22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin, Naxçıvan Müəllimlər İnstitutunun pedaqoji profilli ixtisasları Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə hamiliyə verilmişdir.

Təhsil Nazirliyi 2020-2021-ci tədris ilində də hamiliyə verilmiş pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrin nəzəri və praktik biliklərini artırmalarını diqqətdə saxlayır, tələbələrin gələcəkdə peşəkar müəllim kimi inkişaf etmələrinə şərait yaratmaq məqsədilə bir sıra tədbir və layihələr həyata keçirir. Belə layihələrdən biri də müasir təlim metodlarını bilən, XXI əsr bacarıqlarını və səriştələrini mənimsəmiş müəllim yetişdirmək məqsədilə həyata keçirilən “Sabahın müəllimi” layihəsidir. Layihə çərçivəsində pedaqoji profilli ixtisaslarda oxuyan tələbələrə təhsildəki yeniliklər haqqında məlumat verilir, onların ümumtəhsil məktəblərində pedaqoji təcrübələri təşkil edilir.
Məlum olduğu kimi, 2020-2021-ci tədris ilindən başlayaraq muxtar respublikada STEAM təlim metodunun tətbiqinə başlanılmış, bu istiqamətdə mühüm işlər görülmüş, 15 məktəb və məktəbdənkənar tərbiyə müəssisələrində STEAM kabinələri, Heydər Əliyev adına tam orta məktəbdə isə STEAM Tədris Mərkəzi yaradılmışdır. Digər məktəblərdə də STEAM kabinələrinin yaradılması istiqamətində işlər aparılır. Pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrin də STEAM təlim metodunu mənimsəmələri Təhsil Nazirliyi tərəfindən diqqətdə saxlanılır.
STEAM Tədris Mərkəzində 30 tələbəyə STEAM təlim metodunun tətbiqinin öyrədilməsi və gələcəkdə müəllim kimi bu müasir təlim metodunun geniş tətbiqini həyata keçirmələri məqsədilə seminar keçirilib.
Seminarda tələbələrə innovativ inkişafın açarı olan STEAM təlim metodu və bu metodun tətbiqi zamanı STEAM metodologiyaları, Robotexnika, 3D printer və müxtəlif rəngdə çap materialı, Makeblock, mBot, Arduino BT robotlar, Mindstorms və education lego dəstləri, 3D qələmlər, Arduino və BBC Microbit pro­qramlama və inkişaf dəstləri, servo mühərriklər, LCD ekranlar, mikroidarəetmə modulları, RGB led və naqillər, müxtəlif ölçüdə mikromexanizmlər, kiçik elektronik komponentlər haqqında məlumat verilib.

Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR