04 May 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi aidiyyəti orqanlarla əməkdaşlıq fəaliyyətini davam etdirir. Bu məqsədlə mərkəzin ekspertləri tərəfindən Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbinin kursantları üçün “İnsan izlərinin tədqiqi” mövzusunda mühazirə təşkil olunub.
Mühazirədə kursantlara Məhkəmə Ekspertizası Mərkəzində aparılan ekspertizalar, onların növləri haqqında, hadisə yerinin mühafizəsi, hadisə yerində maddi sübutların tamlığının pozulmaması, mərkəzdə keçirilən insan izlərinin tədqiqi ekspertizası və daktiloskopik ekspertizalar barədə məlumat verilib.

Mərkəzin Ballistik və trasoloji ekspertizalar bölməsinin rəisi əvəzi, kiçik ədliyyə müşaviri Səməd Şahtaxtinski mərkəzin yaranma tarixi və zərurəti, hadisə yerinin mühafizəsi haqqında danışıb. Qeyd olunub ki, polis əməkdaşının vəzifələrindən biri də hadisə yerinin mühafizəsidir. Polis əməkdaşı hadisə yerində diqqətli olmalı, kənar müdaxiləyə yol verməməli, səlahiyyəti ­xaricində mövcud predmetlərə müdaxilə etməməlidir.
Ballistik və trasoloji ekspertizalar bölməsinin eksperti, I dərəcəli ədliyyə qulluqçusu Cavid Əliyev kursantlara “İnsan izlərinin tədqiqi ekspert ixtisası üzrə” mühazirəsində insan izlərinin aşkar olunması, götürülməsi, qeydə alınması, qablaşdırılması və ekspertiza tədqiqatına göndərilməsi ilə bağlı məlumat verib.
Mühazirədə mövzu ilə bağlı videoçarx nümayiş etdirilib, suallara aydınlıq gətirilib.

Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR