21 Dekabr 2024, Şənbə

 

 

 

Dekabrın 15-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Poeziya dünyasının dahisi – Nizami” adlı ədəbi-bədii tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin aparıcı məsləhətçisi Şəfəq Qurbanova açaraq bildirmişdir ki, yaradıcılığı dünya ədəbiyyatı tarixində təkrarolunmaz bir mərhələ, yeni bir tarixi dövr və müdriklik zirvəsi olan Nizami Gəncəvi xalqımızı BMT-də YUNESKO xətti ilə tanıdan ilk şəxs olub. Şairin 850 illik yubileyi şərəfinə 1991-ci il YUNESKO tərəfindən “Nizami ili” elan edilib.

 

Bu gün Nizami şöhrətinin, Nizami qüdrətinin qol-qanad açmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin böyük mütəfəkkirin anadan olmasının 880 illiyi münasibətilə imzaladığı 5 yanvar 2021-ci il tarixli Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilməsi bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyət, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin tarixi irsinin misilsiz qiymətidir.

Sonra C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova “Nizami Gəncəvinin həyat və yaradıcılığı” və “Nizami yaradıcılığında qadın obrazları” mövzularında çıxışlarında qeyd etmişlər ki, Böyük Azərbaycan şairi Nizami Gəncəvi bəşər tarixinin yetirdiyi ən əzəmətli və ölməz söz ustalarından biridir. O, yaradıcılığının bədii kamilliyi, ictimai-fəlsəfi mənasının dərinliyi, dəyər və dolğunluğu etibarı ilə dünya ədəbiyyatının Homer, Dante, Şekspir kimi dahiləri ilə bir cərgədə durur.

Vurğulanmışdır ki, Nizaminin gözündə qadın cəmiyyətin çox mühüm bir tərkib hissəsidir və onsuz bəşəriyyətin yüksəlişi təsəvvür edilə bilməz.

Tədbir Babək Rayon Xalq Teatrının üzvləri Gülizar Heydərli və Rza Zeynalovun ifasında Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasından bir hissənin bədii qiraəti ilə davam etmişdir.

Sonda “Nizami Gəncəvi – 880” başlıqlısərgiyə baxış olmuşdur.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR