05 Fevral 2025, Çərşənbə

Naxçıvan Şahmat Mərkəzində “Yarımaçıq debütlər haqqında məlumat” və “Məsələ həlli” mövzularında növbəti interaktiv dərs keçilib. Dərsi beynəlxalq dərəcəli hakim Emin Hacıyev aparıb.

Emin Hacıyev elektron şahmat proqramları, yarımaçıq debütlər və məsələ həlli ilə əlaqədar ətraflı məlumat verərək bildirib ki, müasir şahmatın öyrənilməsində elektron şahmat proqramlarından mütləq istifadə etmək lazımdır. “Lichess.org”, “chess.com” kimi internet səhifələrindən istifadə bu gün muxtar respublika məktəblərində geniş tətbiq olunur. Bundan başqa, Naxçıvan Şahmat Federasiyasının “YouTube” səhifəsində dərslər yerləşdirilib və eyni zamanda CD formasında məktəblərə çatdırılıb.
Məşğələ saat 1100-da ümumtəhsil məktəblərinin şagirdləri üçün, 1200-da isə ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlər üçün keçirilib. Bununla yanaşı, saat 1500-da rayon şahmat məktəbləri ilə keçirilən interaktiv dərsdə muxtar respublika şahmatçılarının oyunları təhlil edilib. İnteraktiv dərs zamanı şahmatçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, interaktiv dərs muxtar respublikada 200-dən artıq təhsil müəssisəsində şagird və müəllimlər tərəfindən elektron lövhə ­vasitəsilə izlənilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

ARXİV

Fevral 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28

MÜƏLLİFLƏR

KEÇİDLƏR