07 Dekabr 2024, Şənbə

Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və Naxçıvan Dövlət Universitetinin birgə əməkdaşlığı ilə universitetdə “Vikipediya könüllüləri” layihəsi çərçivəsində görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Vurğulanıb ki, muxtar respublikamızda da yaradıcılıq axtarışlarının stimullaşdırılmasına, milli ruhda tərbiyəsinə, onların sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsinə ciddi önəm verilir.

Universitetin Elm və innovasiyalar şöbəsinin müdiri Rza Məmmədov ali təhsil ocağında tələbələrin hərtərəfli inkişafı üçün müxtəlif tədbirlərin həyata keçirildiyini qeyd edib və magistrantları “Gənclər Fondu”nun layihəsi ilə bağlı daha fəal olmağa səsləyib.
Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun bölmə müdiri Məhəmmədəli Məmmədli yeni yaradılan “Vikipediya könüllüləri” layihəsi barəsində məlumat verib. Azərbaycan Respublikası ilə bağlı bu gün internet resurslarına ciddi təlabat olduğunu diqqətə çatdıran Gənclər Fondunun bölmə müdiri magistrantları bu layihədə birgə əməkdaşlığa çağırıb.
Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun aparıcı mütəxəssisi Sübhan Rəhimli slayd və videoçarxlar vasitəsilə layihənin məqsədi, gələcək fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, ölkəmiz və muxtar respublikamızla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gələcəyin mütəxəssisləri olacaq magistrlərin əməyindən istifadə olunmalıdır.
Sonda layihə üzrə könüllü tələbələr qeydiyyata alınıblar.


Etibar Dərbəndəliyev
Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə
III kurs tələbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR