insanın dilində yaşayan bir əfsanəyə döndü: Kükü dağının sərt sıldırımlı qayalarından ələnən şəlalənin gözəlliyi ilə hamını qısqandıracaq Gurbulaq əfsanəsinə!

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Turizm Departamentinin birgə təşkilatçılığı ilə Naxçıvan Regional Peşə Tədris Mərkəzində keçirilən “Naxçıvan Muxtar Respublikasında mövcud olan turizm marşrutları üzrə bələdçilərin texniki-peşə biliklərinin təkmilləşdirilməsi” təlimi başa çatıb. Təlim Azərbaycan Turizm Bürosunun Sənaye Assosiasiyaları üzrə meneceri, Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının (WFTGA) beynəlxalq təlimçisi Səkinə Əsgərova tərəfindən aparılıb. Tədris müddətində müdavimlərə turizm marşrutları üzrə bölgələrin coğrafiyası, tarixi, iqtisadiyyatı, incəsənət və əsas mədəniyyət mərkəzləri, muzeyləri, maddi və mədəni tarixi-memarlıq abidələri, eyni zamanda bölgə əhalisinin etnoqrafik xüsusiyyətləri haqqında ətraflı məlumat verilib. Təlim iştirakçılarına bu sahədə fəaliyyət göstərən şəxslərin xarici dil biliklərinə, yüksək ünsiyyət qurma, səlis, işgüzar və mədəniyyətlərarası danışıq bacarığına, ölkənin coğrafiyası, tarixi və mədəniyyəti barədə ətraflı biliklərə, dünyagörüşünə malik olmasının əsasları və şərtləri izah edilib. Dörd gün davam edən təlimdə iştirakçılara “Kursun məqsədi və obyektləri”, “Turizm bələdçisinin rolu”, “Müxtəlif növ turlarda bələdçilik fəaliyyəti”, “Bələdçi mətninin strukturu”, “Səs, sözlərdən istifadə, sualların idarə edilməsi”, “Turizm məhsulu və turizm marşrutunun inkişaf etdirilməsi”, “Gəzinti və avtobus turunda beynəlxalq standartlar” mövzularında seminarlar tədris olunub, Naxçıvan Muxtar Respublikası üzrə tematik, muzey, gəzinti və avtobus turları üzrə praktik məşğələlər təşkil edilib. Qeyd edək ki, sonda təlimi uğurla başa vuran iştirakçılara şəhadətnamə və dinləyici sertifikatları təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidməti

Dünən Naxçıvan Regional Peşə Tədris Mərkəzində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikası Turizm Departamenti və Azərbaycan Turizm Bürosunun birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasında mövcud olan turizm marşrutları üzrə bələdçilərin texniki-peşə biliklərinin təkmilləşdirilməsi” təliminin açılış tədbiri keçirilmişdir.

Ardını oxu...

Ölkəmizdə turizmin inkişaf üçün potensial cazibə gücünə malik olan istiqamətlərdən biri Naxçıvan-Zəngəzur-Şuşa turizm marşrutudur.

Həm beynəlxalq, həm də Azərbaycan daxili turizm səfərləri üzrə səyahət güzərgahlarında mühüm keçid məntəqəsi olan Zəngəzurdan bu məqsədlə istifadə uzun müddət istifadəsiz qalmış bu marşrutun imkanlarının reallaşdırılması ilə yanaşı, həm də 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin qazandıgı parlaq qələbədən sonra bölgədən uzunmuddətli sabitliyin yaradılması yolunda da maraqlı ideyadır. Turizmin bütün dünyadakı post-konfliktlər dövründə ən yaxşı sabitləşdirici, sosial-iqtisadi, humanitar inkişaf vasitəsi olması bu baxımdan, Naxçıvan-Zəngəzur-Şuşa turizm marşrutunun, ümumiyyətlə, Zəngəzur dəhlizinin gələcək perspektivlərini bir daha ortaya qoyur.

Ardını oxu...

Turizm hər zaman sosial, iqtisadi, mədəni və ekoloji əhəmiyyəti ilə seçilən mühüm fəaliyyət sahələrindən biri olmuşdur. Bu da onu dünyada ən sürətlə böyüyən və dinamik inkişaf edən sektorlardan birinə çevirmişdir. Bu sahənin inkişafı istər dövlətlərarası beynəlxalq əlaqələrin miqyasına, istər qarşılıqlı maliyyə axınına əsaslı təsir etmiş, istərsə də müxtəlif mədəni abidələrin, təbii gözəlliklərin kəşfinə və qorunmasına şərait yaratmışdır. Təqdirəlayiq haldır ki, son illər ölkəmiz dünyada yeni turizm istiqaməti kimi tanınmağa başlayıb, beynəlxalq turizm bazarına inteqrasiya təmin edilib. Artıq respublikamız turizmlə bağlı reytinq cədvəllərində də öndə gedən ölkələr sırasındadır. Prezident cənab İlham Əliyev turizmin əhəmiyyətini vurğulayaraq demişdir: “Turizm də ixracın bir növüdür, çünki turizm ölkəyə valyuta gətirir”. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası yüksək turizm potensialına malikdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə qəbul olunmuş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı” isə bu sahədə lazımi fəaliyyətin həyata keçirilməsinə imkan verib. Lakin dünya təcrübəsi göstərir ki, bu gün turizmdə ixtisaslaşmanın əhəmiyyəti gündən-günə artır. Çünki turizmin müxtəlif sahələri üzrə ixtisaslaşma turistlərin düzgün kateqoriyalara bölünməsi və yönləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Belə ixtisaslaşma turist məmnunluğunu təmin etməklə yanaşı, turistləri eyni bölgəyə növbəti dəfə gəlməyə də ruhlandırır.

Ardını oxu...

Muxtar diyarımızın kəndlərində yaradılmış unikal şərait – rahat yol, müasir infrastruktur obyektləri, hər şeydən əvvəl, burada kənd turizminin inkişafı üçün əlverişli imkanlar açıb. Bu baxımdan dilbər guşələrimizdən biri olan Şahbuz rayonundakı Ağbulaq İstirahət Mərkəzini, xüsusilə qeyd etmək lazımdır. 2013-cü ildən fəaliyyətə başlayan mərkəz kənddə turizmin inkişafına böyük təkan olub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “Naxçıvan” Universitetinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün 2020-2021-ci tədris ilinin yaz semestrində keçəcəkləri istehsalat təcrübəsinin başlanğıc konfransı keçirilib. 

Konfransı giriş sözü ilə departamentin direktoru Əkbər Novruzov açaraq istehsalat təcrübəsinin tələbələr üçün əhəmiyyətindən danışıb.

Ardını oxu...

Dünən Gənclər Fondunun dəstəyi, Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının təşkilatçılığı ilə ölkənin digər regionlarından və xarici ölkələrdən universitetdə təhsil alan tələbələrin Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinə ekskursiyası təşkil olunub. 

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun “Naxçıvan” Universiteti Tələbə-Gənclər Təşkilatının təşkilatçılığı ilə “Naxçıvan” Universiteti tələbələrinin Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi ilə tanış olmaları üçün ekskursiyası təşkil edilmişdir.
Əvvəlcə Gənclər Fondunun əməkdaşı Xanım İbrahimova və “Naxçıvan” Universitetinin metodisti Sənan Əhmədov çıxış edərək muxtar respublikada gənclərə göstərilən dövlət qayğısından və onların asudə vaxtlarının səmərəli təşkil edilməsi məqsədilə görülən işlərdən danışıblar. Ekskursiyanın gənclərin Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi ilə tanış olmaları və tələbələrin asudə vaxtlarının mənalı təşkili məqsədilə keçirildiyi qeyd edilib.

Ardını oxu...

Dünən Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti və “Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu” publik hüquqi şəxsin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının turizm potensialının təbliğində gənclərin rolu” mövzusunda tədbir keçirilmişdir. Ağbulaq Xizək Mərkəzində keçirilən tədbirdə “Naxçıvan” Universitetinin Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələri iştirak etmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Turizm Departamentində “Naxçıvan Muxtar Respublikasında daxili turizmin inkişafı” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov açaraq muxtar respublikanın turizm potensialı haqqında ətraflı məlumat verib.
Tədbirdə çıxış edən Ağbulaq Xizək Mərkəzinin müdiri Fərid Seyidov bildirib ki, Şahbuz rayonunun Ağbulaq kəndi ölkəmizdə kompleks turizm infrastrukturunun tətbiq olunduğu ilk kənddir. Əlverişli təbii-coğrafi şəraiti burada turizmin bir çox növünün inkişafına imkan verir.

Ardını oxu...

Təxminən, 1 il bundan əvvəl turizmlə bağlı yazılarımızın birində belə bir statistikaya müraciət etmişdik: Ümumdünya Turizm Təşkilatı 2017-ci ildə dünya turizm bazarının növbəti təhlilindən sonra belə qənaətə gəlmişdi ki, 2020-ci ildə turizm gəlirləri 2 trilyon dollara çatacaq və bunun 20 faizi kənd turizminin payına düşəcək. Lakin dünyanı bürümüş məlum pandemiya dalğası bütün proqnozları alt-üst etdi. Bundan ən çox ziyan çəkən sahə isə, təbii ki, turizm oldu. Doğrudur, bu gün hər bir ölkə özlüyündə pandemiya ilə mübarizənin başa çatacağı günü səbirsizliklə gözləsə də, turizmin inkişafı üçün prosesin digər ölkələrdə də başa çatması zəruri şərtlərdən birinə çevrilib. Ancaq maraqlı məqamlardan biri odur ki, indiki dövr ölkələr üçün həm də turizm hazırlığı baxımından diqqət çəkir. Hətta müxtəlif vasitələrlə ölkəsindəki maraqlı təbiət zonalarına turist qəbulu üçün reklam verən turizm operatorları da az deyil. 

Ardını oxu...

Resurslara doğru gedildikcə o, sərvətə, xəzinəyə çevrilir

Qədimliyi və təbii gözəllikləri ilə hər zaman qürur duyduğumuz Naxçıvanımız bir-birindən səfalı, bənzərsiz, hər fəslinin öz füsnu ilə bu yerlərə gələnlərdə, bu gözəllikləri görənlərdə unudulmaz təəssüratlar yaradır. İnsanın təsəvvürünə belə, gətirmədiyi təbii, zəngin gözəlliklərlə əhatə olunan, onu yalnız görəndən sonra, doğrudan da, İlahinin bir möcüzəsi olduğunu təsdiqlədiyimiz bölgələrimizdən biri də Ağbulaqdır. Enişində saf, şaqraq ağ bulaqları ilə yuxarılara doğru qalxdıqca ağ buludları birləşən, dağları kəndə arxa, torpağı insanlarına dayaq olan bu qədim yurd yeri, həqiqətən, bir İlahi bəxşişidir. Şəfalı buz suları, təmiz havası, bol nemətli dağı-daşı, min bir dərdə dərman gül-çiçəkli düzləri ilə Ağbulaq bir təbiət ensiklopediyasıdır, desək, yanılmarıq...

Ardını oxu...

Müasir insan həyatının mühüm tərkib hissəsi asudə vaxtdır. İş və ev qayğılarından sonra məhz asudə vaxtın səmərəli keçirilməsi isə turizm və rekreasiya kompleksinin əsas vəzifələrindən biridir. Sosial-mədəni infra­struktur kimi həyat keyfiyyətinə birbaşa təsir edən bu kompleksin zənginliyi isə ölkənin iqtisadi inkişaf səviyyəsindən və insanların mədəni istirahətə verdiyi önəmdən çox asılıdır.   

Ardını oxu...

Son illər Azərbaycan iqtisadiyyatının digər sahələrində olduğu kimi, turizm sektorunda da inkişaf tendensiyası özünü qabarıq şəkildə göstərir. Ümumiyyətlə, turizm sektoru ölkəmiz üçün bir neçə cəhətdən – iqtisadiyyatın güclənməsi, bölgələrin inkişafı və Azərbaycanın bütün dünyada tanınması baxımından səciyyəvidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Turizm sahəsi həm regionların inkişafı, həm də ki, ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir”.

Ardını oxu...

Şahbuz şəhərindən burulub gedən yol bizi Ağbulaq kəndinə aparır. Qış özü ilə gətirdiyi gözəllikləri buradakı daşlara, dağlara, ağaclara bağışlamaqda heç xəsislik eləməyib. Bu mənzərə bəzən adamı qarışıq duyğularla baş-başa qoyur, bəzənsə, bu gözəlliklərin fonunda səssiz-səmirsiz yolu seyr etməyə vadar edir.

Ardını oxu...

Azərbaycanda qeyri-neft sektorunun inkişafına güclü təkan verən sahələrdən biri də turizm sektorudur. Son illər ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, daxili sabitliyi respublikamıza turist axınını şərtləndirən əsas amillərdəndir. Azərbaycanın coğrafi baxımdan əlverişli məkanda yerləşməsi, flora və fauna növlərinin müxtəlifliyi, Xəzər dənizi, infrastruktur təminatının yaxşılaşdırılması ölkəmizin turizm imkanlarını daha da artırır. Regionlarımızda, o cümlədən Naxçıvan Muxtar Respublikasında da turizmin müxtəlif növlərini – biznes, istirahət, sağlamlıq, idman turizmlərini inkişaf etdirmək üçün hər cür şərait yaradılıb.

Ardını oxu...

Turizm müasir dünyada qlobal əhəmiyyətə malik olan sahə kimi sosial və iqtisadi əlaqələri tənzimləyir, müxtəlif ölkələr və xalqlar arasında qarşılıqlı münasibətlər yaradır. Həmçinin müasir turizm bu gün biznes maraqlarının əhatə dairəsini genişləndirməklə iqtisadiyyatın dinamik inkişaf edən sahələrindən birinə çevrilib. Yeni iş yerlərinin açılmasında, əhalinin səmərəli məşğulluğunun təmin edilməsində də turizmin mühüm rolu vardır. Ümummilli liderimiz Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıdandan sonra bu sahəni diqqət mərkəzində saxlamış, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin təşkilatçılığı ilə Ordubad şəhəri üzrə piyada mar­şrutunun proqramına əsasən “Turizm könüllüsü” layihəsinın iştirakçıları üçün ekskursiya təşkil olunub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Turizm Departamentində sanitariya və gigiyena sertifikatlarının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin direktoru Əkbər Novruzov açaraq bildirib ki, Turizm Departamentində də pandemiya dövründə onlayn fəaliyyət davam etdirilib. “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın pandemiya dövründə onlayn formada icrası üçün kompleks iş aparılıb. Reklam-informasiya materiallarının hazırlanmasına diqqət artırılıb, sosial şəbəkələr vasitəsilə fəaliyyət gücləndirilib. Naxçıvan Muxtar Respublikasının turizm loqosu hazırlanıb və təqdimat mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikasının turizm potensialı Naxçıvan Turizm İnformasiya Mərkəzinin sosial şəbəkələrdəki səhifə, qrup və kanallarında təbliğ edilib. Həmçinin kadr hazırlığı da diqqətdə saxlanılıb, mütəmadi olaraq onlayn konfrans və görüşlər keçirilib.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən hər il sentyabrın 27-si ölkəmizdə “Turizm İşçiləri Günü” peşə bayramı kimi qeyd olunur.

Turizm dünyanın bir çox ölkələrində ümumdaxili məhsulun formalaşmasında, yeni iş yerlərinin yaradılmasında və əhalinin məşğulluğunun təmin edilməsində, xarici ticarət balansının gücləndirilməsində iqtisadiyyatın əsas sahəsi kimi götürülür. Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən və zəngin təbii resurslara malik olan Azərbaycanda da bu sahənin inkişafı diqqət mərkəzindədir.
Ölkəmizdə turizmin inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ötən əsrin 70-ci illərindən başlayaraq ölkə turizminin əsaslı inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirmişdir. Məhz bu illərdə Azərbaycanda turizm təşkilatları və ekskursiya bazalarının geniş şəbəkəsi yaradılmış, müasir mehmanxanalar, ictimai və əyləncə obyektləri inşa olunmuşdur. Ölkəmiz müstəqillik qazandıqdan sonra dövlət turizm siyasətinin tənzimlənməsi sahəsində mühüm hüquqi baza yaradılmış, 1999-cu ildə “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.

Ardını oxu...

Bu gün muxtar respublika sürətli inkişaf və tərəqqi dövrünü yaşayır. Həyata keçirilən kompleks islahatlar, aparılan geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat müasir Naxçıvanın əsas inkişaf göstəricisidir. Xüsusilə sosial-iqtisadi inkişaf ilə bağlı mərhələli Dövlət proqramlarının qəbulu və icra olunması Naxçıvanda bütün sahələrdə sürətli inkişafı təmin edib. Sosial-iqtisadi inkişaf, yüksək həyat şəraiti və sabitlik isə özlüyündə müasir dövrümüzün ən gəlirli sahələrindən olan turizmin də inkişafını təmin edib. Turizm potensialının beynəlxalq aləmdə tanıdılması, habelə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Qəbul edilən Dövlət proqramlarının uğurlu icrası muxtar respublikanı həm də turizmin inkişaf etdiyi diyara çevirib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən “Naxçıvan Muxtar Respublikasında daxili turizmin inkişaf perspektivləri” mövzusunda onlayn konfrans keçirilib. Onlayn tədbirdə Departamentin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov çıxış edərək bildirib ki, Naxçıvan qədim dövrlərdən başlayaraq səyyahları, alimləri, tədqiqatçıları özünə cəlb edən bir məkan kimi tanınır. Naxçıvan Muxtar Respublikasının coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, təbii bulaqları, mineral və müalicəvi suları, qədim tarix-memarlıq və mədəniyyət abidələri turizmin inkişafı üçün əlverişli şərait yaradır.

Ardını oxu...

Daxili turizmə diqqətlərin artdığı hazırkı şəraitdə yerli səyahət həvəskarlarımız da muxtar respublikamızın müxtəlif turizm-rekreasiya məkanlarına ciddi maraq göstərirlər. Builki turizm mövsümündə naxçıvanlıların asudə vaxtının mənalı keçməsi üçün çimərlikdən müalicə mərkəzlərinə, uca dağ yaylalarından müasir parklara, bütün dünyada məşhur olan tarixi yerlərdən ucqar dağ kəndlərinədək, demək olar ki, hər yerdə insanlara zəngin təəssürat vəd edən istirahət, əyləncə və tanışlıq məkanlarına səyahətlər üçün yeni fürsətlər yarandı. Bu dövrdə muxtar respublikamızda fəaliyyət göstərən turoperator və həvəskar turistlərin alternativ istiqamətlərə olan marağı bir sıra yeni turizm marşrutlarının da populyarlığını ortaya qoyur. Naxçıvan-Kükü-Gurbulaq turizm marşrutu da bir sıra cazibədar xüsusiyyətlərinə görə belə turizm marşrutlarındandır. 

Hər il turizm mövsümündə, xüsusən qızmar yay günlərində Şahbuz dağlarına istirahət üçün gələnlərin sayında artım olur. Rayonun kəndlərində turistlərin yerləşdirilməsi üçün hosteltipli evlərin yaradılması, kənd infrastrukturunun buna çox əlverişli olması və şübhəsiz, buradakı bənzərsiz landşaft gözəllikləri ilə təbii-iqlim ehtiyatları buna təsir edən əsas amillərdəndir. Şahbuzun iri yaşayış məntəqələrindən olan Kükü kəndinə üz tutan qonaqların da əsas motivləri məhz bunlardır.
Naxçıvan şəhərindən, təxminən, 50, rayon mərkəzi Şahbuz şəhərindən 12 kilometr məsafədəki Kükü kəndi dəniz səviyyəsindən 1900-2100 metr yüksəklikdə, Naxçıvançayın ən böyük qollarından biri olan Kükü çayının yatağında yerləşir. Bu kənd haqqında danışarkən bir çoxlarının nəzərində gursulu bumbuz bulaqlar, sərt qayalar, yaşıl çəmənlər və bir də bal kimi şirin, dadlı alma sortlarının yetişdiyi bağlar canlanır. Bununla yanaşı, qışın mülayim, yayın da sərin olduğu Kükünün iqlim resursları da insanları bu gözəl kəndə cəlb edən əsas faktorlardandır. Münbit qara torpaq örtüyü və kristal kimi şirin su ehtiyatları bu kəndin ərazisində təkcə almanın deyil, istənilən meyvə və tərəvəzin, hətta yabanı pencərlərin də minerallarla zəngin və özünəməxsus dad-tamlı olmasına imkan verir. Xüsusən yayın bu isti günlərində Küküdə bal-qaymaq dadıb, oğlaq ətindən kabab çəkən qonaqlar təbiətin bu torpaqdan heç nəyi əsirgəmədiyinə bir daha inanırlar.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri iqtisadiyyatın xammal bazası olmaqla yanaşı, həm də turizm potensialını formalaşdırır. Sovetlər Birliyinin tərkibində olduğumuz zaman bu potensialın qısa müddətdə gəlirgətirən subyektlərindən istifadə olunsa da, burada lazımi infrastruktur yaradılmayıb. Yalnız müstəqilliyimizin bərpasından sonra bütün ölkəmizdə olduğu kimi, qədim diyarımızda da xalqımız öz sərvətlərinin sahibi olub. 

Ardını oxu...

Mövcud pandemiyanın bütün dünya ölkələrində davam etdiyi bir şəraitdə turizmin inkişafı da maraqdoğuran məsələlərdəndir. Bu istiqamətdə bir çox dövlətlərdə olduğu kimi, ölkəmizdə də daxili turizmin inkişafı perspektiv məqsədlər arasında yer almaqdadır. Cari ildə iyun ayından başlayaraq sosial məsafə şərtləri daxilində turların təşkilinə başlanılması muxtar respublikamızda daxili turizm üzrə mövcud resurslarımızdan maksimum istifadə məsələlərini gündəmə gətirir. Çünki turizm və rekreasiya istənilən şərtlər daxilində hər bir insanın əsas tələbatlarından biridir. 

Ardını oxu...

Mövcud pandemiyanın bütün dünya ölkələrində davam etdiyi bir şəraitdə turizmin inkişafı da maraqdoğuran məsələlərdəndir. Bu istiqamətdə bir çox dövlətlərdə olduğu kimi, ölkəmizdə də daxili turizmin inkişafı perspektiv məqsədlər arasında yer almaqdadır. Cari ildə iyun ayından başlayaraq sosial məsafə şərtləri daxilində turların təşkilinə başlanılması muxtar respublikamızda daxili turizm üzrə mövcud resurslarımızdan maksimum istifadə məsələlərini gündəmə gətirir. Çünki turizm və rekreasiya istənilən şərtlər daxilində hər bir insanın əsas tələbatlarından biridir. 

Ardını oxu...

Turizm dünyada sürətlə inkişaf edən iqtisadi sektorlardan biridir. Ölkəmizdə də bu sahənin inkişafına xüsusi diqqət yetirilir. Mehmanxanalar, istirahət kompleksləri inşa edilir, keçirilən idman yarışları, musiqi festivalları, mədəniyyət tədbirləri, simpoziumlar və digər beynəlxalq tədbirlər ölkəyə gələn turistlərin sayını ildən-ilə artırır. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası da füsunkar təbiəti, tarixi abidələri, müasir infrastrukturu ilə yerli və xarici turistlərin marağını cəlb etməkdədir.

Ardını oxu...

Kipr iyunun 9-dan başlayaraq digər ölkələrlə aviaəlaqəni bərpa edəcək.

Bunu ölkənin Nəqliyyat, Kommunikasiya və İctimai İşlər naziri Yannis Karusos deyib.

O bildirib ki, iyunun 1-dən ölkədə hotellər fəaliyyətə başlayacaq.

Ardını oxu...

“18 May – Beynəlxalq Muzeylər Günü” münasibətilə Naxçıvan Dövlət Xalça Muzeyində onlayn ekskursiya keçirilib. Ekskursiyanı muzeyin bələdçisi Sevinc Səbzəliyeva aparıb.

Ardını oxu...

Qədim Naxçıvan özünün bənzərsiz turizm-rekreasiya ehtiyatları ilə həmişə buraya səyahət edən turistlərin diqqətini cəlb edir. İstər təbii, tarixi-mədəni, istərsə də sosial-antropoloji resurslar baxımından Azərbaycanın bu qədim diyarında turistlərin diqqətini çəkəcək çox geniş məzmunlu turizm ehtiyatları vardır. Naxçıvana səyahət edən turistlər buraya ilk ayaq basdığında, sanki bütün dünyadan daha fərqli məkana düşdüklərini, insan, təbiət və tarix anlayışının bir ahəngdə bir-birini çox gözəl tamamladığını öz gözləri ilə görürlər. İntensiv sosial-iqtisadi həyatın yaratdığı gərginliklərdən azad olmaq, mənəvi zənginliyə qovuşmaq və sağlamlığı bərpa etmək istəyən turistlərin də tələbatları budur.

Ardını oxu...

Ümumilikdə görülən qabaqlayıcı tədbirlər və vaxtında atılan addımlar belə deməyə əsas verir ki, koronavirus pandemiyasından sonrakı dövrdə Naxçıvan Muxtar Respublikasında turizm sahəsi öz əvvəlki vəziyyətinə qayıdacaq və turist axını dinamik artımla davam edəcək.

“Naxçıvan” Universitetinin mətbuat xidmətindən bildirilib ki, bu fikirlər “Naxçıvan” Universitetinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin və Türkiyə alimlərinin iştirakı ilə “Koronavirus pandemiyasından sonra turizm sahəsində görüləcək tədbirlər və fürsətlərin araşdırılması: Naxçıvan modeli” mövzusunda keçirilən telekonfransda səsləndirilib.

Ardını oxu...

“Naxçıvan” Universitetinin təşkilatçılığı ilə Türkiyə və Azərbaycanın bir sıra ali təhsil ocaqlarının müəllimləri, turizm sahəsi üzrə mütəxəssislər arasında “Koronavirus pandemiyasından sonra turizm sahəsində görüləcək tədbirlər və fürsətlərin araşdırılması: Naxçıvan modeli” mövzusunda onlayn konfrans keçirilib.

Ardını oxu...

Yeni növ koronavirus (COVID-19) böhranı getdikcə zəiflədiyindən Böyük Çin səddinin turistlər üçün olan hissələri yenidən fəaliyyətə başlayır.

Ardını oxu...

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq muxtar respublikada həyata keçirilən mühüm tədbirlər nəticəsində əldə olunmuş davamlı inkişaf, aparılan genişmiqyaslı quruculuq işləri qədim diyarın simasını dəyişmiş, turizmin inkişafına yeni imkanlar yaratmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə qəbul olunmuş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Pro­qramı” bu sahədə yeni mərhələnin əsasını qoymuşdur.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR