30 Aprel 2024, Çərşənbə axşamı

“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq aprelin 20-dən Sədərək rayonunda yaşı 30-dan yuxarı olan işçi qruplarının vaksinasiyası prosesinə başlanılıb. Əvvəlcə ümumtəhsil müəssisələrində çalışan 30 və yuxarı yaşlı pedaqoji və texniki heyətin 160 nəfəri vaksinasiya olunub.

Aprelin 21-dən isə yaşı 30-dan yuxarı olan işçi qruplarının vaksinasiyasına start verilib. İlk olaraq Sədərək Rayon İcra Hakimiyyəti və rayonun idarə və müəssisələrinin işçi qruplarının müvafiq yaş qrupundan olan 300 işçisi təhlükəsizliyinə və effektivliyinə görə seçilən “Sinovac” vaksininə cəlb edilib. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi heyət tərəfindən həyata keçirilən bu vaksinasiyada heç bir narahatlıq müşahidə olunmayıb. Peyvəndləmə həftəboyu davam etdiriləcək. 2-ci doza vaksinasiya isə ilk peyvəndən 28 gün sonra həyata keçiriləcək.
Qeyd edək ki, pandemiyanın şəraitində normal tədris mühitinin davam etdirilməsinə mane olmasının bundan sonra da qarşısını almaq üçün pedaqoji və texniki heyətin, eləcə də digər işçi qruplarının vaksinasiya prosesində iştirakı zəruridir.

Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR