08 Oktyabr 2024, Çərşənbə axşamı

Bu gün orta məktəblərdə şagirdlərin fiziki tərbiyəsi təlim-tərbiyənin ən vacib məsələlərindəndir. Müstəqil Azərbaycanın təhsil sistemində aparılan islahatlar dərslərin məzmun və formaca yeniləşməsini tələb edir. Buna görə də fiziki tərbiyə üzrə dərs və məşğələlərin təkmilləşdirilməsi, yeni tədris metodlarının istifadə edilməsi zərurətini ortaya çıxarır. Ümumiyyətlə, orta məktəblərdə tədris edilən fiziki tərbiyə bədən mədəniyyətinin tərbiyəsidir. O təkcə orqanizmi deyil, həm də uşaqlarda sinir sistemini inkişaf etdirir, zehni sistemin normallaşmasını təmin edir, beyindəki gərginliyi aradan qaldırmağa və başın aydınlaşmasına köməklik göstərir.

Ətraflı: Məktəblərimizdə fiziki tərbiyənin (mədəniyyətin) formalaşması, idman klublarının yaradılması...

Bakı şəhərində AFFA tərəfindən qapıçılar üzrə məşqçilər üçün UEFA-nın “B” kateqoriyalı məşqçi kursunun III modulu keçirilib.

Ətraflı: Məşqçimiz kursda

Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) üzv olan dövlətlərdə uşaq futbolu ilə bağlı tətbiq olunan “Grassroots” proqramına əsasən “kütləvi futbol həftəsi” (Grassroots week) və “Futboldan həzz al” (Enjoy with football) layihəsinə start verilib. Naxçıvandan başlayan layihə ölkəmizin bir neçə regionunu da əhatə edəcək.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil nazirlikləri və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə Uzunoba Təlim-Məşq İdman Kompleksində keçirilən festivalda 100-dək məktəbli iştirak edib. Kompleksin böyük və mini-futbol meydançalarında maraqlı və əyləncəli oyunları əhatə edən sektorlarda uşaqlar öz bacarıqlarını müxtəlif toplu oyunlarda nümayiş etdiriblər. İştirakçıların “face art”la (üz boyama sənəti) bəzənən simaları, diceyin (DJ) müşayiəti ilə səslənən dinamik musiqilər əyləncəni daha da rəngarəng edib. Sonda hər bir məktəbliyə layihəni əks etdirən futbol topları hədiyyə olunub.
Tədbirdən sonra AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov layihə barədə fikirlərini bildirib: “Bu layihənin həyata keçirilməsində məqsəd futbolun kütləviliyini artırmaq, uşaqların və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onlarda futbola maraq yaratmaq və sağlam həyat tərzini təbliğ etməkdir. Muxtar respublikada layihəni həyata keçirmək üçün hər bir şərait var. Layihə çərçivəsində, eyni zamanda yeni kateqoriya alan futbol məşqçiləri də iştirak etdi. Ötən dövrdə olduğu kimi, bu layihədə də Gənc­lər və İdman, Təhsil nazirlikləri, eləcə də Futbol Federasiyasının təşkilatçılığı ən yüksək səviyyədə idi. Belə lahiyələr davamlı şəkildə təşkil olunacaq. Bu həm də Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının AFFA ilə əməkdaşlığının möhkəmlənməsi, uşaq futbolunun inkişafı yönündə atılan bir addımdır. Təşkilatçılığa görə bir daha bu layihədə əməyi keçən bir kəsə minnətdarlığımı bildirirəm”.

 Ceyhun MƏMMƏDOV

“Kütləvi futbol həftəsi” başa çatdıqdan sonra Uzunoba Təlim-Məşq İdman Kompleksinin inzibati binasında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının nümayəndələri ilə görüş olub.

Ətraflı: Əməkdaşlıq əlaqələri genişləndirilir

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində məktəblilərin yay tətilinin səmərəli təşkili məqsədilə keçirilən kiçikyaşlı yeniyetmələr (2008-2011-ci il təvəllüdlər) arasında cüdo üzrə Naxçıvan şəhər açıq birinciliyinə yekun vurulub.

Ətraflı: Cüdo birinciliyinin qalibləri məlum olub

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR