28 Mart 2024, Cümə axşamı

Dünya üzrə COVID-19 infeksiyasına yoluxanların sayı 270 milyon nəfəri ötüb.

Hazırda bütün dünyada koronavirusa 270 milyon 509 min yoluxma halı qeydə alınıb. Həmçinin infeksiya səbəbindən ölənlərin sayı 5 milyon 324 min nəfərə, sağalanların sayı isə 243 milyon 299 min nəfərə çatıb.

ABŞ COVID-19 infeksiyasına həm yoluxanların, həm də ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 50 milyon 800 min nəfəri keçib, 818 minə yaxın insan infeksiya səbəbindən həyatını itirib, 40 milyon 3 mindən çox insan isə sağalıb.

Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 34 milyon 697 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 475 min 636 nəfər vəfat edib, sağalanların sayı 34 milyon 130 min nəfərə çatıb.

Yoluxma göstəricisinə görə üçüncü pillədə Braziliya qərarlaşıb. Bu Cənubi Amerika ölkəsində pandemiya dövrü ərzində 22 milyon 189 min nəfər virusa yoluxub, onlardan 616 min 941 nəfəri ölüb dəyişib, 21 milyon 414 min nəfər isə sağalıb.

 

 

 

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR