21 Dekabr 2024, Şənbə

Neyrocərrah Lüdviq Quttman tərəfindən irəli sürülən və 1960-cı ildən bəri ali səviyyədə əksini tapan paralimpiya maraqları ötən dövr ərzində böyük hərəkata səbəb olub. Məlumdur ki, fiziki imkanları məhdud şəxslərin başqaları kimi cəmiyyətin tamhüquqlu üzvləri olmaq haqları var – təhsil almalı, işləməli, hər hansı bir sahə üzrə peşəkar mütəxəssisə çevrilərək dövlət və cəmiyyət üçün yararlı insanlar olmalıdırlar.

Ətraflı: Paralimpiya hərəkatının muxtar respublikada daha geniş  vüsət alması üçün hərtərəfli şərait...

Ölkəmizdə, eləcə də onun Naxçıvan Muxtar Respublikasında idman dövlət siyasətinin əsas prioritet məsələlərindən biridir. Təsadüfi deyil ki, məhz ötən il 5 mart – Bədən Tərbiyəsi və İdman Günü muxtar diyarımızda təntənəli şəkildə keçirilmiş, ölkənin bütün idman federasiyalarının məşqçi-müəllimləri, idmançıları Naxçıvana dəvət edilmişdi. 2020-ci ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və muxtar respublikada fəaliyyət göstərən idman federasiyalarının birgə təşkilatçılığı ilə ölkə tarixində ilk dəfə olaraq muxtar respublikamızda 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr edilmiş idman festivalı təşkil olunmuşdu. Festivalda idman federasiyalarının, Uşaq-gənclər idman məktəblərinin, Naxçıvan Dövlət Universitetinin idman klubu və idman fakültəsinin, Şərur Rayon Ağır Atletika Bölməsinin və “Xatun” Bədii Gimnastika İdman Klubunun idman nailiyyətlərini nümayiş etdirməsi Naxçıvanın bu sahədə də böyük potensiala malik olduğunu bir daha təsdiq etdi. Bu əlamətdar bayram ərəfəsində muxtar respublikamızın idman ənənələrini beynəlxalq turnirlərdə layiqincə təmsil edən bəzi idmançılarımızın fikirlərini öyrəndik.


Ənənə halını alan Naxçıvan Beynəlxalq Şahmat Festivalında 2013-cü ildə ən gənc şahmatçı kimi mükafata layiq görülən zəka sahibimiz Zahid Allahverdiyev qısa vaxt kəsiyində qazandığı uğurlarla bunun təsadüf olmadığını sübut etdi. 14 yaşlı şahmatçımız ardıcıl olaraq Türkiyənin Bitlis və Gürcüstanın Tbilisi şəhərlərində keçirilən beynəlxalq şahmat turnirlərində qələbə qazanaraq Naxçıvan şahmat məktəbinin hansı gücdə olduğunu göstərmiş oldu: “Beynəlxalq turnirlərdə qalib gəlmək və ya mükafat qazanmaq böyük uğurdur.

Ətraflı: İdman  – sağlam gələcəyimizin, iradə və əzmkarlığın,  qələbənin rəhni

Şahbuz şəhərindən burulub gedən yol bizi Ağbulaq kəndinə aparır. Qış özü ilə gətirdiyi gözəllikləri buradakı daşlara, dağlara, ağaclara bağışlamaqda heç xəsislik eləməyib. Bu mənzərə bəzən adamı qarışıq duyğularla baş-başa qoyur, bəzənsə, bu gözəlliklərin fonunda səssiz-səmirsiz yolu seyr etməyə vadar edir.

Ətraflı: Bəyaz donlu, ağ günlü Ağbulağın nağılı (Reportaj)

“Şuşa uğrunda döyüşən Naxçıvan xüsusi təyinatlıları qeyri-adi iradə, böyük fədakarlıq

və qəhrəmanlıq göstərdilər”

                Ölkəmizin böyük qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri milli birlik, həmrəylik və vətənpərvərlik oldu. Qarabağ müharibəsi onu göstərdi ki, Azərbaycan xalqının ərazi bütövlüyü hər bir vətəndaş üçün bütün arzu və istəklərdən öndə dayanır. Ordumuz işğal edilmiş torpaqlar uğrunda son damla qanına kimi mübarizə apararaq bizə qələbə sevinci yaşatdı. Bu qələbədə həm də birliyimizin rolu misilsizdir. Tarixə qızıl hərflərlə yazılan İkinci Qarabağ mübaribəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgər və zabitlərinin göstərdiyi şücaət muxtar respublikada hərbçilərin, eyni zamanda gənclərimizin necə bir vətənpərvər ruhda böyüməsinin əyani sübutudur. Redaksiyamızın qonağı Vətən müharibəsində böyük qəhrəmanlıq göstərən Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun zabiti, “İgidliyə görə”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilən Tehran Mənsimovdur. Onunla söhbətimizdə bir daha həmin günlərə qayıtdıq.

Ətraflı: Naxçıvandan Şuşaya uzanan qələbə yolu

Azərbaycanda qeyri-neft sektorunun inkişafına güclü təkan verən sahələrdən biri də turizm sektorudur. Son illər ölkəmizin uğurlu sosial-iqtisadi inkişafı, daxili sabitliyi respublikamıza turist axınını şərtləndirən əsas amillərdəndir. Azərbaycanın coğrafi baxımdan əlverişli məkanda yerləşməsi, flora və fauna növlərinin müxtəlifliyi, Xəzər dənizi, infrastruktur təminatının yaxşılaşdırılması ölkəmizin turizm imkanlarını daha da artırır. Regionlarımızda, o cümlədən Naxçıvan Muxtar Respublikasında da turizmin müxtəlif növlərini – biznes, istirahət, sağlamlıq, idman turizmlərini inkişaf etdirmək üçün hər cür şərait yaradılıb.

Ətraflı: Qış turizmi üçün əlverişli şəraitə malik olan Naxçıvan

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR