26 Aprel 2024, Cümə

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 2020-ci il 30 dekabr tarixdə keçirilmiş altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyasından irəli gələn vəzifələr və nazirlik, onun yerli orqanları tərəfindən 2020-ci ildə görülmüş işlərə, 2021-ci ildə qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.

Səhiyyə naziri Niyazi Novruzov çıxış edərək bildirib ki, 2020-ci ildə əhalinin sağlamlığının qorunması və tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində işlər davam etdirilib. Muxtar respublika sakinlərinin sosial rifahının yüksəlməsinə əsaslanan, səhiyyə xidmətlərinin səmərəliliyini, keyfiyyətini artırmaq məqsədi daşıyan icbari tibbi sığortanın əhatə dairəsinin daha da genişlənməsi üçün quruculuq tədbirləri davam etdirilib, həyata vəsiqə alan yeni səhiyyə müəssisələrinin maddi-texniki bazaları gücləndirilib.
2020-ci ildə dünyada pandemiya halını alan virusun muxtar respublikada yayılmasının qarşısının alınması sahəsində genişmiqyaslı tədbirlər görülüb, bu məqsədlə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, müasir laboratoriya qurulub və lazımi tibbi ehtiyatlar alınıb. Virusla mübarizə məqsədilə səhiyyə müəssisələri ümumi dəyəri 4 milyon 700 min manatdan artıq olan tibbi avadanlıqlar, dərman və ləvazimatlar, həmçinin dezinfeksiyaedicilərlə təmin olunub.
Naxçıvan Muxtar Respublikasında uşaqların sağlamlığının qorunması sahəsində işlərin həcminin və keyfiyyətinin artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrasının davam etdirilməsi nəticəsində uşaqlara göstərilən tibbi xidmətin səviyyəsi xeyli yüksəlib, onların sağlamlıq vəziyyətinin yaxşılaşdırılması, uşaq ölümünün azaldılması istiqamətində müsbət nəticələr əldə olunub.
Nazir bildirib ki, son illər qan xidmətinin inkişafına da xüsusi diqqət yetirilir. Naxçıvan Muxtar Respublika Xəstəxanasında mövcud şərait Mərkəzi Qan Bankının fəaliyyətinə geniş imkanlar açıb. Mərkəzi Qan Bankında qan komponentlərinin alınması və uzun müddət saxlanılması üçün lazımi imkanlar vardır. Görülən işlərin nəticəsi olaraq muxtar respublikada talassemiya və hemofiliyalı xəstələrin ömür müddəti xeyli uzadılıb. Hazırda muxtar respublikada 39 talassemiyalı, 75 hemofiliyalı xəstə qeydiyyatda durur. Onların qan komponentləri ilə bərabər, dərman təminatı da daim yüksək səviyyədə aparılır.
Diqqətə çatdırılıb ki, hesabat dövründə tibb işçilərinin ixtisas səviyyəsini artırmaq məqsədilə çoxsaylı seminar və konfranslar keçirilib, Bakı şəhəri və Türkiyə Respublikasının müxtəlif klinika və xəstəxanalarına təkmilləşdirmə kurslarına göndərilmiş həkim və orta tibb işçilərinin sertifikasiya işi davam etdirilib.
Məruzə ətrafında müzakirələr olub.

*  *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində ötən ilin yekunları və qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı keçirilən iclasda idarənin rəisi Mehman Məmmədov çıxış edib.
Qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”na və idarənin iş planına uyğun olaraq dövlət arxivlərində fəaliyyətin müasir prinsiplər əsasında qurulması, arxiv fondlarının elektron kataloqlarının, elektron qeydiyyat sisteminin yaradılması məqsədilə tədbirlər davam etdirilib. Görülən işlər nəticəsində dövlət arxivində 757 fond üzrə 448,123 saxlama vahidinin daxil olduğu 2,252 siyahının elektron qeydiyyatı və təkrar yoxlama işləri aparılıb, həmçinin dövlət arxivinə yeni qəbul olunmuş fond sənədlərinin elektron kataloqunun yaradılması davam etdirilib. Rayon dövlət arxivlərində fond siyahılarının elektronlaşdırılması işinin aparılması məqsədilə əvvəllər kiril əlifbası ilə yazılan və istifadəyə yararsız halda olan fond siyahılarının yenidən işlənməsi, elektron kataloqun hazırlanması istiqamətində həyata keçirilən tədbirlərə ciddi önəm verilib, rayon dövlət arxivləri tərəfindən bu günədək 331 fond üzrə 41,329 saxlama vahidinin daxil olduğu 545 siyahının elektron kataloqu yaradılıb.
Hesabat ilində arxiv işi, arxivşünaslıq, sənədşünaslıq sahələri üzrə ixtisaslı kadrların hazırlanması üçün elm və təhsil müəssisələri ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət qurulub. Naxçıvan Dövlət Universitetinin idarənin hamiliyinə verilmiş Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasının tələbələri, ixtisas müəllimləri və AMEA Naxçıvan Bölməsinin bu sahə üzrə tədqiqatçı alimlərinin iştirakı ilə dövlət arxivində təcrübi məşğələlər, seminarlar keçirilib.
Arxiv sənədlərindən istifadə etməklə elmi-tədqiqat işləri aparmaq üçün Dövlət Arxiv İdarəsinə müraciət edən 20 tədqiqatçıya işləmələri üçün mövcud qaydalara uyğun şərait yaradılıb.
Məruzə ətrafında çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR