07 Dekabr 2024, Şənbə

Yanvarın 12-də Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Babək Rayon Şöbəsinin inzibati binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.

Ardını oxu...

Nахçıvаn Muхtаr Rеspublikаsı Fövqəlаdə Hаllаr Nаzirliyinin struktur qurumlаrı tərəfindən muхtаr rеspublikаdа mülki müdаfiə, əhаlinin və ərаzilərin fövqəlаdə hаllаrdаn qоrunmаsı, fövqəlаdə hаllаrın qаrşısının аlınmаsı və nəticələrinin аrаdаn qаldırılmаsı, yаnğın təhlükəsizliyinin, tikintidə, sənаyеdə və dаğ-mədən işlərində tехniki təhlükəsizliyin təmin оlunmаsı istiqаmətində qаrşıyа qоyulan vəzifələrin icrаsı ötən ilin dekabr ayında da davam etdirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasından irəli gələn vəzifələr və 2021-ci il ərzində görülmüş işlər müzakirə olunub. Kollegiya iclasında komitə sədri, gömrük xidməti general-leytenantı Səhət Həbibbəyli qeyd edib ki, hesabat dövrü ərzində gömrük orqanları tərəfindən iqtisadi təhlükəsizliyin və daxili bazarın qorunması, hüquq-mühafizə fəaliyyətinin yerinə yetirilməsi, əhalinin keyfiyyətli idxal məhsulları ilə təmin edilməsi, ixracın stimullaşdırılması və gömrük xidmətinin keyfiyyətinin artırılması istiqamətində fəaliyyət davam etdirilib.

Ardını oxu...

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-mayor Andrey Volkov ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Qarabağ iqtisadi zonasındakı əməliyyat şəraiti müzakirə olunub.

General-mayor A.Volkovu general-leytenant Rüstəm Muradov təqdim edib.

 

 

 

Yanvarın 12-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Türkiyənin milli müdafiə naziri yanvarın 11-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribat nəticəsində hərbi qulluqçumuzun şəhid olması ilə bağlı başsağlığı verib.

Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin hər zaman olduğu kimi, bu gün də haqq savaşında Azərbaycanın yanında olduğunu bildirib.

 

 

 

Muxtar respublikamızda şəhid ailələrinə və qazilərimizə dövlət qayğısı vətənpərvərlik təzahürüdür


Ümummilli liderimiz Heydər Əliyevin “Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir” mübarək kəlamının əməldə təcallasının təntənəsini yaşayırıq Müzəffər Ali Baş Komandanın rəhbərliyi, igid oğulların şücaəti sayəsində. Ulu öndər siyasətinin müdrikliyi, böyüklüyü, bu dahi siyasətçinin təməlini qoyduğu əbədiyyət yoluna sədaqət muxtar respublikamızın timsalında həm müharibədən əvvəl, həm müharibə dövründə, həm də sonrakı mərhələdə şəhid ailələrinə, müharibə iştirakçılarına, qazilərə göstərilən ehtiramda, qayğıda, həssas münasibətdə özünü ən yüksək səviyyədə göstərir. Cəmiyyətimizin bu kateqoriyadan olan insanlarının sosial problemlərinin həll olunması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər 2021-ci ildə daha intensiv, davamlı xarakter aldı...

Ardını oxu...

Yanvarın 11-də Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

Ardını oxu...

2021-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən kollegiya iclasını giriş sözü ilə maliyyə naziri Rafael Əliyev açıb. Nazir bildirib ki, 2021-ci il Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirlərinin 72 faizi və ya 104 milyon 353 min 942 manatı Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin, 21,6 faizi və ya 31 milyon 404 min 916 manatı Dövlət Gömrük Komitəsinin xətti ilə toplanılıb, 5,3 faizi və ya 7 milyon 668 min 598 manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 1,1 faizi və ya 1 milyon 610 min 576 manatı isə digər mənbələr hesabına daxil olub.

Ardını oxu...

Azərbaycan Ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur”, - deyə nazirliyin məlumatında qeyd olunub.

Biz Qazaxıstanda vəziyyətin tezliklə normallaşdırılması, qazax xalqının və bütün regionun rifahı naminə geniştərkibli islahatların davam etdirilməsi yolu ilə ölkədə siyasi, sosial və iqtisadi inkişafa qayıtmaq səylərini dəstəkləyirik.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Qazaxıstanda baş verən son hadisələrlə bağlı növbədənkənar iclasında çıxışı zamanı bildirib.

Ardını oxu...

Dövlət İmtahan Mərkəzində (DİM) informatika fənni üzrə işçi qrupunun iclası keçirilib.

DİM-dən bildirilib ki, gündəlik məsələ informatika fənni üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinin müzakirəsi olub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin kollegiya iclasında nazir, general-leytenant Şamı Abdullayev məruzə edib.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Ordunun peşəkar zenitçiləri hədəfləri dəqiqliklə məhv edirlər

44 günlük Vətən Müharibəsində döyüşlər zamanı Azərbaycan Ordusuna müqavimət göstərə bilməyən erməni hərbi birləşmələri hərbi texnika və silah-sursatları döyüş meydanında ataraq qaçıblar. Ordumuz tərəfindən döyüş meydanından götürülən çoxlu sayda hərbi qənimətlər arasında yer alan 20 millimetrlik “Zastava” zenit-artilleriya qurğuları təmir olunaraq silahlanmaya daxil edilib. Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə bölmələrində keçirilən taktiki-xüsusi təlimlərdə “Zastava” qurğularının heyətləri düşməndən fərqli olaraq yüksək peşəkarlıq və hərbçi ustalığı nümayiş etdirdilər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər ötən ilin dekabr ayında da davam etdirilib. Xidmət tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 39 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barəsində müvafiq tədbirlər görülüb.

Ötən ay Dövlət Miqrasiya Xidmətinə, ümumilikdə, 462 müraciət daxil olub ki, onlardan 205-i əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti yaşamaq və əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, müvəqqəti olma müddətinin uzadılması, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olmuşdur. Müraciətlərin hər biri ayrı-ayrılıqda qanunvericiliyin tələblərinə əsasən araşdırılmış, müvafiq qərarlar qəbul edilmişdir.
Hesabat dövründə olduğu yer üzrə qeydiyyatla bağlı 257 müraciət qeydə alınaraq icrası təmin olunmuş, həmin müraciətlərdən 58-i elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilmiş, xidmət tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq maarifləndirmə tədbirləri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidməti

 

 

 

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “2021-ci ilin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilmişdir.

Ardını oxu...

Yanvarın 10-da Azərbaycanda 58 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 21, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 37 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 498 min 430, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 184 min 66, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 695 min 363 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 619 min 1 nəfər təşkil edir.

 

 

 

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 329 yoluxma faktı qeydə alınıb, 358 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 12 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 621 min 563 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 605 min 919 nəfər müalicə olunaraq sağalıb, 8 min 457 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 min 187 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 247, bu günə qədər isə ümumilikdə 5 milyon 948 min 270 test icra olunub.

Azərbaycan Ordusunun bölmələri tərəfindən Qırmızı Bazar istiqamətində guya atəş açılması və nəticədə avtomobilin yanması barədə erməni sosial şəbəkə istifadəçilərinin yaydıqları məlumat yalandır.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Bildiririk ki, bölmələrimiz tərəfindən həmin istiqamətdə atəş açılmayıb. Azərbaycan Ordusu mülki əhalini və obyektləri atəşə tutmayıb. Hazırda bu istiqamətdə sakitlikdir. Qarşı tərəfin bu kimi növbəti təxribat xarakterli məlumatının heç bir real əsası yoxdur”, - deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Türkiyə milli müdafiə naziri Hulusi Akar rəsmi Ankaranın Ermənistan ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Sərdar Kılıçla görüşüb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

 

 

Azərbaycanda yanvarın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, səhər şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8°, gündüz 9-12° isti, Bakıda gecə 6-8°, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu, nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasıdan irəli gələn vəzifələrə və ötən ilin yekunlarına həsr olunmuş tədbir keçirilib.
Tədbiri açan bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, bölmə əməkdaşları tərəfindən aparılan tədqiqatlar 15 monoqrafiya, 11 kitab, 1 kitabça, 2 metodik vəsait, 457 elmi məqalə, 182 konfrans materialı, 5 tezis olmaqla, 672 elmi əsərdə əksini tapıb. 3 buklet, 3 xəritə tərtib edilib, 2 patent və 1 sənaye nümunəsi təsdiq olunub. Əsərlərdən 159-u xaricdə nəşr edilib. 46 məqalə impakt faktorlu jurnallarda çapdan çıxıb, bunlardan 17-si Clarivate Analytics indekslidir. Bölmə əməkdaşlarının əsərlərinə il ərzində 880 istinad qeydə alınıb. Bölmədə 2 beynəlxalq səviyyəli qrant layihənin icrası uğurla davam etdirilib.

Ardını oxu...

Ötən ay ərzində gənc nəslin vətənpərvər ruhda formalaşması, intellektual səviyyəsi və dünyagörüşünün artırılması, yeni bacarıqlara yiyələnməsi və asudə vaxtının səmərəli təşkili məqsədilə bir sıra tədbirlər həyata keçirilib.

Ardını oxu...

Naxçıvan gömrükçüləri narkotik qaçaqmalçılığı üzrə daha bir cəhdin qarşısını alıblar. Belə ki, Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyə Respublikasına, oradan da təyinat ölkəsi Almaniya Federativ Respublikasına mebel və xalça yükü aparan 63-AA-657/63-AA-658 dövlət nömrə nişanlı “DAF” markalı nəqliyyat vasitəsinə Şahtaxtı dövlət sərhədindən buraxılış məntəqəsində rentgen qurğusu vasitəsilə gömrük baxışı həyata keçirilən zaman əşyaların içərisində şübhəli təsvirlər müəyyən olunub.
Həmin təsvirlər əsasında nəqliyyat vasitəsinin qoşqusuna baxış keçirilən zaman 6 ədəd kreslonun və 1 ədəd divanın qoltuq hissələrində gizlədilmiş 26 ədəd bağlamada ümumi çəkisi 47 kiloqram 376 qram olan narkotik vasitə – tiryək aşkar edilərək götürülüb.
Faktla bağlı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin İstintaq bölməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin

mətbuat xidməti

 

 

 

Ötən ilin, bizim elin uğurları

Ölkəmizin uğurlu inkişaf siyasəti bütün sahələrdə nailiyyətlər əldə edilməsinə zəmin yaradıb. Bu prosesin davamlı xarakter almasında gənclərin də əməyi böyükdür. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və ictimai-siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin vacib qüvvəsinə çevrilib. Gənclər siyasətinin əsas məqsədi intellektual, fiziki cəhətdən sağlam və vətənpərvər gənclər yetişdirməkdir. Bu mənada, ulu öndər Heydər Əliyevin aşağıdakı tövsiyəsi gənclərin fəaliyyət proqramına çevrilib: “Gənclər özlərini Azərbaycanın gələcəyi naminə layiqincə hazırlamalıdırlar. Hər bir gənc öz yolunu müstəqil Azərbaycan Respublikasının həyat yolu kimi qəbul etməlidir. Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən ibarət olmalıdır”.

Ardını oxu...

2022-ci il “Şuşa ili”dir

Gözəl Şuşa haqqında ən gözəl kəlmələrdən seçmələr

“Şərq qapısı” qəzeti, 1970-1990-cı illər

Qarabağın baş tacı, şanlı Zəfər yolumuzun qəhrəman qalası Şuşa bu gün öz gözəlliyi və ecazkarlığı ilə bütün dünyanın diqqət mərkəzindədir. Hələ 270 il əvvəl əsası qoyulmuş Şuşa özünün tarixi keçmişi, dünya mədəniyyətinə verdiyi töhfələrlə 100 il əvvəl olduğu kimi, indi də dilimizin əzbəri, ən gözəl nəğmələrimizin nəqəratıdır. Qarabağ torpaqlarında düşmən işğalına son qoyan Müzəffər Azərbaycan Ordusunun Şuşada üçrəngli bayrağımızı ucaltması ilə qazanılan böyük qələbədən sonra xalqımızın ən böyük istəyi indi Şuşanın yenidən dirçəldilməsi, onun bütün gözəlliklərinin insanlığa yenidən qazandırılmasıdır.

Ardını oxu...

Azərbaycan xalqının qədim, zəngin və unikal mədəniyyəti vardır. Milli mədəniyyətimiz xalqımızın tükənməz sərvətidir. Şübhəsiz ki, dünya ölkələri və xalqları arasında respublikamızın layiqli yer tutmasında, beynəlxalq əlaqələrin daha da genişlənməsində, mehriban dostluq münasibətlərinin və qarşılıqlı fayda verən əməkdaşlığın formalaşmasında milli mədəniyyətimiz müstəsna əhəmiyyət kəsb edir. Qloballaşma və mədəni inteqrasiya prosesinin geniş vüsət aldığı indiki dövrdə milli mədəniyyətlərin qorunması, inkişaf etdirilməsi olduqca önəmli məsələdir. 

Ardını oxu...

Əlahiddə Ümumqoşun Orduda taktiki-xüsusi təlim keçirilib. Təlimdə təxribata hazırlaşan şərti düşmənin hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb.

Ardını oxu...

Ötən ilin, bizim elin uğurları

Bir ili də geridə qoyduq. 2021-ci il  həm də “Şərq qapısı” qəzetinin 100, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileylərinin dövlət səviyyəsində qeyd olunması ilə yadda qaldı. Hər iki tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri iştirak etmiş, Naxçıvanda mətbuat və rəssamlıq sahəsi ilə bağlı dəyərli fikirlər səsləndirmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 17 dekabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında mətbuatın inkişafında səmərəli fəaliyyətlərinə görə bir sıra qəzet və nəşriyyat əməkdaşları, həmçinin dövlətimizin başçısının oktyabrın 16-da  Ali Məclis Sədrinin isə 2021-ci il 15 iyul tarixdə imzaladığı müvafiq sərəncamlarla mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə  rəssamlar təltif edilmişlər. Onlarla həmsöhbət olduq, fəaliyyətləri barədə öyrəndik…  

Ardını oxu...

Naxçıvan Qarnizonu Qoşunlarında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq xidmətdə və döyüş tapşırıqlarının icrasında fərqlənən hərbi qulluqçular mükafatlandırılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin və Sədərək Rayon İcra Hakimiyyətinin birgə iştirakı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Sədərək rayonunda yerləşən “N” hərbi hissənin əsgərləri ilə görüş olub.

Görüşdə Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Mahirə Adnayeva, Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə hərbi hissənin kollektivini səmimi qəlbdən təbrik edib, onlara xoş arzularını çatdırıblar.
Vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən həyata keçirilən ordu quruculuğu siyasəti nəticəsində bu gün Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib, vətənpərvər və peşəkar şəxsi heyət formalaşdırılıb. Ölkə Prezidentinin siyasi iradəsi və qətiyyəti, ordumuzun gücü, döyüş əzmi, həmçinin xalq-ordu birliyi, şübhəsiz ki, 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbənin əsas amillərindəndir.
Sonda yerli istehsal olan müxtəlif növ bayram sovqatları hərbi hissəyə təhvil verilib.

Xəbərlər şöbəsi

 

 

 

 

 

 

Hər il olduğu kimi, bu il də muxtar respublikamızın şəhər və rayon mərkəzlərində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbirlər təşkil edilir. Bu tədbirlərdən biri də  bayram tədbirində iaşə xidmətlərinin göstərilməsidir. Bu, sakinlərin istədikləri məhsulu daha asan əldə etmələri, həm də müxtəlif istehsal müəssisələrinin, kənd yaşayış məntəqələrində fəaliyyət göstərən ailə təsərrüfatçılarının öz məhsullarını satışa çıxarmasına imkan yaratmaq məqsədi daşıyır. 

Ardını oxu...

Ömrümüzdən, günümüzdən pay verdiyimiz daha bir il də ötdü, keçdi, beləcə… XXI əsrin Böyük Zəfər tarixinin ikinci bütöv ili – 2021-ci ilində qələbə sevincinin bəhrələrini yaşadıq. Bu sevinci xalqımıza, bütün dünya azərbaycanlılarına yaşadan ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycanın Silahlı Qüvvələrinin əsgər və zabitlərinə minnətdarıq. Qanları, canları ilə tarix yazan şəhidlərimizin ruhu qarşısında baş əyir, onlara rəhmət diləyirik. Dövlət başçısı cənab İlham Əliyevin doğum günündə işğaldan azad edilmiş ərazilərimizə – Hadrut qəsəbəsinə, Qarabağın tacı, Azərbaycanın ürəyi, mədəniyyət paytaxtımız Şuşaya səfəri də özündə bütün çağırışları ehtiva edir. Şuşanın Cıdır düzündən xalqa həm təbriklərinə, həm də göstərdikləri dəstəyə görə təşəkkürünü bildirən cənab İlham Əliyev bir daha böyük qürur hissi ilə dedi ki, bu gün azad Qarabağda, Zəngəzurdayıq. Bu torpaqların sahibləri öz əzəli dədə-baba yurdlarına qayıtmışıq və bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq.

Ardını oxu...

Müasir dünyanın mənzərəsinə baxdıqda qloballaşma prosesləri ilə yanaşı, planeti bürüyən böhranlı vəziyyət qarşısında bir sıra beynəlxalq təşkilatların o qədər də effektli olmayan cəhdləri fonunda cərəyan edən mürəkkəb hadisələrin şahidi oluruq. Hələ də mövcud olan qlobal pandemiya, bununla paralel olaraq dünya üzrə təchizat zəncirinin qırılmasından qaynaqlanan pozulmuş dünya iqtisadiyyatı problemləri gündəmdəki yerini qorumaqdadır. Əgər bütün bunlara böyük dövlətlərin bitmək bilməyən intriqalarını, xaotik miqrasiya, ekoloji böhranlar, enerji və qida təhlükəsizliyi kimi mühüm gündəlik problemləri də əlavə etsək, dünya düzəninin nə qədər ciddi çətinliklərlə üz-üzə qaldığını söyləmək olar. 

Ardını oxu...

Ordum varsa, yurdum var

Qələbəyə aparan bu başlıca amillər gələcək uğurların da təməlidir


Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabrın 31-ni – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Builki bayramı  ikiqat sevinclə qarşılayırıq. Çünki qalib dövlət, qalib xalq, qalib ordumuzun həmrəy olaraq uzun illər düşmən tapdağında qalmış torpaqlarımızı azad etməsinin birinci ildönümünü qeyd etmişik. Bu günlərdə məhz qalib ordunun əsgərləri ilə görüşmək, onların yaşadıqları bayram ovqatını görmək üçün Naxçıvan Qarnizonunun Şahbuz rayonunda yerləşən “N” hərbi hissəsində olduq. 

Ardını oxu...

Ömrümüzə, gün-güzəranımıza və təbii ki, şanlı və şərəfli tariximizə öz mübarək izlərini pozulmaz naxışlarla yazan illərdən birini də başa vurduq. Deyə-deyə, gülə-gülə yaşadığımız 2021-ci il əvvəlki illərdən bir sıra məqamları ilə daha əziz oldu. O məqamlar ki bütün xalqımız yaşadı. Sadalamaqla qurtarmayan əlamətdar hadisələr hər birimizə sevinc gətirdi. Qalib dövlətin vətəndaşları kimi o sevinc bizim mənəvi haqqımızdır.

Ardını oxu...

Naxçıvan Qarnizonu Qoşunlarında gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarını bitirən gənclərə sertifikatlar təqdim edilib, ixtisas hazırlığı kursları başa çatan gənc əsgərlər növbəti xidmət yerlərinə yola salınıblar. Bu münasibətlə keçirilən buraxılış mərasimlərində əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Bakıdakı Daimi Nümayəndəliyində 30 dekabr 2021-ci il tarixində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni – 2022-ci ilin gəlişi ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin, vətənimizin müstəqilliyi, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş bütün Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək dahi liderə və bütün şəhidlərimizə öz hörmət və ehtiramlarını bildiriblər.

Ardını oxu...

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür


Tarix dəfələrlə sübut edib ki, milli həmrəylik və ideologiya bir xalqın müstəqilliyi üçün ən mühüm amildir. Çünki həmrəylik olmadan müstəqillikdən, müstəqillik olmadan dövlətçilikdən bəhs etmək mümkün deyil. Azərbaycan xalqı xoşbəxt xalqlardandır ki, onun müstəqillik arzularını gerçəkləşdirən və bu müstəqilliyi milli həmrəylik və ideologiya üzərində inşa edən ümummilli lider Heydər Əliyev kimi dühası olub. Ulu öndərin bu siyasi irsi 1991-ci il dekabrın 16-da onun rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında “31 Dekabr – Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərarın qəbul olunması ilə bir daha təsdiq edilib. Həmin qərara əsasən 1991-ci ilin 31 dekabr tarixi muxtar respublikada ilk dəfə olaraq həmrəylik bayramı kimi qeyd edilib. Dünyada yaşayan bütün azərbaycanlıların birlik və həmrəyliyi istiqamətində atılmış ilk addım olan bu bayram xalqımızın vahid ideologiya ətrafında birləşməsində mühüm rol oynayıb. 

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamın icrası ilə əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində andiçmə mərasimi keçirilib.
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev tədbir iştirakçılarını qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib və onlara xoş arzularını çatdırıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti dekabr ayının ikinci 15 günü ərzində bir sıra qərarlar qəbul edib. Belə ki, Nazirlər Kabinetinin 2021-ci il 21 dekabr tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında korona virus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində bəzi məsələlərin tənzimlənməsi haqqında” Nazirlər Kabinetinin 2021-ci il 30 iyul tarixli 170 nömrəli Qərarında dəyişiklik edilmişdir. Dəyişikliyə əsasən 2022-ci ilin 1 fevral tarixindən etibarən dövlət orqanlarının əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq, elm və təhsil müəssisələrində çalışan, iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələrin, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün işçilərin koronavirusa qarşı ən azı 2 doza peyvənd olunmaları və ya koronavirusdan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud koronavirusa qarşı peyvəndə əks-göstəriş müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edilir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 30 dekabr tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi yaradılmışdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Azər Nağıyev və xidmətin əməkdaşları 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Ordubad rayonunda yerləşən sərhəd zastavasında vətənimizin sərhədlərini qoruyan əsgərlərlə görüşüblər. Əsgər və zabit heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə təbrik edilib, yerli istehsal olan müxtəlif növ bayram sovqatları sərhədçilərə təhvil verilib.

Ardını oxu...

Naxçıvan şəhərindəki “Görüş yeri” kafesində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə bayram şənliyi, həmçinin Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən yeniyetmə və gənclərin mükafatlandırılması mərasimi keçirilib.

Ardını oxu...

Milli Məclisin dekabrın 30-da keçiriləcək növbəti iclasının gündəliyi açıqlanıb.

Iclasın gündəliyinə 9 məsələnin müzakirəsi daxil edilib.

İclasda müzakirə olunacaq layihələr aşağıdakılardır:

Ardını oxu...

Naxçıvan Qarnizonu qoşunlarında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə silsilə tədbirlər keçirilir. Tədbirlər Naxçıvan Muxtar Respublikasında yerləşən bütün birləşmə, hissə və bölmələrdə, Təlim-Tədris Mərkəzlərində, Heydər Əliyev adına Hərbi Liseydə, Naxçıvan Qarnizonunun tam orta məktəbində və uşaq bağçalarında təşkil olunub.
Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hərbi hissələrindən birində keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasının ictimaiyyət, mədəniyyət və mətbuat nümayəndələri şəxsi heyətin sosial-məişət şəraiti və döyüş növbətçiliyi ilə tanış olub, dərs və məşğələləri izləyiblər.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabitləri və ictimaiyyət nümayəndələri çıxış edərək şəxsi heyəti təbrik edib, yeni – 2022-ci ilin daha böyük uğurlarla yadda qalmasını arzulayıblar. Çıxışlarda bildirilib ki, milli birliyimiz, həmrəyliyimiz 44 günlük Vətən müharibəsində qazanılan qələbədə özünü bir daha göstərdi.
Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının üzvləri əsgərlər qarşısında çıxış edərək şəxsi heyətdə xoş ovqat yaradıblar.

Nəriman Nəcəfov

 

 

 

 

Dekabrın 27-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri cəlb olunub. Azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik, birləşmə komandirləri, o cümlədən digər məsul zabitlər müşavirəyə videobağlantı vasitəsilə qoşulublar.

Ardını oxu...

Dünyada uşaqlar və böyüklər arasında ürək qüsuru olan və ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayı hər il artır. Ürək qüsurları anadangəlmə və qazanılmış olur. Uşaqlar arasında isə ən çox rast gəlinəni anadangəlmə olanlardır. Dünya üzrə hər il 1 milyon dan artıq körpə anadangəlmə ürək qüsuru ilə doğulur. Azərbaycanda isə həmin rəqəm minə bərabərdir.

Ardını oxu...

Prezident İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Katerina Sakellaropuluya başsağlığı məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli xanım Prezident,

Yunanıstan Respublikasının keçmiş Prezidenti, görkəmli dövlət xadimi və ictimai-siyasi xadim Karolos Papulyasın vəfatı xəbəri məni olduqca kədərləndirdi.

Karolos Papulyasın Azərbaycan-Yunanıstan əlaqələrinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirir, onunla görüşlərimi həmişə ən xoş təəssüratlarla xatırlayıram.

Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, mərhumun ailəsinə və bütün Yunanıstan xalqına dərin hüznlə başsağlığı verirəm".

 

 

 


Naxçıvan Qarnizonu Qoşunlarında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə silsilə tədbirlər keçirilir.

Ardını oxu...

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin”.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR