05 Fevral 2025, Çərşənbə

            Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası 2021-ci ilin yanvar ayında teleradioların fəaliyyətini izləmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarından, təsdiq olunmuş Dövlət proqramları və Tədbirlər planlarından irəli gələn vəzifələrin muxtar respublikada fəaliyyət göstərən teleradiolarda icrasını diqqətdə saxlamışdır.

          Şura yanvar ayında teleradiolarda texniki və yaradıcılıq baxımından keyfiyyətin yüksəldilməsinə xüsusi diqqət göstərməklə yanaşı, həm də teleradioların monitorinqini aparmışdır. Yanvar ayının 13-də şura tərəfindən “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosunda monitorinq müzakirləri keçirilmişdir.

          Aparılan monitorinqlərin nəticələri göstərir ki, 2021-ci ilin yanvar ayında Naxçıvan Dövlət Televiziyasının öz teleməhsulları efirin 72 faizini əhatə etmişdir.

          Əvvəlki aylarda olduğu kimi, yanvar ayında da vətənpərvərlik mövzusu diqqət mərkəzində olmuş, bununla yanaşı, televiziyada digər mövzulara da müraciət edilmişdir.

          Şura Naxçıvan Dövlət Radiosunun efirini mütəmadi olaraq izləmiş, radioda fəaliyyət göstərən ədəbi-bədii və ictimai-siyasi redaksiyaların fəaliyyətini müqayisəli şəkildə təhlil etmişdir.  Radio yanvar ayı ərzində 611 saat efirdə olmuşdur. Ümumi efirin 46 faizini radionun öz istehsalı olan verilişlər təşkil etmişdir.

           Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 18 dekabr tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Hazırda “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosu təhsillə bağlı televiziya və radio proqramlarını hazırlayan və yayımın həyata keçirən teleradio yayımçısı kimi fəaliyyətini muxtar respublikanın təhsil müəssisələri ilə qarşılıqlı əlaqədə davam etdirir.

          Ay ərzində 5 videoçarx və 7 teleanons  hazırlanmışdır ki, bu da efirin 1 faizini təşkil edib. Digər televiziya kanallarının istehsalı olan 6 televiziya və sənədli film də ilk dəfə efirə təqdim olunmuşdur.

          “Naxçıvanın səsi” radiosu 248 saat efirdə olmuşdur. Efir müddətində 46 saat canlı yayım proqramları  və verilişlər hazırlanaraq dinləyicilərə təqdim edilmişdir.  Radio yeni profilinə uyğun olaraq yanvar ayı ərzində təhsillə bağlı proqramlar hazır­lamağa başlamışdır. Radionun yeni layihələri – “Təhsilə dair” və “Təhsilin inkişaf yolu”  proqramlarında təhsilin inkişaf yolu, tədbiq edilən tədris metodları və qarşıda duran məsələlər geniş müzakirə olunmuşdur.

          İş planına uyğun olaraq şura sosial şəbəkələrdə Naxçıvanla bağlı yayılan məlumatların təhlilini də aparmış, bəhs edilən dövrdə sosial şəbəkələrdə Naxçıvanla bağlı 500-dək foto və video, həmçinin xəbər paylaşmışdır.

Naxçıvan Muxtar Respublikası

Televiziya və Radio Şurası

 

 

 

ARXİV

Fevral 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

MÜƏLLİFLƏR

KEÇİDLƏR