27 Aprel 2024, Şənbə

Gündən-günə çiçəklənən, böyük nailiyyətlərə imza atan qədim Naxçıvanda turizmin inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2018-ci il 29 noyabr tarixli “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” Sərəncamı da doğma diyarımızda bu sahədə görülən kompleks tədbirlərin tərkib hissəsidir.

Turizm ehtiyatlarımızın gizli qalmış potensialının üzə çıxarılmasına əsaslı töhfə

Həmin sərəncama əsasən muxtar respublikanın füsunkar bölgələrindən biri olan Şahbuz rayonunda yaradılacaq Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi kənd turizminin inkişafını daha da sürətləndirəcək, ona yeni çalarlar qatacaqdır. Dövlət sənədində qeyd olunduğu kimi, əlverişli təbii-coğrafi şəraiti və havası, zəngin flora və fauna ehtiyatı olan, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən Ağbulaq kəndi kənd turizmi üçün böyük potensiala malik olduğuna görə ötən illər ərzində burada mühüm tədbirlər həyata keçirilib. Ağbulaq kəndində fasiləsiz elektrik enerjisi ilə təminat, təbii qaz xəttinin, telefon rabitəsinin və internetin mövcudluğu, yeni yolun çəkilməsi, məktəb binasının, kənd və xidmət mərkəzlərinin, tibb məntəqəsinin tikilib istifadəyə verilməsi kəndin turizm imkanlarını xeyli artırıb, Ağbulaq İstirahət Mərkəzi yaradılıb. Kənddə ekoloji cəhətdən təmiz qida məhsullarının istehsalı üçün də tədbirlər görülüb, meyvəçilik, tərəvəzçilik, arıçılıq və heyvandarlıq inkişaf etdirilib.

Ağbulaqda turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər 2018-ci ildə də davam etdirilib, kənddəki evlər yenidən qurulub, dam örtükləri və fasadlar yenilənib, turistlərin qəbulu üçün lazımi kommunal-məişət şəraiti yaradılıb, təsərrüfat binaları tikilib. Bundan əlavə, kənddə Ağbulaq Xizək Mərkəzinin yaradılmasına başlanılıb.

Ardını oxu...

2013-cü ildə istifadəyə verilən istirahət mərkəzi kənddə həmin ildən turizmin inkişafına şərait yaradıb. Mərkəz 3 yaşayış korpusundan və yeməkxana binasından ibarətdir. İkimərtəbəli və 56 yerlik korpuslarda, ümumilikdə, 38 otaq mövcuddur. Otaqlarda istirahət üçün hər cür şərait yaradılıb, havalandırma sistemləri quraşdırılıb və sürətli internetlə təchiz edilib. İstirahət mərkəzində kənd məhsullarının satışı mağazası da vardır ki, burada turistlərə ekoloji cəhətdən sağlam və yüksəkkeyfiyyətli məhsullar təklif olunur. Kompleksin ərazisinə 2 kilo­metr məsafədən uzunömürlülüyün sirrini gözyaşı kimi şəffaf sularına hopduran büllur bulaqlardan su xətti də çəkilib.
İllərdir ki, yayın istisindən yayınmaq, yazın-payızın gözəlliyini duymaq istəyən yüzlərlə turist axışır bu gözəl məkana. Və onların hər biri buradan evlərinə unudulmaz təəssüratla, yenidən bu doyumsuz təbiəti görmək arzusu ilə qayıdırlar.
Ağbulaq kəndinin turizm potensialını yüksək qiymətləndirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov mərkəzin açılış mərasimində deyib: “Ağbulaq kəndində istirahət mərkəzinin yaradılması təsadüfi deyil. Hələ keçmiş Sovetlər Birliyi dövründə bu kənddə məktəblilərin yay düşərgələri təşkil olunurdu. Bu, o dövrdə həyata keçirilən mühüm tədbirlərdən biri idi. Bu gün müstəqil Azərbaycanda da xidmət sahələrinin inkişafına, yeni istirahət komplekslərinin tikilməsinə və turizm infrastrukturunun təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi yolun dövlət başçısı tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda hərtərəfli sosial-iqtisadi inkişafa nail olunmuş, sabitlik təmin edilmişdir. Bütün bunlar ölkə­mizdə yay və qış turizminin inkişafını daha da sürətləndirir. Ağbulaq ­İstirahət Mərkəzində də yay və qış turizminin inkişafı üçün əlverişli şərait vardır”.

Ardını oxu...

Turizm hər bir ölkə üçün iqtisadiyyatın dinamik inkişaf edən sahələrindən biri sayılır. Çünki turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə tərəqqi edən iqtisadi sektora çevrilib. Həmin sektorun davamlı olaraq genişlənməsi bu sahəni sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir. 

Son illərdə Naxçıvan Muxtar Respublikasında da bu sahənin inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilir, müasir turizm infrastrukturunun yaradılması istiqamətində uğurlu addımlar atılır. Bu il muxtar respublikamızda turizm işinin təkmilləşdirilməsi, həmin sahənin gələcək perspektivlərinin müəyyənləşdirilməsi üçün qəbul edilən hüquqi sənədlər isə turizm quruculuğu istiqamətində görüləcək işlərin ümumi məzmununu özündə əks etdirir.
Məlum olduğu kimi, bu ilin aprel ayında muxtar respublikada mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə Nax­çıvan Muxtar Respublikası Ali Məclisi ­Sədrinin müvafiq Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti yaradılıb. Ali Məclis Sədrinin 2018-ci il 9 oktyabr tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti haqqında Əsasnamə” təsdiq olunub. Əsasnamədə departamentin hüquq və vəzifələri ilə yanaşı, fəaliyyət istiqamətləri də öz əksini tapıb.
Qeyd edək ki, Turizm Departamentinin yaradılması muxtar respublikada turizm sahəsində görüləcək işlərə yeni yanaşmanı ortaya qoyur. Məsələn, əvvəllər turizmlə bağlı görülən işlər mədəni sahədə həyata keçirilən tədbirlərin bir hissəsini təşkil edirdisə, bu gün artıq turizm sektorunun inkişafını həyata keçirən müstəqil bir qurum – Turizm Departamenti var. Departamentin Əsasnaməsinə nəzər salsaq, görərik ki, qurumun fəaliyyətində əsas istiqamət turizm sahəsində müvafiq dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etməkdir.

Ardını oxu...

Muxtar respublikamıza səyahət edən əcnəbi turistlərin sayı artdıqca qədim və zəngin tarixi, özünəməxsus müasir inkişaf yolu, ecazkar təbiəti və qonaqpərvər insanları ilə seçilən bu qədim diyar haqqında xarici ölkə­lərin mətbu orqanlarında, rəsmi saytlarında və sosial şəbəkələrdə yayımlanan bir-birindən maraqlı səyahət təəssüratlarının da sayı çoxalır.
Bu yaxınlarda Əlincəqalada olan nigeriyalı səyyah Yoliandri Susilo burada çəkdiyi videogörüntünü özünün “Facebook” səhifəsində paylaşıb. Qala haqqında kadrarxası məlumat verən nigeriyalı qonaq buranın “Azərbaycanın Maçu-Pikçusu” adlandırıldığını vurğulayır. “Qala xarabalıqlar üzərində yenidən qurulub. Orta əsrlərdə bura Atabəylər dövlətinin iqamətgahı və ən güclü, böyük qalalarından olub. Azərbaycana məxsus olan Naxçıvanda dağın zirvəsində yerləşir. Qalaya qalxmaq üçün 35-45 dəqiqə lazımdır. Bu qalanı fəth etmək istəyən yadellilər, o cümlədən 14-cü əsrdə yaşamış Əmir Teymur bunu bacarmayıb”, – Yoliandri Susilo sosial şəbəkədə belə yazıb. O həmçinin Əlincəqalanın yerləşdiyi dağlar və coğrafi mövqe haqqında da öz izləyicilərinə məlumat verib.
Qazaxıstanın “Crovn-Travel” turizm agentliyinə məxsus olan crovn_travel.kz adlı istifadəçi isə Duzdağ mağarası haqında öz səhifəsində geniş məlumatları və Naxçıvan televiziyasının hazırladığı videoçarxı yerləşdirib. Duzdağın müalicəvi əhəmiyyəti, postsovet ölkələri arasında ən faydalı müalicə mərkəzi olduğunu vurğulayıb. Duzdağda müalicə edilən xəstəliklərin siyahısı da burada yer alıb.

Ardını oxu...

Adətən, insanlar yay vaxtı dincəlməyi sevirlər. Çünki yayın isti günlərində insanların psixoloji olaraq istirahət etmək ehtiyacı digər fəsillərə görə daha çox olur. Eyni zamanda yay fəslində məktəblilərin tətilə və valideynlərin məzuniyyətə çıxması istirahətə yollanmağı daha əlverişli edir ki, bu da yayda istirahət edənlərin sayının çoxalmasına gətirib çıxarır. Ancaq unutmaq olmaz ki, hər fəsildə istirahət etmək arzusunda olanlar da var. Hətta bəziləri üçün payız və yaxud qışda dincəlmək, müxtəlif turizm bölgələrinə səfər etmək yaya görə daha əlverişlidir. Əslində, “yay, payız, qış turizmi” deyə bir turizm növü yoxdur. İnsan marağı sərhədsiz olduğundan istirahət etmək də bütün fəsillərdə mümkündür. Sadəcə, bu tələbatı ödəyə bilən, belə imkanları yarada bilən ölkələr və yaxud bölgələr var.
Azərbaycan, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası çoxqurşaqlı iqlimə malik olduğundan bizdə ilin bütün fəsillərində dincəlmək, istirahət etmək üçün şərait mövcuddur. Budur, artıq payız fəslinə qədəm qoymuşuq. Bu fəslin özünəməxsus gözəllikləri var. Naxçıvan da payızda öz gözəlliyinə bürünür. Bəs bu fəsildə yerli və xarici turistləri muxtar respublikamızda nə gözləyir? Ümumiyyətlə, bu qədim diyara payızda ayaq basan qonaqlar hansı imkanlardan yararlana bilərlər?

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən hər il sentyabrın 27-si ölkəmizdə “Turizm İşçiləri Günü” peşə bayramı kimi qeyd olunur.

Ardını oxu...

Müasir dünyada turizm inkişaf istiqamətlərinə və gəlirliyinə görə ən çox diqqəti cəlb edən sahələrdəndir. Mövcud potensialın qiymətləndirilməsi və istifadəsi əsasında daha çox turistin cəlb edilməsi turizmin əsas məqsədlərindəndir. Buna görə də müxtəlif turizm resurslarından istifadə hazırda bütün ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. Son illərdə dünyada müalicə məqsədli turizm səyahətlərinin artması bu sahənin inkişafına da yeni imkanlar açıb. Çünki insanlar üçün ən böyük nemət olan sağlamlığın qorunması gündən-günə daha da aktuallaşır. Ümumdünya Turizm Təşkilatının analoji olaraq hər il yayımladığı məlumatlarda da bu turizm növünün xidmətlərindən yararlananların sayının artdığı bildirilir. Hazırda bütün dünyada müalicə-sağlamlıq turizminin payı ümumi turizm dövriyyəsinin 14 faizinə çatıb.
Qeyd etmək lazımdır ki, müalicə turizmi resursları hər turizm bölgəsi üçün xas deyil. Burada təbii amillər böyük rol oynadığından bu turizm növünü hər yerdə inkişaf etdirmək də mümkün deyil. Lakin lazımi potensiala malik, eyni zamanda bu potensialdan səmərəli istifadə etməyi bacaran ölkələr və yaxud bölgələr üçün müalicə turizmi bu gün ən çox diqqət mərkəzində olan turizm növüdür. Bu baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası zəngin müalicə turizmi imkanları ilə seçilir.

Ardını oxu...

Bu yazını hazırlayarkən bir neçə il əvvəl mərkəzi mət­buat­da oxuduğum məqaləni xatırladım. Məqalədə deyilirdi ki, dünyanın inkişaf etmiş bəzi ölkələrinin büdcəsi turizm gəlirləri hesabına formalaşır. Bu fakt ilk baxışda mənə inandırıcı görünmədi. Sonrakı araşdırmalarımda bu qənaətin doğruluğuna inandım. Elə öz ölkəmizdə turizmin inkişafına göstərilən dövlət qayğısı, yeraltı və yerüstü sərvətlərlə zəngin olan respublikamızın dünya miqyasında həm də turizm potensialı baxımından tanıdılması başlıca amildir. Gətirdiyi gəlir də öz yerində... Azərbaycan Respublikasının müxtəlif bölgələrinin xarici turistlərin üz tutduqları ünvana çevrilməsi isə bu günün reallığıdır.
Qürurvericidir ki, həmin bölgələr içərisində Naxçıvan Muxtar Respublikası ön sıralardan birindədir. Bu gün sirr deyil ki, qədim diyarımızın hər bir bölgəsi genişmiqyaslı quruculuq tədbirləri hesabına ayrı büsatdadır. Onların hər biri müasir Azərbaycan rayonunun canlı nümunəsidir. Bu ünvanlar arasında Şahbuz rayonunun da öz yeri var. Şahbuz həm də təbii və füsunkar gözəllikləri ilə turizm üçün ən əlverişli ünvanlardan biridir. Bu da bir neçə amillə bağlıdır. Qeyd edək ki, bir şəhər, bir qəsəbə və 23 kənddən ibarət olan rayonda Şahbuz şəhəri və Badamlı qəsəbəsi ilə yanaşı, Kolanı, Kükü, Biçənək, Badamlı, Külüs kimi iri yaşayış məntəqələri, elə digər kəndləri də füsunkar təbiəti ilə bu ünvanlara üz tutanları heyran edir. Bütün kəndlərə müasir standartlara cavab verən yollar çəkilib. Ən ucqar yaşayış məntəqələrində belə, kompleks quruculuq tədbirləri həyata keçirilib, təhsil, mədəniyyət, səhiyyə, rabitə və digər infrastrukturlar üçün yeni binalar inşa edilib, onların maddi-texniki bazaları gücləndirilib. Sahibkarlığın, kənd təsərrüfatının inkişafına yaradılmış şərait insanların məşğulluğunu təmin edib, həm də onların yaşayış səviyyəsini yüksəldib.

Ardını oxu...

Bu il avqustun 29-da Böyük Britaniya vətəndaşı Paul Fişer Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. O, ölkəsinə qayıtdıqdan sonra “Facebook” və “Instagram” sosial şəbəkələrindəki səhifələrində Naxçıvan Muxtar Respublikası barədə  məlumatlar paylaşmışdır. Paul Fişer Naxçıvanın Nuh Peyğəmbərin vətəni olması ilə bağlı yazır: “Əfsanəyə görə, Nuh  Peyğəmbərin gəmisi  Ağrıdağı (Türkiyə ərazisində) istiqamətinə hərəkət etmiş, sonra Haçadağa dəymiş və dağın qayalıq zirvəsində haça yaranmışdır.  Naxçıvanın Nuh Peyğəmbərin vətəni olması iddia edilir. Şamın atasının ölümünü təsdiq  edən bir çox məzarlardan biri də burada inşa olunmuşdur”.

Ardını oxu...

Muxtar respublikamıza gələn turistlər bu fikirdədirlər

Tarixi minilliklərlə ölçülən qədim Naxçıvan torpağının bu gün hər qarışına vurulan yeni naxışların ecazkarlığı insanların mənəvi dünyasına sirayət edir, qələm sahibləri bu gözəlliklər qarşısında heyranlıqlarını gizlədə bilmir, yurdumuzun büsatına şeirlər yazır, nəğmələr qoşurlar. Günü-gündən gözəlləşən doğma diyarımız həm də böyük turizm potensialına malikdir. Burada turizmin inkişafı istiqamətində əhəmiyyətli tədbirlər görülməkdədir. Turistlər qonaqpərvərliklə qarşılanır, yüksək səviyyəli xidmətin, mehriban münasibətin şahidi olurlar. Bu da, təbii ki, doğma diyarımızdan yolunu salanların sayının ilbəil çoxalması ilə nəticələnir. Məlumat üçün bildirək ki, cari ilin 6 ayında Naxçıvana 195 min 886 turist gəlib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 391 nəfər çoxdur.
Qədim Naxçıvanın ecazkar təbiəti, tarixiliyi, həm də möhtəşəm inkişafı haqqında fikirləri əcnəbi vətəndaşların dilindən eşitmək, şübhəsiz ki, hər birimizdə fəxarət hissi ­doğurur.
Qədim diyarımız ilin bütün fəsillərində qonaqlı-qaralı olur. Biz də ara-sıra yolumuzu turizm məkanlarından salır, qonaqlarla görüşür, onların Naxçıvan haqqında təəssüratlarını öyrənirik. Ötən günlərdə söhbətləşdiyimiz insanların da bu barədə fikirləri ­maraqlı oldu.
Qazaxıstan vətəndaşı Arsakul Sadırkulova ikinci dəfədir ki, qədim diyarın qonağı olur. Onun dediklərindən:
– Naxçıvana ilk dəfə səyahət məqsədilə üç il bundan öncə gəlməyim yaxşı yadımdadır. Həmin vaxt gəzdiyim yerlərdə gördüklərim qədim torpaq barədə məndə böyük təəssürat oyatdı. Xüsusilə də buranın tarixi məkanları diqqətimi çəkdi. Belə ki, Əshabi-Kəhf ziyarətgahında olduğum zaman indiyədək mənə qaranlıq qalan suala aydınlıq gəldi. Həmin günədək dünyanın bir sıra ölkə­lərində yerləşən bu adda məkanlar tanıyırdım. Lakin müqəddəs kitabımız “Qurani-Kərim”də haqqında bəhs olunan Əshabi-Kəhflə həmin məkanların fərqli cəhətləri çoxdur. Qədim diyarla tanışlıq zamanı illərdir, izinə düşdüyüm müqəddəs ziyarət ocağını tapdım. Və həmin gün əhd etdim ki, qismət olsa, nə vaxtsa, yenidən Naxçıvana qayıdacaq, Əshabi-Kəhfi bir daha ziyarət edəcəyəm. Şadam ki, niyyətim qəbul olunub. Bu dəfə ailə üzvlərimlə gəlmişəm ki, onlar da bu məkanın möcüzəsini yaxından hiss etsinlər. Onu da deyim ki, Naxçıvan olduqca səliqəli, təmiz və abad məkandır. Buradakı sabitlik, qayda-qanun diqqətimi çəkdi. Əgər bir diyarda inkişaf gedirsə, o da, ilk növbədə, əmin-amanlıq sayəsində mümkün olur. Hər gün dünyanın bir sıra şəhərlərində insanlar qanunsuzluqla, özbaşınalıqla qarşılaşırlar. Lakin Naxçıvanda hara üz tutursan, səni mədəni şəkildə qarşılayıb, qonaqpərvərliklə yola salırlar.

Ardını oxu...

Müasir insanın əsas tələbatlarından biri olan turizm səyahətləri hər il dünya üzrə 1 milyard 200 milyondan artıq turistin səfər motivini yaradır. Bu motivlər turizm ehtiyatları, rekreasiya üçün yaradılmış infrastruktur və milli qonaq­pərvərlik üzrə dəyişilsə də, elə zəruri şərtlər vardır ki, bunlar, əslində, yeni dünyanın yeddi möcüzəsindən biri hesab edilən turizm səyahətlərinə yollanmağın əsas səbəblərindəndir. Hər il 450 minə yaxın turistin səfər etdiyi qədim və müasir Naxçıvan da turistlər üçün belə cazibədar xüsusiyyətlər ilə zəngindir. Praktika göstərir ki, çox zaman səfərə hazırlaşan turistlərə onları səyahətə cəlb edə biləcək belə səbəblər barədə əvvəlcədən məlumat verməkdə çox fayda var. Bəs bu səbəblər hansılardır? 

Təhlükəsizlik hər bir səyahət zamanı ən vacib məsələdir. Şübhəsiz, yol çantasını götürüb bilinməyənlərə doğru səfərə çıxan hər bir adamın evinə sağ-salamat qayıtması onu gözləyənlərin ən böyük arzusudur. Düzdür, turistlər səyahət müddəti boyunca onlara yad ölkədə rast gələ biləcək hər cür riskli hallardan sığortalansalar da, yaxşısı budur ki, belə hallar heç baş verməsin. Turistin əşyasını, pulunu, yaxud sənədlərini itirməsi, hansısa bir qəza halında çıxılmaz vəziyyətə düşməsi və ya sadəcə, hansısa bədniyyətli insanların xoşagəlməz hərəkətləri ilə rastlaşması dünya ölkə­lərinə səyahətlər zamanı tez-tez rast gəlinən hallardandır ki, bunlarla bağlı dünyanın aparıcı xəbər portallarında bu barədə çoxsaylı məlumatlara rast gəlmək olar. Amma bütün bunları eşidəndə düşünürsən ki, nəyə görə Naxçıvana səyahət edən turistlər, xüsusən əcnəbilər özlərini evlərindəki kimi hiss edirlər? Kifayət qədər həssas geostrateji mövqedə yerləşən Naxçıvanda həm yerli əhalinin, həm də turistlərin təhlükəsiz şəraitlə təmin olunması etibarlılıq baxımından, əslində, hər kəs üçün vacib amildir.

Ardını oxu...

Bu gün azad bazar iqtisadiyyatı sisteminin tələbləri çərçivəsində inkişaf edən muxtar respublikamızın beynəlxalq aləmə inteqrasiyası sahəsində mühüm addımlar atılır, dünya dövlətləri ilə iqtisadi əlaqələri genişləndirilir. Bu əlaqələrin mühüm bir istiqamətini də turizm təşkil edir. Hansı ki turizm bu gün artıq bütün dünyada ən gəlirli sahələrdən birinə çevrilib. Bu iqtisadi sektorun dünya təcrübəsi göstərir ki, inkişaf etmiş regionlarda dövlət və əhali gəlirlərinin 30 faizə qədəri turizm fəaliyyəti ilə bağlıdır. 

Son illərdə Naxçıvan Muxtar Respublikasında da bu sahənin inkişaf etdirilməsi prioritet istiqamətlərdən birinə çevrilib və həyata keçirilən tədbirlər ildən-ilə bu qədim diyara gələn turist sayının artması ilə müşahidə olunur. Xüsusilə 2016-cı il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində muxtar respublikada turizmin inkişaf etdirilməsi ilə bağlı keçirilən müşavirədə qarşıya qoyulmuş vəzifələrin icrasının uğurla davam etdirilməsi turizmin yeni inkişaf mərhələsinə qədəm qoymasına şərait yaradıb. Həmin müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Sabitlik, iqtisadi inkişaf, zəngin tarixi-mədəni irs, ekoloji cəhətdən təmiz qida məhsulları və yaradılan şərait Naxçıvanda turizmin inkişafını şərtləndirən əsas amillərdir. Muxtar respublikanın turizm potensialı bura səfər edən xarici ölkə vətəndaşları tərəfindən yüksək qiymətləndirilir. Bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın əsasını kənd təsərrüfatı və sənaye təşkil edir. Lakin mövcud turizm potensialı imkan verir ki, bu sahə də inkişaf etdirilsin. Turizmin inkişafı isə aid dövlət qurumları ilə yanaşı, həm də hər bir vətəndaşın, xüsusilə gənclərin üzərinə düşən əsas vəzifələrdəndir. Muxtar respublikanın tarixi, mədəniyyəti, coğrafiyası, müasir inkişafı və turizm potensialı haqqında məlumatların yayılması və təbliği hər kəsi düşündürməli, konkret tədbirlər həyata keçirilməlidir”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən 2018-ci ilin iyul ayında turizmin inkişafı istiqamətində ardıcıl tədbirlər görülmüş, reklam informasiya materiallarının hazırlanması və ekskursiya işi diqqətdə saxlanılmış, müxtəlif piyada marşrutları və səyahət paketlərinin hazırlanması istiqamətində iş aparılmışdır.
Təbliğat işində gənclərin fəallığının artırılması məqsədilə Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi”nin iştirakçılarına Naxçıvan Muxtar Respublikasının turizm potensialının tanıdılmasında gənclərin rolu” mövzusunda tədbir keçirilmişdir.
Naxçıvan Turizm İnformasiya Mərkəzinə müraciət edən turistlərin sorğuları aidiyyəti üzrə cavablandırılmış, mərkəzin sosial şəbəkələrdəki səhifələrinə muxtar respublikanın tanıdılması məqsədilə mütəmadi məlumatlar və fotoşəkillər daxil edilmişdir.

Ardını oxu...

Yaponiya vətəndaşları Ucidate Saki və Mutsuko Haseqava 28-29 iyul tarixlərində Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşlar. Muxtar respublikada olduqları iki gün ərzində onlar Əlincəqalanı, Qazançı körpüsünü, Möminə xatın və Yusif Küseyir oğlu türbələrini, Naxçıvanqalanı, Dövlət Xalça Muzeyini, Duzdağı, Qarabağlar Türbə Kompleksini və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət etmişlər. Muxtar respublikanın dağ kəndlərinə çəkilmiş yollar, Naxçıvan şəhərinin təmizliyi, xüsusilə tarixi abidələrin bərpası Yaponiya vətəndaşlarında böyük təəssürat yaratmışdır.
Ölkələrinə qayıtdıqdan sonra Mutsuko Haseqava öz “Facebook” sosial şəbəkəsində Naxçıvan Muxtar Respublikası barədə fotoşəkillər yerləşdirərək “Azərbaycanın gizli xəzinəsinə ekskursiya” başlıqlı yazı paylaşmışdır. Həmçinin o, muxtar respublika ilə bağlı hazırlanmış yeni videoçarxı da “Youtube” sosial şəbəkəsində yerləşdirmişdir.
“Azərbaycanın gizli xəzinəsinə ekskursiya” adlı paylaşımında Mutsuko Haseqava yazır: “Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası Ermənistan, İran və Türkiyə ilə sərhəddir. Mən ilk dəfə idi ki, Naxçıvana səfər edirdim. Lakin Naxçıvan təsəvvür etdiyimdən də gözəl yer, zəngin mədəni irsə malik olan diyardır. Əhalisi XIX-XX əsrlərdə baş vermiş çaxnaşmalara qalib gəlib. Hazırda özlərinin tarixi irslərini barpa edirlər. Əgər Azərbaycana səfər edəcəksinizsə, biz tövsiyə edirik ki, Naxçıvana səfər edin”.

Ardını oxu...

Muxtar respublikamızın təbiət gözəli olan Şahbuz bütün fəsillərdə füsunkar görünüşü, bənzərsiz havası ilə turistləri cəlb edən bölgədir. Yazı bir başqa mənzərə, qışı möcüzə, yayı çiçək ətirli, payızı bol meyvəli olan rayonun son illər aparılan quruculuq işləri ilə daha da gözəlləşən, müasirləşən hüsnü buranı əsl turizm məkanına çevirib. Rayonda 140-a yaxın tarix-mədəniyyət abidəsinin qeydiyyata alınması, onlardan 6-nın dünya əhəmiyyətli olması turistlərin diqqətini çəkən məqamlardandır. Rayonun coğrafi mövqeyi isə burada ekoturizm, kənd yaşıl, müalicə, qış və digər turizm növlərinin inkişafına böyük imkan yaradır. Bir dəfə Şahbuzda olan qonaq və turistlər bu doyumsuz gözəllikləri görmək, əsrarəngiz məkanın dörd fəslinin bir-biri ilə harmoniya yaradan mənzərələrini seyr etmək üçün yenidən bura qayıdırlar.


Bir təbiət gözəlidir Batabat


Hüsnünə onlarla şeirlər qoşulan, nəğmələr bəstələnən zirvəsi qarlı, ətəyi yaşıl dağları, şiş qayalıqları, dünyanın min bir rəngindən çalar alan çəmənlikləri, saf sulu bulaqları olan Batabatı Tanrı sanki turizm məkanı üçün yaratmışdır. Yazda baxdıqсa gözoxşayan çəmənlərində, yamaclarında bir-birini əvəz edən lalə, nərgiz, bənövşə talalarının özünəməxsus çalarları yaşıl rəngin burada hökm sürən bütün tonlarının fonunda insanı valeh edir. Güllərin, çiçəklərin dəniz səviyyəsindən yüzlərlə metr yüksəklikdə yerləşən yaylağın təmiz havasına qatdığı rayihə isə heç bir gözəl ətirlə müqayisə olunmayacaq dərəcədədir.

Ardını oxu...

Memarlıq və tarixi abidələri, yaşı əsrlərlə ölçülən vüqarlı çinarları, gözəl meyvə bağları, ipəyi ilə məşhur olan, füsunkar təbiəti, insanın ruhunu oxşayan başıqarlı dağları, buz bulaqları, çayları, zəngin fauna və florası ilə seçilən yurd yerimiz, gözəl mənzərələr məskəni Ordubad…
Uca Yaradan bu qədim diyardan səxavətini əsirgəməyib. Bir tərəfdə adı Nuh əfsanəsi ilə bağlı olan yalçın, şişqayalı, zirvəsi daim qarla, ağ buludlarla örtülü olan, uzaqdan mavi səma fonunda bir növ ümmana baş vurub üzən nəhəng gəmiyə bənzəyən, özünün əzəmətli, fantastik görünüşü ilə insanı heyrətə gətirən Gəmiqaya… Digər tərəfdə isə zəngin tarixi keçmişimizi özündə əks etdirən, bu qiymətli abidənin gözəlliyinə gözəllik qatan, ecazkar görünüşü ilə hamının qəlbini riqqətə gətirən, füsunkar təbiət möcüzəsi, ilin dörd fəslinin birləşdiyi məkan, adı dillər əzbəri olan Göygöl…
Göllər gözəlini görmək, təbiətin yaratdığı bu gözalıcı gözəlliyin seyrinə dalmaq, ruhumuzu bir az da dincəltmək üçün üz tuturuq Göygölə. Gedirik müqəddəs bir məkana. Dünya mədəniyyətinin və dinlərinin kəsişdiyi nöqtəyə, sivilizasiyanın başlanğıc götürdüyü Zəngəzur silsiləsinə, Gəmiqaya dağı, Ağ dağın ətəklərinə. Bu fərqli gözəlliklə Nuh müqəddəsliyi arasında vəhdət var sanki. Gölün mərkəzində yerləşən kiçik bir ada Nuhun quruya çıxdığı, qayaların qüdrətdən təbii istehkam qurduğu dağın ətəyində gizlənmiş adanı xatırladır. Göygölün sirri-sehri də elə Nuh əfsanəsinin özü qədər realdır…

Ardını oxu...

Naxçıvana səyahət edən hər bir turist qrupu üçün zəngin tur pro­qramları hazırlamağa imkan verən turizm ehtiyatlarımız və mükəmməl  infrastruktur Naxçıvan şəhərindən başlayaraq Şərur, Kəngərli, Şahbuz, Culfa və Ordubad istiqamətlərində bir-birindən maraqlı və təkrarolunmaz turizm marşrutlarının təşkili üçün əlverişli şərait yaradır. Artıq böyük populyarlıqla yerli və əcnəbi turistlər tərəfindən istifadə olunan ­Naxçıvan-Batabat, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Ordubad, Naxçıvan-Əlincə və digərləri kimi Naxçıvan-Qarabağlar turizm marşrutu da özünün cəlbediciliyi ilə diqqəti çəkir.

Naxçıvan-Qarabağlar turizm marşrutu yerləşdiyi bölgənin coğrafi mövqeyi, təbii-iqlim xüsusiyyətləri və sahib olduğu resurslara görə ilboyu istifadə oluna bilən marşrutlardandır. Turistlər həmin marşrutla Naxçıvan şəhərindən başlayaraq istər Qıvraq qəsəbəsi, Yurdçu, Qarabağlar, istərsə də Təzəkənd və Çalxanqala kəndlərindən keçməklə dairəvi istiqamətdə Naxçıvandan Qarabağlara və geriyə hərəkət edə bilərlər. Marşrut üzrə səyahət müddəti ondan istifadə edən turistlərin sayına və səfər motivinə görə bir neçə saatdan gün ərzinədək davam edə bilər. Hazırda turistlərin Naxçıvan şəhərindən Qarabağlar kəndinə qədər, təqribən, 40 kilometr olan yolu bir saat müddətində rahat avtomobillər və ya mikroavtobuslarla getmək imkanları vardır. Yol şəraiti, ümumiyyətlə, Naxçıvanın bütün ərazisinə xas olan yüksək komfortluğu, təhlükəsizliyi ilə fərqlənməkdədir ki, bu da müasir turistləri maraqlandıran ən mühüm amillərdən biridir. Bundan əlavə, marşrut üzrə hərəkət edən turistlər yolboyu kənd­lərdəki müasir ticarət-iaşə obyektləri və 4G mobil internet xidmətlərindən də istifadə imkanlarına malikdirlər. Bölgədəki yaşayış məntəqələrinə xas olan müasirlik, əhalinin yüksələn həyat səviyyəsinə şərait yaradan sosial-mədəni infrastruktur şəraiti də marşrut boyunca turistlərin gözündən qaçmayacaq məziyyətlərdəndir.

Ardını oxu...

İsti yay günlərində kənddə istirahət edib, mənalı asudə vaxt keçirmək çoxlarının arzusudur. İndi dincəlmək üçün çoxlu pul xərcləyib uzaq səyahətlərə çıxanlarla bərabər, yaşadığı şəhərdən cəmisi bir-iki saatlıq məsafədə yaşıllıq içərisindəki kəndləri seçənlər də vardır. Bu mənada, inkişaf etmiş ölkələrdə populyarlıq qazanan kənd turizmi növünə ­ölkəmizdə, o cümlədən Naxçıvanda maraq artmaqdadır. Zəngin təbii turizm ehtiyatlarımız və yenilənmiş sosial infrastruktur buna şərait yaradan əsas amillərdəndir.  

Şübhəsiz, bu qızmar yay günlərində ucqar dağ kəndlərinin sərin havası şəhər sakinləri üçün əsl turizm motividir. Doğrudan da, şəhərdə kondisionerlərin gecə-gündüz işlədiyi belə havalarda muxtar respublikamızın dağ kəndlərində əsl təbii sərinlik vardır. Bu kəndlərin buz kimi soyuq sularından içən, günboyu yamyaşıl bağ-bağçaların kölgəliklərində dincəlib gözəl vaxt keçirən bir daha buralara can atır. Həm də tək deyil, ailəliklə, dost-tanışlarla birgə.
Hazırda muxtar respublikamızda kənd turizminin inkişafı diqqət mərkəzindədir. Belə ki, bu turizm növünün kəndin ehtiyatlarından istifadədə, əhali məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyəti vardır. Aparılan maarifləndirmə işləri bu sahədə öz bəhrəsini verməyə başlayıb. Artıq çox sayda şəhər sakini kənd evlərini kirayə etməklə öz istirahətini burada keçirir.

Ardını oxu...

Almaniya vətəndaşı Waltraud Hofbauer Naxçıvanda səfərdə olmuşdur. O, ölkəsinə qayıtdıqdan sonra www.hofbauer-birding.de internet portalında Naxçıvan Muxtar Respublikasına etdiyi səfər barədə yazı yerləşdirmişdir. Həmin yazını təqdim edirik. 


Bir həftədir ki, mən Almaniyanın Münhen şəhərində yaşayan dostum Markus Dahne ilə birlikdə ikihəftəlik yaz məzuniyyətimdən geri qayıtmışam. Mayın 28-dən iyunun 8-dək Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında səfərdə oldum. Kəşf edilməmiş ərazilərdə birinci həftəni Azərbaycanın şimal hissəsi hesab olunan Böyük Qafqaz, sonra isə Xəzər dənizinin ətrafında olan Şirvan və Qızılağac Milli parklarında keçirdik. İkinci həftəni biz Azərbaycanın cənubunda, İran sərhədində olan Talış dağlarında keçirdikdən sonra səfərimizin son üç gününü Naxçıvan Muxtar Respublikasında keçirməyi qərarlaşdırdıq. Elə bu məqsədlə də Naxçıvan şəhərinə yola düşdük. Naxçıvanda bizi Kiçik Qafqaz və gözəl təbiət mənzərələri gözləyirdi.

Ardını oxu...

Bu il mayın 27-28-də Almaniya vətəndaşı Kai Qauqerin rəhbərliyi ilə Almaniya, Avstriya, Danimarka və Böyük Britaniyadan olan tədqiqatçılar Naxçıvan Muxtar Respublikasındakı quş növlərini görmək üçün burada səfərdə olmuşlar.
Kai Qauqer www.birdingaze.blogspot.com internet səhifəsində Naxçıvan səfəri barədə hesabat yerləşdirmişdir. Həmin hesabatı təqdim edirik.

Ardını oxu...

Muxtar respublikamıza səyahət edən əcnəbi turistlərin sayı artdıqca qədim Nuh yurdu haqqında xarici ölkələrin mətbu orqanlarında da yayımlanan bir-birindən maraqlı səyahət təəssüratlarına rast gəlirik. Ötən ay ABŞ-ın nüfuzlu “Conde Nast” jurnalında dərc olunmuş “Dünya tufanı”ndan sonra bütün insanlar Naxçıvan haqqında danışırlar” sərlövhəli məqalə bu baxımdan diqqəti cəlb edir. Yazı amerikan səyyahı Ken Cenningsin Naxçıvana səfəri zamanı əldə etdiyi məlumatlar əsasında hazırlanıb. 

Öncə eksklav region anlayışı haqqında oxucularına məlumat verən müəllif dünyanın bir çox yerlərində belə ərazilərin mövcudluğu və Azərbaycanın tərkib hissəsi olaraq ərazicə ondan ayrı salınmış Naxçıvan Muxtar Respublikasının, təqribən, ABŞ-ın Delavar ştatı qədər bir əraziyə malik olmasından, həmçinin geostrateji maraqların kəsişmə nöqtəsi kimi Naxçıvanın həmsərhəd olduğu ölkə­lərdən də ətraflı bəhs edir. Daha sonra məqalədə Naxçıvanın adı “Nuhun ayağının dəydiyi yer” kimi izah edilərək “Dünya tufanı” əfsanəsində olduğu kimi, Nuh Peyğəmbərin gəmisinin dağa toxunaraq dayanması və burada ilk insan məskənlərinin yaranması haqqında oxuculara məlumat verilir. Məqalədə tarixboyu Naxçıvanda müsəlman əhalisinin yaşadığını və İran, Osmanlı və Rusiya arasındakı çəkişmələrdən əziyyət çəkən Naxçıvana çar Rusiyası dövründə başqa ölkələrdən xristian ermənilərin köçürüldüyü və onların da bundan sonra torpaq iddiaları qaldırması da yazılıb. 1918-ci ildə Naxçıvandan imperialist qüvvələrin qovularaq burada Araz-Türk Respublikasının yaradılması və 1920-ci ildən isə muxtar qurum kimi Azərbaycanın ayrılmaz tərkib hissəsinə çevrilməsi də müəllif tərəfindən qeyd olunub.

Ardını oxu...

Müasir turizmin inkişaf istiqamətlərinə nəzər yetirdikdə daha çox turistin uzun müddətə səyahətlərə cəlb edilməsi üçün mövcud olan resursların qiymətləndirilməsi və bunun əsasında turların təşkili məsələləri diqqəti cəlb edir. Özünün rəngarəng turizm ehtiyatları ilə seçilən Naxçıvan Muxtar Respublikasında da belə resurslardan istifadə etməklə turizm potensialının yaradılması bu baxımdan qarşıda duran vəzifələrdəndir. Məsələyə müasir turistlərin ən çox seçim etdikləri müalicə-rekreasiya məzmunlu səyahətlər aspektindən yanaşdıqda Naxçıvanın müalicə turizmi imkanları haqqında daha çox danışmaq mümkündür. 

Sağlamlığın qorunması hər bir şəxsin əsas qayğılarındandır. Bunun üçün təbii ehtiyatlardan istifadə olunması hələ qədim dövrlərdən geniş yayılıb. Müasir dünyada isə müalicə-sağlamlıq turizmi bu baxımdan dünyada sürətlə inkişaf edərək bütün turizm dövriyyəsinin, təqribən, 14 faizlik bir həcminə çatıb. Bu isə müalicə turizminin əhəmiyyəti və yerinə yetirdiyi humanitar funksiyalarla izah olunur. Müalicə turizmi xidmətlərinin yerinə yetirildiyi mühüm məkanlar kimi sanatoriya-kurort müəssisələrinin yaradılması da təbii ehtiyatlardan istifadə əsasında müxtəlif xəstəliklərin profilaktikası, müalicəsi və reabilitasiyası üzrə mühüm əhəmiyyət daşıyır. Qeyd edək ki, bu həm də təbii rekreasiya ehtiyatlarından rasional istifadəni şərtləndirən və əhali məşğulluğuna da şərait yaradan bir iqtisadiyyat sahəsidir.

Ardını oxu...

Müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır. Ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında da bu sahənin inkişafına ciddi diqqət göstərilməkdədir. Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilmişdir. Bu gün həmin sahə sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevrilmişdir. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir. Hazırda Naxçıvan Muxtar Respublikasında təsərrüfat fəaliyyətinin əsas dairəsi kimi turizm böyük əhəmiyyət kəsb edir və bir sıra xarakterik xüsusiyyətlərə malikdir. Turizm insanların, bütövlükdə, cəmiyyətin maraqlarının ifadəçisi, mikro və makro səviyyələrdə gəlirlərin mənbəyi kimi çıxış edir. Bu sahə əməktutumlu fəaliyyət növü olduğundan əlavə iş yerlərinin açılmasında mühüm rol oynayır. Bundan əlavə, infrastrukturun, yerli sənayenin və xalq yaradıcılığı sahələrinin inkişaf etdirilməsinə şərait yaradır. Digər tərəfdən, turizm iqtisadiyyatın əsas aparıcı sahələri olan nəqliyyat və rabitə, tikinti, kənd təsərrüfatı, istehlak mallarının istehsalı və sair sahələrə güclü təsir göstərir. Bununla da, sosial-iqtisadi inkişafın özünəməxsus katalizatoru kimi çıxış edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının turizm potensialına, təbii gözəlliklərinə və tarixi-mədəni zənginliklərinə dünya mediasında böyük maraq göstərilməkdədir. Dünyanın aparıcı elektron informasiya agentlikləri, internet portalları Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının turizm ehtiyatları və 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı kimi Naxçıvan şəhəri barədə çox maraqlı materiallar yayımlayırlar.
YUNESKO-nun təşəbbüsü ilə 1961-ci ildə yaradılmış və mərkəzi Tailandın Bankonq şəhərində yerləşən Asiya və Sakit Okean Xəbər Agentlikləri Təşkilatının (OANA) internet portalında yerləşdirilmiş Naxçıvan Tele­viziyasının məhsulu olan yeni təqdimat videosu bu baxımdan qədim diyarın bütün gözəlliklərini bir daha dünyaya tanıdır. Yüksək peşəkarlıqla hazırlanmış və 3 dəqiqədən artıq davam edən tanıtım videosunda əsas giriş qapılarından biri olan Beynəlxalq Hava Limanından başlayaraq Naxçıvana gələn turistlərin qala biləcəkləri mehmanxanalar, onlara təqdim edilə biləcək görməli yerlər, tarixi abidələr və məkanlar, muzeylər və incəsənət nümunələri, milli geyimlər, xalçaçılıq ənənələri və milli musiqi sənəti, eləcə də Naxçıvanın meyvəçilik, kulinariya adətləri haqqında maraqlı kadrlar diqqəti cəlb edir. Videonu izləyənlər Naxçıvanın müqəddəs Əshabi-Kəhf ziyarətgahı, Əlincə qalası, Pəzməri şəlaləsi, təbiət gözəli Batabatı, vüqarlı Haçadağı, dörd fəslin gözəlliklərini eyni anda yaşadan Göygölü, Ağbulaq İstirahət Mərkəzi, Duzdağ oteli və şəhərimizin digər asudə vaxt guşələri haqqında dolğun virtual məlumat ala bilirlər.

Ardını oxu...

Naxçıvana səfər edən hər bir səyyah tarixi abidələr, zəngin mədəni nümunələrimizlə yanaşı, təbiət abidələri və unikal ­görüntülü landşaft nümunələrini də maraqla izləməkdə, bunlardan dərin təəssürat almaqdadır. Bu təəssüratlara ilin dörd fəslində də gözəl olan Naxçıvanın hər yerində çəkilmiş yüksəkkeyfiyyətli fotoşəkillərlə dünyanın aparıcı media qurumlarının saytlarında və sosial şəbəkələrdə rast gəlmək mümkündür. Naxçıvana səyahət edən əcnəbilərin sayı artdıqca, ölkə mənşəyi çoxaldıqca bu məlumatlar da artmaqdadır.
Bu yaxınlarda – 8-10 aprel tarixlərində Naxçıvan Muxtar Respublikasına təşkil olunmuş info-tur çərçivəsində səyahət edən turistlər diyarımızın görməli yerlərində olub, öz təəssüratlarını yazılar və fotoşəkillərlə paylaşıblar. Onlardan Turizm Xəbərləri Agentliyinə məxsus https://travelnews.az saytında yerləşdirilmiş “Yeraltı dünyanın möcüzəsi – Duzdağ mağarası” başlıqlı yazı maraq doğurur. Yazıda Naxçıvanın Duzdağı, onun müalicə imkanları haqqında geniş məlumat verən müəllif burada çəkilmiş fotoşəkilləri də saytda yerləşdirib.
Turist və səyahətsevərlərin yaxından tanıdığı National Geographic Travelerin http://www.nat-geo.ru saytı da Naxçıvanın ecazkar görüntülərinə geniş yer verib. Burada Naxçıvana məxsus unikal günbatımı mənzərələri diqqəti cəlb edir. Haçadağın və Naxçıvan-Ordubad yolu üzərindəki dağlıq mənzərələrin müxtəlif rakurslardan və günün müxtəlif saatlarında çəkilmiş fotoşəkilləri səyahət həvəskarlarını virtuallıqdan reallığa çağıran mühüm cazibə elementlərindəndir.

Ardını oxu...

Müasir turizm mürəkkəb sahədaxili və sahələrarası inteqrasiya əlaqələrinin mövcud olduğu və kəskin rəqabətin hökm sürdüyü sosial-iqtisadi hadisə, eyni zamanda bir biznes növüdür. Turizmin inkişafı zamanı yaranan çoxsaylı təsərrüfat əlaqələri, buradakı idarəetmə prosesləri, marketinq araşdırmaları və turizm-rekreasiya fəaliyyəti üzrə yeni layihələrin həyata keçirilməsi istiqamətində aparılan elmi tədqiqatlar statistik məlumatların toplanılması və onlardan istifadənin də əhəmiyyətini artırır. 

Turizmdə statistikanın nə qədər əhəmiyyətli olduğunu görmək üçün bəzi rəqəmlərə nəzər salaq. Belə ki, turizmin idarəolunması üzrə ən böyük beynəlxalq təşkilat olan Birləşmiş Millətlər Təşkilatı nəzdində fəaliyyət göstərən Ümumdünya Turizm Təşkilatının (ÜTT) məlumatlarına görə, 2016-cı ildə dünya üzrə 1 milyard 235 milyon nəfər turist hərəkəti qeydə alınmışdır ki, bu da 2015-ci ildəkindən 46 milyon nəfər çoxdur. Həmin dövrdə turizm gəlirləri isə 1 trilyon 220 milyard ABŞ dolları həcmində olmuşdur ki, bu da 2015-ci ildəkindən 24 milyard dollar artıqdır. Ümumiyyətlə isə dünya üzrə səyahət edən turistlərin sayı 1950-ci illə (25 milyon nəfər) müqayisədə 24,7, turizm gəlirləri isə həmin dövrlə (2 milyard ABŞ dolları) müqayisədə 610 dəfə artmışdır. Hazırda turizm dünya üzrə ümumi əmtəə və xidmətlər ixracının 7 faizini təşkil edir. Yenə də ÜTT-nin məlumatlarına görə, 2030-cu ilədək dünya turizmi illik 3,8 faizlik artımla yüksələcək. Nəticədə, dünya üzrə 2020-ci ildə 1,4 milyard, 2030-cu ildə isə 1,8 milyard nəfərin səyahət edəcəyi gözlənilir.

Ardını oxu...

Müasir dünyada turizm hər bir ölkə üçün iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biri sayılır. Ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında da bu sahənin inkişafına ciddi diqqət göstərilməkdədir. Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən birinə, geniş və sürətlə inkişaf edən iqtisadi sektora çevrilmişdir. Turizm sektorunun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sahəni sosial-iqtisadi tərəqqidə əsas aparıcı qüvvəyə çevirmişdir. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir.   

Naxçıvan Muxtar Respublikası Ali Məclisində 18 mart 2016-cı il tarixdə “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi” mövzusunda keçirilmiş müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu sahənin önəminə diqqət çəkərək demişdir: “...Bu gün Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın əsasını kənd təsərrüfatı və sənaye təşkil edir. Lakin mövcud turizm potensialı imkan verir ki, bu sahə də inkişaf etdirilsin. Turizmin inkişafı isə aid dövlət qurumları ilə yanaşı, həm də hər bir vətəndaşın, xüsusilə gənclərin üzərinə düşən əsas vəzifələrdəndir. Muxtar respublikanın tarixi, mədəniyyəti, coğrafiyası, müasir inkişafı və turizm potensialı haqqında məlumatların yayılması və təbliği hər kəsi düşündürməli, konkret tədbirlər həyata keçirilməlidir”.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, “Nəqşicahan Holdinq” tərəfindən Naxçıvan Muxtar Respublikasının turizm potensialını tanıtmaq məqsədilə aprelin 8-10-da qədim diyara “Naxçıvanı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində info-tur təşkil edilib. İki gün ərzində Naxçıvanın tarixi, dini, mədəni abidələri,  mədəniyyət, səhiyyə müəssisələri, gəzməli-görməli yerləri ilə tanış olan turizmçilərin aprelin 10-da muxtar respublikaya səfərləri başa çatıb. Yola düşməzdən əvvəl onların bir neçəsinin səfər təəssüratlarını öyrəndik:

Mustafa Coşqun(Türkiyə): – Türk dünyasının qədim sivilizasiya mərkəzlərindən olan Naxçıvanın tarixi yerləri, eyni zamanda füsunkar təbiəti ilə tanış olmaq fürsətini qazandığım üçün sevincliyəm. Biz info-tur çərçivəsində muxtar respublikanın səfalı təbiət guşələri kimi şöhrət qazanan Batabat yaylağı və Ağbulaq İstirahət Mərkəzində olduq, yolboyu bənzərsiz mənzərələri heyranlıqla seyr etdik. Çox möhtəşəm, əvəzolunmaz təbiət abidələri ilə qarşılaşdıq. Gəzib-gördüklərimdən sonra məndə Naxçıvanın böyük turizm potensialına malik olmasına dair əminlik yarandı. Batabat yaylağının qorunub saxlanılması gələcəkdə də ekoturizmin inkişafı üçün əsaslı zəmin yaradır. Bu ərazidəki Üzən ada və ətrafdakı təbiət mənzərələri özünün cazibədarlığı, gözəlliyi ilə seçilir, insanda maraq oyadır.
Qeyd etmək yerinə düşər ki, təbiətin, ətraf mühitin qorunması gələcəyimiz üçün böyük əhəmiyyət kəsb edir. Çox gözəl haldır ki, Naxçıvanda olduğumuz müddətdə biz bunu əyani şəkildə müşahidə etdik. Yolboyu çətir tutan ağaclara əməksevər insanların göstərdiyi qulluq nəzərimizdən yayınmadı. İnfo-tur iştirakçıları bu gözəl mənzərəni ürəkdən alqışladı və sevindik ki, təbiəti sevən, ona qayğı ilə yanaşan insanların yaşadığı bir diyardayıq.

Ardını oxu...

“Nəqşicahan Holdinq” tərəfindən Naxçıvan Muxtar Respublikasının turizm potensialını tanıtmaq məqsədilə aprelin 8-dən 10-dək qədim diyara “Naxçıvanı tanıyaq və tanıdaq” layihəsi çərçivəsində info-tur təşkil edilib. İnfo-tur çərçivəsində 12 ölkənin və Azərbaycanın 120-dən çox müxtəlif turizm şirkətlərindən, ümumilikdə, 200 nəfərdən çox sahibkar və turizmçi muxtar respublikamıza gəlib.
Səfərin ilk günü “Duzdağ” otelində “Nəqşicahan Holdinq” və Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, həmçinin yerli turizm nümayəndələrinin iştirakı ilə qonaqlarla görüş keçirilib.
Sonra qonaqlar Naxçıvan şəhərindəki “Naxçıvanqala” ­Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Kətə” festivalında iştirak ediblər. Bir-birindən maraqlı musiqi nümunələrini dinləyən info-tur iştirakçıları müxtəlif növdə bişirilən kətələrin də dadına baxıblar.
Ardınca Culfa rayonunun ərazisində yerləşən “Əlincəqala” tarixi abidəsi və muzeyi ziyarət edilib. Burada info-tur iştirakçılarına məlumat verilib ki, Əlincəqala tarixi abidəsi və “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən bərpa olunub. Əlincəqala tarixi abidəsinin bərpa olunması xalqımızın çoxəsrlik tarixi-mədəni irsinin gələcək nəsillərə çatdırılması və bütün dünyada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.

Ardını oxu...

Muxtar respublikamızda turizmin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər bəhrələrini verməkdədir. Yaradılan infrastruktur şəraiti, turistlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində verilən tapşırıqlar qısa müddətdə Naxçıvana səyahət etmək istəyən turistlərin marağının artmasına mühüm təsir edib. Bir qrup çinli turistin də Naxçıvan haqqında xoş təəssüratları belə deməyə əsas verir. Səfərin sonuncu günü Duzdağ Fizioterapiya Mərkəzində turistlərlə görüşüb təəssüratlarını öyrəndik.
Turistlərdən Jou Li dedi ki, Naxçıvanda ilk dəfə olur. İxtisasca mühəndisdir. Əvvəllər işi ilə əlaqədar ölkəmizin paytaxtına gəlsə də, bu diyar haqqında təsəvvürü çox olmayıb. Digər 7 nəfər həmkarı ilə birgə budəfəki istirahətini Naxçıvanda keçirdiyinə görə çox məmnundur. Hava limanındakı qarşılamadan tutmuş bütün qonaqpərvərlik servislərinin yüksək səviyyədə olduğunu vurğulayan çinli qonaq burada hazırlanan milli yeməklərin çox dadlı olduğunu xüsusilə qeyd etdi. O, Əshabi-Kəhf ziyarətgahından, Naxçıvan şəhərindəki muzeylərdən aldığı təəssüratı sosial şəbəkələr vasitəsilə dostları ilə paylaşacağını da bildirdi.
Duzdağı heyranlıqla seyr etdiyini bildirən digər bir Çin vətəndaşı Li Bouen isə duzla müalicənin mümkünlüyü haqqında ilk dəfə burada, Naxçıvanda eşitdiyini dedi. Onun bu fikirlərini Duzdağ şaxtasında olan digər turistlər də təsdiq etdilər. Üçgünlük tur pro­qramı çərçivəsində Naxçıvan şəhəri ilə yaxından tanış olduqlarını bildirən turistlər, xüsusilə buradakı təmizlikdən, çox sayda tarixi abidələrdən və eləcə də qaldıqları oteldəki, yüksək qonaqpərvərliklə qarşılandıqları restoranlardakı səliqə-sahmandan bəhs etdilər. Ölkəmizin paytaxtından uzaq, birsaatlıq uçuş məsafəsində yerləşən Naxçıvanın müasir inkişaf mənzərəsinin onlarda təəccüb doğurduğunu, buradakı yolların, küçələrin təmizliyini xüsusilə bəyənən turistlər Naxçıvanqalanın, Nuh Peyğəmbərin türbəsinin ziyarətindən sonra təsəvvürlərinin çox dəyişildiyini də bildirdilər. Onlar, həmçinin Naxçıvanın bu il İslam Mədəniyyəti Paytaxtı və Azərbaycanın Gənclər Paytaxtı olduğunu öyrəndiklərini, qədim memarlıq abidələri haqqında məlumat aldıqlarını, tarixi İpək Yolu üzərindəki əhəmiyyəti və həmçinin müasir inkişafı və xarici iqtisadi əlaqələri haqqında da xeyli informasiya əldə etdiklərini də qeyd etdilər. Səfərin son günündə şəhərdəki bazardan və marketlərdən alış-veriş edən turistlərin yerli istehsal olan şərablara, meyvə qurularına və Naxçıvan duzuna maraq göstərdiklərinin şahidi olduq.

 Əli CABBAROV

Turizmin inkişafında əsas şərt

Turizmin inkişafında ən vacib şərtlərdən biri infrastrukturdur. Bu gün ölkəmizdə turizm üçün çox əlverişli kəndlər var ki, həmin kəndlərdə infrastruktur, xüsusilə də yol təchizatı müasir tələblərə cavab vermədiyindən orada turizmi inkişaf etdirmək olmur. Lakin bu, Naxçıvanda tamamilə fərqlidir. Artıq muxtar respublikamızda çox az sayda kəndlərimiz qalıb ki, onların da abadlaşdırılması mərhələli şəkildə həyata keçirilməkdədir.
Şahbuz muxtar respublikamızda sosial-iqtisadi inkişafdan bəhrələnən rayonlarımızdan biridir. Dağlıq ərazidə yerləşən bu bölgədə illər öncə bərbad yollar, Sovetlər Birliyi dövründən qalma köhnə, yararsız binalar burada miskin bir görkəm yaratmaqla yanaşı, əhalinin həyat şəraitini də həddən artıq çətinləşdirmişdi.
Muxtar respublikamızda aparılan quruculuq işləri, əsasən, ucqarlardan başladığından Şahbuz rayonu da uzun bir yeniləşmə dövrünə qədəm qoydu. Bu gün rayonun ən ucqar kəndlərinə uzanan yollar abadlaşdırılıb, yeni təhsil, səhiyyə, mədəniyyət, ticarət obyektlərinin müasirliyi, gözoxşarlığı Şahbuzun möcüzəli təbiəti ilə bir harmoniya yaradıb. Elə bu da ucqar dağ rayonunda turizmin inkişafı üçün stimul olub. İndi rayona gələn turistlər bu harmoniyanı təəccüblə qarşılayır və buradan yüksək təəssüratla ayrılırlar.

Bölgənin coğrafi mövqeyi və turizm

Şahbuz öz gözəlliyi ilə turistləri ilin bütün fəsillərində səsləyir. Bu rayon həmçinin turizmin bir neçə növü üçün əlverişli sayılır. Yaz, yay burada hava çiçək rayihəsi verir. Gələn qonaqlar da dəfələrlə bunu vurğulayırlar: – “Elə bil havadan çiçək ətri gəlir”. Niyə də gəlməsin ki?.. Yazda-yayda dağlarının zirvəsindəki qardan şuxluq, Günəşdən hərarət alaraq yamaclara, düzlərə səpələnən min bir adda al-əlvan çiçəklərin yurdu, məkanıdır Şahbuz. Quzeylərindən güneylərinə doğru yaşıl rəngin bütün çalarlarının bir-birini əvəz etdiyi əsrarəngiz təbiət gözəlidir Şahbuz. Buradakı təmiz hava, saf sular, şəfa bulaqları, təbii nemətlər, insanların qonaqpərvərliyi hər bir turistin görmək istədiyi məqamlardır.

Ardını oxu...

İnsanların səyahət etmək istəyi qədim dövrlərdən məlumdur. Bu istək zaman keçdikcə daha da artmış və müasir dövrdə fenomenal bir sahəyə çevrilərək hər kəsin marağını cəlb etmişdir. Çünki fərqli ölkə və regionları, xalqları və mədəniyyətləri əyani öyrənməyin ən münasib yolu turizmdən keçir. Turizm, eyni zamanda ölkələri bir-birinə yaxınlaşdırır, beynəlxalq əlaqələri möhkəmləndirir, iqtisadi və mədəni bağları inkişaf etdirir. Bundan əlavə, turizm yeganə prosesdir ki, onun məhsulunun ixracını bütün ölkələr arzu edir.

Gəliri olmayan iqtisadiyyatda kütləvi turizmdən söhbət gedə bilməz. Buna görədir ki, işsizlik əmsalının çox olduğu, əməkhaqqı az olan ölkələrdə turizmin inkişafı mümkün deyil. Çünki turizm ən çox xidmətlər toplusunu əhatə edir. Xidmət sahələrinin inkişafı isə yalnız kiçik biznesin üzərində qurulur. Biznesin bu növü çoxşaxəlidir, eyni zamanda ölkə iqtisadiyyatının əsas sütunu sayılır. Bu gün dünyanın iqtisadi baxımdan ən güclü ölkələrində büdcə vəsaitlərinin təminatında ən mühüm yeri kiçik biznesin gəlirləri tutur. Məsələn, Almaniya kimi inkişaf etmiş bir ölkədə ümumi daxili məhsulun 3-5 faizi böyük şirkətlərə aiddir. Geridə qalan yüz milyardlarla dollar məhsul istehsalı və xidmətlər məhz kiçik müəssisələrin payına düşür. Turizmin inkişafında kiçik biznesin rolunu ona görə qabardırıq ki, bu biznes turizmin bu gününə və gələcəyinə, sözün həqiqi mənasında, nəzarət edir. Uzağa getməyək, bu gün muxtar respublikamıza istənilən bir ölkədən turist gəlirsə, həmin turistin burada istifadə etdiyi bütün xidmət sahələrinin başında kiçik biznesin təmsilçiləri dayanır. Dünyada elə bir nümunə yoxdur ki, hər hansı böyük şirkət bütün bu xidmətləri ödəmək imkanında olsun. Bu, fiziki baxımdan da mümkün deyil. Buradan isə belə nəticə çıxarmaq olar ki, kiçik biznes inkişaf edirsə, turizm də inkişaf edəcək. Bəs turizmin inkişafı sosial-iqtisadi vəziyyətə necə təsir göstərir?

Ardını oxu...

Mehmanxana təsərrüfatı turizm sənayesinin mühüm tərkib hissəsidir. Belə ki, burada turistlərə lazım olan əsas yerləşmə xidmətləri göstərilir. Bu baxımdan Naxçıvandakı mehmanxanalarda yaradılmış komfortlu şərait regiondakı turizm və qonaq­pərvərlik xidmətlərinin yüksək səviyyəsindən xəbər verir. Bu otellərdə göstərilən xidmətlər, ümumilikdə, regionda turizmin inkişafına mühüm təsir göstərir.
Naxçıvanın yüksək turizm cazibədarlığı vardır. Bunu regiona səyahət edən turistlərin sayının artmasında görmək mümkündür. Bundan başqa, turizm region iqtisadiyyatının digər sahələrinə də güclü təsir etməkdədir. Bu baxımdan muxtar respublikamıza səfər edən turistlərə göstərilən xidmətlər haqqında danışdıqda ilk olaraq zərf xidmətləri nəzərdə tutulur ki, burada da mehmanxana xidmətləri öndə gəlir. Çünki mehmanxanalar olmasa, turizmin inkişafı praktik olaraq mümkün deyil.
Hazırda muxtar respublikamızda 21 mehmanxana və mehmanxanatipli müəssisə vardır. Bu mehmanxanaların birdəfəlik tutumu 1500 nəfərə yaxındır. Naxçıvana səfər edən turistlər öz yüksək səviyyəli komfort şəraitləri ilə seçilən “Duzdağ”, “Təbriz”, “Qrand Naxçıvan”, “Avtovağzal” otellərini, habelə yeni istifadəyə verilmiş Ağbulaq İstirahət Kompleksini yaxşı tanıyırlar. Belə turistlərin ölkə mənşəyinə baxdıqda isə Almaniyadan Yaponiyaya, Çindən Türkiyəyə qədər onlarla ölkəni görməkdəyik.

Ardını oxu...

Dünyanın görməli yerləri ilə tanışlıq məqsədilə səyahətə çıxıb dünyagörüşünü artırmaq müasir turistlərin ən geniş tələbatlarındandır. Şübhəsiz, Yer üzünün təbii gözəllikləri insanın mənəvi dünyasını zənginləşdirən ən əsas sərvətlərdir. Belə sərvətləri isə Uca Yaradan doğma torpağımızdan da əsirgəməyib. Naxçıvanın sahib olduğu unikal landşaft müxtəlifliyi buraya səyahət edən hər bir turistdə unudulmaz təəssürat yaradır.

Uzaq ölkələrdən Naxçıvana səyahət edənlər üçün Nuh Peyğəmbərin ayaq basdığı bu qədim Azərbaycan torpağı ilə tanışlıq hələ hava gəmisi yerə enmədən başlayır. Haçadağ istiqamətindən başlayaraq yerə enmək üçün gedərək yüksəkliyi azaldan təyyarənin pəncərələrindən Ağrı dağının əlçatmaz zirvəsi fonunda hörük kimi qıvrılaraq Naxçıvanla qucaqlaşan xan Arazın, qarşıda məğrur döyüşçülərin sırası kimi nizami Zəngəzur dağlarının və bu ulu yurdun simvolu Haçadağın panoramı bir andaca insanı özünə bağlayır. Naxçıvanla bir neçə dəqiqə çəkən belə quşbaxışı tanışlıqdan sonra Naxçıvan Beynəlxalq Hava Limanında qarşılanan turistləri heç bir yerdə görə bilməyəcəkləri gözəl mənzərələr gözləyir.

Ardını oxu...

Bu ilin 9 ayı ərzində muxtar respublikanın mədəniyyət müəssisələrində görkəmli şəxsiyyətlərin yubileyləri ilə əlaqədar konfrans, dəyirmi masalar, yığıncaq və tematik sərgilər keçirilib, teatr tamaşaları, ədəbi-bədii kompozisiyalar, konsertlər təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində kitabxanalarda müvafiq kitablardan ibarət guşələr yaradılıb. Bu dövrdə kitabxanalara 214 adda 11 min 146 nüsxə çap məhsulu verilib.
Muzeylərin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulması işi də diqqət mərkəzində saxlanılıb, muzeylərə 993 yeni eksponat daxil olub. Yanvar-sentyabr aylarında muzeyləri 217 min 639 nəfər tamaşaçı ziyarət edib, muzeylərdə 258 açıq dərs keçilib. Bəhs olunan dövrdə Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Onun iki qabırğası” və M.Meterlinkin “Göy quş”, Naxçıvan Dövlət Kukla Teatrında A.Salmanlının “Niyyət açarı”, K.Ağayevanın “Göyçək Fatma” və Ə.Abbasovun “Keçinin qisası”, Naxçıvan Dövlət Uşaq Teatrında A.S.Ekzüperinin “Balaca şahzadə” və məhdud fiziki imkanlı uşaqlarla B.İsgəndərlinin “Özgəsinə quyu qazan” tamaşaları hazırlanaraq ­teatrsevərlərə təqdim edilib. Ordubad Rayon Xalq Teatrının kollektivi Rəşid bəy Əfəndiyevin “Saqqalın kəraməti”, Babək Rayon Xalq Teatrının kollektivi isə B.Vahabzadənin “Yollara iz düşür” əsərləri əsasında tamaşalar hazırlayıb və teatrsevərlərə təqdim ediblər.

Ardını oxu...

Turizm bölgələrində ən çox diqqətçəkən tərəflərdən biri ərazilərin təbii zənginliklərə malik olmasıdır. Xüsusilə belə bölgələrdə müxtəlif təbiət abidələrinin mövcudluğu landşaft turizminin inkişafına lazımi şərait yaradır. Bəs landşaft turizmi nədir? Bu turizm növü hansı ehtiyatları özündə birləşdirir?

Əvvəlcə onu qeyd edək ki, “landşaft” sözü beynəlxalq termin olub, almancadan tərcümədə “yerin xarici görünüşü” deməkdir. Elmi ədəbiyyatda tərifi belədir ki, landşaft bütün əsas komponentləri mürəkkəb qarşılıqlı əlaqədə olan və inkişaf səviyyəsinə görə eynicinsli vahid sistem təşkil edən təbii coğrafi kompleksdir. Bu termin ilk dəfə XIX əsrin əvvəlində alman A.Qommeyer tərəfindən coğrafi ədəbiyyatda işlədilmişdir. Həmin termin Rusiya coğrafiyasında təbii ərazi komplekslərinin sinonimi kimi L.S.Berqin, Q.F.Morozovun, V.H.Sukaçovun, A.A.Qriqoryevin və başqalarının əsərlərində öz əksini tapmışdır.
Landşaft turizmi də, əsasən, maraqlı təbiət abidələri və mənzərələrini özündə cəmləşdirən bir turizm sahəsidir. Bu turizm növünün əsasını təbiət və tarixi abidələri maraqlı relyef və mənzərələr fonunda turistlərə təqdim etməkdir. Hazırda dünyada təbiət abidələri və landşaft ekzotikliyi ilə seçilən ölkələr kimi daha çox ABŞ, Meksika, Fransa, İtaliya, Ərəb və Balkan ölkələri tanınır. Bu ölkələrin turizm bölgələrində çoxsaylı və tanınmış təbiət abidələrinin olması həmin bölgələrə istirahətə gedənlərin sayını ilbəil artırır. Məsələn, ABŞ-dakı Qrand Kanyon, Niaqara şəlaləsi, Fransadakı Luara çayı sahilləri, Serbiya və Xorvatiyadakı təbii mağaralar, İtaliyada sönmüş vulkan konusları, Çində dərin dərələr və sair dünyanın maraqlı landşaft gözəlliyinə malik ərazilərindəndir. Təbii ki, dünyanın müxtəlif ölkələrində maraqlı təbiət ərazilərinə malik bölgələr çoxdur. O cümlədən Cənubi Qafqaz regionu da bu sıradan istisna deyil. Azərbaycan isə regionda özünəməxsus təbiət mənzərələri ilə diqqət çəkir. Ölkəmizin landşaft ekzotikliyi baxımından fərqlənən əraziləri içərisində isə Naxçıvan Muxtar Respublikasının öz yeri var.

Ardını oxu...

Muxtar respublikamızda turizmin bir çox növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Son illərdə əldə olunmuş sürətli sosial-iqtisadi tərəqqi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb. Turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turizm marşrutlarının çoxaldılması istiqamətində həyata keçirilən davamlı tədbirlər öz real nəticələrini verməkdədir. Əsas məqsəd turizmin muxtar respublikamızda dayanıqlı, effektiv və rəqabətədavamlı sahəyə çevrilməsinə nail olmaqdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərin nəticəsidir ki, bu ilin 8 ayında muxtar respublikamıza 243 mindən çox turist gəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çoxdur.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən sentyabrın 27-si ölkəmizdə “Turizm İşçiləri Günü” peşə bayramı kimi qeyd olunur.

Müasir dünyada turizm sənayesi ən dinamik inkişaf edən və gəlirli sahələrdən biridir. Azərbaycanda turizmin inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə turizmin inkişafı, turizm və ekskursiyaların coğrafiyasının genişlənməsi 1970-1980-ci illərə aid edilir. Bu, ümummilli lider Heydər Əliyevin həmin sahəyə bilavasitə diqqəti və qayğısı nəticəsində mümkün olmuşdur. Məhz bu illərdə Azərbaycanda turizm təşkilatları və ekskursiya bazalarının geniş şəbəkəsi yaradılmış, müasir mehmanxanalar, ictimai əyləncə obyektləri inşa olunmuşdur. Müstəqillik illərində də ulu öndər bu sahənin inkişafını diqqətdə saxlamış, dövlət turizm siyasətinin tənzimlənməsi sahəsində mühüm hüquqi baza yaradılmışdır.

Ardını oxu...

Qədim tarixə və zəngin mədəniyyətə malik diyarımızın yüksək qonaqpərvərlik ənənələri, füsunkar təbiəti, özünəməxsus mətbəxi, ən ucqar dağ kəndlərində belə, müasir infrastrukturun yaradılması turizmin inkişafını sürətləndirib. Bu gün diyarımızın turizm potensialının təbliği istiqamətində ardıcıl işlər aparılır. Naxçıvanın tarixi, mədəniyyəti, turizm marşrutları, mətbəxi, adət-ənənələri ilə bağlı reklam-informasiya materialları hazırlanır, reklam çarxları və filmlər çəkilir. Turizmin təbliğində Naxçıvan şəhərində fəaliyyət göstərən “Gəmiqaya” Turizm Şirkətinin də rolu böyükdür.
Şirkətin fəaliyyəti haqda məlumat əldə etmək üçün həmin ünvanda olduq. Direktor Anar Məmmədov bildirdi ki, “Gəmiqaya” Turizm Şirkəti 2009-cu ildə fəaliyyətə başlayıb. Şirkət son illərdə doğma diyarımızda turizm sahəsinin inkişafına öz töhfəsini verib. Burada muxtar respublika sakinlərinə dünyanın bir çox ölkələrinə turlar təklif edilir, turistlərin isə buraya gəlməsi üçün tədbirlər görülür. Bu məqsədlə dünyanın bir çox turizm şirkətləri ilə əlaqələr qurulur, müqavilələr bağlanılır. Xaricdən gələn turistlərə diyarımız haqda geniş məlumat verilməsi üçün xarici dil bilən şəxslər cəlb olunur, tariximizi, mədəniyyətimizi əks etdirən kitablardan istifadə edilir. Bunun nəticəsidir ki, “Gəmiqaya” Turizm Şirkəti vasitəsilə cari ildə muxtar respublikaya yüzlərlə turistin gəlməsinə şərait yaradılıb, onların maraqlı vaxt keçirməsi üçün maksimum imkanlar səfərbər edilib.

Ardını oxu...

Müasir dünya iqtisadiyyatında mühüm yer tutan turizm gəlirliliyinə və mədəniyyətlərarası dialoqdakı roluna görə xüsusilə əhəmiyyətlidir. Xalqlar arasında humanitar əlaqələrin və tolerantlığın bir göstəricisi olan turizmin inkişaf etdirilməsi bu baxımdan diqqəti cəlb edir. Ölkəmizdə və onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da böyük potensialı olan dini-ziyarət turizmi belə səyahət növlərindəndir. 

Azərbaycan özünün multikultural dəyərləri, xalqımızın tolerantlığı ilə dünyada adına hörmətlə yanaşılan ölkələrdəndir. İnsanların inanc və etiqadlarına hörmət min illər ərzində formalaşmış humanist dəyərlər kimi xalqımızın yaddaşında möhkəmlənərək bugünkü milli qonaqpərvərliyimizin əsas elementlərindən birini təşkil etməkdədir. 2009-cu ildə paytaxt Bakı, önümüzdəki 2018-ci ildə isə Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi də Azərbaycanın müsəlman dünyasının layiqli bir üzvü kimi dünyanın diqqət mərkəzində olmasından irəli gəlir.
Naxçıvan zəngin turizm ehtiyatları – qədim tarixi və müasir inkişafı, rəngarəng təbii müxtəlifliyi və unikal müalicə-rekreasiya məkanları, yaradılmış müasir sosial-mədəni infrastrukturu ilə güclü turizm cazibəsinə malikdir. İl ərzində 400 mindən artıq turistin səyahət etdiyi muxtar respublikamıza gələn qonaqlar buradan dərin təəssüratlarla ayrılır. Bütün bunlar Şərqlə Qərbin qovşağında yerləşən Naxçıvanın ümumi inkişafına mühüm təsir göstərməklə, eyni zamanda Azərbaycanın mədəniyyətini dünyaya tanıtmaq üçün də yaxşı fürsətdir.

Ardını oxu...

Hüsnündən ruhuma bir az sevgi, bir az da gözəllik qat

(Esse) 

Salam, a dağlar gözəli! Salam, al-qırmızı donlu, gözü zülmət gecə qarası lalələri ilə ən daş ürəkləri belə, ehtizaza gətirən yaylaqlar yaylağı! Yenə səni görməyə, buz kimi suyundan içməyə, tüstülü şəhər havası ilə boğulub məndən mədəd uman ciyərlərimə sərin mehindən bir nəfəslik də olsa, udmağa gəlmişəm.
Sən yenə də əvvəlki kimi gözəl, yenə də əvvəlki kimi füsunkar, əvvəlki kimi təravətlisən. Salvartının buzlu havası səni təkrar ürəyəyatımlı, məlahətli və əvəzolunmaz edib. Əlçatmaz, ünyetməz sıldırım qayalarda yuva salan qartalların qanadlarının kölgə saldığı gül-çiçəkli çəmənlərdə gəzib yenə səni vəsf etmək istəyirəm. Ancaq sənin ətir qoxan yamaclarını, bumbuz göllərini, dumduru göz yaşı kimi çağlayan bulaqlarını, yamyaşıl meşələrini vəsf etmək üçün saz da, söz də acizdir. Dünyanın ən böyük ustadlarını da gətirsən, bəstəkarlarını da bir araya yığsan, gözəlliyin qabağında şeir də aciz qalar, musiqi də, rəsm əsəri də. Sən elə incəsənətin özüsən. Tanrının insanlara bəxş etdiyi ən gözəl sənətlər səndə başlayır, səndə də başa çatır!

Ardını oxu...

Bu gün sosial-iqtisadi inkişafın sürətlənməsində mühüm rol oynayan turizm fəaliyyətinin genişləndirilməsi istiqamətində Naxçıvanda kompleks tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı il 15 may tarixli Fərmanı ilə Naxçıvan Turizm İnformasiya Mərkəzinin yaradılmasında məqsəd də muxtar respublikanın turizm potensialının təbliğində görülən işlərin daha da sürətləndirilməsidir.

Mərkəzin əsas fəaliyyət istiqamətlərindən biri də bu mədəniyyət müəssisəsinə müraciət edən yerli və xarici vətəndaşların məlumatlandırılmasıdır. Bununla birlikdə mərkəz digər vəzifələri də yerinə yetirir. Belə ki, muxtar respublikanın turizm potensialını özündə əks etdirən əyani vəsaitlərin hazırlanması və onların dərc olunması, Turizm Məlumat Bankının formalaşdırılması və serverinin texniki cəhətdən təmin olunması, internet resurslarından istifadə edilməklə muxtar respublikanın turizm potensialının təbliği, ölkə ərazisində fəaliyyət göstərən digər turizm informasiya mərkəzləri ilə əlaqələrin yaradılması və informasiya mübadiləsi aparılması qarşıya qoyulan vəzifələrdəndir. Mərkəzin internet səhifəsində muxtar respublikamızda turizm sahəsindəki yeniliklər öz əksini tapır, bura müraciət edənlərə otellər, restoranlar, muzeylər, mağazalar, kirayə verilən evlər, tarix-mədəniyyət abidələri, tur firmalar, bələdçilər və sair haqqında ətraflı məlumatlar verilir.

Ardını oxu...

Uca dağların qoynunda məskunlaşan zəhmətkeş insanlarla görüşə tələsirik. Avtomobilimiz Ordubadın mənzərəli kəndlərini bir-bir geridə qoyur. Yolboyu barlı-bəhərli bağlarından, bağçalarından məhsul yığan kənd adamları diqqətimizdən yayınmır.
Təbiət mənzərələrinə isə söz ola bilməz. Yaşıl donunu geymiş kəndlər, gur sulu çaylar, diş göynədən buz kimi bulaqlar uzun yola körpü salır. Nürgüt kəndini keçib üzü dağlara doğru yol alırıq. Ordubadın uca və əzəmətli dağlarının, buz kimi bulaqlarının əhatəsində yerləşən saf havalı, füsunkar təbiətli Süleyman yurdu, Xan çeşməsi, Əyriçay, Çadırdaş, Tüklü Çəmən yaylaqlarında illərdir, insanlar obalar qurar, burda məskən salarlar.

Ardını oxu...

Müasir dövrdə turizm cəmiyyətin sosial-iqtisadi həyatında oynadığı rola görə iqtisadiyyatın dinamik inkişaf edən sahələrindən birinə çevrilib. Bu gün turizm yeni iş yerlərinin açılmasında, əhalinin səmərəli məşğulluğunun təmin edilməsində mühüm rol oynayır.
Ölkəmizdə turizmin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ikinci dəfə hakimiyyətə qayıdandan sonra da bu sahəni diqqət mərkəzində saxlamış, ilk dəfə 1999-cu il 4 iyun tarixdə “Turizm haqqında” Qanun qəbul edilmiş, turizm sahəsinin hüquqi əsasları, turizm ehtiyatlarından səmərəli istifadə olunması qaydaları müəyyənləşdirilmişdir.
Ümummilli liderimizin turizm sahəsində müəyyənləşdirdiyi strateji xətt hazırda ölkəmizdə, o cümlədən muxtar respublikamızda da uğurla davam etdirilir. Ötən dövr ərzində muxtar respublikada bütün sahələrdə infrastruktur yenilənmiş, müasir avtomobil yolları inşa olunmuş, tarixi yaddaşı özündə əks etdirən qədim memarlıq abidələri bərpa edilərək əvvəlki görkəmlərinə qaytarılmış, yeni otel və istirahət mərkəzləri tikilmiş, Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanası müasir tələblər səviyyəsində yenidən qurulmuşdur.

Ardını oxu...


Hər bir insan gündəlik iş rejimindən artıq qalan və istirahət günlərindəki boş vaxtını övladlarıyla, ailəsiylə keçirmək üçün müxtəlif məkanlara üz tutur. Bu gün Naxçıvan şəhərində bir neçə nümunəvi istirahət məkanı, ictimai iaşə obyekti mövcuddur. Bu məkanlar içərisində Atabəylər məhəlləsində yerləşən “Nuh yurdu” restoranının öz yeri vardır.
Xüsusi layihə əsasında dizayn edilmiş restoran istər şəhərimizin mənzərəsinə verdiyi gözəl töhfələrlə, istərsə də bir-birindən dadlı milli yemək növləri ilə qısa zaman ərzində ailələr üçün sevimli istirahət məkanına çevrilib. “Nuh yurdu” restoranı çox mənzərəli və zövqlə inşa olunub. Burada şəhər sakinlərinin, eləcə də muxtar respublikamıza gələn qonaqların istirahəti üçün hər cür şərait yaradılmaqla bərabər, milli mətbəx nümunələrimiz də tanıdılır.

Ardını oxu...

İsti yay günlərində dincəlməyi hamı sevir. Bu fəsildə mənalı asudə vaxt üçün çoxlu pul xərcləyib uzaq səyahətlərə çıxanlar da az deyil. Ancaq yaşadığı şəhərdən cəmisi bir-iki saatlıq məsafədə yaşıllıq içərisindəki kəndləri seçən elə insanlar da vardır ki, onlar üçün kənd turizmi ən sərfəli istirahət növüdür. Dünyanın, xüsusən də Avropanın inkişaf etmiş ölkələrində populyarlıq qazanan bu turizm növünə ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında maraq artmaqdadır. Zəngin təbii turizm ehtiyatlarımız və yenilənmiş sosial infrastruktur buna şərait yaradan əsas amillərdəndir.

Ardını oxu...

Qədim tariximizin salnaməsi Gəmiqaya əsrlər boyu ulu babalarımızın ilkin yurd yeri olub. Zəngin keçmişini özündə əks etdirən bu abidənin gözəlliyinə gözəllik qatan, əzəmətli dağların ətəyində qədim oğuz-türk elinin adı ilə bağlı bir göl var ki, bu da sirli-sehrli Göygöldür. “Kitabi-Dədə Qorqud”da rast gəldiyimiz, igidlik, mərdlik simvolu olan bu gölün tarixi eramızdan əvvəllərə söykənir.
Ecazkar təbiəti, sirli-sehrli aləminin canlı şahidi olmaq üçün üz tuturuq insanları özünə heyran edən dörd fəsilli, füsunkar mənzərəli Göygölə... Bu göl Gəmiqaya ətəklərində, Nürgüt kəndini əhatəyə alan sıra dağların arasında yerləşir. Elə Nürgüt kəndini digər kəndlərdən fərqləndirən də zümrüd rəngli, səfalı Göygöldür.
Yolumuz uzundur. Elə bu səbəbdən sübh tezdən, dan yeri ağaran kimi üz tuturuq Göygöl istiqamətinə. Günəş hələ təzəcə dağların arasından ahəstə-ahəstə çıxır. Şəfəqləri qarşıdakı uca dağların başına yayılır. Yol boyunca rastlaşdığım mənzərə – yay fəslinin qızmar çağında könüloxşayan başıqarlı dağlar, min bir dərdin dərmanı, yeraltı mineral bulaqlar, yolboyu kəndə gələnləri salamlayan cürbəcür ağaclar, nadir bitkilərlə zəngin olan Tillək meşəsinin füsunkarlığı, insanın ruhunu dinləndirən Əyriçay və Saqqarsu çaylarının həzin zümzüməsi... Tanrının xüsusi zövqlə, incəliklə yaratdığı möcüzəvi bu yurd yeri sanki bütün təbii gözəllikləri sehrli bir qüvvətək özünə çəkib.

Ardını oxu...

Turizm artıq bütün dünyada ən gəlirli sahələrdən biri kimi geniş və sürətlə inkişaf edən iqtisadi sektordur. Onun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sahəni sosial-iqtisadi tərəqqidə aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir. Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən Naxçıvan Muxtar Respublikasında da bu sahənin inkişafı diqqət mərkəzindədir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Naxçıvan Muxtar Respublikasının müalicə turizm potensialı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Nərmin Səfərova açaraq belə tədbirlərin əhəmiyyətindən ­danışıb.
Görüşdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Ayaz Əliyev çıxış edərək muxtar respublikanın müalicə turizmi potensialından bəhs edib.
Slaydlarla müşayiət olunan çıxışda bildirilib ki, muxtar respublikada müalicə turizminin inkişafı üçün də geniş imkanlar vardır. Duzdağ Fizioterapiya Mərkəzində tənəffüs yolları xəstə­liklərindən əziyyət çəkənlər üçün müasir şərait yaradılıb. Buraya hər il müxtəlif ölkələrdən yüzlərlə insanın müalicəyə gəlməsi həm də onun turizm əhəmiyyətini artırır. Darıdağ Arsenli Su Müalicəxanası da müalicə turizmi sahəsində böyük imkanlara malikdir. Azərbaycanın mineral su ehtiyatlarının 60 faizi muxtar respublikanın payına düşür. Süfrələrin bəzəyi olan “Badamlı” və “Sirab” artıq çoxdan ölkəmizdən kənarda da şəfalı sular kimi şöhrət tapıb.

Ardını oxu...

Qədim tarixə malik Naxçıvan diyarı tarixi-mədəni abidələri, gözəl memarlıq inciləri ilə zəngindir. Bu ərazidə yerləşən abidələr arasında Azərbaycan memarlığının ən nadir və unikal abidələrindən sayılan Möminə xatın türbəsi xüsusi yer tutur. Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin yaradıcısı Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilən bu məqbərə dünya mədəniyyəti inciləri sırasında özünəməxsusluğu ilə seçilir. Abidənin yaradılışından uzun zaman keçməsinə baxmayaraq, əvvəlki vüqarını itirməyib. Türbə 2003-cü ildə ulu öndər Heydər Əliyevin göstərişi ilə əsaslı şəkildə bərpa olunub.

Bu gün Naxçıvan şəhərinin gözəlliyinə öz əzəmətli duruşu, məğrur görünüşü ilə ­gözəllik qatan bu abidə təkcə muxtar respublika sakinlərində deyil, xarici ölkələrdən gələn qonaqlarda da böyük maraq yaradır. İlin bütün fəsillərində Naxçıvana xarici ölkə­lərdən xeyli turistlər gəlir ki, onların da ilk olaraq üz tutduğu yer məhz Möminə xatın türbəsi olur. Gələn qonaqlarla həmsöhbət olub, abidə haqqında təəssüratlarını öyrənmək üçün adıçəkilən ünvana yollandıq. Biz ora çatanda abidənin ətrafı turistlərlə dolu idi. Onlardan biri, Türkiyə vətəndaşı, ixtisasca memar olan Hakan Özalla həmsöhbət olduq. O, bizimlə söhbətində dedi: “Hər il Naxçıvana gəlirəm. Bura həm qədimliyi, həm də müasir görünüşü ilə seçilir. Baxmayaraq ki, Naxçıvan düşmən ölkə ilə həmsərhəddir və ölkənizin əsas hissəsinə quru yolu yoxdur, hər il bu diyarın daha da inkişaf edib gözəlləşdiyinin şahidi oluram. Möminə xatın məqbərəsinə ziyarətim də ilk deyil. Burada öyrənmişəm ki, abidə 1186-cı ildə memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən tikilib. Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə xatının məzarı üzərində məqbərə tikilməsinə qərar verib. Eşitdiyimə görə həmin möhtəşəm sənət əsəri yerli əhalinin yaddaşında elə bu səbəbdən də “Atabəy günbəzi” adı ilə qalıb. Burada diqqətimi daha çox çəkən abidənin baştağında kufi xətti ilə yazılan sözlərdir: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”.

Ardını oxu...

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR