13 Aprel 2024, Şənbə

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən nəşr olunmuş “Yaratmaq amalı” kitabının müəllifi, Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli ilə gənc oxucuların görüşü təşkil olunub.
Naxçıvan şəhər “Saat Meydanı” turistik istirahət mərkəzində təşkil olunan görüşdə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış edərək muxtar respublikada aparılan uğurlu gənclər siyasətindən və bu istiqamətdə görülən işlərdən danışıb. Qeyd olunub ki, bu gün muxtar respublikada keçirilən kitab müzakirələri, təqdimatlar, gənclərlə görüşlərin təşkil olunması onların hərtərəfli inkişafında ən vacib faktordur. “Yaratmaq amalı” kitabını da gənclərin düzgün istiqamətləndirilməsi, muxtar respublikanın inkişaf tendensiyalarının müxtəlif janrlar vasitəsilə təqdim edilməsi baxımından dəyərli nümunələrdən hesab etmək olar. Məhz bunun nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə jurnalistlər üçün dərs vəsaiti kimi təqdim olunan kitablar sırasına “Yaratmaq amalı” kitabı da daxil olunub, Ali Məclisi Sədri ötən il noyabrın 21-də keçirilən Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclasında gənclərin siyasi cəhətdən düzgün formalaşdırılması, partiya sıralarındakı nümunəvi gənclərin fəaliyyətinin təbliğ olunması və görüşlərin keçirilməsi barədə tapşırıqlar verib. Muxtar respublikada nəşr olunmuş kitablar sırasında Azərbaycan Milli Mətbuatının 145 illiyi münasibətilə nəşr olunan “Yaratmaq amalı”ndan da gənclərin vətənpərvərlik tərbiyəsində mənbə kimi istifadə olunması tövsiyə edilib. Kitabın gənc­lər arasında müzakirəsi də həmin tapşırıqların icrasına uyğun olaraq keçirilir.

“Yaratmaq amalı” kitabının müəllifi Sahil Tahirli çıxış edərək muxtar respublikanın sosial-iqtisadi, mədəni tarixi keçmişini bu günün mənzərələri ilə müqayisəli təhlil edərək yazdığı kitabdan vacib məqamları gənc oxucuların nəzərinə çatdırıb. Vurğulanıb ki, əsas motivi müqayisəli təhlil olan kitabda 40-dan artıq məqalə yer alıb. Məqalələrdə müasir dövrün çağırışları, çiçəklənən muxtar respublikanın bugünkü reallığı arqumentlərlə ortaya qoyulub.
Fəal gənc oxuculardan Hüseyn Kazımov kitabın gənclərə bir töhfə olmasından danışıb, kitabda yer alan publisistik nümunələrdən söz açıb.
Qeyd olunub ki, hərbi, quruculuq, gənclərlə iş, Naxçıvanın tarixi mədəni abidələri, turizm potensialı, təsərrüfat həyatı, icra olunan Dövlət proqramlarını əhatə edən siyasi, ictimai, rəsmi, publisist və satirik janrlarda yazılan məqalələr oxuculara baş verən hadisələrdən məlumatlar əldə etməklə yanaşı, bir yol xəritəsi rolunu da oynayır. Biz gəncləri oxuyub yaratmağa, öz vəzifəsini dərk etməyə səsləyir.
Görüşdə “Yaratmaq amalı” kitabındakı “Bizə çayxana lazımdır, yoxsa kitabxana?!” başlıqlı məqalə səsləndirilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Televiziyasının hazırladığı “Azərbaycanın ürəyidir Naxçıvan” filmi nümayiş olunduqdan sonra tədbir çay süfrəsi ətrafında davam etdirilib.
Müəllif, jurnalist Sahil Tahirli fəal gənclərə kitab hədiyyə edib.

 Türkan HÜSEYNLİ

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR