22 Dekabr 2024, Bazar


Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının ötən ilin yekunlarına həsr olunmuş iclası keçirilib. Yığıncağın gündəliyində federasiyanın 2020-ci il ərzində fəaliyyəti və görülən işlərin hesabatı olub. 

Tədbiri giriş sözü ilə açan federasiya sədri Nicat Babayev bildirib ki, sağlamlıq imkanları məhdud şəxslərin sağlamlıqlarının qorunması, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Bu məqsədlə Paralimpiya Federasiyası bütün kateqoriyadan olan məhdud fiziki imkanlı şəxslərin idman həyatına inteqrasiyası, istedadlı idmançıların aşkara çıxarılması üçün davamlı tədbirlər həyata keçirir. Ötən il pandemiya şəraiti ilə əlaqədar ölkə və beynəlxalq miqyaslı tədbirlərin sayı məhdudlaşsa da, federasiya Gənclər və İdman Nazirliyi ilə birgə müvafiq idman növləri üzrə 4 muxtar respublika, 12 rayon birinciliyi və bir yoldaşlıq görüşü keçirib. Həmçinin ötən il Naxçıvan şəhərindəki “Saat Meydanı” turistik istirahət mərkəzində 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş idman festivalında Paralimpiya Federasiyası üç idman növü üzrə 17 idmançı ilə təmsil olunub. 

Nicat Babayev vurğulayıb ki, ötən il Azərbaycan Boccia İdman Federasiyasının katibi və Azərbaycan Milli Paralimpiya Komitəsinin stolüstü tennis üzrə uşaq milli komandasının baş məşqçisi tərəfindən muxtar respublikada müvafiq idman növləri ilə məşğul olan paralimpiyaçılarla onlayn formatda seminarlar keçirilib, idmançılara mövcud vəziyyətlə əlaqədar ev şəraitində məşq proseslərinin təşkili barədə tövsiyələr verilib.
Federasiya sədri sağlamlıq imkanları məhdud şəxslərə yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.
Sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirinin müavini Mirməcid Seyidov muxtar respublikada idmançılara göstərilən qayğıdan, yaradılan şəraitdən danışıb, bu baxımdan Ali Məclisin Sədri tərəfindən 2020-ci il 14 fevral tarixdə imzalanmış “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın əhəmiyyətindən, icrası çərçivəsində görülən işlərdən bəhs edib, qarşıda duran vəzifələrdən danışıb.
Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov Federasiyanın 2020-ci il ərzindəki fəaliyyətinə dair hesabatla çıxış edib.

*  *  *

Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının 2020-ci ilin yekunu və 2021-ci ildə görüləcək işlərə dair hesabat yığıncağı keçirilib. Federasiyanın sədri Elbrus İsayev qeyd edib ki, ölkəmizdə digər sahələrin uğurlu inkişafı ilə yanaşı, basketbol idman növünə də xüsusi önəm verilir. Universitetin idman sahəsindəki uğurlarından bəhs edən rektor qazanılan nailiyyətlərin ölkədə və muxtar respublikada idmanın inkişafına, gənclərin mənəvi fiziki cəhətdən sağlam yetişməsinə göstərilən diqqət və qayğının nəticəsi kimi qiymətləndirib. 

Vurğulanıb ki, 2002-ci ildə yaradılan Basketbol Federasiyası da idmanın bu növünün inkişaf etdirilməsini, yeniyetmə və gənclərin idmana cəlb olunmasını, idman yarışlarının kütləviliyinin artırılmasını diqqətdə saxlayıb.

Bildirilib ki, gələcəkdə də federasiya Gənclər və İdman Nazirliyi ilə birgə işini günün tələbləri səviyyəsində qurmalı, eyni zamanda komandaların tərkibinin gücləndirilməsi istiqamətində ardıcıl işlər görməli və bu idman növünün kütləvi hal alması üçün bütün zəruri tədbirlər həyata keçirilməlidir. Cari il üçün federasiyanın tədbirlər planını iştirakçıların diqqətinə çatdıran Elbrus İsayev qeyd edib ki, ötən 6 ay ərzində bu idman növünün təbliği və bu sahədə peşəkar kadrların hazırlanması məqsədilə universitetin basketbol fənni üzrə fənn proqramı hazırlanaraq Məşqçilik ixtisasında seçmə fənnin tədrisinə başlanılıb.
Bədən tərbiyəsi və idman kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Məmmədəli Rəhimov qeyd edib ki, universitetdə tələbələrin fiziki tərbiyə ilə məşğul olması könüllülük prinsipinə əsaslanıb. Bunun üçün ali təhsil müəssisəsində yaradılan idman klubunda 15 idman növü üzrə təcrübəli məşqçilərin rəhbərliyi altında dərsdənkənar məşğələlər təşkil edilir. Bu məşğələlərdə həm idmanın kütləviliyinin artırılmasına, həm də yüksək dərəcəli idmançıların hazırlanmasına ciddi fikir verilir. Muxtar respublikanın Ordubad, Culfa, Babək, Şahbuz, Şərur, Sədərək, Kəngərli rayonlarında və Naxçıvan şəhərində üç qrupdan ibarət 10-u oğlanlardan və Ordubad şəhərində, Culfa rayonunun Yaycı kəndində 2-si qızlardan ibarət, ümumilikdə, 12 komanda fəaliyyət göstərir. Hazırda bu qruplarda 200-dən artıq idmançı məşğul olur.
Sonda çıxışlar olub.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR