Sual: Vətəndaş nəqliyyat vasitəsini idarəetmə hüququndan hansı hallarda məhrum edilir?
Cavab: Vətəndaşın nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməsi halları Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə tənzimlənir. Belə ki, Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növü Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər.
Nəqliyyаt vаsitəsini idаrəеtmə hüququndаn məhrumеtmə qаnundа yаlnız əlаvə cəzа növü kimi nəzərdə tutulmаqlа hərəkət təhlükəsizliyi və nəqliyyаt vаsitələrinin istismаrı qаydаlаrı əlеyhinə оlаn cinаyətlərin törədilməsinə görə məhkum оlunаn şəхslərə tətbiq еdilir. Nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrumetmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkumetmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır.
Naxçıvan Muxtar Respublikası
Prokurorluğunun Hüquqi təminat və insan
hüquqları məsələləri şöbəsi