05 Fevral 2025, Çərşənbə

AMEA Naxçıvan Bölməsində və muxtar respublikanın ali təhsil ocaqlarında Xocalı facisəninin 29-cu ildönümünə həsr olunmuş elmi konfranslar keçirilib.
Tədbirlərdə Xocalı soyqırımı qurbanlarının və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşlərdə şəhid olmuş qəhrəman Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

AMEA Naxçıvan Bölməsində “Xocalı faciəsi: səbəbləri, nəticəsi və dərsləri” mövzusunda konfransı giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, ermənilərin azərbaycanlılara qarşı əsrlərboyu həyata keçirdikləri soyqırımı və etnik təmizləmə siyasəti onların “böyük Ermənistan” yaratmaq xülyasına xidmət edən cinayət əməlləridir. Akademik ermənilərin məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürülməsi, Dağlıq Qarabağ münaqişəsinin meydana gəlməsi, azərbaycanlıların öz doğma torpaqlarından deportasiyası kimi məsələlərə toxunub, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı zəfərindən danışıb. Sonra məruzələr dinlənilib.
“Naxçıvan” Universitetində “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir” mövzusunda keçirilən elmi konfransda universitetin rektoru, dosent Nurlana Əliyeva çıxış edərək Xocalı soyqırımını mənfur ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi soyqırım siyasətinin növbəti mərhələsi kimi təhlil edib. Qeyd olunub ki, yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Xocalıda törədilən cinayətlər barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. Tədbirdə “Xocalı faciəsi tariximizin sağalmayan yarasıdır” mövzusunda məruzə dinlənilib, Vətən müharibəsi iştirakçıları – baş leytenant Ağababa Bədəlov, baş gizir Ceyhun Hüseynov, gizir Ceyhun Məmmədov, müddətdən artıq xidmət edən hərbi qulluqçu İlkin Baxşəliyev Vətən müharibəsi zamanı keçdikləri şərəfli döyüş yolundan danışıblar, onlara universitet adından plaket və qiymətli hədiyyələr təqdim edilib.
Naxçıvan Müəllimlər İnstitutunda keçirilən konfransı giriş sözü ilə açan institutun rektoru Azad Novruzov Xocalı soyqırımını Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək qəddar və dəhşətli cinayət adlandırıb, Vətən müharibəsində qazandığımız qələbənin tarixi əhəmiyyətindən söz açıb
Konfransda “Xocalı həqiqətləri: insanlığa qarşı baş vermiş cinayətlərin tarixi kökləri” mövzusunda məruzə dinlənilib.
Tədbirlərdə ali təhsil ocaqlarının tələbələrin ifasında ədəbi-bədii kompozisiyalar təqdim edilib, rəsm əsərlərindən ibarət sərgiyə baxış olub.

Xəbərlər şöbəsi

ARXİV

Fevral 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

MÜƏLLİFLƏR

KEÇİDLƏR