Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının, Türkiyə Cumhuriyyətinin Iğdır –Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyi və Zirvə Dağçılıq, Təbiət və İdman Klubunun dağçı idmançılarının 2021-ci il 19-21 fevral tarixlərində Xocalı soyqırımı şəhidlərinin əziz xatirəsini yad etmək məqsədi ilə Haça dağa dırmanma yürüşü keçirilməsi məqsədilə 19 fevralda Naxçıvan MR-ə gəlmişlər.
20 fevralda səhər saat 07:30 radələrində Culfa rayonu Gal kəndindən Haçadağa dırmanma yürüşünə başlanmışdır. Dağa dırmanma müvəffəqiyyətlə başa çatmışdır. Türkiyəli dağçılarla Federasiyada görüş keçirilmişdir.
21 fevralda qonaqlar Naxçıvanın gəzməli yerlərində olmuşlar və günün sonunda dağçılar Türkiyəyə yola düşmüşlər.