22 Dekabr 2024, Bazar

Naxçıvan Dövlət Universitetində Tələbə­-Gənclər Təşkilatının böyük şairimiz Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən slaydların təqdimatına həsr olunmuş “Söz sənətinin dahisi – Nizami” adlı tədbir keçirilib. Tədbirdə çıxış edən universitetin rektoru, dosent Elbrus İsayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında Sərəncamının əhəmiyyətindən danışıb. Vurğulanıb ki, ulu öndərin təşəbbüsü və iştirakı ilə 1981-ci ildə ölməz sənətkarın 840 illik yubiley mərasimləri ölkənin mədəni həyatında əlamətdar hadisəyə çevrilib. 2011-ci ildə Nizami Gəncəvinin 870 illiyi dövlət səviyyəsində silsilə tədbirlərlə geniş şəkildə qeyd edilib. Nizami dühası hər zaman dünya şərqşünaslığının diqqət mərkəzində olub, şairin əsərlərinin nizamişünaslıqda yüksək qiymətləndirilən elmi-tənqidi mətni hazırlanıb, kitabları nəfis tərtibatda və kütləvi tirajla nəşr edilib.

Azərbaycan dili və ədəbiyyatı kafedra­sının müdiri, professor Əsgər Qədimov “Nizami və Azərbaycan – Şərq intibahı” mövzusunda çıxışında dahi Nizami Gəncəvinin müxtəlif xarici ölkələrin kitabxana, arxiv və muzeylərində saxlanılan əlyazma nüsxələri, ona həsr olunan elmi-tədqiqat əsərləri barədə məlumat verib.
Universitet Tələbə-Gənclər Təşkilatının sədri, Hüquq kafedrasının müəllimi Əziz Qasımov bildirib ki, layihənin əsas məqsədi tələbələrin Nizami irsi barədə daha məlumatlı olmaları və dahi şairin yaradıcılığını daha dərindən mənimsəmələridir.
Təqdim edilən slaydlar yaradıcılıq, mövzu rəngarəngliyi, proqramlardan istifadə bacarığı baxımından dəyərləndirilib.
Sonda tələbələr diplom və kitabla mükafatlandırılıb.

Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və
ictimaiyyətlə əlaqələr bölməsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR