21 Dekabr 2024, Şənbə

Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində boks üzrə gənclər və böyüklər arasında muxtar respublika birinciliyi keçirilib.


Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Boks Federasiyası və Naxçıvan Dövlət Universitetinin birgə təşkil etdiyi birincilikdə şəhər və rayon, o cümlədən ali və orta ixtisas təhsili müəssisələrinin tələbə idmançıları mübarizə aparıblar.
10 çəki dərəcəsi üzrə ümumilikdə, 60-a yaxın dəri əlcək sahibinin iştirak etdiyi yarışın məqsədi muxtar respublikada boksun inkişafı, idmançıların yarış təcrübəsinin artırılması və yığma komandaya cəlb ediləcək boksçuların təyin edilməsi olub.
Yekun nəticəyə əsasən qızlar arasında Nuray Hümbətova (49 kiloqram, Naxçıvan), Günel Əliyeva (52 kiloqram, NDU) və Lalə Namazlı (71 kiloqram, Şərur) öz çəki dərəcələrində qalib adını qazanıblar.
Oğlanlar arasında Ayxan Heydərov (49 kiloqram, Naxçıvan), Möhsün Həsənzadə (52 kiloqram, Ordubad), Nazim Abazərli (57 kiloqram, NDU), Kamil Abdullayev (60 kiloqram, Sədərək), Kamran Mustafazadə (63,5 kiloqram, Naxçıvan), Muxtər Fərzəliyev (67 kiloqram, Naxçıvan), Asim Əliyev (71 kiloqram, Sədərək), Olaboye Davidlekan (75 kiloqram, NDU), Sərvər Abdullayev (81 kiloqram, Naxçıvan) və Məhəmmədəli Bağırov (91 kiloqram, Naxçıvan) fəxri kürsünün ən yüksək zirvəsinə qalxıblar.
Sonda qalib idmançılar mükafatlandırılıb.

Ceyhun MƏMMƏDOV

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR