29 Dekabr 2024, Bazar

AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova beynəlxalq jurnallarda nəşr olunan məqalələrinin elmi əhəmiyyəti və əsərlərinə olunan istinadların çoxluğu nəzərə alınmaqla “Beynəlxalq İntellektual Əməkdaşlıq Komitəsi İntellektual Liqası”nın həqiqi üzvü seçilib.

Məlumat üçün qeyd edək ki, komitə 1922-ci ildə alimlər, tədqiqatçılar, müəllimlər və başqa sahələrin ziyalıları arasında beynəlxalq mədəni və intellektual əməkdaşlığı təmin etmək məqsədilə Millətlər Liqası nəzdində məsləhətçi orqan kimi təsis edilib. Anri Berqson, Albert Eynşteyn, Mariya Küri, Robert Milliken, Bela Bartok, Tomas Mann, Salvador de Madariaqa və Pol Valeri kimi tanınmış elm və incəsənət adamları adıçəkilən komitənin tanınmış simaları olmuşlar. Qurum 1946-cı ildən YUNESKO tərəfindən maliyyələşdirilir. Komitənin sistematik, mütəşəkkil, inteqrasiya olunmuş iş və yaradıcılıq üslubu, onun üzvlərinin elm, təhsil və mədəni sahələrin durmadan yaxşılaşdırılmasına yönəlmiş fəaliyyətini təmin edir.

Müxtəlif tipli layihələrin birgə planlaşdırılması, ekspertizası, həyata keçirilməsi və nəşri sahələrində  səmərəli olan “İntellektual Liqa” çoxsəviyyəli əməkdaşlıq şəbəkəsidir. Liqanın  həqiqi üzvlərinin siyahısı ilə link vasitəsilə tanış ola bilərsiniz: liga.rae.ru

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR