23 Dekabr 2024, Bazar ertəsi

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslərin sayı gündə 3 dəfəyədək artırılır.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən  bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, fevralın 1-dən etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını gündə 3 dəfəyədək artırır.

Reyslər aşağıdakı cədvəl üzrə həyata keçiriləcək:

- Bakıdan uçuş saat 08:00, 13:40 və 19:20
- Naxçıvandan uçuş saat 10:50, 16:30 və 22:10
Hava gəmisinə COVID-19 virusunun neqativ nəticələri barədə arayış təqdim edən sərnişinlər buraxılacaq.
Qeyd edilən istiqamət üzrə aviabiletlərin alınması məsələləri ilə bağlı aviaşirkətin çağrı mərkəzinə WhatsApp mesenceri vasitəsilə aşağıdakı nömrələr üzrə müraciət etmək xahiş olunur:
- Bakı-Naxçıvan reysləri üçün:
“WhatsApp”: +994 55 204 65 54;
- Naxçıvan-Bakı reysləri üçün:
“WhatsApp”: +994 60 487 30 11.
Aviabiletləri, həmçinin fevralın 1-dən açılması nəzərdə tutulan aviaşirkətin satış nöqtələrində əldə etmək mümkündür.
Pandemiya dövründə təsdiq edilən qaydalara əsasən əl yükü qismində yalnız qadın əl çantasının, kişi portfelinin və ya 30x35x10 santimetr ölçüdə portativ kompyuter çantasının (çanta yalnız təyinatı üzrə istifadə edilməlidir) götürülməsinə icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər baqaj bölməsində qeydiyyatdan keçirilməlidir. Pulsuz daşınan baqajın maksimal yol verilən çəkisi 23 kiloqramdır, ölçüləri üç ölçünün cəmində 158 santimetrdən çox olmamalıdır.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR