03 May 2024, Cümə

Fevralın 23-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bəhruz Kəngərli Muzeyində Nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrinə “Bəhruz Kəngərli yaradıcılığı” mövzusunda  açıq dərs keçirilmişdir.

Açıq dərsdə giriş sözü ilə çıxış edən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin şöbə müdiri Gülbuta Babayeva bildirmişdir ki, həyatı və yaradıcılığı gələcək nəsillər üçün örnək olan şəxsiyyətlər arasında Azərbaycan rəssamlığına əvəzsiz xidmətlər göstərmiş Bəhruz Kəngərlinin özünəməxsus yeri var.Azərbaycan təsviri sənətində realist dəzgah boyakarlığının təşəkkülü, portret və mənzərə janrlarının formalaşması Bəhruz Kəngərlinin adı ilə bağlıdır. 30 il təzadlarla dolu ömür yaşayan və adı Azərbaycan təsviri sənət tarixinə qızıl hərflərlə yazılan Bəhruz bəy Kəngərli qısa ömrü, məhsuldar yaradıcılığı ilə bir neçə ömrə bərabər sənət inciləri yaratmışdır. Ölkəmiz müstəqillik qazandıqdan sonra neçə-neçə unudulmazlarla bərabər zadəgan əsilli rəssamın yaradıcılığı da gündəmə gəlmişdir.

Bu görkəmli rəssamı göstərdiyi xidmətlərə görə xalqımız daima əziz tutmuş, xatirəsini həmişə yaşatmışdır. Bəhruz Kəngərlinin şəxsiyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin  həmişə qayğısı ilə əhatə olunmuş, əvəzsiz sənətkarın vətəni Naxçıvanda  xatirəsi əbədiləşdirilmişdir.

Rəssamın doğma yurdundakı məzarının abadlaşdırılması, burada memorial abidənin ucaldılması, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 2001-ci il 15 fevral tarixli Sərəncamına əsasən B.Kəngərli adına sərgi salonunun istifadəyə verilməsi,Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəhruz Kəngərli Muzeyinin yaradılması haqqında” 2001-ci il 22 may tarixli Sərəncamı iləBəhruz Kəngərli Muzeyinin yaradılması,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bəhruz Kəngərlinin 120 illik yubileyi haqqında” 2012-ci il 13 aprel tarixliSərəncamı,Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun “Görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2012-ci il tarixli Sərəncamı,  2016-cı ildə isə Naxçıvan şəhərində Bəhruz bəy Kəngərlinin adını daşıyan Rəssamlar Parkının salınması və heykəlinin qoyulması, haqqında nəfis tərtibatlı albomların nəşr olunması rəssamın irsinə göstərilən dövlət qayğısının  bariz nümunəsidir.

TədbirdəBəhruz Kəngərli Muzeyinin baş fond mühafizi-elmi işçisi Səmanə Rüstəmova “Bəhruz Kəngərli yaradıcılığı” mövzusundaçıxış etmişdir.

Sonda tələbələrin sualları cavablandırılmış, muzeyin ekspozisiyasına baxış olmuşdur.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

 

 

 

 

 

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR