Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə magistraturaya hazırlaşan tələbələr üçün onlayn sınaq imtahanı keçirilib. Ali təhsil ocağının sonuncu kurs tələbələri qatılmaqla imtahan ödənişsiz olaraq həyata keçirilib. Qeyd edək ki, sınaq imtahanına qeydiyyat sosial şəbəkə üzərindən aparılıb. Universitetin bütün fakültələrini əhatə etməklə 100-ə yaxın tələbənin iştirak etdiyi imtahanda suallar magistratura üzrə xüsusi kurs keçən müəllimlər tərəfindən hazırlanıb.
Məlumat üçün onu da bildirək ki, imtahanın keçirilməsində əsas məqsəd magistraturaya hazırlaşan tələbələrin növbəti həftə keçiriləcək imtahanlarında uğur qazanmalarına köməklik etməkdir.
Səadət Əliyeva
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə
əlaqələr bölməsinin müdiri