22 Dekabr 2024, Bazar

Türkiyə Böyük Millət Məclisinin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin koordinatorları Engin Vural və Sevilay Yıldırım Naxçıvan Muxtar Respublikasına səfər çərçivəsində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində də olublar.

Görüşdə Təhsil naziri Rəhman Məmmədov qonaqları salamlayaraq muxtar respublikada təhsilin inkişafı istiqamətində görülən işlər, yaradılan müasir təhsil şəraiti haqqında məlumat verib. Bildirib ki, muxtar respublikamızda 211 ümumtəhsil məktəbi, 36 məktəbdənkənar təhsil müəssisəsi, 4 peşə təhsili və 1 orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təhsilə göstərdiyi qayğının nəticəsidir ki, yeni yaradılan müəssisələr təhsilin sürətli inkişafına təkan verib. Təkcə ötən il ərzində Təhsil Nazirliyinin nəzdində “Təhsil Kursları” və “Texniki Servis Xidməti” MMC, İmtahan Mərkəzi, Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Lisey, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində idman klubları, məktəbdənkənar təhsil müəssisələrində innovativ dərnəklər yaradılıb, 2020-2021-ci tədris ilindən etibarən yeni təlim metodu – STEAM təlim metodunun tətbiqinə başlanılıb, yanvar ayından isə Televiziya və Radio Verilişləri Redaksiyası Təhsil Nazirliyinin tabeliyinə verilib.
Nazir vurğulayıb ki, Naxçıvan-Türkiyə dostluq, qardaşlıq münasibətlərindən yaranan qarşılıqlı fəaliyyətin nəticəsidir ki, muxtar respublika məktəbliləri ilə Türkiyənin məktəbliləri arasında birlik-bərabərlik şüarı altında mütəmadi olaraq idman, şahmat yarışları, yoldaşlıq görüşləri təşkil edilir.
Türkiyə Respublikası Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin koordinatoru Engin Vural qonaqpərvərlik üçün minnətdarlıq edib. Qeyd olunub ki, Türkiyə Təqaüd Proqramı tələbə və tədqiqatçılara Türkiyənin ən prestijli universitetlərində təqaüd təhsili və tədqiqat imkanı verən hərtərəfli və dövlət tərəfindən dəstəklənən rəqabətli bir təqaüd proqramıdır. Bildirilib ki, proqrama bakalavr, magistr, doktorantura və tədqiqat proqramları üzrə hər bir şəxs internet üzərindən onlayn olaraq 8 dildə müraciət edə bilər.
Digər koordinator Sevilay Yıldırım isə vurğulayıb ki, təqaüd proqramları ölkələrarası işbirliyini və cəmiyyətlər arasındakı ortaq anlayışı gücləndirmək məqsədini qarşısına qoymuş gələcəyin liderlərini yetişdirməkdir. Bu proqramlar təkcə ali təhsilin hər səviyyəsində ixtisaslı beynəlxalq səviyyədə tələbə hazırlamaq deyil, həmçinin bu tələbələrin universitetə hazırlanma və yerləşdirmə proseslərini də əhatə edir.
Sonda bu səfərin gələcəkdə hər iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığa yeni təkan verəcəyi diqqətə çatdırılıb.

* * *

Türkiyə Böyük Millət Məclisinin Xaricdəki Türklər və Əqrəba İcmaları İdarəsinin nümayəndələri Naxçıvan Müəllimlər İnstitutunda da olublar. Rektor Azad Novruzov institut haqqında məlumat verib. Görüş zamanı rektor qardaş Türkiyə Cümhuriyyəti ilə təhsil əlaqələrinin olduqca mühüm əhəmiyyət kəsb etdiyini, gələcəkdə institutun professor-müəllim heyəti və tələbələrinin bu imkanlardan istifadə edəcəklərini bildirib.
Səmimi görüş zamanı tərəflər gələcək təhsil işləri sahəsində geniş fikir mübadiləsi aparıb və qarşılıqlı əməkdaşlığın yüksək nəticələr verəcəyinə inam vurğulanıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR