22 Dekabr 2024, Bazar

Muxtar respublikada kənd təsərrüfatı sahəsində həyata keçirilən işlər yanvar ayında da davam etdirilib. Belə ki, yeni ilin ilk ayında nazirliyin illik iş planı təsdiq edilib, kənd təsərrüfatı işlərinin gedişi ilə əlaqədar vəzifələr müəyyənləşdirilib, müşavirələr, tarla seminarları keçirilib və maarifləndirmə tədbirləri aparılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların münbitliyinin artırılmasına dair Tədbirlər Planı”nın müvafiq bəndləri­nin icrası istiqamətində nazirliyin əməkdaş­ları Naxçıvan şəhəri və Kəngərli rayonunda torpaq mülkiyyətçiləri və sahibkarların iştirakı ilə torpaq münbitliyinin artırılmasında görüləcək tədbirlər barədə seminar-müşavirələr keçirib, onlara məsləhətlər verib və bukletlər paylayıblar. Cari ildə yaz əkinlərinin daha optimal müddətdə başa çatdırılması, əkin dövründə baş verə biləcək çatışmazlıqların qısa zamanda aradan qaldırılması üçün rayonlarda yaz əkinlərində iştirak edəcək texnikaların texniki vəziyyətinin diqqətdə saxlanılması ilə bağlı texnika sahibləri ilə fərdi söhbətlər aparılıb.
Ötən ay “Araz” Elm-İstehsalat Birliyinin illik iş planı elmi şuranın iclasında müzakirə olunaraq təsdiq edilib. Birliyin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsi tərəfindən mülkiyyətçilərin təqdim etdiyi 4 torpaq nümunəsi analiz olunaraq onlara yazılı məlumat verilib. Mütəxəssislər tərəfindən hazırlanan “Naxçıvan Muxtar Respublikası şəraitində buğda hibridlərinin xəstəliklərə davamlılığının öyrənilməsi” adlı elmi məqalə Ukrayna Respublikası V.V.Dokuçayev adına Xorkov Milli Aqrar Universitetinin “Planeta-Print” jurnalında dərc edilib.
Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinin mütəxəssisləri tərəfindən zərərvericilərin aşkarlanması üçün Naxçıvan şəhərinin ətraf ərazilərində müşahidələr aparıblar. Zərərvericilər aşkarlanan sahələrdə sink fosfid kimyəvi preparatından istifadə etməklə aldadıcı yem hazırlanıb, mübarizə tədbirləri üçün ailə təsərrüfatı rəhbərləri və fermerlərin iştirakı ilə maarifləndirmə tədbirləri keçirilib. Ötən ay 38 ayrı-ayrı ailə təsərrüfatı rəhbərləri, fermerlər tərəfindən istixanalarda və müxtəlif əkin sahələrində xəstəlik və zərərvericilərin aşkarlanması məqsədilə gətirilən nümunələrə baxılıb, mübarizə tədbiri olaraq lazımi məsləhət və tövsiyələr verilib.Toxumçuluq təsərrüfatları və fermerlər tərəfindən laboratoriyaya gətirilən toxumlar analizdən keçirilib, nəticəsi haqqında onlara analiz aktı təqdim olunub.
Heyvandarlıqda qışlama mövsümünün gedişi və heyvanlara zoobaytar qaydalarına uyğun qulluq edilməsi, qış otlaqlarından səmərəli istifadə, otlaqlarda növbəli otarmanın təşkili və heyvanlar arasında baytarlıq tədbirlərinin aparılması ilə bağlı sahibkarlarla maarifləndirici müşavirələr keçirilib. Culfa rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ilə birgə özünüməşğulluq proqramına uyğun olaraq aztəminatlı ailələrə verilmiş mal-qaranın zoobaytar qaydalarına uyğun yemləndirilməsi və saxlanılması istiqamətində ailə təsərrüfatı sahibləri ilə maarifləndirici görüş təşkil edilib.

Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR